Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə47/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 71-ci səhifəsində də verilmişdir.)
VAMPİRLƏR
Yəqin ki, siz qorxulu filmlərdə vampirlər görmüsünüz. Təbiətdə, doğrudan da, “vampir”
adlı canlı var. 
o heç də sizin təsəvvür etdiyiniz qədər qor xulu varlıq deyil.
Vampir yarasa növüdür. “Vampir” sözünün hərfi mənası isə “qaniçən” deməkdir. Yarasanın
bu növü ona görə belə adlanır  ki, o, heyvanlar yatarkən onların qanını sormaqla qidalanır.
Siçan boydadır, uzunluğu 5-9 sm, çəkisi isə 15-50 qramdır. Vampirin 20-26 dişi olur.
Toyuq-cücənin, at, keçi və b. heyvanların, bəzən də yatmış  insanların üstünə qonur, iti
dişləri ilə onların dərisini cızır və axan qanı sormağa  başlayır. Qan axan hissə tez sağalsa
da, təhlükəlidir, çünki həmin hissədən bədənə mikrob keçə bilər.
1. Mavi boşluğun yerinə uyğun gəlmir: 
A) lakin 
B) sanki
C) amma
2. Bu mətndə nədən bəhs edilir?
A) Qorxulu filmlərin ziyanından
B) Bəzi canlıların insan üçün təhlükəsindən
C) Yarasanın bir növündən 
3. Altından xətt çəkilmiş söz haqqında deyilənlərdən biri yanlışdır:
A) Bu sözdən əvvəl gələn cümlə səbəb bildirir.
B) Köməkçi nitq hissəsidir.
C) Cümlənin tərkib hissələrini bir-biri ilə bağlayır.
4. Vampir haqqında deyilənlərdən biri mətnə uyğun deyil:
A) 7 sm uzunluğunda vampirlər var.
B) Elə vampirlər var ki, çəkisi 90 qrama çatır.
C) Bəzi vampirlərin 22 dişi olur.
5. Vampirlə bağlı verilən fikirlərdən biri doğrudur:
A) Dişlədiyi canlı da vampirə çevrilir.
B) Günəş işığına çıxanda yanıb kül olur.
C) Canlıların qanını sorur.
Yazı
üzrə qiymətləndirmə (ifadə)
DEMOKRATİYA NƏDİR?
Müəllim sinfə daxil oldu. Yeni mövzunu elan etdi: “Bugünkü dərsimiz demokratiyadır”.
Sonra demokratiya haqqında fikirlərimizi bilmək istədi. Hərə öz fikrini bildirdi, şagirdlərin çoxu
demokratiyanın azadlıq və sərbəstlik olduğunu söylədi. Müəllim söylədi ki, siz demokratiyanı
sərbəstlik hesab edirsinizsə, mən sizi on beş dəqiqə sərbəst buraxmaq istəyirəm. İndi sinfi
tərk edəcəyəm, siz istədiyiniz kimi hərəkət edə bilərsiniz. Biz hamımız sevindik.
Müəllim sinifdən çıxdıqdan sonra Nigar və Aqil idman çantasındakı topu götürüb bir-
birinə atmağa başladılar. Selcan əlindəki təbaşirlə dayanmadan lövhədə nəsə yazdı. Elnur
və Murad güclərini sınamağa başladılar. Onlar bir-biri ilə döyüşürdülər. Azər çantasındakı
yeməyi çıxarıb iştahla yeməyə başladı. Aqilin atdığı top qəflətən Azərə dəydi, əlindəki
yemək yerə düşdü. Qəzəblənən Azər Aqilin üzərinə hücum çəkdi. Selcan təbaşirli əli ilə
Elnur və Muradı ayırmağa çalışdı. Onlar üstlərinin batdığını görüb Selcana qəzəbləndilər.
Artıq sinif tanınmaz hala düşmüşdü.
Qapı açıldı və müəllim içəri daxil oldu. Hərə öz yerində əyləşdi. Müəllim şagirdlərə
yaxınlaşıb demokratiyanın nə olduğunu yenidən soruşdu. Hər bir şagird demokratiyanın
114
4
Çap üçün deyil


heç də özbaşınalıq və sərbəstlik olmadığını söylədi. Müəllim demokratiya haqqında dərsi
davam etdirməyə başladı.
Dil qaydaları 
üzrə qiymətləndirmə 
1. Hansı cümlədə “doğru” sözü  köməkçi nitq hissəsidir?
A) Doğru sözə zaval yoxdur.
B) Sən də doğru deyirsən.
C) O, qapıya doğru addımladı.
2. “Səndən başqa ürəyimi heç kəsə aça bilmirəm” cümləsində altından xətt çəkilmiş sözü
hansı sözlə əvəz etmək olar?
A) artıq
B) ayrı
C) ötrü
3. Hansı cümlədə söz sırası pozulub?
A) Qorumaq təbiəti borcumuzdur bizim.
B) İçməli suyu çirkləndirmək olmaz.
C) Çoban yapıncısına bürünüb yatdı.
4. Hansı cümlədə altından xətt çəkilmiş söz ikincidərəcəli üzv deyil?
A) Vaqif pianino çalır.
B) Balaca uşaqlar pəncərədən boylanırdılar.
C) Konsert sabah olacaq.
5. Hansı cümlədə mübtəda cümlənin əvvəlində gəlməyib?
A) Traktor tarlanı şumladı.
B) Çöldə güclü külək əsir.
C) Onlar meşəyə tərəf qaçdılar.
Dərs 47. İLANLAR NİYƏ RƏQS EDİR (2 saat)
Motivasiya
I variant. Müəllim şagirdlərə belə bir tapmaca söyləyir və açmasını tapmağı tapşırır:
Ağzın açar,
Zəhər saçar,
Hamı görüb
Geri qaçar.
Şagirdlər tapmacanın açmasını 
(ilan)
tapırlar.
Cavab alındıqdan sonra BİBÖ cədvəli çəkilir.
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə
müxtəlif fikirləri ümumiləşdirməklə yekun
rəy bildirir.
Oxuduğu və dinlədiyi eyni mövzuda
məlumatları ümumiləşdirərək təqdim
edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Öyrəndiyi yeni söz və terminlərin mənasını
təxmin edir, lüğət vasitəsilə dəqiqləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu  yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Mətndəki müəyyən epizodları genişlən -
dirməklə və ya dəyişdirməklə nəql edir.
4.1.6. Cümlənin düzgün qurulmasında baş
və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Cümlə qurarkən cümlə üzvlərinin
ardıcıllığına riayət edir.
115
YÜZ MİN NİYƏ
Çap üçün deyil


116
Şagirdlərin  ilanlar haqqında bildikləri cədvəlin  I sütununda, bilmək istədikləri II sütununda
yazılır.
II variant. Müəllim şagirdlərə sirk tamaşaları zamanı müxtəlif heyvanların göstərdikləri qeyri-
adi hərəkətlərlə bağlı şəkillər göstərir və soruşur:
– Sirk tamaşalarında heyvanların göstərdiyi oyun nömrələrindən hansılar daha çox xoşunuza
gəlir? Bu heyvanlar hansılardır?
Şagirdlər müəllimin sualı ilə bağlı öz cavab variantlarını söyləyirlər. Cavablar içərisində tütək
musiqisinin sədaları altında ilanın oynaması deyilmirsə, müəllim özü bunu xatırlada bilər: 
– Görəsən, ilan, doğrudanmı, musiqini hiss edərək oynayır?
Oxu 
Dərsliyin 106-107-ci səhifələrindəki mətn abzaslarla oxunur. Hər abzasdan sonra müəllim
həm mənimsəməni, həm də qavramanı yoxlamaq məqsədilə suallar verir.
– İlan insanlarda  hansı hisləri doğurur?
– Nə üçün insanlar ilanlardan ehtiyat edir?
– İlanla bağlı hansı məsəl var?
– İlan şikarını necə “hipnoz” edir?
– Hind fokusçularının hansı bacarıqları var?
– Necə olur ki, ilanlar rəqs edir?
– İlanların hansı faydası var?
Mətn oxunub qurtardıqdan sonra aşağıdakı sual verilir:
– Mətndə hansı suala cavab yoxdur?
A) İlanlar nə ilə qidalanır?
B) Niyə ilanlarla ehtiyatlı olmaq lazımdır?
C) İlanlar necə çoxalır?
Şagirdlər mətndəki elastik, refleks sözlərinin mənalarını kontekstə görə təyin etməyə
çalışırlar (dərslik, səh. 107, tap. 1), sonra isə lüğət vasitəsilə dəqiqləşdirirlər.
Sonra BİBÖ cədvəlinin III sütununa şagirdlərin öyrəndikləri informasiyalar yazılır.
II sütunda yazılan bəzi məlumatlar, yəqin ki, dərslikdəki mətndə tam əksini tapmamışdır.
Bunu vurğulayan müəllim onları dinləmə mətni ilə tanış edir.
Yazı
Dərsliyin 107-ci səhifəsindəki 2-ci tapşırıq yazılı şəkildə yerinə yetirilir.
İş dəftərinin 72-ci səhifəsindəki 1-ci tapşırıqdan da istifadə oluna bilər.
Müəllimin nəzərinə: Şagirdlər dərslikdəki 2-ci tapşırığın 1-ci hissəsini yerinə yetirməkdə çətinlik
çəkə bilərlər. Müəllim şagirdlərə 2-ci sinifdə keçdikləri “Kəndli və ilan” nağılını xatırlada bilər.
Nağıllarımızda ilan çox zaman müdrik, xeyirxah obraz kimi qələmə veri lir. Şagirdlər 
dəftərinin 72-ci səhifəsindəki 1-ci tapşırığı yerinə yetirdikdən sonra verilmiş atalar
sözlərindən istifadə etməklə fikirlərini tamamlaya bilərlər.
Dinləmə
İLAN ZƏHƏRİ
İlan həm ov əldə etmək, həm də özünü müdafiə üçün zəhərindən istifadə edir. O, hücum et-
diyi canlını iti dişləri ilə sancaraq zəhəri yaraya buraxır. Canlının qanına keçən zəhər damarları
zədələyir, qanın laxtalanmasına səbəb olur. Bir çox hallarda bu, həmin canlının ölümü ilə
nəticələnir. İlanın çox olduğu Afrikanın bəzi qəbilələrində yeni doğulmuş uşağın dabanını
İLANLAR HAQQINDA
BİLİRİK
İSTƏYİRİK BİLƏK
ÖYRƏNDİK
4
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə