Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə42/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

100
nə edirdi? – qalxırdı – xəbər
kim qalxırdı? – Əhməd kişi – mübtəda
kimlə qalxırdı? – ovçularla – ikincidərəcəli üzv
haraya qalxırdı? – dağa – ikincidərəcəli üzv
Şagirdlər söz birləşməsinin bir cümlə üzvü olduğunu müəyyənləşdirməkdə çətinlik çəkə
bilərlər. Burada çaşmamaq üçün müəllim söz birləşməsinin tərkibindəki sözlərin xəbərlə birbaşa
əlaqəsi olub-olmadığını yoxlamaq lazım gəldiyini izah etməlidir.
94-cü səhifədəki qaydada verilən cümlə müəllim tərəfindən yazı taxtasına yazılır və sözlərin
hansı nitq hissəsinə aid olduğu sual-cavab yolu ilə müəyyənləşdirilir. 
4-cü tapşırıq.
Babam (kim? – mübtəda) bağda (harada? – ikincidərəcəli üzv) ağacları (nəyi? –
ikincidərəcəli üzv) suladı (nə etdi? – xəbər).
Yarpaqlar (nə? – mübtəda) yerə (haraya? – ikincidərəcəli üzv) tökülürdü (nə edirdi? – xəbər).
Şiddətli (necə? – ikincidərəcəli üzv) külək (nə? – mübtəda) əsirdi (nə edirdi? – xəbər).
Usta (kim? – mübtəda) hovuzu (haranı? – ikincidərəcəli üzv) daşlarla (nə ilə? – ikincidərəcəli
üzv) bəzədi (nə etdi? – xəbər).
Tətbiqi çalışmalar üçün iş dəftərinin 63-cü səhifəsindəki dil qaydaları üzrə tapşırıqlardan
istifadə etmək olar.
QiymətləndirməMüşahidə, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında təlim
məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 40. MEYNƏ NİYƏ AĞLAYIR (2 saat)
Motivasiya  
Müəllim: – Ağacların tez böyüyüb çox məhsul verməsi üçün nə etmək lazımdır? 
Şagirdlər cavab variantlarını söyləyirlər. 
Müəllimin nəzərinə: Yaxşı olardı ki, bu dərs məktəbin həyətyanı sahəsində, rayon və kənd
yerlərində isə üzüm bağları sahəsində keçirilsin.
Oxu   
Şagirdlər  təyin edilmiş vaxt ərzində səssiz oxuyub mətnin (dərslik, səh. 95) məzmunu ilə
tanış olurlar. Dərsliyin 96-cı səhifəsindəki 1-6-cı tapşırıqlar yerinə yetirilir. İş dəftərinin 64-cü
səhifəsindəki 1-ci tapşırıqdan da istifadə etmək olar.
4-cü tapşırıq. … çünki meynənin daha çox bar verəcəyini düşünürdü.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Oxuduğu mətnin ideyasından bəhrələnərək
eyni mövzuda mətn qurub təqdim edir.
2.1.3. Öyrəndiyi yeni söz və terminlərin
lüğətini tərtib edir.
Müəyyən sahəyə aid söz və terminlərin
izahlı lüğətini tərtib edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki hadisələrin səbəb-nəticə
əlaqəsini müəyyən edir.
Oxuduğu mətndəki məlumatları
mənimsəyir və nəticə çıxarır.
4.1.6. Cümlənin düzgün qurulmasında
baş və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Sözlərin cümlədəki rolunu, sualını və
ifadə vasitəsini müəyyənləşdirir.
4
Çap üçün deyil


101
Danışma
(qruplarla iş)  
Şagirdlər üç qrupa  bölünürlər. Verilmiş situasiya ilə bağlı hekayə düşünüb şifahi şəkildə
sinfə təqdim edirlər.
I  qrup: – Babam bağda əkdiyi  körpə ağacların yanında möhkəm çubuqlar basdırıb  ağacları
onlara bağladı...
II  qrup: – Babam alətlər qutusunu götürüb mənimlə bağa tərəf yollandı...
III  qrup: – Babam bağda əkdiyi ağaclardan  birinə qulluq etməyi mənə tapşırdı...
Dinləmə
ÜZÜM
Üzüm çox faydalı və qiymətli bitkidir. Ona görə də dünyanın bir çox ölkəsində çox
qədimdən becərilir. Üzümdən hazırlanan sirkə, şərbət, kişmiş çox faydalıdır. Bəkməz və
ya doşab isə qanazlığı xəstəliyi üçün çox faydalı vasitədir. 
Müəyyən edilmişdir ki, üzümün şirəsində müalicəvi əhəmiyyəti olan bir sıra maddələr
var. Onun tərkibində vitaminlər çoxdur. Üzüm tənəyinin yarpağı da faydalıdır. Milli
yeməklərimizin hazırlanmasında ondan istifadə olunur. 
Şagirdlər doşab, bəkməz, şərbət, sirkə sözlərinin mənasını müəyyənləşdirib lüğət tərtib
edirlər.
Sual: – Üzüm yarpağından hansı yemək növünün hazırlanmasında istifadə olunur?
Yazı
Cütlərlə iş. Müəllim vərəqin yuxarı hissəsində belə bir cümlə yazır: “Yayın sonuna yaxın
bağdakı meynələrimiz xeyli üzüm gətirdi”. Bu vərəqi qarşıda əyləşən birinci cütlüyə verərək
mövzunu davam etdirmək məqsədi ilə bir cümlə artırmağı tapşırır. Daha sonra digər cütlüklər
mətni öz cümlələri ilə genişləndirir. Sonda mətn şagirdlər tərəfindən oxunur.
İş dəftərinin 64-cü səhifəsindəki 2-ci tapşırıq da yerinə yetirilə bilər.
Dil qaydaları
7-ci tapşırıq. Cavab: “B” variantıdır (Bakı şəhərində).
8-ci tapşırıq.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 64-cü səhifəsindəki dil qaydaları üzrə tapşırıqlardan
istifadə etmək olar.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Söz
Cümlədə rolu
Sualı
Nitq hissəsi
Elçin
mübtəda
kim?
isim
budağı
ikincidərəcəli üzv
nəyi?
isim
kəsdi
xəbər
nə etdi?
feil
Mərdan
mübtəda
kim?
isim
həkimlə
ikincidərəcəli üzv
kim ilə?
isim
danışdı
xəbər
nə etdi?
feil
mən
mübtəda
kim?
əvəzlik
dostumu
ikincidərəcəli üzv
kimi?
isim
vağzalda
ikincidərəcəli üzv
harada?
isim
qarşıladım
xəbər
nə etdim?
feil
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə