Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə60/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   56   57   58   59   60   61   62   63   ...   100

Dərs 60. ŞAH ABBAS VƏ VƏZİRLƏRİ (2 saat)
Motivasiya
Müəllim: – Kimsə sizə dostunuz haqqında xoşagəlməz sözlər desə, nə edərsiniz?
Şagirdlər öz fikirlərini deyirlər.
Oxu
(proqnozlaşdırma)
Dərsliyin 135-ci səhifəsindəki mətn Şah Abbasın Mir Damədə dediyi “... bizdən irəli düşüb”
cümləsinə qədər oxunur. 
Sual: – Görəsən, Mir Daməd nə cavab verəcək?
Şagirdlər öz variantlarını söyləyirlər. Mətnin davamı Şah Abbasın Şeyx Bəhaiyə söylədiyi
“...bizdən arxada qalıb” cümləsinə qədər oxunur. Şagirdlərin fərziyyələri mətndə Mir Damədin
cavabı ilə müqayisə olunur. Müəllim mətnin davamı ilə bağlı proqnozları söyləməyi təklif edir: 
– Görəsən, Şeyx Bəhai Şah Abbasa nə cavab verir?
Şagirdlər cavab variantlarını söyləyirlər. Mətn sona qədər oxunur və şagirdlərin fərziyyələri
ilə müqayisə olunur.
Şah Abbasın vəzirlərlə dialoqu rollu oyun şəklində təqdim  olunur.
Mətn oxunduqdan sonra şagirdlər vəzir obrazları və əsərin ideyası ilə bağlı fikirlərini
söyləyirlər. Dərslikdəki tapşırıq yerinə yetirilir.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 91-ci səhifəsindəki 1-2-ci tapşırıqlardan istifadə oluna
bilər.
Danışma
Müəllim şagirdlərə mətn qurmaq üçün mövzu təqdim edir:
“Yaxın dostum Akif tanımadığım bir oğlanla mübahisə edirdi. Onlar mübahisəni həll etmək
üçün mənə müraciət etdilər. Onların söhbətinə qulaq asanda gördüm ki, Akif haqsızdır. Çıxılmaz
vəziyyətdə qaldım. Nə deyəcəyimi bilmirdim...”
Tapşırıq: – Verilmiş mətni genişləndirin və davam edib məntiqi sonluğa çatdırın.
Şagirdlər mətn qurub şifahi şəkildə təqdim edirlər.
Yazı
– Təsəvvür et ki, vəzirlər xaindirlər və onlar padşahın dedikləri ilə razılaşırlar. Səncə, belə
olduqda Şah Abbas nə edərdi? (iş dəftəri, səh. 91, tap. 3)
İş dəftərinin 91-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqdan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Oxuduğu mətndəki məlumatları
mənimsəyir və nəticə çıxarır.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş for-
mada yaradıcı nəql edir.
Əsərin süjet xəttini təxəyyülünə uyğun
dəyi şərək yaradıcı şəkildə nəql edir.
Giriş hissəsi verilmiş mətni genişlən dirə rək
öz təxəyyülünə uyğun nəql edir.
4.1.4. Cümlələrin formalaşdırılmasında cəm
şəkilçilərindən düzgün istifadə edir. 
Saydan sonra gələn isimlərdə cəm
şəkilçisinin işlənməsi ilə bağlı qaydalara
nitqində riayət edir.
145
DOSTLUQ
Çap üçün deyil


Dərs 61. YOL SÖHBƏTİ (2 saat)
Motivasiya
“Xarab olmuş telefon” oyunu
Müəllim şagirdləri sayca eyni olan qruplara ayırır (7-8 nəfər). Qruplardakı şagirdlər
nömrələnir. Hər qrupdakı 1 nömrəli şagirdə atalar sözü yazılmış vərəq verilir; məsələn:
I qrup: – “Ağacı qurd içindən yeyər”.
II qrup: – “Evdə bişməyib, qonşudan gəlməyib”.
III qrup: – “Ağac bar verəndə başını aşağı əyər”.
IV qrup: – “Sürüdən ayrılan qoyunu qurd yeyər”.
Müəllim tapşırığı izah edir:
– 1-ci şagird atalar sözünü oxuyur, vərəqin atalar sözü yazılmış hissəsini qatlayır, üstündə
bu fikri öz sözləri ilə izah edir (yaxınmənalı atalar sözü də yazmaq olar) və 2-ci şagirdə ötürür.
Beləliklə, hər bir növbəti şagird yalnız özündən əvvəlki şagirdin izahını görür və onu şərh edir.
Bu zaman şagirdlər öz izahlarında tamamilə fərqli söz və ifadələrdən istifadə etməlidirlər. Hər
bir qrupdakı son şagird öz izahını yazdıqdan sonra vərəqi müəllimə ötürür.
Hər bir vərəqdə müəllimin yazdığı atalar sözü və son izah oxunur. Onlar arasındakı fikir
uyğunluğu yoxlanılır. Çox zaman ilk və son ifadələr arasında fikir uyğunluğu olmur. Belə olduqda
vərəqdəki bütün izahlar oxunur və ilk fikrin addım-addım necə təhrif olunduğu izlənilir.
Sual: – Bu tapşırıqdan hansı nəticəni çıxardınız?
– Fikrin düzgün çatdırılmaması nəticəsində nə baş verə bilər?
– Bunun qarşısını necə almaq olar?
Oxu
Dərslikdən “Yol söhbəti” mətni 136-cı səhifənin “... fürsət düşən kimi bu məsələni
aydınlaşdırmaq lazımdır” cümləsinə qədər oxunur.
Müəllim: – Sizcə, axund Ələsgər, doğrudanmı, dostu haqqında xoşagəlməz sözlər demişdi?
Bəs Ələsgər nə demişdi ki, qeybətcil adamlar onun sözlərini Talıba bu şəkildə çatdırmışdılar?
(Dərsin bu mərhələsində “Xarab olmuş telefon” oyunu sondan əvvələ doğru oynanıla bilər)
Mətnin davamı oxunur və şagirdlərin fərziyyələri ilə müqayisə olunur. 
Dərsliyin 137-ci səhifəsindəki  1-4-cü tapşırıqlar yerinə yetirilir.
Müəllimin nəzərinə: 4-cü tapşırıq debat şəklində yerinə yetirilə bilər.
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Nəsihətamiz fikri (atalar sözünü, kəlamı)
eşitdiyi və ya müşahidə etdiyi hadisələrlə
əlaqələndirərək əsaslandırır.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərdəki obrazlar barədə fikir
yürüdür.
Oxuduğu əsərin mövzusunu və ideyasını
müəyyənləşdirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Süjet xəttinə əlavələr etməklə mətni yaradıcı
şəkildə nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.4. Cümlələrin formalaşdırılmasında
cəm şəkilçilərindən düzgün istifadə edir. 
Mübtəda ilə xəbərin kəmiyyətə görə
uzlaşmasını düzgün müəyyən edir.
146
5
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə