Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə45/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

108
Dükançı cavabında dedi:
Mən çörək bişirmirəm, çörək zavodundan alıb satıram.
Hüseyn çörək zavoduna getdi. Orada çörək bişirilirdi. Hüseyn çörək bişirənlərdən birinə
yaxınlaşıb dedi:
– Çörəkçi əmi, bizim məhəllədəki dükançı çörəkləri sizdən alır. Çörəklər çox gözəl bişib.
Bunun üçün Sizə təşəkkür edirəm.
Sual: – Sizcə, çörəkçi Hüseynə nə cavab verəcək?
Çörək bişirən dedi:
– Doğrudan da, çörəklər çox gözəldir. Amma dəyirmançı un verməsə, mən çörək bişirə
bilmərəm. Sən dəyirmançıya təşəkkür etməlisən.
Hüseyn dəyirmana getdi. Dəyirmanın bir tərəfinə tay-tay buğda kisələri qalaqlanmışdı. Bir
tərəfdə isə buğda üyüdülüb un olurdu. Hüseyn dəyirmançıya yaxınlaşdı:
– Dəyirmançı əmi, üyütdüyünüz undan çox dadlı çörək alınır. Gəldim ki, buna görə Sizə
təşəkkür edim.
Sual: – Sizcə, dəyirmançı Hüseynə nə cavab verəcək?
Dəyirmançı gülümsündü:
– Bütün söylədiklərin doğrudur. Amma əkinçi buğda əkməsə, onu yetişdirib, toplayıb
dəyirmana gətirməsə, mən də un üyüdə bilmərəm. Təşəkkürə daha çox o layiqdir.
Hüseyn şəhərdən çıxıb yaxınlıqdakı əkinçinin yanına getdi. Qoca, nurani bir əkinçi taxıl
biçirdi. Hüseyn:
– Yorulmayasınız, əkinçi baba, – səsləndi. 
Qoca əkinçi bir anlığa dayanıb qəddini düzəltdi və alnındakı tər damlalarını sildi:
– Allah razı olsun, quzum, sən haradan çıxdın belə?
Hüseyn dilləndi:
– Siz taxıl əkirsiniz, dəyirmançı buğdanı üyüdüb un edir, çörəkçi undan çörək bişirir, dükançı
çörəkləri satır, anam da alıb evimizə gətirir. Çörəklər çox gözəl olur. Bunun üçün Sizə təşəkkür
edirəm.
Sual: – Bu hissədə hansı nitq etiketlərinə rast gəldiniz? 
(“Yorulmayasınız”, “Allah razı olsun”)
Sizcə, əkinçi Hüseynə nə cavab verəcək?
Qoca mənalı-mənalı gülümsəyib əlini Hüseynin çiyninə qoydu:
– Bax, ağıllı balam, mənə diqqətlə qulaq as. Əgər torpaq belə bərəkətli olmasaydı, bulud-
lardan yağış yağmasaydı, Günəş hərarətini və işığını Yer üzünə göndərməsəydi, mən buğda
əkə bilməzdim. 
Hüseyn çaşıb-qaldı və:
– Yaxşı, əkinçi baba, indi mən kimə təşəkkür etməliyəm? – soruşdu.
Qoca əkinçi Hüseynin saçını sığalladı:
– Səni, ananı, atanı, dükançını, çörəkçini, dəyirmançını, əkinçini YARADAN, torpağı, buludu,
yağmuru, Günəşi, hərarəti, işığı, gördüyün hər şeyi bizim xidmətimizə verən Uca Allaha təşəkkür
etməlisən. Biz hamımız ONA şükür etməliyik.
Hüseyn xoş duyğularla evə döndü. Anası namaz qılırdı. Sakitcə onun yanında oturdu, əllərini
açıb dedi:
– Allahım, hər kəsin adından və verdiyin hər şey üçün SƏNƏ şükürlər olsun!
Fəxrəddin Bozdağ (Türkiyə)
Yazı
Müəllim mətnin giriş hissəsini səsləndirir:
– Atası Raminə bir bədii kitab almışdı. Ramin böyük maraqla kitabı oxudu və buna görə
atasına təşəkkür etdi. Atası dedi:
4
Çap üçün deyil


– Sən mənə yox, kitabın müəllifinə təşəkkür etməlisən...
Tapşırıq: – Mətni davam etdirin.
Dil qaydaları
5-ci tapşırıq.
– Yağış bərk yağırdı.
– Bulud bir azdan uca dağın arxasına çəkilib yox oldu.
– Biz gələcəyə ümidlə baxmalıyıq.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 68-ci səhifəsindəki dil qaydalarına aid tapşırıqdan
istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 44. TÜLKÜ NİYƏ SUYA GİRİR (2 saat)
Müəllimin nəzərinə: Keçən dərsdən şagirdlərə tapşırılır ki, müxtəlif heyvanların qeyri-adi
xüsusiyyətləri haqqında məlumat toplasınlar. 
Motivasiya
Müəllim bir neçə heyvan şəkli nümayiş etdirir (timsah, ayı, delfin, ilan, tülkü), şagirdlərin bu
heyvanların qeyri-adi xüsusiyyətləri haqqında bilikləri yoxlanılır. Müəllim bəzi heyvanların qeyri-
adi xüsusiyyətləri haqqında özü məlumat verir: 
– Timsahlar daha dərinə bata bilmək üçün daş udurlar.
– Ayı çox yöndəmsiz və yastıdaban olsa da, at qədər sürətli qaça bilər.
– Delfinlər bir gözü açıq yatırlar. Onlar okeanda azmış gəmilərə yol göstərirlər.
– Bir ilan 3 il yata bilər. İlanların eşitmə qabiliyyəti yoxdur.
– Heyvanların əksəriyyəti zəlzələni qabaqcadan hiss edir.
Sual: – Bəs tülkünün qeyri-adi xüsusiyyətləri haqqında nə bilirsiniz?
Şagirdlər tülkünün çox hiyləgər olduğunu, şələ quyruğundan izi itirmək üçün istifadə etdiyini
deyə bilərlər.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş mövzu ətrafında araşdırmalarını
məruzə şəklində təqdim edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Mətndəki hadisələrin səbəb-nəticə
əlaqəsini müəyyən edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Əsərdəki qəhrəmanların hərəkətlərinə
əsasən onları xarakterizə edir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Süjet xəttinə əlavələr etməklə mətni yara -
dıcı şəkildə nəql edir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Oxuduğu və dinlədiyi eyni mövzuda mətn -
ləri ümumiləşdirib məzmununu yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
109
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Oxu
(proqnozlaşdırma)
Dərsliyin 101-102-ci səhifələrindəki mətn “Bir az dərinə üzdü” cümləsinə qədər (birinci 3
abzas) oxunur və müəllim soruşur: 
– Sizcə, tülkü niyə suya girirdi? Onun ağzındakı nə idi?
Şagirdlərin versiyaları dinlənilir.
Sonra mətnin ardı  “Dostumla nə qədər fikirləşsək də, tülkünün hərəkətini başa düşmədik...”
cümləsinə qədər oxunur və şagirdlərin dedikləri ilə müqayisə olunur.
Müəllim: – Sizcə, tülkü niyə belə etdi?
Şagirdlər öz cavab versiyalarını irəli sürürlər. 
Sonra mətnin ardı oxunur və şagirdlərin dedikləri ilə müqayisə olunur.
Dərsliyin 102-ci səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. Eləcə də iş dəftərinin 69-cu
səhifəsindəki 1-ci tapşırıq da yerinə yetirilə bilər.
Danışma
(cütlərlə iş)
Cütlərə tapşırılır ki, heyvanların qeyri-adi xüsusiyyətləri haqqında əldə etdikləri məlumatları
məruzə şəklində təqdim etsinlər.
Yazı
Şagirdlərə tapşırılır ki, bu dərsdə tülkü haqqında öyrəndiklərindən və əlavə mən bə lərdən
istifadə etməklə evdə həmin hey van haqqında elmi-kütləvi mətn yazsınlar. 
İş dəftərinin 69-cu səhifəsindəki digər tapşırıqlardan da istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı əsasında təlim
məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 45. YARASA NƏ ÜÇÜN GECƏ OVA ÇIXIR (4 saat)
Motivasiya
Müəllim bir neçə tapmaca söyləyir və açmasını soruşur:
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş mövzu ətrafında araşdırmalarını
məruzə şəklində təqdim edir.
1.2.4. Verilmiş sadə mətni bədii ifadə
vasitələri ilə zənginləşdirməklə obrazlı və
emosional nəql edir.
Verilmiş elmi mövzu ilə bağlı bədii mətn
quraraq şifahi şəkildə təqdim edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Öyrəndiyi yeni söz və terminlərin
mənasını təxmin edir, lüğət vasitəsilə
dəqiqləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən
olunmuş tələblərə uyğun sürətli, düzgün,
şüurlu, ifadəli oxuyur.
Oxuduğu mətndəki məlumatları
mənimsəyir və nəticə çıxarır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq mü -
əy   yən edilən əməli yazılar (məktub, açıq -
ca, elan, ərizə, dəvətnamə, məlumat)
yazır.
Oxuduğu mətndəki obrazların dilindən
məktub yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır,
onların əsas nitq hissələrindən fərqini izah
edir. 
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
110
4
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə