Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə33/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

80
edir, əsərin qısa məzmununu oxuduqları hissəyə görə 1-2 cümlə  ilə yazırlar. İşi tamamladıqdan
sonra hekayə xəritəsini 2-ci işçi qrupa ötürürlər. İkincilər “Baş qəhrəman”, “Digər obrazlar”a
qeydlərini edir, əsərin məzmununu oxuduqları hissəyə görə qısa yazırlar. Sonda hekayə xəritəsi
3-cü işçi qrupa ötürülür; onlar öz əlavələrini etməklə hekayə xəritəsini tamamlayırlar. 
Söz ehtiyatı
İş dəftərinin 48-ci səhifəsindəki 1-ci tapşırıq yerinə yetirilə bilər. Bu zaman şagirdlərə tapşırılır
ki, bu sözlərin tələffüz qaydasını da araşdırsınlar. 
Müəllim suallarla müraciət edir:
– Sözün yazılış qaydasını bilmək üçün hansı lüğətə müraciət edirik? (orfoqrafiya)
– Sözün tələffüz qaydasını bilmək üçün hansı lüğətə müraciət edirik? (orfoepiya)
– Sözün mənasını öyrənmək üçün hansı lüğətə müraciət edirik? (izahlı lüğət)
Müəllim “iqtisadiyyat”, “klinika”, “diaqnoz”, “pasiyent” sözlərinin mənasını soruşur. Şagirdlər
bu sözlərin mənasını əvvəlcə mətndən çıxış edərək, sonra lüğətə əsasən açıqlayır,  bu sözləri
düzgün tələffüz etdikdən sonra iş dəftərində onların izahını yazırlar.
Sual: – Mətnin 1-ci abzasında hansı sözlər böyük hərflə yazılıb? Onlardan coğrafi ad bil di -
rən ləri lövhədə yazın.
Şagirdlər lövhədə “Qarabağ”, “Goranboy”, “Kəlbəcər”, “Ağdam” sözlərini yazırlar.
Sual: – Bəs bu yerlər haqqında məlumat almaq üçün hansı sorğu kitabına müraciət etmə -
liyik? (ensiklopediya)
Müəllimin nəzərinə: Növbəti dərs eyni mövzuya həsr olunduğundan şagirdlərə tapşırılır ki,
müxtəlif mənbələrdən Azərbaycanın bu bölgələri haqqında mümkün qədər çox məlumat
toplasınlar.
2-ci tapşırıq. Mehri xala mehriban, gülərüz, qayğıkeş, qətiyyətli insan kimi səciyyələndirilə bilər.
Mətnin məzmunu şagirdlər tərəfindən danışıldıqdan sonra  müəllim aşağıdakı sualla
müraciət edir:
– “Bir boşqab sıyıq” əsərinin baş qəhrəmanı Mehri xalanı tanıyıb vaxtilə etdiyi yaxşılığın
əvəzini çıxdı. Bəs Mehri xalanın əvəzinə tanımadığı bir adam olsaydı, sizcə, o, həmin adamı
pulsuz əməliyyat edərdi?
Şagirdlərin cavabları dinlənilir. 
Müəllimin nəzərinə: Bu müzakirəni debat şəklində də keçirmək olar. Sonda müəllim qeyd edir
ki, əslində, özəl klinikada müalicə pulludur. Lakin hər bir həkimin borcu kimliyindən asılı ol-
mayaraq xəstəyə yardım göstərməkdir.
Dərsliyin 75-ci səhifəsindəki 3-4-cü tapşırıqlar yerinə yetirilir. 
3-cü tapşırıq. Yaxşılıq yerdə qalmaz. 
4-cü tapşırıq. “Ağır uşaqlıq həyatı”; “Mehri xalanın diqqəti”; “Xərcini qabaqcadan ödəmiş
pasiyent”
Həmçinin iş dəftərinin 48-ci səhifəsindəki 2-3-cü tapşırıqlardan da istifadə oluna bilər.
Danışma 
(“Əsəri dəyiş” oyunu)
Şagirdlər 3 qrupa bölünürlər. Müəllim qruplara tapşırır ki, əsəri aşağıdakı kimi dəyişib yenidən
nəql etsinlər.
I qrupun tapşırığı– Əsərin 3-cü hissəsini əvvələ gətirin, qalan hissələrini Elxanın öz kö -
mək çi sinə danışdığı xatirə kimi nəql edin.
II qrupun tapşırığı– Əsərin sonluğunu dəyişin: Elxan Mehri xalanı tanımır və müalicə
xərcləri ödənilmədiyinə görə əməliyyat aparmır. Yalnız xəstənin ölümündən sonra onun Mehri
xala olduğunu bilir.
III qrupun tapşırığı– Əsəri elə dəyişin ki, onun ideyası “Yaxşılığa yaxşılıq hər kişinin işidir,
yamanlığa yaxşılıq ər kişinin işidir” atalar sözünə uyğun gəlsin (Elxan kömək üçün müraciət et-
diyi Mehri xaladan və ya başqa birisindən heç bir yaxşılıq görmür, lakin sonda həmin adamı
pulsuz müalicə edir).
3
Çap üçün deyil


Qruplar hazırladıqları mətnləri şifahi şəkildə təqdim edir. 
Dinləmə
Bir padşahın zindanında müharibə zamanı ələ keçirilmiş əsirlər vardı. Padşah eşitdi
ki, əsirlərdən biri digər əsirləri üsyana təhrik edir. Əmr verdi ki, onu dar ağacından assınlar.
Dar ağacının altına gətirilən əsir fikirləşdi ki, ölmək ölməkdir, xırıldamaq nə deməkdir.
Başladı öz dilində padşahın ünvanına ağzından çıxanı deməyə. 
Padşahın iki vəziri vardı. İkisi də əsirin dilini bilirdi. Padşah onların birindən soruşdu ki,
bu əsir nə söyləyir? Həmin vəzir təmizqəlbli, hamıya yaxşılıq edən bir adam idi.  O dedi:
– Padşah sağ olsun, deyir ki, bir səhvdir, eləmişəm. Padşah kimi sənə yaraşan isə
bağışlamaqdır. Allah da bağışlamağı və bağışlayanları sevər.
Vəzirin bu sözlərindən padşah mərhəmətə gəldi və əsiri bağışladı. Bu məqamda digər
vəzir işə qarışdı:
– Şahım, bu vəzir düz demədi. Əsir Sizin haqqınızda ağzına gələni söylədi.  
Padşah ikinci vəzirə müraciət edərək dedi:
– O biri vəzirimin söylədiyi yalan sənin söylədiyin doğrudan daha çox xoşuma gəldi.
Ona görə də mən əfv qərarımı geri götürmürəm.
Mətni oxuduqdan sonra müəllim sualla şagirdlərə müraciət edir: 
– Bu rəvayətdən əvvəl siz üç qrupun söylədiyi müxtəlif mətnlərə qulaq asdınız. İndi mənim
oxuduğum mətnin ideyası hansı qrupun nəql etdiyi mətnin ideyası ilə eynidir?
(Cavab: 3-cü qrupun)
Yazı 
“Elxanın xarakterində məni heyran edən nə oldu?” mövzusunda inşa yazılır. 
Dil qaydaları
Dil qaydasına motivasiya xarakterli verilmiş 5-ci tapşırıq yerinə yetirildikdən sonra dərslikdəki
qayda oxunur. Müəllim köməkçi nitq hissələrinin əsas nitq hissələrindən fərqini izah edir.
Qaydanı şagirdlərin  necə mənimsədiyini yoxlamaq məqsədilə  elə cümlələr deməyi tapşırır ki,
həmin cümlələrdə köməkçi nitq hissəsi işlənsin. 
6-cı tapşırıq: axı – cümlənin təsir gücünü qüvvətləndirirlakin – cümlələri bir-birinə bağlayır;
kimi – müəyyən məna çaları yaradır.
İş dəftərinin 49-cu səhifəsindəki qalan tapşırıqlar yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 29. ƏN  BÖYÜK XƏZİNƏ (2 saat)
Məzmun standartları
Təlim məqsədləri
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Əsərdəki qəhrəmanların hərəkətlərinə
əsasən onları xarakterizə edir.
2.2.5. Mətnin məzmununu genişlən -
dirilmiş formada yaradıcı nəql edir.
Oxuduğu əsərin məntiqi sonluğunu
düşünüb təqdim edir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Verilmiş plan əsasında oxuduğu mətnin
məzmununu yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Bəzi köməkçi nitq hissələ rinin cümlədəki
rolunu müəyyənləşdirir.
81
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə