Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə40/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   36   37   38   39   40   41   42   43   ...   100

5. Mavi rənglə verilmiş sözlərdən hansında cəm şəkilçisi yazıl dığı kimi tələffüz olunur?
A) mismarlar
B) barmaqlarına
C) yoldaşlarının
6. Hansı kəlam mətnin məzmununa uyğun gəlmir?
A) Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.
B) Heç kimə möhtac olmamaq üçün işləmək lazımdır.
C) Əsl sevinc zəhmətdən sonrakı istirahətdir.
7. Nəvə, əslində, nə etməli idi?
A) Oğlana fikir verməyib öz yolu ilə getməli idi.
B) Hasar düzəltməyi ona öyrətməli idi.
C) Hasarı düzəldə bilmədiyi üçün onu danlamalı idi.
8. Hansı rənglə verilmiş “ilə” sözünü “və”  sözü ilə əvəz etmək olar?
A) B) 
C) 
9. Sonuncu abzasda verilən məsəllərdən hansında sözlərin yeri dəyişik düşüb?
A) Başqasına tapşırılan işi görməklə ona yaxşılıq yox, pislik edirsən.
B) İstəyinə səbirlə çatmaq olar.
C) Əvvəl əylənmək, sonra iş görmək lazımdır.
10. Nəvə taxtaları yerinə vurmaqla ...
A) oğlana kömək elədi.
B) gələcəkdə oğlanın zəhmətkeş kimi yetişməsinə mane oldu.
C) oğlanın gedib dostları ilə oynamasına şərait yaratdı.
95
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Dərs 38. NİYƏ? (2 saat)
4
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş
dəftəri
səh.
MMV
səh.
38 Niyə
1.2.1, 2.1.1, 2.2.1,
3.1.4, 4.1.6
2
92
62
97
39 Qazların uçuşu
1.2.1, 1.2.2, 2.2.1,
4.1.6  
4
93-94
63
98
40 Meynə niyə ağlayır
1.2.1, 2.1.3, 2.2.1,
4.1.6 
2
95-96
64
100
41 Üşümürmü, görəsən
1.2.2, 2.1.2, 2.2.1,
2.2.4, 4.1.6
4
97
65
102
42
Niyə məhz sual
işarəsi
1.1.2, 2.2.2, 3.1.4,
4.1.7
2
98
66-67
105
43 Lampa niyə söndü
1.1.2, 2.2.1, 2.2.2,
3.1.4, 4.1.6 
2
99-100
68
107
44 Tülkü niyə suya girir
1.2.1,  2.2.1, 2.2.4,
2.2.5, 3.1.3, 4.1.5
2
101-102
69
109
45
Yarasa nə üçün gecə
ova çıxır
1.2.1, 1.2.4, 2.1.2,
2.2.1, 3.1.5, 4.1.5 
4
103-104
70
110
46 Yarasa
1.1.2, 1.2.1, 2.2.1
4
105
70-71
112
47 İlanlar niyə rəqs edir
1.1.1, 2.1.2, 2.2.1,
2.2.5, 4.1.6 
2
106-107
72
115
48 Dünyagörmüş baba
1.2.1, 1.2.2, 1.2.5,
4.1.5 
4
108-109
73
117
49
Möcüzələr niyə yox
olur
1.1.2, 1.2.1, 1.2.5,
2.1.3, 2.2.2, 2.2.3,
3.1.4, 4.1.6 
6
110-111 74-76
119
50 Zəmzəm suyu
1.1.2, 1.2.1, 2.2.4,
3.1.3, 4.1.2, 4.1.6 
2
112-113
77
124
51 Bağban sincab
1.1.1, 1.2.1, 2.2.2,
2.2.5, 4.1.5 
2
114-115
78
126
52 Ümumiləşdirci təkrar
2
116
128
53
Kiçik summativ
qiymətləndirmə
2
79-81
128
Yekun
46
saat
4-cü bölmə
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Dərs 38. NİYƏ (2 saat)
Motivasiya
Müəllim M.Aslanın “Hamısı mənimdir” şeirini səsləndirir:
Müəllim bildirir ki, bu şeir sual-cavab formasında yazılıb və suallar verir:
– İki adam arasında gedən danışıq necə adlanır? 
(dialoq)
– Bu şeirdə müraciət bildirən sözləri tapın. Belə sözlər necə adlanır? 
(xitab)
– Şeirdə suallar kimin dilindən verilir? 
(nəvənin)
– Nəvəyə aid olan misralarda hansı sözlər sual bildirir? 
(kimin, bəs)
– “Kimin?” sualını verməklə biz nə soruşuruq? 
(əşyanın kimə məxsus olduğunu)
– Bəs bir şeyin səbəbini öyrənmək üçün hansı sual bildirən sözlərdən istifadə edirik? 
(Niyə?
Nə üçün? Nəyə görə?)
Oxu 
Dərsliyin 92-ci səhifəsindəki “Niyə” şeiri 2 şagird tərəfindən – baba və nəvənin dilindən oxu -
nur. Nəvənin sözlərini oxuyan şagirdin sual cümlələrini xüsusi intonasiya ilə, babanın sözlərini
oxuyan şagirdin isə həlim (mülayim), səbirlə, təmkinlə oxumasına fikir verilir. 
Dərslikdəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. İş dəftərinin 62-ci səhifəsindəki 1-ci tapşırıqdan
da istifadə etmək olar.
Əlavə sual və tapşırıqlar: 1. Şeirdəki suallardan hansılarına cavab verə bilərsiniz? 
2. Şeirdəki bəndlərin hansı misraları qafiyələnir? 3. Şeirdə hansı sözlər qız adı kimi işlənə
bilər? Bəs oğlan adı kimi işlənə bilən söz varmı?
Yazı
Şagirdlər aşağıdakı sualları cavablandırlar (iş dəftərinin 62-ci səhifəsindəki 2-ci tapşırıqdan
da istifadə etmək olar): 
– Niyə ay gah dairəvi, gah da oraqşəkilli olur?
– Gün çıxanda göydəki ulduzlar niyə yoxa çıxır?
– Nəyə görə saatı sol qola taxırlar?
Danışma
(qruplarla iş)
Şagirdlər sinifdəki şagirdlərin sayına görə 4 və ya 6 qrupa bölünürlər. Hər qrupa “Azərbaycan
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Eşitdiyi və oxuduğu hadisələrin səbəb lə -
rini araşdırmaq məqsədi ilə kiçik təqdi -
matlar edir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələri,
habelə onlara bənzər əşya və hadisələri
adlandırır, təyinatına görə müqayisə edir.
Rast gəldiyi yeni sözlərlə həyatda gör dü yü
əşya və hadisələr arasındakı uyğunluğu
müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır.
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.6. Cümlənin düzgün qurulmasında baş
və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Şeirlə ifadə olunmuş cümlələri nəsrə
çevirərkən sözlərin ardıcıllığını düzgün
müəyyən edir.
– Bu dağ kimindir, baba?                     
Havası nə sərindir!                           
– Sənin, bala, sənindir!                      
Bu çay kimindir, baba?                   
Həm gurdur, həm dərindir!               
– Qəşəng balam, sənindir!                 
Meşə kimindir, baba?                     
Gör nə qəşəng göründü!
– Sənindir, ey, sənindir!
– Bəs bu, bəs o, bəs onlar?
Oh, nə gözəl yerlər var!
– Ay mənim göyçək balam,
Yanağı çiçək balam,
görürsən sən indi,
Bax hamısı sənindir!
97
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə