Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə41/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “İnformatika” (qrupların sayı daha şox olarsa, “Musiqi” və
“Təsviri incəsənət”dən də) fənləri ilə bağlı “niyə?” sualı ilə başlanan 5 sual hazırlamaq tapşırılır.
Bir qrupun qoyduğu sualı digər qruplar cavablandırmalıdır. Daha məzmunlu sual tərtib edən və
digər qrupların suallarına dolğun cavab verən qrup və ya qruplar daha yüksək qiymətləndirilir.
Dil qaydaları
Dərsliyin 92-ci səhifəsindəki 3-cü tapşırıq yerinə yetirilir. Eləcə də iş dəftərinin 62-ci
səhifəsindəki 4-cü tapşırıqdan istifadə etmək olar.
Əlavə suallar: – “Niyə” şeirində neçə cümlə var?
– Onlardan neçəsi sual, neçəsi nəqli cümlədir? 
Dinləmə
CÜCƏ VƏ XORUZ
Bir dəfə balaca cücə böyük xoruzdan soruşdu:
– Niyə leyləyin uzun dimdiyi var, mənimki isə bapbalacadır?
– Əl çək!
– Niyə dovşanın uzun qulaqları var, məndə isə heç balacası da yoxdur?
– Zəhləmi tökmə!
– Niyə pişik balasında gözəl xəzdir, məndə isə iyrənc sarı tük?
– Açıl başımdan!
– Niyə küçük quyruğunu bulaya bilir, mənim isə quyruğum yerli-dibli yoxdur?
– Səsini kəs!
– Niyə çəpişin gözəl buynuzları var, məndə isə heç pisi də yoxdur?
– Bəsdir! Əl çək! – deyə xoruz lap əsəbiləşdi. 
– Elə əl çək, əl çək!.. Niyə başqa böyüklər balacaların suallarına cavab verirlər, sən isə yox?
– deyə cücə cikkildədi. 
– Ona görə ki, sən soruşmursan, paxıllıq edirsən, – deyə xoruz çox ciddi cavab verdi. 
Bu, doğrudan da, belə idi.
Sergey Mixalkov
Müəllim şagirdlərin diqqətini xoruzun nitqindəki “zəhləmi tökmə”, “açıl başımdan”, “səsini
kəs”, “əl çək” ifadələrinə yönəldir və bu cür ifadələrə münasibət bildirməyi tapşırır:
– Sizcə, böyüklərin kiçikyaşlı uşaqlarla belə danışmasına haqq qazandırmaq olarmı?
Tətbiqi çalışma kimi iş dəftərinin 62-ci səhifəsindəki 3-cü tapşırıq yerinə yetirilə bilər.
Əlavə tapşırıq: – “Cücəni payızda sayarlar” məsəlini şərh edin.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Dərs 39. QAZLARIN UCUŞU (4 saat)
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Müəyyən elmi məlumatları mənimsəməklə
qoyulmuş suallara aydınlıq gətirir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında  mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və dinlədiyi məlumatları
həyatda gördükləri və eşitdikləri ilə
əlaqələndirərək mühakimə xarakterli
fikirlər irəli sürür.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Oxuduğu mətndəki məlumatları
mənimsəyir və nəticə çıxarır.
4.1.6. Cümlənin düzgün qurulmasında
baş və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Cümlə üzvlərini müəyyən edir.
98
4
Çap üçün deyil


99
Motivasiya
Lövhədə BİBÖ cədvəli çəkilir və şagirdlər birinci iki sütunu doldururlar.
Əgər birinci sütunda çöl qazlarının köçəri quş olduğu öz əksini tapmayıbsa, müəllim sual
verməklə bu məlumatı da həmin sütunda yerləşdirir.
Uşaqlara payızda isti ölkələrə uçan köçəri quşların rəsmini çəkmək tapşırılır. Çəkilən rəsmlər
içərisində quşları < şəklində çəkənlər də ola bilər.
Muəllim: – Nə üçün quşların uçuşunu şəkilli çəkmisiniz?
Oxu
Dərslikdəki mətn (səh. 93) səssiz oxunur.  94-cü səhifədəki 1-2-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Köçəri quşlara xas olan keyfiyyətlər seçilir: əməkdaşlıq, nizam-intizam, qay -
ğıkeşlik, ədalət
2-ci tapşırıq. Belə ki, uçuş zamanı daim hava axınını yarmaq onları çox yorur. Buna görə qaz -
lar < şəklində düzülürlər. Belə olduqda qarşıda qanad çalaraq hava axınını yaran qaz arxadakının
işini xeyli asanlaşdırır. Beləliklə, qazlar getdikləri yerə daha az güc sərf etməklə çatırlar.
Şagirdlər iş dəftərinin 63-cü səhifəsində verilmiş mətnlə bağlı tapşırıqlardan fərdi şəkildə
istifadə edə bilərlər. Sonda tapşırıqların cavabları dinlənilir, müqayisə olunur və düzgün cavablar
müzakirə yolu ilə müəyyənləşdirilir.
Dinləmə
LEYLƏKLƏR HAVADA YATIR
Dünyada o qədər qəribə hadisələr var ki, az qala adamın inanmağı gəlmir. At ayaq üstə yatır.
Dovşan yatdığı yerdə ona yaxınlaşan hər şeyi görür. Hələ bu harasıdır!.. Leyləklər də havada
yatırlar, uça-uça. Günlərlə yerə enmədən ölkələr, çaylar üstündən dünyanın bu başından o
başına köç edən leyləklər bəs necə dincəlirlər? Necə olur ki, təbiətin bu gözəl, zərif sakinləri
bu qədər uzun yola özlərində güc tapa bilirlər? Bu yaxınlarda bu sirr də açıldı. Yaradılışın daha
bir səhifəsi bizi heyrətə gətirdi. Alimlər leyləklərin döşünə xüsusi cihaz yapışdırmış və bu cihazın
köməyi ilə onların ürəklərinin döyüntüsünü izləyərək nə vaxt yatdıqlarını, nə vaxt oyaq
olduqlarını müəyyənləşdirə bilmişlər. Məlum olmuşdur ki, leyləklər növbə ilə, özü də yerlərini
dəyişərək yatırlar. Belə ki, yatmaq növbəsi çatan leylək qatarın ortasına keçir. Dəstənin
qabağında və arxasında uçan leyləklər ortada yatanları səs siqnalları ilə idarə edirlər. Yuxuda
olan leyləklər bu əmrlərə uyğun olaraq qanad çalır, ayaqlarını və boyunlarını düz tuturlar. Ortada
uçan leyləklər yuxudan ayıldıqdan sonra ya dəstənin qabağına, ya da arxasına keçirlər.
Beləliklə, istirahət etməli olan növbəti leyləklər yataq otağına, yəni dəstənin ortasına keçir.
Leyləklər bu minvalla mənzilbaşına çatırlar.
Sual müsabiqəsi. Şagirdlər 4 qrupa bölünür, oxuduqları və dinlədikləri məlumatlarla bağlı
mümkün qədər çox sual hazırlayırlar. Hər qrup digər qrupların suallarına ardıcıllıqla cavab
verməlidir. Müsabiqənin sonunda daha çox sual və cavab vermiş qrup qalib hesab olunur. Daha
orijinal sual və cavab verənlər müəllim tərəfindən xüsusi qeyd olunur.
Danışma
(müzakirə)
“Köçəri quşlarda insanlara örnək ola biləcək xüsusiyyətlər var” mövzusunda müzakirə ke -
çirilir. Müəllim uşaqlara tapşırır ki, öz fikirlərini indiyə kimi oxuduqları, həyatda gördükləri və
eşitdikləri ilə əsaslandırsınlar.
Dil qaydaları
Müəllim 3-cü tapşırıqdakı nümunəni şagirdlərə izah edərək başa salır. Sonra 2-ci cümlədəki
cümlə üzvləri şagirdlər tərəfindən müəyyənləşdirilir:
QAZLAR HAQQINDA
BİLİRİK
İSTƏYİRİK BİLƏK
ÖYRƏNDİK
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə