Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə55/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   51   52   53   54   55   56   57   58   ...   100

Şagirdlər öz fikirlərini söyləyirlər. Mətnin ardı oxunur və şagirdlərin dedikləri ilə müqayisə
olunur. Bundan sonra şagirdlər rollar üzrə bölünüb mətnin dialoji hissəsini səhnələşdirirlər.
1-3-cü tapşırıqlar yerinə yetirilir. 
1-ci tapşırıq. Əsl mirvari dənizin dibində balıqqulağının içində yarandığına görə onların
balıqqulağıdan çıxmaları təbiidir. 
2-ci tapşırıq. Mətndə Piri babanın nəvəsinə dediyi son cümlələr hekayənin ideyasını ifadə
edə bilər.
İş dəftərinin 82-ci səhifəsindəki 1-2-ci tapşırıqlardan istifadə oluna bilər.
Söz ehtiyatı
4-cü tapşırıq. “Sal “, “inci” sözləri omonim, “ətək” və “ağır” sözləri isə çoxmənalıdır.
5-ci tapşırıq. “İnci” sözü ilə “mirvari” sözü eynimənalıdır.
Danışma
Müəllimin nəzərinə: Müəllimin və ya şagirdlərin seçimindən asılı olaraq şagirdlər 3 qrupa bölü-
nüb 3-cü tapşırığı, yaxud da 2 qrupa bölünüb aşağıdakı tapşırığı yerinə yetirə bilərlər.
(“Nağılı dəyiş” oyunu)
Şagirdlər iki qrupa bölünürlər. 
I qrup: Təsəvvür edin ki, baba nəvəsinə var-dövləti götürməyi məsləhət görür. Əfsanəni
davam etdirin. 
II qrup: – Təsəvvür edin ki, baba nəvəsinə xoşbəxtliyi götürməyi məsləhət görür. Əfsanəni
davam etdirin.
Debat
– Təsəvvür edin ki, qarşınıza iki mirvari çıxıb: xeyirxahlıq və ağıl (elm). Hansını götürərdiniz?
Seçiminizi əsaslandırın.
I qrup: – Xeyirxahlığı götürərdim.
II qrup: – Ağılı götürərdim.
Yazı 
– Səncə, baba və nəvə dostluq mirvarisini götürdükdən sonra on ların həyatı necə
dəyişəcək? Əfsanəni necə davam etdirərdin? Fikirlərini yaz.
Şagirdlər bu tapşırığı dəftərlərində və yaxud iş dəftərinin 82-ci səhifəsindəki 3-cü tapşırıq
kimi yerinə yetirə bilərlər. 
Lövhədə BİBÖ cədvəli çəkilir. 
Şagirdlər cədvəlin birinci iki sütununu doldururlar. 
Bundan sonra şagirdlərə aşağıdakı iş vərəqi paylanır.
İŞ VƏRƏQİ
Bu tapşırıqları yerinə yetirməklə aşağıdakı mətni köçürün.
1. Mətnin məzmununa uyğun gəlməyən hissəni ixtisar edin (köçürməyin).
2. Aşağıdakı cümlələri müvafiq abzasların sonuna əlavə edin.
– Təbiətşünas üçün isə mirvari bəzi molyusklarda xəstəlikdən əmələ gəlmiş şişdir.
– Mirvari əmələ gətirən molyusklar, əsasən, okean sularında yaşayır. 
– İndiyə kimi tapılmış ən böyük mirvarinin diametri 16,5 sm, çəkisi 6,4 kiloqramdır.
– Okean sahilində yerləşən bəzi ölkələrdə mirvari pul vahidi kimi istifadə olunurdu.
MİRVARİ HAQQINDA
BİLİRİK
İSTƏYİRİK BİLƏK
ÖYRƏNDİK
133
DOSTLUQ
Çap üçün deyil


MİRVARİLƏR
Qədim dövrdən bəri insanlar bəzi balıqqulağıların içində sədəf rəngli kiçik kürələr –
mirvarilər tapırdılar. Bu daşlar zənginlik və gözəllik simvolu hesab olunurdu. 
Mirvari balıqqulağının içərisinə qum dənəciyi, yaxud xırda daş düşdükdə əmələ gəlir.
Bu qum dənəciyi ilə yaralanmamaq üçün zərif molyusk onun üzərini mirvari maddəsinin
layları ilə örtür. 
Əslində, mirvarini ancaq şərti olaraq qiymətli daşlar silsiləsinə  aid etmək olar. Böyük
fransız yazıçısı Aleksandr Düma yazırdı: “Şairdən ötrü mirvari – dənizin göz yaşı, qadınlar
üçün – qiymətli daş, kimyaçı üçün – müəyyən kimyəvi elementlərin birləşməsidir”. 
Bir sıra qiymətli daş adları şəxs adlarına çevrilmişdir: Mirvari, Almaz, Brilyant, Yaqut...
Maraqlıdır ki, bu adlarla, əsasən, qızları adlandırırlar. Bunun əksinə olaraq oğlanlara metal
adları qoyurlar: Polad, Dəmir.
Mirvarilər, adətən, ağ rəngdə olur. Bəzən göy, çəhrayı, sarı çalarları olan və qara
mirvarilərə də rast gəlinir. Onlar müxtəlif ölçüdə olur. Mirvari nə qədər böyükdürsə, onun
qiyməti də bir o qədər baha olur. 
Suallar: – Aleksandr Dümanın mirvari haqqında dediyi sözləri  izah et.
– Mirvari necə əmələ gəlir?
– Mirvarilərin hansı rəngləri var?
Şagirdlər BİBÖ cədvəlinin 3-cü sütununda qeydlər aparırlar. Əgər cavabsız qalan suallar varsa,
müəllim şagirdlərə evdə əlavə mənbələrdən istifadə etməklə araşdırma aparmağı tövsiyə edir.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 82-ci səhifəsindəki dil qaydaları üzrə tapşırıqdan
istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 55. YOLDAŞLIQ KÖMƏYİ (2 saat)
Motivasiya
Müəllim şagirdlərə II sinifdə keçdikləri “Dilarə” (T.Mütəllibov) şeirini xatırladır. Şeiri əzbərdən
bilən varsa söyləyir. Əks halda şeirin məzmunu və ideyası xatırladılır. Dilarəyə gülən və ona
kömək edən uşaqların hərəkətləri qiymətləndirilir.
Müəllim: – Təsəvvür edin ki, sinif yoldaşlarınızdan biri evində olan bəzi problemlərə görə
dərslərinə yaxşı hazırlaşa bilmir. Siz ona necə kömək edə bilərsiniz?
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Başqalarının hərəkətlərini təhlil etməklə on-
lara öz münasibətini bildirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Şeiri oxuyarkən obrazların nitqini onların
xarakterinə uyğun səsləndirir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Dinlədiyi şeiri nəsrə çevirərək məzmununu
yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
4.1.6. Cümlənin düzgün qurulmasında
baş və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir.  
Söz sırası pozulmuş şeir misralarında
mübtəda və xəbəri təyin etməklə cümlə
üzvlərinin ardıcıllığını bərpa edir.
134
5
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə