Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə52/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

Dil qaydaları
Dil qaydasına motivasiya xarakterli verilmiş 1-ci tapşırıq yerinə yetirildikdən sonra dərslikdəki
qayda oxunur və mənimsədilir.  Müəllim qaydanı şagirdlərin necə mənimsədiyini yoxlamaq
məqsədilə  elə cümlələr deməyi tapşırır ki, həmin cümlələrdə yalnız baş üzvlərdən xəbər  işlənsin. 
2-ci tapşırıq. Həcər heç nə tapmayanda qarşıdakı Mərvə təpəsinə qalxdı.
Beləcə, o, (Həcər) yeddi dəfə Səfa və Mərvə təpələri arasında gedib-gəldi.
3-cü tapşırıq.
1. O, həyətdən yığdığı gülləri güldana qoydu.
2. Biz kitabxanada kitabları rəfə yığdıq.
3. Sabahkı gəzinti haqqında onlar məlumat verdilər.
4-cü tapşırıq.
Məktəbdə valideyn iclası keçirildi.
Dərslərini yaxşı oxumalısan.
Muzeyə ekskursiya təşkil edildi.
Əlavə tapşırıq: – Mətndən xüsusi isimləri seçib aşağıdakı cədvəl üzrə qruplaşdırın.
İş dəftərinin 77-ci səhifəsindəki dil qaydaları üzrə tapşırıqlar da yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 51. BAĞBAN SİNCAB (2 saat)
Motivasiya
Müəllim dərsə kiçik bir çıxışla başlayır:
– Meşə bizim sərvətimizdir. Meşə olmasa, çaylar quruyar. Meşələr havanı bütün canlılar
üçün vacib olan oksigenlə zənginləşdirir. Oxuduğunuz kitabların kağızı da ağac oduncağından
alınır. Meşə ağaclarından evlər tikilir, mebel hazırlanır. Bəzi bitkilərdən müxtəlif dərman
maddələri istehsal olunur. Bəs meşələrdə ağacları kim əkir? Necə olur ki, ağaclar insan köməyi
olmadan bitir?
Şagirdlər öz versiyalarını irəli sürürlər.
Şəxs adları
Coğrafi adlar
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə
müxtəlif fikirləri ümumiləşdirməklə yekun
rəy bildirir.
Dinlədiyi elmi məlumatları
ümumiləşdirərək qrafik informasiya
şəklində təqdim edir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında  kiçik təqdimatlar edir.
Eyni mövzu ilə bağlı bədii və elmi-kütləvi
mətnlərdəki məlumatları müqayisə edir,
ümumiləşdirir və təqdim edir.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir. 
Oxuduğu mətndəki hadisələri elmi cəhət -
dən əsaslandırılmış şəkildə təqdim edir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
126
4
Çap üçün deyil


Oxu
(proqnozlaşdırma)
Dərslikdən mətn (səh. 114-115) “Qoy qozanı yerə basdırım...” cümləsinə qədər oxunur və
mətnin  davamı ilə bağlı şagirdlərin versiyaları dinlənilir. Ardı “Qoy oturum gözləyim...” cümləsinə
qədər oxunduqdan sonra şagirdlərin dedikləri ilə müqayisə olunur. Yenə şagirdlərin versiyaları
dinlənilir. Mətn sona qədər oxunur, variantlarla müqayisə olunur.
Dərslikdən (səh.115)  mətnlə bağlı verilmiş sual və tapşırıqlar yerinə yetirilir.
Eləcə də iş dəftərinin 78-ci səhifəsindəki tapşırıqlardan istifadə etmək olar.
Dinləmə
Sual və tapşırıqlar:
– Oxuduğunuz mətn bədii mətndir, yoxsa elmi? Cavabınızı əsaslandırın.
– Bu mətndə təsvir olunmuş hadisələrə inandınızmı? Sizcə, sincab, doğrudanmı, şam
qozasını yerə basdırıb sonra yeyir?
Şagirdlər BİBÖ cədvəlinin birinci iki sütununu doldururlar.
Müəllim dinləmə mətnini oxuyur.
SİNCAB
Sincab çox maraqlı heyvandır. Qorxaqlıqda onu dovşanla müqayisə etmək olar. Bir
təhlükə hiss edən kimi ayaqları üstə qalxıb əllərini sallayır və ətrafı nəzərdən keçirir.
Düşmənini görən kimi qulaqbatırıcı səslə qışqırıb qaçır. Lakin o, insandan qorxmur. Bir
çox şəhərlərin parklarında sincablara rast gəlmək olar. Onlar rahatca ora-bura qaçır, bu-
daqdan-budağa tullanır, bəzən gəzişən adamlara lap yaxın gəlir, onların əlindən qoz,
fındıq alıb yeyirlər. Balaca uşaqlar sincabları günəbaxan tumuna qonaq edirlər.
Sincab gəmirici heyvandır. O, demək olar ki, hər şey yeyir: meyvə, göbələk, həşərat,
toxum, quş yumurtası və s. Lakin onun ən sevimli yeməyi qoz, fındıq, şam qozasıdır.
Sincabın maraqlı xüsusiyyətlərindən biri qış üçün qoza ehtiyatı görməsidir. Bunun üçün
o, payızın əvvəlində tapdığı qozaların bir hissəsini torpağa basdırır. Lakin bu qozaların
heç də hamısı sincaba nəsib olmur. Çünki sincab çox huşsuzdur, qış vaxtı qozanı harada
basdırdığını unudur. Alimlərin fikrincə, sincabın bu xüsusiyyəti şam meşələrinin
yaranmasına və genişlənməsinə səbəb olur.
Sual və tapşırıqlar: 
– Sincaba, doğrudan da, bağban demək olarmı?
– Oxuduğunuz və dinlədiyiniz mətnlərin hər ikisində sincabla bağlı hansı məlumatlar öz
əksini tapıb? 
(qorxaq olması, şam qozasını yerə basdırması, huşsuz olması)
– Dinlədiyiniz mətndən əlavə hansı məlumatları öyrəndiniz?
BİBÖ cədvəlinin üçüncü sütunu doldurulur. Şagirdlər bilmək istədiklərinin hamısına cavab
tapa bilməyiblərsə, müəllim bu məlumatları evdə müxtəlif mənbələr vasitəsilə araşdırmağı və
bu mövzuda məruzə hazırlamağı tapşırır.
Danışma
(qruplarla iş) 
Müəllim: – Hər qrup aşağıdakı suallardan birini seçməklə öz mülahizələrini təqdim edir:
Necə oldu ki, meşədə zoğal ağacı bitdi?
– Necə oldu ki, meşədə armud ağacı bitdi?
– Necə oldu ki, meşədə fındıq ağacı bitdi?
– Necə oldu ki, meşədə palıd ağacı bitdi?
SİNCAB HAQQINDA
BİLİRİK
İSTƏYİRİK BİLƏK
ÖYRƏNDİK
127
YÜZ MİN NİYƏ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə