Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə51/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

123
Sonda məhkəmə heyəti səsvermə yolu ilə müttəhimi müəyyən edir və ona cəza təyin edir.
Yazı
“Qız qalası dünyanın 8-ci möcüzəsidir” mövzusunda inşa yazmaq. Bu yazı araşdırma xarak-
terli olduğundan ev tapşırığı kimi verilə bilər. 
Dil qaydaları
7-ci tapşırıq. Məbədin inşası üçün (ikincidərəcəli üzv) Yunanıstanın ən bacarıqlı memarları
(baş üzv – mübtəda) dəvət olunmuşdu (baş üzv – xəbər).
– Məbədin içində Artemisin böyük və möhtəşəm heykəli ucalırdı.
Məbədin içində, böyük və möhtəşəm – ikincidərəcəli üzvlər
Artemisin heykəli – baş üzv, mübtəda
ucalırdı – baş üzv, xəbər
– Bu barədə hökumətə xəbər verdilər.
Bu barədə, hökumətə – ikincidərəcəli üzvlər
xəbər verdilər – baş üzv, xəbər
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 76-cı səhifəsində də verilmişdir.) 
BABİL QÜLLƏSİ
Adi bir eksperiment keçirin: kimdənsə xahiş edin ki, dünya nın yeddi möcüzəsini bir-bir
saysın. O adam, 
, birinci Misir ehram larının adını çəkəcək. Sonra, 
,
Semiramida bağları ya da düşəcək. Ondan sonra da, 
, növbə Babil qülləsinə
çatar. Bu nunla da həmin adam səhv etmiş olacaq. Çünki Babil qülləsi mövcud olmamışdır. 
Xristianların müqəddəs kitabı olan “Bibliya”da yazılmışdır ki, bir vaxtlar bütün insanlar
eyni dildə danışırdılar. Bir gün onlar adlarını əbədi ləşdirmək üçün göylərə çatan nəhəng
bir qüllə tikmək qərarına gəlirlər. Bu vaxt Tanrı onların tikdiyi qülləyə baxmaq üçün yer
üzünə enir. İnsanların təkəbbürlü niyyəti onu qəzəbləndirir. Buna görə onların dilini
qarışdı raraq hərəsini bir dildə danışmağa məcbur edir. Nəticədə qüllənin inşaatçıları bir-
birini başa düşə bilmir və iş dayandırılır.
1. “Eksperiment” sözünü hansı sözlə əvəz etmək olar?
A) hiylə 
B) zarafat 
C) təcrübə
2. Hansı söz mavi boşluqların heç birinə uyğun gəlmir?
A) yəqin  
B) ola bilsin ki  
C) belə ki   
Ç) çox güman ki
3. Fikirlərdən biri yanlışdır:
A) Dünyanın yeddi möcüzəsi, həqiqətən, mövcud olmuşdur.
B) Babil qülləsi dünyanın üçüncü möcüzəsidir. 
C) Semiramida bağları da Babildə yerləşirdi.
4. Babil qülləsi haqqında rəvayətdən çıxan əsas nəticə:
A) Bütün insanlar bir dildə danışsalar, yaxşı olar.
B) Bir işə başlayarkən Tanrıya dua etmək lazımdır.
C) Birgə iş görmək üçün insanlar bir-birini başa düşməlidir.
YÜZ MİN NİYƏ
Çap üçün deyil


124
Yazı
üzrə qiymətləndirmə (inşa)
Mövzu: “Yeni ildən nə gözləyirəm?”
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Hansi cümlədə altından xətt çəkilmiş söz cümlənin II dərəcəli üzvüdür?
A) Müəllim Tərlandan razıdır.
B) Kauçuk neftdən alınır.
C) Biz Leyla ilə görüşdük.
2. Hansı cümlədə “ilə”ni “və” ilə əvəz etmək olar?
A) Aygün ilə Ayan yaxın rəfiqədirlər.
B) Tural atası ilə kəndə getdi.
C) Aytac nağıl kitabları ilə çox maraqlanırdı.
3. Hansı cümlədə “kimi” köməkçi nitq hissəsidir? 
A) Ad günümə kimi istəsəm, onu da çağıracağam.
B) Ad gününə kimi çağırmaq istəyirsən?
C) Ad günümə kimi xeyli iş görməliyəm.
4. İkincidərəcəli üzvün işlənmədiyi cümləni seç:
A) Artıq havalar isinir.
B) Artıq tamah baş yarar.
C) Çox istəyən azdan da olar.
5. “Axır ki, biz endik bir dərəyə” cümləsində hansı söz sonda işlənsə, söz sırası pozulmaz? 
A) bir
B) biz
C) endik
Dərs 50. ZƏMZƏM SUYU (2 saat)
Motivasiya 
Müəllim: – Zəmzəm suyu haqqında nə bilirsiniz?
Ola bilsin ki, bəzi şagirdlər bu su haqqında nağıllardan oxuyublar və ya həcc ziyarətinə
getmiş böyüklərdən eşidiblər. Onların məlumatları dinlənildikdən sonra müəllim lövhədə
şaxələndirmə aparır:
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi mətndəki fikirləri genişləndirərək
şərh edir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş mövzu ətrafında araşdırmalarını
məruzə şəklində təqdim edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu mətndəki obrazlara münasibət
bildirir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Oxuduğu və dinlədiyi eyni mövzuda mətn -
ləri ümumiləşdirib məzmununu yazır.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qaydalardan məqamına uyğun istifadə edir.
Şəxs adları və coğrafi adların böyük
hərflə yazılışına dair qaydaları tətbiq edir.
4.1.6. Cümlənin düzgün qurulmasında baş
və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Cümlə üzvlərinin yerini müəyyən edir.
4
Çap üçün deyil


Müəllim: – Zəmzəm suyunun tarixi bu adlarla bağlıdır. Onlardan biri müqəddəs yerin, digəri
tarixi şəxsiyyətin adıdır. Bu yer və şəxs haqqında nə bilirsiniz?
“Əqli hücum” yolu ilə Kəbə və İbrahim peyğəmbər haqqında məlumatların siyahısı tutulur.
Danışma
(cütlərlə iş)
Sual: – Sizcə, zəmzəm suyunun İbrahim peyğəmbər və onun oğlu İsmayılla nə əlaqəsi ola
bilər? Öz versiyanızı düşünüb təqdim edin.
Şagirdlər cütlərlə işləyərək bu haqda rəvayət düşünüb təqdim edirlər.
Oxu  
Mətn (dərslik, səh. 112-113) hissələrlə oxunur. Şagirdlər Həcər xanım və İbrahim peyğəmbər
obrazlarına münasibət lərini bildirirlər.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 77-ci səhifəsindəki 1-3-cü tapşırıqlardan istifadə oluna
bilər.
Dinləmə  
İMAN VƏ SƏDAQƏT
Aradan illər keçdi. İsmayıl 14-15 yaşlarına çatdı. O, savadlı və dünyagörmüş idi. 
Allah yenə İbrahim peyğəmbəri sınağa çəkdi. Bir dəfə İbrahim peyğəmbər yuxuda
gördü ki, oğlu İsmayılın boğazına bıçaq dayayıb. Yuxusunu oğluna danışdı. Oğlu dedi:
– Ata, bu, Allah-taalanın əmridir, yerinə yetirmək lazımdır.
İsmayıl hazırlaşıb atası ilə müəyyənləşdirilən yerə getdi. Yolda şeytan onun qabağını
kəsdi:
– Hara gedirsən? Atan səni öldürəcək!
İsmayıl şeytana uymadı və yerdən götürdüyü daşları ona atdı. Bir az getmişdi ki,
şeytan yenə onun qarşısını kəsdi, yenə eyni sözləri dedi. İsmayıl yenə onu daşladı.
Şeytan onu yoldan çıxara bilmədi. İndi də həcc ziyarətinə gedən müsəlmanlar şeytana
daş atırlar. 
İsmayıl atasının yanına çatdı. İbrahim peyğəmbər oğlunu yerə uzadıb bıçağı onun
boğazına çəkmək istəyirdi ki, yuxarıdan səs eşidildi:
– Ey İbrahim, sən sözünün üstündə durdun, sadiqliyini sübut etdin. Oğlunu yox, al bu
qoçu kəs. 
O gündən Qurban bayramında insanlar Allah yolunda qurban olaraq qoç kəsirlər.
Suallar: 
– İsmayılın  şeytana aldanmamağı onda hansı xüsusiyyətin güclü olduğunu göstərirdi?
– İbrahim peyğəmbərin və İsmayılın hərəkətlərinə münasibətinizi bildirin.
– Qurban bayramı ilə bağlı xalqımızın hansı adət-ənənələri var?
Yazı  
– Oxuduğun və dinlədiyin mətnlərdə həcc ziyarəti və Qurban bay ramı ilə bağlı ayinlər
haqqında məlumat aldın. Bu ayinlərdən birini təsvir et və onun rəva yətlə bağlı izahını yaz.
Tapşırıq qrup larla iş şəklində yerinə yetirilir.
I qrup: – Nəyə görə həcc ziyarəti zamanı zəvvarlar Səfa və Mərvə təpələri arasında yeddi
dəfə gedib-gəlirlər?
II qrup: – Niyə həcc ziyarəti zamanı şeytana daşatma mərasimi yerinə yetirilir?
III qrup: – Nəyə görə Qurban bayramı zamanı qoç kəsirlər?
KƏBƏ
ZƏMZƏM SUYU
İSMAYIL
125
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə