Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə38/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

I qrup: – Teymur qardaşına qarşı düzgün hərəkət etmədi.
II qrup: – Səməd  qardaşından layiq olduğu “mərhəmət”i gördü.
Oxu
(rollu oyun)
Mətnin 3-cü hissəsinə keçməzdən əvvəl müəllim aşağıdakı sualı verir: 
– Dövlət başçısı hansı xüsusiyyətlərə malik olmalıdır?
Cavablardan sonra mətnin 3-cü hissəsi (səh. 85) oxunur və şagirdlərin keçən dərsdə bu
hissə ilə bağlı söylədikləri versiyalarla  müqayisə olunur. 
2-3-cü tapşırıqlar yerinə yetirilir. 2-ci tapşırıq. Cavab: 150 qoyun
Şagirdlər 4-cü hissə (səh. 85-86) ilə bağlı versiyalarını irəli sürürlər. Mətnin sonuncu hissəsi
rollu oyun şəklində 3 şagird tərəfindən (Səməd, Teymur, aparıcı) oxunur.
Müəllim suallarla şagirdlərə müraciət edir:
– Mətnin sonluğu xoşunuza gəldimi? Xoşunuza gələn nə oldu?
– Mətnin sonunda sizin üçün gözlənilməz olan nə idi?
– 4-cü hissədən sonra Teymur və Səməd obrazlarına münasibətinizdə bir dəyişiklik oldumu?
– Siz mətni hansı sonluqla bitirərdiniz?
Dərsliyin 86-cı səhifəsindəki 4-5-ci tapşırıqlar yerinə yetirilir.
4-cü tapşırıq. Cavab “B” variantıdır. 
5-ci tapşırıq. Səmədə 50 qoyun qaldı (200 – 150 = 50). 
İş dəftərinin 56-cı səhifəsindəki 1-3-cü tapşırıqlardan istifadə oluna bilər.
Yazı
(inşa)
Şagirdlər “Mən dövlət başçısı olsaydım, xalqım üçün nə edərdim?” mövzusunda inşa yazırlar.
Dil qaydaları
6-cı tapşırıq. Mavi rənglə verilmiş sözlərdən “kimi” sözü öz funksiyasına görə digərlərindən
fərqlidir. Çünki bu söz cümlənin təsir gücünü artırır, digərləri isə söz və cümlələri bir-birinə bağlayır.
7-ci tapşırıq. Cavab “C” variantıdır. 
İş dəftərinin 56-cı səhifəsindəki dil qaydaları üzrə tapşırıqlardan istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 34. KİRPİNİN DÜZ SÖZÜ (2 saat)
Motivasiya_Müəllim'>Motivasiya
Müəllim: – “İstəyirsən bal-çörək, al əlinə bel-kürək” atalar sözünü hansı məqamlarda
işlədirlər? 
Şagirdlər cavab variantlarını söyləyirlər.
Müəllim: – Bu atalar sözünü  indiyə  qədər oxuduğunuz hansı mətnlərə aid edə bilərsiniz?
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq  mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Mətni oxuyarkən obrazların nitqini onların
xarakterinə uyğun səsləndirir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Oxuduğu şeiri nəsrə çevirərək məzmununu
yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissələrini digər nitq
hissələrindən fərqləndirir.
4.1.6. Cümlənin düzgün qurulmasında baş
və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir.  
Şeirlə ifadə olunmuş cümlələri nəsrə
çevirərkən sözlərin ardıcıllığını düzgün
müəyyən edir.
90
3
Çap üçün deyil


Şagirdlər  “Ən böyük xəzinə”, “İki qardaş”, “Bağban və oğulları” (II sinif) və s. mətnlərin
adlarını çəkirlər.
İfadəli oxu
(rollu oyun)
Şeir (dərslik, səh. 87) 5 şagird tərəfindən (hər şagird müvafiq olaraq aparıcının, ayının, qur-
dun, tülkünün, kirpinin sözlərini söyləyir) səhnələşdirilir. Hər heyvana uyğun müəyyən jest və
mimikalardan istifadə edilməsi tələb olunur. 
Yazı
Şagirdlərə belə bir tapşırıq verilir:
– Təmsildəki heyvan obrazlarını insan obrazları ilə əvəz edərək hekayə və ya nağıl yazın.
İş dəftərinin 57-ci səhifəsindəki 1-2-ci tapşırıqlar da yerinə yetirilə bilər.
Dil qaydaları
1-ci tapşırıq. O, doyunca bal yeməkçün pətək tapa bilmədi.
Siz elə boy-buxunla 
Bir qarın yemək üçün
Zəhməti sevsəydiniz, 
Xəlvəti gəzməzdiniz.
2-ci tapşırıq. Şeirin son misralarında verilən “elə” sözünə sual vermək olar (hansı?). Həmin
söz əvəzlikdir. Digər cümlədəki (Elə həmin andaca....) “elə” sözü köməkçi nitq hissəsidir. Heç
bir suala cavab vermir, cümlədəki sözün təsir gücünü artırır.
Tətbiqi çalışma kimi iş dəftərinin 57-ci səhifəsindəki 3-cü tapşırıq yerinə yetirilə bilər. 
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 35. HAZIR YUVA (2 saat)
Motivasiya
Azərbaycanın xəritəsi nümayiş etdirilir. Xəritədə ermənilərin işğal etdikləri Qarabağ ərazisi
xüsusi (qara) rənglə ayrılmışdır. 
Məzmun standartları
Təlim məqsədləri 
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və dinlədiyi məlumatları həyatda
gördükləri və eşitdikləri ilə əlaqələndirərək
mühakimə xarakterli fikirlər irəli sürür.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş tə -
lə b lərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli
 o xu yur.
Mətndəki hadisələrin səbəb-nəticə
əlaqəsini müəyyən edir.
Oxuduğu bədii mətnin hekayə xəritəsini qurur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında
kiçik təqdimatlar edir.
Oxuduğu elmi mətndən əldə etdiyi
məlumatlara şəxsi araşdırmalarını da əlavə
etməklə məruzə şəklində təqdim edir.
2.2.3. Verilmiş mətni genişləndirmək və da vam
etdirmək məqsədi ilə yaradıcı plan tutur.
Mətnin planına yeni başlıqlar əlavə edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Mətnin ideyasını atalar sözü ilə ifadə edir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş for-
mada yaradıcı nəql edir.
Mətndəki müəyyən epizodları
genişləndirməklə nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Oxuduqlarını və eşitdiklərini ümumiləş -
dirməklə təhlil xarakterli inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
Bəzi köməkçi nitq hissələ rinin cümlədəki
rolunu müəyyənləşdirir.
91
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə