Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə48/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

çərtərək ora azacıq ilan zəhəri sürtürlər. Belə olduqda uşağın orqanizmində zəhərə qarşı im-
munitet yaranır və onun bədəni ilan zəhərinə qarşı dözümlü olur.
İlan zəhərinin faydası da çoxdur. Ondan təbabətdə bir sıra dərman preparatlarının
hazırlanması üçün istifadə edilir. Bunun üçün ilanlar xüsusi fermalarda saxlanılır. Onların zəhər
vəzilərini zəif elektrik cərəyanı vasitəsilə qıcıqlandırmaqla yığılmış zəhəri almaq mümkündür.
Mətn oxunduqdan sonra BİBÖ cədvəlinin III sütununa şagirdlərin yeni öyrəndikləri
məlumatlar  da qeyd olunur.
İş dəftərinin 72-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilə bilər.
Lüğətdən istifadə etməklə laxtalanma, orqanizm, immunitet, preparat, təbabət, elektrik,
cərəyan sözlərinin düzgün yazılışını və izahını müəyyənləşdirin.
Dil qaydaları
3-cü tapşırıq. Meşə, dağ, dərə donunu dəyişir. Hər təpə, hər dağ al-əlvan geyinir. Çöllərdə
başqa mənzərə görünür. Bülbül bağlarda şur ilə oxuyur.
4-cü tapşırıq. Bu tapşırıqda verilən söz birləşmələri bir cümlədə mübtəda, digər cümlədə isə
xəbər rolunda iştirak etməlidir; məsələn: 
Şikarını güdən ilan qəflətən daşların arasından çıxdı.
Qəflətən daşların arasından çıxan siçanı güdən ilan idi.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 72-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqdan
istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 48. DÜNYAGÖRMÜŞ BABA (4 saat)
Motivasiya  
Şagirdlərə “Bəyin oğurlanması” filmindən bir kadr göstərilir. Kadr hava proq nozu ilə bağlı
hissədir. Əhməd kişi səmaya baxaraq deyir: “Sabah elə yağış yağacaq ki, tut ucundan, çıx göyə”.
Müəllim: – Qoca haradan bildi ki, sabah yağış yağacaq?
Şagirdlər öz cavab versiyalarını söyləyirlər. “Proqnoz” sözünün mənası araşdırılır. 
Sual: – Bu söz yalnız hava haqqındamı işlədilir? Siz bəzən mətnin bir hissəsini oxuyub
davamını təxmin edirsiniz. Buna “proqnoz”  demək olarmı?
Müəllim şagirdlərə aşağıdakı məlumatı çatdırır:  
– Müasir zamanda elektron cihazlar və kosmik müşahidə sistemləri havanın dəqiq proq -
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir.
Müəyyən elmi məlumatları mənimsəməklə
qoyulmuş suallara aydınlıq gətirir.
1.2.2. Müşahidə etdikləri, eşitdikləri,
oxuduqları hadisələr haqqında  mühakimə
xarakterli fikirlər irəli sürür. 
Eşitdiyi və oxuduğu inanclar haqqında
mühakimə xarakterli fikirlər irəli sürür.
1.2.5.  Nitqini canlı və obrazlı etmək
məqsədi ilə  məzmuna müvafiq jest və
mimikalardan istifadə edir. 
Mətndəki obrazların nitqini səslən di rər kən
onların xarakterinə uyğun intona siya, jest
və  mimikalardan istifadə edir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır,
onların əsas nitq hissələrindən fərqini izah
edir.
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
117
YÜZ MİN NİYƏ
Çap üçün deyil


118
nozuna imkan verir. Qədimdə isə insanlar bunu təbiət üzərində uzunmüddətli müşahidələr
vasitəsilə edirdilər. Daim təbiətin qoynunda olan çobanlar və əkinçilər heyvanların, quşların,
eləcə də göy cisimlərinin hərəkətlərini müşahidə etməklə nəinki bir neçə gün, hətta bir neçə ay
qabaqcadan havanın necə keçəcəyi barədə məlumat verirdilər. 
Oxu
(rollu oyun)
Dərsliyin 108-109-cu səhifələrindəki mətn şagirdlər tərəfindən əvvəlcə səssiz oxunur. Sonra
mətnin 109-cu səhifədə verilmiş dialoq hissəsi 2 şagird tərəfindən səhnələşdirilir. Bu zaman
aktyor şagirdlər müvafiq obraza aid nitqi səsləndirməklə yanaşı, hər bir obrazın hərəkətlərini
mətndə təsvir olunduğu kimi nümayiş etdirməyə çalışırlar.
Dərsliyin 109-cu səhifəsindəki tapşırıqlar yerinə yetirilir.
Söz ehtiyatı
2-ci tapşırıq. Otaqdakı isti hava yüngül olduğu üçün yuxarıdan bayıra çıxır. Buna görə şamı
yuxarı qaldıranda isti hava onun alovunu çölə əyir.
Şam aşağıda olanda onun alovu içəriyə, otağa doğru əyilir.
3-cü tapşırıq. Arqumentlər aşağıdakılar ola bilər:
– Yerin Günəş ətrafındakı hərəkəti 1 ilə başa çatır. Qışın və yayın dəyişməsi birdən-birə yox,
tədricən baş verir. İlin ayrı-ayrı fəsillərində biz çayların donmasını, qaranquşların gəlməsini,
meyvələrin yetişməsini, yarpaqların tökülməsini müşahidə edirik. 
Dinləmə
OKSİGEN
İnsan nəfəs almadan yaşaya bilməz. Nəfəs aldığımız hava hər yerdə eyni cür olmur. Təbiətin
qoynunda – meşədə, çəməndə insan daha rahat nəfəs alır. Fabrik, zavod və maşınların daha
çox olduğu şəhərlərdə isə nəfəs almaq daha çətin olur. Nəfəs alarkən qəbul etdiyimiz havanın
tərkibində müxtəlif qazlar, o cümlədən oksigen var. Oksigen insan orqanizmi, xüsusilə qan-
damar sistemi üçün  vacib elementdir.  Ağacların çox olduğu yerlərdə oksigen çox olur. Ona
görə də belə yerlərdə insan özünü yaxşı hiss edir. Bitki örtüyünün az olduğu şəhərlərdə isə
hava karbon və digər zərərli qazlarla bol olur. İnsan yemək yemədən 6 ay, su içmədən ən çoxu
7 gün, oksigen almadan yalnız bir necə dəqiqə yaşaya bilər.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 73-cü səhifəsindəki 1-3-cü tapşırıqlardan istifadə
oluna bilər. 
Danışma 
(debat)
Şagirdlər iki qrupa bölünüb debat keçirirlər:
I qrup: – Bilikli olmaq üçün çox oxumaq vacibdir.
II  qrup: – Əsl bilik həyat təcrübəsi ilə gəlir, ona görə də çox oxumaq vacib deyil.
Daha sonra “auksion” oyunu keçirilir. Müəllim bildirir ki, ata-babalarımızın inandığı bir çox
əlamətlər olub ki, inanc adı altında şifahi xalq ədəbiyyatımıza daxil olmuşdur. İndi də yaşlı
adamlar bu inancları tez-tez təkrar edirlər; məsələn:
– Qarğa çox olanda qış sərt keçər.
– Qabağından qara pişik keçsə, getdiyin iş baş tutmaz.
– Duz-istiot dağılanda evdə dava düşər və s.
Müəllim tapşırır ki, şagirdlər indiyə kimi böyüklərdən eşitdikləri inancları xatırlayıb söyləsinlər.
Müəllimin nəzərinə: Müəllim müxtəlif suallarla şagirdlərin yaddaşını fəallaşdıra bilər:
– Novruzla bağlı hansı inanclar var? (Axır çərşənbə günü kiminlə küsülü olsan, yeddi il
barışmazsan. Bayram axşamı evdə pis söz danışmaq olmaz.)
– Boşqabınızda yemək qalanda böyüklər nə deyir? (Nişanlın göyçək olmaz.)
– Həyətdən bayquş səsi gələndə nə deyirlər? (Evdə bədbəxtlik olar.)
Müzakirə
“İnancları ciddi qəbul etmək olarmı?” mövzusunda müzakirə keçirilir. 
4
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə