Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə59/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

– Dostumuz bizim xətrimizə dəyəndə biz bunu qumda yazmalıyıq ki, külək onu silə
bilsin. Sahildə hava həmişə çox küləkli olur. Ancaq o bizə yaxşılıq etsə, bunu daşın
üzərində həkk etməliyik ki, sonra heç bir külək onu silə  bilməsin.
1. Mətnin məzmununa uyğun gəlməyən cümlələri çıxarmaqla mətni köçür.
_____________________________________________________________________
Yazı
üzrə qiymətləndirmə (ifadə)
DOSTLUQ
Üç dost meşə ilə gedirdi. Dünəndən əsən güclü külək bir neçə iri ağacı qırıb yerə salmışdı.
Yolun üstünə iri bir palıd ağacı düşmüşdü. Ondan bir az aralıda yan-yana iki cavan ağac
dayanmışdı. Bu, dostları çox təəccübləndirdi. Necə olub ki, güclü külək iri palıd ağacını yerə
yıxmış, cavan, balaca ağaclara isə toxunmamışdı?
Dostlardan biri dedi:
– Gəlin irəli gedək, görək bunun sirri nədədir?
Hər üçü ağacların yanına gəldi. Diqqətlə onun kökünə baxdılar. Ağacların kökləri bir-birinə
möhkəm bağlanmışdı. Dostlardan biri kökləri bir-biri ilə bərk bağlanmış ağacları göstərib dedi:
– Görürsən, dostluğun, mehribanlığın nə böyük mənası var?! İnsan da belədir. O nə qədər
qüvvətli olsa da, tək qalanda tez məhv olur. Lakin etibarlı yoldaşı, dostu olan insan hər çətinliyə
qalib gələr.
Şagirdlər plan əsasında mətnin məzmununu yazırlar:
1. Güclü külək
2. Dostların təəccübü
3. Etibarlı dostu olan qalib gələr
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Cümlədə işlənən isimlərdən biri -lar
2
şəkilçisi qəbul etməməlidir:
A) Bəzən göydəki ulduzları seyr edirdi.
B) Bütün insanlar yaşamaq hüququna malikdir.
C) Zalda xeyli həvəskarlar toplanmışdı.
2. Bu şəkilçilərdən biri miqdar sayı ilə işlənən isimdən sonra əlavə oluna bilməz:
A) -dan
2
B) -lar
2
C) -ın
4
3. “Ordu güc toplayıb yenidən  hücuma keçdilər” cümləsində hansı qayda pozulub? 
A) sözün yazılışı
B) söz sırası  
C) mübtəda və xəbərin uzlaşması
4. Cümlələrin birində cəm şəkilçisi yerində işlənməyib:
A) Bu hadisə müharibə illərində baş vermişdir.
B) Bir neçə saatlar öncə onunla görüşmüşdüm.
C) Əlimdəki kitablar yenidir.
5. “Uşaqlardan ikisi məni qonaqlarla görüşmək üçün həyətə çağırdılar” cümləsində hansı
sözdə cəm şəkilçisi yerində işlənməyib?
A) uşaqlardan
B) qonaqlarla
C) çağırdılar 
142
5
Çap üçün deyil


Dərs 59. UNUDULMUŞ DOST (4 SAAT)
Motivasiya
Fərdi  iş. Müəllim hər şagirdə öz ad günü üçün ssenari hazırlamağı tapşırır. Şagirdlər sse -
na ridə ad gününü harada keçirəcəkləri, kimləri dəvət edəcəkləri, qonaqları necə əyləndirəcəkləri
barədə qısa qeydlər aparırlar. 
Sonda bir neçə nəfərin təqdimatı dinlənilir. Müəllim sinfə müraciət etməklə heç bir siyahıda
adı olmayan şagirdləri müəyyən edir. Onlara suallar verir:
– Ad gününə dəvət olunmadığını bildikdə nələr hiss edərdin? Ad günü olan sinif yoldaşına
münasibətin dəyişərdimi? Necə hərəkət edərdin?
Uşaqların fikirləri dinlənilir.
Oxu 
(proqnozlaşdırma)
Dərsliyin 132-ci səhifəsində verilmiş “Unudulmuş dost” mətninin 1-ci hissəsi oxunur. Müəllim
1-ci sualı səsləndirir: – Görəsən, gələn kim idi?
Mətnin davamı ilə bağlı şagirdlərin versiyaları dinlənilir. 
Yəqin ki, şagirdlər həm mətnin adına, həm də mətnə çəkilmiş illüstrasiyaya görə düzgün cavab
versiyaları irəli sürəcəklər. Onda müəllim “Bəs o niyə gəlmişdi?” sualı ilə müraciət edə bilər. 
Mətnin 2-ci hissəsi “Mən qapının ağzında tərəddüd içində donub-qalmışdım” cümləsinə
qədər oxunur, şagirdlərin versiyaları ilə müqayisə olunur və mətnin davamı ilə bağlı versiyalar
irəli sürülür. 
Mətn sona qədər oxunur, şagirdlərin versiyaları ilə müqayisə olunur.
Mətnlə bağlı tətbiqi çalışmalar üçün iş dəftərinin 89-90-cı səhifələrindəki tapşırıqlardan
istifadə oluna bilər.
Dərsliyin 134-cü səhifəsindəki 2-4-cü tapşırıqlar yerinə yetirlir.
2-ci tapşırıq.
Ad günü sevinci
Ad gününü yaddaqalan keçirmək planı 
Maraqlı keçən ad günü 
Qəfil çalınan qapı zəngi
Təmənnasız dostluq
Gələn sinif yoldaşım Nigar idi
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri,
oxuduqları hadisələr haqqında kiçik
təqdimatlar edir. 
Aldığı məlumatları qrafik informasiya
şəklində təqdim edir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və dinlədiyi məlumatları həyatda
gördükləri və eşitdikləri ilə əlaqələndirərək
mühakimə xarakterli fikirlər irəli sürür.
2.2.3. Verilmiş mətni genişləndirmək və da -
vam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
Mətnin planına yeni başlıqlar əlavə edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu mətndəki obrazların hərəkətlərini
təhlil etməklə onlara öz münasibətini
bildirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.4. Cümlələrin formalaşdırılmasında cəm
şəkilçilərindən düzgün istifadə edir. 
Mübtəda ilə xəbərin kəmiyyətə görə
uzlaşmasını düzgün müəyyən edir.
143
DOSTLUQ
Çap üçün deyil


144
Mənə tərəf uzanan hədiyyə
“Sabah məktəbdə görüşərik”
Qəlbimdə yaranan boşluq
Ad günümdə aldığım ən gözəl hədiyyə
Kəşf etdiyim dost
Yazı 
5-ci tapşırıq yerinə yetirilir.
Dil qaydaları
Motivasiya xarakterli 6-cı tapşırıq yerinə yetirildikdən sonra qayda oxunur və mənimsədilir.
Şagirdlər müstəqil olaraq cümlələr söyləyir, həmin cümlələrdə mübtəda və xəbəri tapır,
mübtədaya görə xəbərin qəbul etdiyi şəkilçini müəyyənləşdirirlər. 
7-ci tapşırıq yerinə yetirilir. 
Müzakirə (“akvarium”). “Akvarium” üsulunun tələblərinə uyğun olaraq şagirdlər əsas və
müşahidəçi qruplara bölünürlər. Əvvəlcə daxili (kiçik) dairədə əyləşən şagirdlər (əsas qrup)
“Nigarı ad gününə dəvət etmədiyinə görə Günayı günahlandırmaq olarmı?” mövzusunda
müzakirə keçirirlər və Günay obrazına öz münasibətlərini bildirirlər. 
Daha sonra müşahidəçi qrup daxili dairədə əyləşir və “Nigar dəvət olunmadığı ad gününə
gəlməkdə haqlı idimi?” mövzusunda müzakirə keçirir və Nigar obrazına öz münasibətini bildirir.
Müzakirə bitdikdən sonra müəllim şagirdlərdən birini (onu “A” adlandıraq) göstərir və
şagirdlərə belə sualla müraciət edir: – Kim A-nın anadan olduğu günü bilir? Cavablar
səsləndikdən sonra müəllim bildirir ki, istənilən icma üzvləri (bu sözün mənası xatırladılır) bir-
birinə qarşı mehriban və diqqətcil olmalıdır. Bunun üçün də onlar bir-biri haqqında mümkün
qədər çox məlumata malik olmalıdır.
Şagirdlərə belə bir oyun təklif olunur:
– Hər bir şagird özü haqqında vərəqdə aşağıdakı məlumatları yazmalıdır:
1. Adı, soyadı, atasının adı
2. Doğum tarixi
3. Sevimli əyləncəsi
Hər bir şagird özü haqqında bu məlumatları yazdıqdan sonra öz qonşusuna, o isə həmin
məlumatları qeyd etdikdən sonra yanında oturan digər şagirdə ötürür.
Müəllim şagirdlərə tapşırır: 
– Yoldaşlarınızdan gələn məlumatları özünüzdə sürətlə qeyd etmək üçün cədvəl tərtib edin.
Müəyyən müddətdən sonra müəllim vaxtın bitdiyini elan edir və şagirdlərin qeydlərinə
nəzər yetirir. Əgər belə bir cədvəl tərtib edən varsa, onun işini yüksək qiymətləndirir və
digərlərinə nümunə göstərir.
Müəllim bildirir ki, alınan məlumatları cədvəl, diaqram və sair qrafik informasiya şəklinə
salmaq həmin məlumatları daha tez qavramağa, yadda saxlamağa və təhlil etməyə imkan verir.
Sual: –  Sizcə, niyə mən məlumatlar siyahısına sevimli əyləncə haqqında məlumatı da
salmışam?
Şagirdlər öz fikirlərini bildirirlər. 
(Düzgün cavab: “Sinif yoldaşlarımızın ad gününə düzgün
hədiyyə seçimi etmək üçün”.)
İş dəftərinin 90-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.

Adı, soyadı, atasının adı
Doğum tarixi
Sevimli əyləncəsi
1
2
3
5
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə