Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə35/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   31   32   33   34   35   36   37   38   ...   100

84
sanlar sevinclə pulları yığıb çuvallara doldururlar. Artıq hamının çoxlu pulu olur və
istədikləri kimi xərcləyirlər. 
Əvvəl hər şey yaxşı idi, ... bir müddətdən sonra insanlar işləmək istəmədilər. ... artıq
pula ehtiyacları yox idi. Mağazalar, restoranlar, fabriklər bir-bir bağlandı. İnsanlar almaq
istədikləri şeyi heç yerdə tapa bilmirdilər. Bununla yanaşı, həm də göydən yağış yerinə
pul yağdığı 
quraqlıq baş vermişdi, meyvə-tərəvəz, taxıl qurumuşdu. 
Pulla xoşbəxt ola biləcəklərini düşünən insanlar çox peşman olmuşdular. 
“Pul .......”
, –
deyirdilər. Artıq göydən pul yağanda heç kim sevinmirdi. Yağış yağsın deyə hamı dua edirdi.
Yazı 
üzrə qiymətləndirmə (ifadə)
MİSMARIN YERİ QALIB
Bir kişinin tənbəl oğlu olur. Ata görür ki, oğlu ancaq yeyir-içir, gəzir, heç kəsə qulaq
asmır. Oğlunu yanına çağırıb deyir: 
– Oğul, artıq belə yaşamaqdan əl çək, yaxşı bir iş görməyə çalış. 
Oğul isə cavabında deyir: 
– Ata, mən artıq dəyişəcəyəm. 
Sonra gətirib atasına bir taxta parçası verir və deyir:
– Bu gündən etibarən mənim elədiyim hər səhvə görə taxtaya bir mismar vur. 
Ata razılaşır. Bundan sonra oğlu yenə də əvvəlki kimi avaralanır, atasına verdiyi sözə
əməl etmir. Atası isə oğlunun elədiyi hər səhvə görə taxtaya bir mismar vurur. Bir
müddətdən sonra oğlunu yenə yanına çağırır: 
– Oğlum, bax bu sənin mənə verdiyin taxta parçasıdır, artıq taxtada boş yer qalmayıb.
Amma sən yenə də öz işlərinə davam edirsən. 
Oğlu bir az fikirləşir və deyir: 
–  Ata, haqlısan, amma bundan sonra, doğrudan da, dəyişəcəyəm, sən də mənim
elədiyim hər yaxşı iş üçün bir mismar çıxardacaqsan. 
Atası razılaşır. Bundan sonra oğlu, həqiqətən də, dəyişir, atası da onun elədiyi hər
yaxşı işin əvəzində taxtadan bir mismar çıxarır. Bir müddətdən sonra ata əlində taxta
parçası oğlunun yanına gəlir. Oğlu taxta parçasına baxıb deyir: 
– Ata, görürsən, taxtada mismar qalmayıb. 
Ata isə cavab verir: 
– Oğlum, düz deyirsən, taxtada mismar qalmayıb, amma mismarın yeri qalıb...
Şagirdlər qurduqları plan əsasında dinlədikləri mətnin müfəssəl məzmununu yazırlar.
1. Üçüncü abzasda nöqtələrin yerinə
uyğun sözləri yaz.
A) ancaq, çünki
B) sən demə, yəni 
C) lakin, beləliklə
2. Sonuncu abzasda “pul” sözü ilə
başlanan cümləni tamamla.
A) həyatımızı mənalı edən yeganə
vasitədir.
B) sadəcə, ehtiyaclarımızı ödəmək
üçün bir vasitə imiş.
C) insanlar arasında dostluq yaradan
bir vasitə imiş.
3. Mavi boşluğun yerinə uyğun gələn
sözü seç.
A) üçün 
B) qədər 
C) kimi
4. Altından xətt çəkilmiş sözü hansı sözlə
əvəz etmək olar?
A) üçün B) qədər  C) dək
5. Hansı cümlədə “artıq” sözü leksik
mənaya malik deyil?
A) Artıq tamah baş yarar.
B) Artıq sən də onun kimi fikirləşirsən?
C) Artıq söz üz qızardar.
3
Çap üçün deyil


85
Dil qaydaları 
üzrə qiymətləndirmə 
Dərs 31. HƏDİYYƏ (4 saat)
Motivasiya 
Müəllim: – Tibb Universitetini bitirən məzunlar (“məzun” sözünün mənası açıqlanır) həkimlik
fəaliyyətinə başlayarkən  and içirlər ki, kimliyindən asılı olmayaraq, hətta düşməni olsa belə,
onlara müraciət edən xəstələri müalicə etsinlər, bacardıqları yardımı göstərsinlər. Sizcə,
inşaatçılar, müəllimlər nəyə and içməlidirlər?
Oxu  
“Hədiyyə” hekayəsi (dərslik, səh. 80) oxunur. 
Mətnin ideyasını atalar sözü ilə ifadə etmək üçün  müəllim aşağıdakı tapşırıqdan da istifadə
edə bilər:
1. Biri köməkçi nitq hissəsinin xüsusiy yəti
deyil:
A) Suala cavab vermək
B) Söz və cümlələri bir-birinə bağlamaq
C) Cümlənin təsir gücünü artırmaq
2. “Dost min isə azdır, düşmən bir isə çox-
dur”  atalar sözündə leksik mənası ol-
mayan söz hansıdır?
A) min
B) isə
C) azdır
3. “Onun ... böyük arzusu həkim olmaq idi”
cümləsində əlamət bildirən sözün təsir
gücünü artırmaq üçün nöqtələrin yerinə
yazmaq lazımdır:
A) ən
B) axı
C) bəs
4. Nöqtələrin yerinə hansı köməkçi nitq
hissəsini yazmaq olmaz?
Nicat  ...  Murad çox dəcəl uşaqlardır.
A) ilə
B) isə
C) və
5. “Turqut hər gün dərslərini hazırlayır,
kitab-dəftərlərini səliqəli saxlayır,   ...
o, yaxşı şagirddir” cümləsində
nöqtələrin yerinə hansı köməkçi nitq
hissəsi yazılmalıdır?
A) deməli
B) amma
C) sanki
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə
fikirlərini əsaslandırır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərin mövzusunu və ideyasını
müəyyənləşdirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Əsərə və oradakı obrazlara başqa prizma -
dan yanaşaraq yaradıcı şəkildə nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq mü -
əy yən edilən əməli yazılar (məktub, açıq ca,
elan, ərizə, dəvətnamə, məlumat) yazır.
Oxuduğu əsərin qəhrəmanına məktub
yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır,
onların əsas nitq hissələrindən fərqini izah
edir. 
Cümlədə köməkçi nitq hissələrini digər
nitq hissələrindən fərqləndirir.
Bəzi omonim sözlərin (bax, kimi və s.)
cümlədəki yerinə görə köməkçi, yoxsa
əsas nitq hissəsi olduğunu müəyyən edir.
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə