Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə90/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   86   87   88   89   90   91   92   93   ...   100

Müəllimin nəzərinə: “İllüminator” və “qalaktika” sözlərinin mənaları mətnin özündə açıqlanır.
“Orbit” sözü ilə şagirdlər III sinifdə “Həyat bilgisi” dərslərində tanış olublar. 
Sual: – Mətnin bu hissəsində hansı planetlərlə tanış oldunuz? 
(Neptun, Uran, Saturn)
Bu
planetlər haqqında yadınızda qalan məlumatları söyləyin.
Şagirdlər bir-birinin məlumatlarını tamamlamaqla yadda saxladıqlarını söyləyirlər. BİBÖ
cədvəlinin 3-cü sütununda qeydlər aparılır.
Sual: – Əsərin qəhrəmanları haqqında nə deyə bilərsiniz? 
(“Bax indi biz Süd yolu
qalaktikasında yerləşən Günəş sisteminə daxil oluruq” cümləsi göstərir ki, əsərin qəhrəmanları
başqa qalaktikadan gəlmiş yadplanetlilərdir).
Mətnin davamı “Yerdə olduğu kimi, Marsda da il fəsillərə bölünür” cümləsinə   qədər oxunur.
Açar sözlər. “Teleskop”, “diametr”, “kosmik xəritə”, “vulkan” sözlərinin mənaları açıqlanır.
Teleskop – ulduzların, planetlərin hərəkətini izləmək üçün astronomik qurğudur. Bu qurğu hər
iki tərəfində böyüdücü şüşə olan uzun borudan ibarətdir. Onun vasitəsilə uzaq məsafələrdə
olan əşyaları yaxından görmək olur.
Sual: – Mətnin bu hissəsində hansı planetlərlə tanış oldunuz? 
(Yupiter, Merkuri, Mars, Ve -
nera) 
Bu planetlər haqqında yadınızda qalan məlumatları söyləyin.
İş dəftərinin 136-cı səhifəsindəki 1-ci tapşırıqdan istifadə oluna bilər.
Oxu
Mətnin davamı ulduz işarələrinədək (səh. 201) oxunur. “Flora”, “fauna” sözlərinin mənaları
açıqlanır. Şagirdlər Kanın Yer haqqında verdiyi məlumatları öz yazdıqları ilə müqayisə edirlər.
Sual müsabiqəsi. Şagirdlər dörd qrupa bölünürlər. Hər qrup mətndən əldə etdiyi
məlumatlarla bağlı mümkün qədər çox sual hazırlayır. Suallar qruplar tərəfindən növbə ilə bir-
bir səsləndirilməlidir, buna görə də qrupların ardıcıllığı püşkə əsasən müəyyən olunur. Müəllim
bildirir ki, hər suala görə qrup 1 bal, düzgün cavaba görə 2 bal qazanacaq və qiymətləndirmə
üçün lövhədə cədvəl çəkir (ballar şərti olaraq göstərilir). 
Müəllim müsabiqənin digər şərtlərini də elan edir:
– Təkrarlanan, qeyri-müəyyən və anlaşılmaz suallar qəbul olunmur.
– Sualı səsləndirmək üçün qrupa 5 saniyə vaxt verilir.
Sual səsləndikdən sonra əlini birinci qaldıran şagird cavab verir. Əgər bir neçə şagird eyni
zamanda əlini qaldırarsa, kimin cavab verəcəyi müəllim tərəfindən müəyyən olunur.
Dinləmə
KAİNAT
Kainat sonsuzdur və biz onun kiçik bir hissəsini görə bilirik. Ulduzlar, planetlər və başqa
cisimlər Kainatın hissələridir. Kainat sonsuz sayda qalaktikalardan ibarətdir. Qalaktika –
nəhəng ulduz yığınına deyilir. Temperaturdan asılı olaraq onların işığı göy, sarı, qırmızı
və başqa rənglərə çala bilər. Ulduzun planetdən birinci fərqi odur ki, o, sadəcə, parıldamır,
həm də özü işıq mənbəyidir. Planetlər isə özləri işıq vermir, güzgü kimi ulduzun işığını
əks etdirir. Ulduzlarla müqayisədə planetlər soyuqdur. Kosmik fəzada ulduzların öz dəqiq
yolları var. Planetlər isə öz ulduzlarına bağlı olub müxtəlif orbitlər üzrə onların başına
fırlanır. Ulduzlar işıq mənbəyi olduğuna görə adi gözlə görünür. Onların ətrafına fırlanan
planetləri isə görmək mümkün deyil. Ona görə də biz yalnız Günəş sisteminə daxil olan
planetləri görə bilərik.
Qruplar
Verilən suallar
Düzgün cavablar
Cəmi
I qrup
II qrup
III qrup
IV qrup
212
8
Çap üçün deyil


213
Sual: – Dinlədiyiniz mətndə hansı yeni məlumatları aldınız?
(Bu mətndə ulduzla planet
arasındakı fərq ətraflı izah olunur)
BİBÖ cədvəlinin 3-cü sütunu üçün məlumatların siyahısı tərtib olunur.
Müəllim şagirdlərə tapşırır ki, evdə müxtəlif mənbələrdən planetlər haqqında əlavə
məlumatlar əldə etsinlər. Topladıqları məlumatları cədvəl formasında işləsinlər. İş dəftərinin
137-ci səhifəsindəki 4-cü tapşırıqdan istifadə oluna bilər.
Növbəti dərsin əvvəlində şagirdlər planetlərlə bağlı araşdırmalarını təqdim edirlər. Bunun
üçün müəllim şagirdləri 8 qrupa bölüb hər qrupu bir planetin adı ilə adlandırır. Hər qrup daxilində
şagirdlər müvafiq planetlə bağlı araşdırmalarını ümumiləşdirib təqdim edirlər. Təqdimat zamanı
digər qrupun şagirdləri məruzəni öz yeni bilikləri ilə zənginləşdirirlər. Beləliklə, hər  bir planet
haqqında biliklər ümumiləşdirilir və yazılı şəkildə qeyd olunur. Müəllim bildirir ki, “Kainatın sirləri”
bölməsinin sonunda şagirdlər “Kainat və biz” mövzusunda divar qəzeti hazırlamalıdırlar. O
zaman bu qeydlər onlara lazım olacaq.
(Şəklə görə təxminetmə)  Müəllim “Qəza” mətninə çəkilmiş illüstrasiyalara baxmağı tapşırır.
Sual: – Sizcə, nəyə görə Lemi şəffaf kürə içində çəkilib? Bu kürə nədir? Kanın idarə etdiyi
kosmik gəmidə nə baş verib?
Oxu
“Qəza” mətninin ulduzlardan sonrakı hissəsi oxunur (dərslik, səh. 201-202). 
Müəllim: – Gördüyünüz kimi, mətn iki hissədən ibarətdir. Bu mətnin adı daha çox hansı
hissəyə uyğun gəlir? Bəs 1-ci hissəni necə adlandırardınız?
Şagirdlər öz variantlarını təqdim edirlər.
Qruplarla iş. Şagirdlər 4 qrupa bölünürlər. Hər qrup “Lemi insanlar arasında” mövzusunda
hekayənin geniş planını tərtib edir. Müəllim bildirir ki, planda aşağıdakı məqamlar öz əksini
tapmalıdır:
– Leminin ilk insanla görüşü
– Leminin insanlarla ünsiyyət qurması
– Lemi ilə Yerdəki insanların fərqi
– Leminin başına gələn sərgüzəştlər (bir-iki macəra)
– Lemi doğma planetinə qayıda biləcəkmi?
Hər bir qrupun hekayəsi dinləyicilər tərəfindən qiymətləndirilir.
Yazı
Sual: –  Leminin məlumat almadığı hansı planet qaldı? 
(Yer)
Siz olsa idiniz, planetimiz
haqqında Lemiyə hansı məlumatları verərdiniz? Fikirlərinizi yazın.
– Mətndə “Sıradan çıxmaq” ifadəsi hansı mənalarda işlədilir? Mətndəki mənasını qeyd edin.
Hər mənanı bir cümlədə işlədin.
Dil qaydaları
1-ci tapşırıq. Mətndə çəhrayı rənglə verilən sözlər düzgün yazılmaqla (həyəcanla, sürətlə,
birindən) abzas köçürülür. 
2-ci tapşırıq. Əgər cümlə sual verilərək hiss-həyəcanla  deyilirsə, cümlənin sonunda  həm
sual, həm də nida işarəsi qoyulur. 
Dərsliyin 202-ci səhifəsində “Yadda saxla!” rubrikasında verilmiş nəzəri material mənimsədilir.
3-cü tapşırıq. Cavab “B” variantıdır. 
İş dəftərinin 136-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər. 
Qiymətləndirmə
Müşahidə, yazı işləri, qrupların təqdimatı əsasında təlim məqsədinin nə
dərəcədə reallaşdığı qiymətləndirilir.
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə