Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə29/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

ƏMƏKSEVƏRLİK
3-cü bölmə
ƏMƏKSEVƏRLİK
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş
dəftəri
səh.
MMV
səh.
25 Halal pul
1.1.2, 1.2.1, 1.2.2, 2.1.1,
2.2.1, 2.2.4, 2.2.5, 3.1.4,
4.1.5
4
64-66
44
72
26 Qurucu
1.1.1, 2.2.1, 2.2.4,
2.2.5, 3.1.4, 4.1.5
4
67-69
45
75
27
Təndir tikə bilməyən
ev tikə bilməz
1.2.2, 2.2.1, 2.2.4, 2.2.5,
4.1.5
4
70-71
46-47
77
28 Bir boşqab sıyıq
1.2.2, 2.2.1, 2.2.2, 2.2.4,
2.2.5, 3.1.4, 4.1.5
4
72-75
48-49
79
29 Ən böyük xəzinə
2.1.2, 2.2.1, 2.2.4, 2.2.5,
3.1.3, 4.1.5
2
76-77
50
81
30 İlk dərs
1.2.2, 2.2.1, 2.2.4, 2.2.5,
3.1.1, 3.1.3, 4.1.5
4
78-79
51
82
31 Hədiyyə
1.2.2, 2.2.4, 2.2.5, 3.1.4,
3.1.5, 4.1.5
4
80-81
53
85
32 İki qardaş
2.2.1, 2.2.4, 2.2.5, 3.1.4,
4.1.5
4
82-83
54
87
33 Hökmdar qardaşlar
1.2.2, 2.2.1, 2.2.3, 2.2.4,
2.2.5, 3.1.4, 4.1.5 
6
84-86
56
89
34 Kirpinin düz sözü
2.2.1, 3.1.3, 4.1.5,
4.1.6 
2
87
57
90
35 Hazır yuva
1.2.2, 2.2.1, 2.2.2. 2.2.3,
2.2.4, 2.2.5, 3.1.4, 4.1.5 
2
88-89
58
91
36 Ümumiləşdirci təkrar
2
90
93
37
Kiçik summativ
qiymətləndirmə
2
59-61
93
Yekun
44
saat
Çap üçün deyil


Dərs 25. HALAL PUL (4 saat)
Motivasiya 
Müəllim uşaqlara Nizami Gəncəvinin III sinifdə keçdikləri  “Kərpickəsən qocanın hekayəti”ni
xatırladır və soruşur:
– Qoca vaxtında belə ağır işlə məşğul olmasını irad tutan cavana kərpickəsən kişi nə cavab
verdi?
Şagirdlər müəllimin sualına cavab verirlər.
“Əqli hücum”. “Kərpickəsən kişi çörəkpulunu necə qazanırdı?” sualı ilə şagirdlər cavab
versiyalarını deyirlər. Onların cavabları dairənin kənarına yazılır:
– Bu sözləri birləşdirən hansı söz ola bilər?
“Halallıq” cavabı səsləndikdən sonra müəllim sözü dairənin içinə yazır. 
Oxu 
“Halal pul” mətninin  (dərslik, səh. 64-65) oxunması üçün aşağıdakı üsullardan birinin tətbiq
olunması tövsiyə edilir.
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi mətndəki fikirləri genişləndirərək
şərh edir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş qrafik informasiyanı (barqrafı,
diaqramı) şifahi şəkildə şərh edir.
1.2.2. Müşahidə etdikləri, eşitdikləri, oxu -
duq ları hadisələr haqqında  mühakimə
xarakterli fikirlər irəli sürür. 
Atalar sözünü həyatda gördükləri və
eşitdikləri ilə əlaqələndirərək əsaslandırır.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələri,
habelə onlara bənzər əşya və hadisələri
adlandırır, təyinatına görə müqayisə edir.
Rast gəldiyi yeni sözlərlə həyatda gör dü yü
əşya və hadisələr arasındakı uyğunluğu
müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki hadisələrin səbəb-nəticə
əlaqəsini müəyyən edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərdəki obrazlar barədə fikir
yürüdür.
Oxuduğu mətnin ideyasını həyatla
əlaqələndirir.
2.2.5. Mətnin məzmununu genişlən dirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu əsərin süjet xəttini təxəyyülünə uy -
 ğun dəyişməklə yaradıcı şəkildə nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onla -
rın əsas nitq hissələrindən fərqini izah edir. 
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
alın təri ilə
zəhmətlə
çalışmaqla
əziyyət çəkməklə
kərpic kəsməklə
72
3
Çap üçün deyil


1-ci üsul. Proqnozlaşdırma
Mətnin hər bir hissəsi oxunduqdan sonra müəllim hadisələrin necə davam edəcəyini soruşur
və növbəti hissə oxunduqdan sonra şagird versiyaları ilə müqayisə olunur.
2-ci üsul. “Ziqzaq”
Şagirdlər qruplara bölünüb nömrələnirlər. Hər şagird öz payına düşən hissəni oxuyur və qrup
üzvlərinə nəql edir. Bundan sonra qrup nümayəndələri sinif qarşısında mətni bütövlükdə nəql
edirlər.
Söz ehtiyatı
1-ci tapşırıq.
əl-ayaqdan düşmək – iş görmək qabiliyyətinin zəifləməsi; alın təri ilə – zəhməti ilə; 
dəridən-qabıqdan çıxmaq – var gücü ilə çalışmaq
2-ci tapşırıq.
veyillənmək – boş-boş gəzmək; taqət – güc; soba – peç
Sonra dərsliyin “Düşün və cavab ver” rubrikasındakı tapşırıqlar yerinə yetirilir.
5-ci tapşırıq.
Mətnin mövzusu zəhmətlə, əməklə bağlıdır. İdeyasını isə atalar sözü ilə belə ifadə  etmək
olar: “Ata malına göz dikən oğul ac qalar”.
6-cı tapşırıq.
..., çünki tənbəl idi.
..., ona görə də hər dəfə ona bir qızıl verirdi.
..., çünki onu özü qazanmamışdı.
..., çünki onları öz zəhməti ilə qazanmışdı.
Danışma 
Qruplarla iş (“Nağılı dəyiş” oyunu)
Şagirdlər 3 qrupa bölünür. Müəllim hər qrupa tapşırıq verir. 
I qrup: – Nağılı elə dəyişin ki, oğlan atasını ilk dəfədən inandırsın ki, anasının verdiyi
qızılı özü qazanıb.
II qrup: – Nağılı elə dəyişin ki, oğlan atasını ikinci  dəfə  anasının verdiyi qızılı özü
qazandığına inandıra bilsin.
III qrup: – Nağılı elə dəyişin ki, oğlan üçüncü dəfə atasını pulu özü qazandığına
inandıra bilmir.
Dinləmə 
Müəllim: – Təsəvvür edin ki, sizə  belə bir seçim təklif olunur: ya 3 qızılı götürməli, ya  da 3
ağıllı məsləhəti eşitməlisiniz. Hansını seçərdiniz?
Şagirdlər seçimlərini əsaslandırırlar. 
ATANIN ÜÇ MƏSLƏHƏTİ
Bir qoca kəndli ölüm yatağında oğlanlarını yanına çağırıb deyir:
– Əziz balalarım, var-dövlətimi sizə qoyub gedirəm. Amma sizə puldan qiymətli, var-
dövlətdən dəyərli üç məsləhət verirəm. Onları yadınızda saxlasanız, ömrü boyu firavan, bolluq
içində yaşayacaqsınız. Məsləhətlərim bunlardır: elə edin ki, başqaları sizə birinci salam versin.
Elə edin ki, həmişə bal yeyin və həmişə pərqu balışda yatın.
Sual və tapşırıqlar:
1. Atanın məsləhətlərini bir-bir sadalayın.
2. Ata nə üçün belə məsləhətlər verdi? Hər bir məsləhəti izah etməyə çalışın.
3. Bu məsləhətlərə əməl etmək üçün oğullar nə etməlidirlər?
Bunu deyib qoca vəfat edir. Oğlanları onun məsləhətini unudur, özləri istədikləri kimi yaşayıb
kef çəkirlər: yeyirlər, içirlər, bütün günü yatırlar. Tezliklə onlar atalarından qalan bütün var-dövləti
xərcləyib qurtarırlar. Bu vaxt böyük qardaş deyir:
73
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə