Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə57/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

137
1. Hekayənin son cümləsini necə başa düşmək olar?
A) Dostlarının qayıtmasına sevindilər.
B) Ala qarğanın həqiqi dost olmadığını bildilər.
C) Gec gəldiyi üçün ala qarğadan küsdülər.
2. Altından xətt çəkilmiş hansı söz cümlədəki fikrin təsir gücünü artırır?
A) gəldi
B) dedi
C) gəlin
3. Nöqtələrin yerinə uyğun sözü seç. 
A) parça
B) cüt 
C) dəst
4. Mətnin məzmununa uyğun cümləni seç.
A) Dost yolunda boran olar, qar olar.
B) Dostunun dostu sənin də dostundur. 
C) Çörəyi dizinin üstündədir.
5. Mavi rənglə verilmiş hansı söz yazıldığı kimi deyilir?
A) çəmənlikdə
B) qarğalar
C) dostlarının
Yazı
üzrə qiymətləndirmə (imla)
Bahar
(106 söz)
Bahar sevindiyindən nə edəcəyini bilmirdi, elə yerindəcə tutulub qalmışdı. Gah
fikirləşirdi ki, ceyrana daş atsın, gah da düşünürdü ki, heyvanı ürkütməmək üçün onun
gözünə görünməsin. Axı balaca oğlan belə bir xoşbəxtliyin ona  nəsib olacağını heç ağlına
da gətirməzdi. İndi bu gözəl heyvan qarşısında idi və bala ceyran nəinki ondan qaçmır,
əksinə, özü Bahara yaxınlaşırdı. Nəhayət, o, oğlanın lap yaxınına gəldi, onun  əlini
imsiləməyə başladı. Bahar ancaq indi hiss etdi ki, körpə heyvan acdır. Əlini çantasına
atıb anasının qoyduğu yavan çörəyi çıxartdı, ceyran balasının burnuna tutdu. Heyvan
əvvəlcə bir qədər çörəyi iylədi, sonra yavaş-yavaş yeməyə başladı. Öz nahar yeməyini
ceyrana yedirən Baharın isə sevincinin həddi-hüdudu yox idi.
Mir Cəlaldan
Suallar:
1. Bahar nə üçün heyvana daş atmaq istədi?
2. Körpə ceyran nə üçün oğlandan uzaqlaşmırdı?
3. “Tutulub qalmaq” ifadəsini yaxınmənalı sözlə əvəz et.
4. Baharı xoşbəxt edən nə idi?
5. Cümləyə görə “imsiləmək” sözünün mənasını izah et.
Dil qaydaları
üzrə qiymətləndirmə 
1. Hansı cümlə düzgün qurulmayıb?
A) Çəmən yaşıllaşmışdı. 
B) Otlar göyərmişdilər.
C) Uşaqlar otluqda qaçırdılar.
2. “Adamlar stansiyaya getdilər, … qatar gəlmədi” cümləsində nöqtələrin yerinə hansı söz
yazıla bilməz?
A) çünki         
B) lakin          
C) amma
3. Hansı birləşmədə “kitab” sözü təkdə işlənməlidir?
A) beş kitablar            B) maraqlı kitablar          
C) bir çox kitablar
4. Hansı bənddəki ifadə düzgündür?
A) xeyli fəhlələr 
B) bir çox ifaçılar
C) bir qədər uşaqlar
DOSTLUQ
Çap üçün deyil


138
5. Birində cəm şəkilçisi işlənməməlidir:
A) üç dostlar              
B) elmi əsərlər           C) uzun gecələr
Dərs 57. İKİ NAR (2 saat)
Motivasiya
Müəllim şagirdlərə bildirir ki, insanlara xas olan keyfiyyətləri sadalasınlar. Həmin keyfiyyətləri
yazı taxtasında boş dairənin ətrafına yazır.  Sonra dostluğa aid keyfiyyətləri oxla dairəyə doğru
istiqamətləndirir. Təxminən belə bir mənzərə alınır:
Oxu
(proqnozlaşdırma)  
Dərsliyin 126-cı səhifəsindəki “İki nar” mətnindən narların ilk fikirləri oxunur. Müəllim
şagirdlərə tapşırır ki, hər bir narın düşündüklərinə əsasən onları xarakterizə etsinlər.
Şagirdlər nar obrazları haqqında öz fikirlərini söyləyirlər. 
Daha sonra mətn “Narlar beləcə fikirləşirdilər” cümləsinə qədər oxunur və müəllim əsərin
davamı ilə bağlı yaradıcı plan tutmağı tapşırır. Bir neçə şagirdin planı dinlənilir və şagirdlər ən
yaxşı planı seçib ona uyğun əsəri davam etdirirlər. 
Mətn sona qədər oxunur və şagirdlərin versiyaları ilə müqayisə olunur.
Şagirdlər mətnin sonundakı 1-ci sualla bağlı fikirlərini söyləyirlər.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 86-cı səhifəsindəki tapşırıqlardan istifadə oluna bilər.
Danışma   
Hekayə qur. Şagirdlər cütlərlə işləyərək mətndə təsvir olunmuş nar obrazlarını insan
obrazları ilə əvəz etməklə kiçik hekayə qurub təqdim edirlər. Şagirdlər ən maraqlı hekayəni
özləri səsvermə yolu ilə seçir və bu hekayədə nəyi daha çox bəyəndiklərini söyləyirlər.
Müzakirə. Müəllim: – Təsəvvür edin ki, sirk tamaşasına beş biletim var və mən sizə elan
edirəm ki, şənbə günü sizdən beş nəfəri özümlə sirkə aparacağam. Lakin bu beş nəfəri siz
özünüz seçməlisiniz. İndi siz iclas keçirib bu beş nəfəri seçməlisiniz.
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş tə -
ləblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli 
o xu yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.3. Verilmiş mətni genişləndirmək və da -
vam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
Əsərin bir hissəsini oxuduqdan sonra
davamı ilə bağlı yaradıcı plan tutur.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu əsərdəki cansız əşya və ya hey-
van obrazlarını insan obrazları ilə əvəz
edərək mətni genişləndirilmiş formada
yaradıcı şəkildə nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Oxuduqlarını və eşitdiklərini ümumiləş -
dirməklə təhlil xarakterli inşa yazır.
DOSTLUQ
əliaçıqlıq
nankorluq
qayğıkeşlik 
sadiqlik
qəddarlıq
qardaşlıq
paxıllıq
halallıq
xeyirxahlıq
xəsislik
mehribanlıq
səmimilik
5
Çap üçün deyil


Müəllim iclasın keçirilmə qaydasını uşaqlara başa salır:
– İclasın sədri və katibi seçilir.
– Katib iclasın protokolunu, yəni çıxış edənlərin nitqini (çıxışın əsas mahiyyətini) yazır.
– Sədr iclasın gündəliyini (nə üçün yığışdıqlarını) elan edir və çıxış etmək istəyənlərə bir-bir
söz verir.
– Şagirdlər bir-bir çıxış edirlər və sonda səsvermə yolu ilə 5 nəfər seçilir.
Yazı
2-ci tapşırıq. Mətnin janrı müəyyənləşdirildikdən sonra 
(hekayə)
şagirdlər onun ideyasına
uyğun olaraq “İki pişik” adlı mətn qurub dəftərə yazırlar. Sonra seçmə üsulu ilə bir neçə şagirdin
yazısı oxunur. 
Mətnin ideyası belə ifadə oluna bilər: “Başqasının uğuruna, xoşbəxtliyinə sevinə bilən insan
özü də xoşbəxt olar”.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Dərs 58. MAUQLİNİN DOSTLARI (8 saat)
Motivasiya
Müəllim– Elə bir dostunuz varmı ki, dara düşəndə ona arxalana biləsiniz?
“Dost dar gündə tanınar” atalar sözünü necə başa düşürsünüz?
Oxu 
“Mauqlinin dostları” mətninin 1-ci hissəsi (dərslik, səh. 127-128) oxunur. Dərsliyin 128-ci
səhifəsindəki 1-3-cü tapşırıqlar yerinə yetirilir.
Əlavə suallar:
– Mauqlinin dostları və düşmənləri hansı heyvanlar idi?
– Mauqliyə heyvanların dilini kim öyrətdi?
– Banderloqlar Mauqlini necə qaçırdılar? 
– Balunun Mauqliyə öyrətdiyi müqəddəs söz nə idi? 
Müəllimin nəzərinə: hind dilində “bander” – meymun, “log” – xalq deməkdir. 
Mətnin ikinci hissəsi (səh. 128-129) oxunur.
– Sizcə, Soyuq Kahada heyvanların başına hansı hadisə gələcək? Mauqlinin dostları onu
xilas edə biləcəklərmi?
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş mövzu ətrafında araşdırmalarını
məruzə şəklində təqdim edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki hadisələrin səbəb-nəticə
əlaqəsini müəyyən edir.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərin mövzusunu və ideyasını
müəyyənləşdirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu əsərin məzmununa yeni süjet
xətti və obrazlar əlavə etməklə mətni
genişləndirir və nəql edir.
139
DOSTLUQ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə