Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə86/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

202
1) Sual cümləsidir.
2) Mübtəda yoxdur.
3) Nə – əvəzlikdir.
4) Bəs – köməkçi nitq hissəsidir.
5) Bizə – isimdir.
Bu cümləyə mübtəda əlavə etmək lazım gəlsə idi, hansı şəxs əvəzliyindən istifadə edərdin?
Yazı
– “Meyvələrin xeyri” mövzusunda inşa yazın.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 129-cu səhifəsində də verilmişdir.) 
SARMAŞIQ
1. Misraları uyğun gələn boşluqlara yaz.
1. Bir gün çinar yıxıldı,
2. Qoza salam vermədi.
3. Alışırdı, yanırdı,
4. Çinara sarmaşdı o,
2. Hansı sözdə şəkilçi yoxdur?
A) sarmaşıq
B) qaşıq C) qarışıq
3. Sarmaşığın lovğalığını göstərən cümlələri seçib yaz.
_____________________________________________________
_____________________________________________________
Yazı
üzrə qiymətləndirmə (inşa)
Mövzu: “Ən çox sevdiyim əsər haqqında rəy” 
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Sözlərdən biri cümlədəki yerindən asılı olmayaraq həmişə böyük hərflə yazılır:
A) Arzu 
B) Sevinc
C) Savalan
2. “Zəmzəm quyusu” birləşməsində nə üçün ilk söz böyük yazılır?
A) birləşmənin birinci tərəfi olduğu üçün  
B) coğrafi ad bildirdiyi üçün
C) şəxs adı bildirdiyi üçün
Bir meşədə sarmaşıq
Su tapmırdı bir qaşıq.
Ac yatıb oyanırdı.
Mərhəmətli bir çinar
Sarmaşığa
oldu yar.
Tez həddini aşdı o.
Gözü yeri görmədi,
Palıda yendirmədi,
Qovağı 
dindirmədi.
Xanimanı dağıldı.
Bizim 
lovğa
sarmaşıq
Batdı çinar qarışıq.
Əvəz Mahmud Lələdağ
7
Çap üçün deyil


3. Sözlərdən biri böyük hərflə yazılır:
A) alabaş 
B) şələquyruq
C) palazqulaq
4. “Beləliklə, kosmosa çıxarılan ilk canlı layka adında it oldu” cümləsində hansı söz böyük
hərflə yazılmalıdır?
A) kosmos
B) layka
C) canlı
5. Hansı cümlədə “qəhrəman” sözü həm böyük, həm də kiçik hərflə yazıla bilər?
A) Həmyerliləri qəhrəmanı hörmətlə qarşıladılar.
B) Xalqımız qəhrəman oğulları ilə fəxr edir.
C) Əmim oğlu qəhrəman kənddə yaşayır.
Dərs 91. ZƏHMƏT VƏ ZİNƏT (4 saat) 
Motivasiya
Müəllim Musa Yaqubun şeirindən parçaları söyləyərək hər beytdən sonra suallar verir.
Gərək tər tökəsən hər qarışına,
O da ruzusunu tökə başına.
Sual: – “O” dedikdə müəllif nəyi nəzərdə tutur? 
(torpağı)
İndi ki xamı da, yorğunu da var,
O da bir canlıdır, bizdən haqq umar.
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və dinlədiyi məlumatları həyatda
gördükləri və eşitdikləri ilə əlaqələndirərək
mühakimə xarakterli fikirlər irəli sürür.
1.2.3. Dialoji mətnlər qurur və təqdim edir. 
Oxuduğu və dinlədiyi mətni
ümumiləşdirərək mətn qurur və təqdim edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Mətndəki hadisələrin ardıcıllığını müəyyən
edir.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
2.2.3. Verilmiş mətni genişləndirmək və
davam etdirmək məqsədi ilə yaradıcı plan
tutur.
Mətnin planına yeni başlıqlar əlavə edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Əsərdəki obrazların müsbət və mənfi
cəhətlərini sadalayır.
Oxuduğu əsərin mövzusunu və ideyasını
müəyyənləşdirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
4.1.6. Cümlənin düzgün qurulmasında baş
və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Cümlə qurarkən cümlə üzvlərinin
ardıcıllığına riayət edir.
203
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


204
Sual: – Bu misralarda “xam”, “yorğun” sözləri nəyə aiddir? “Xam torpaq”, “yorğun torpaq”
nə deməkdir?
Bitirər sünbülü iki şah damar,
Sual: – Sizcə, “iki şah damar” dedikdə şair nəyi nəzərdə tutur? 
Bir adı zəhmətdir, bir adı torpaq. 
Müəllim: – “İnsan axtardığını zəhmət qapısında tapar” atalar sözünü necə başa
düşürsünüz?
Şagirdlər fikirlərini söyləyir və ümumi nəticəyə gəlirlər: – İnsan hər şeyə zəhmətlə nail olur.
Oxu 
Açar sözlər. “Çarıq” sözünün mənası izah olunur.
Dərsliyin 192-196-cı səhifələrində verilmiş “Zəhmət və Zinət” şeirinin 1-ci hissəsi oxunur (hər
bəndi bir şagird oxumaqla). 192-ci səhifədəki 1-ci tapşırıq yerinə yetirilir.
Müəllim suallar verir:
– Alış dayı Zinətə necə qayğı göstərirdi?
– Alış dayının çarıqlara münasibətini necə qiymətləndirirsiniz?
– Zəhmət Alış dayı üçün nələr edirdi?
– Nə üçün Zəhmət Zinətə yana-yana baxdı?
Mətnin 2-ci hissəsi (səh. 193) rollu oyun (Zəhmət, Zinət, müəllif) şəklində oxunur. Bu
hissədəki “başqalıq” sözünün mənası (ayrı-seçkilik) izah olunur.
İstisna etməklə doğrunu tapaq. Müəllim lövhədə test sualı yazır:
Zəhmət Alı kişini tərk etdi, çünki ...
A) işləməkdən yorulmuşdu.
B) o da Zinət kimi yaşamaq istəyirdi.
C) səyahət etmək istəyirdi.
Müəllim: – Hansı cavabı ən səhv cavab hesab edirsiniz? 
Şagirdlər şeirdən sitatlar gətirməklə ən səhv cavabı müəyyən edirlər.
Müəllimin nəzərinə: “A” və “B” variantlarını müəyyən qədər təsdiq edən misralar tapmaq olar.
Lakin şeirdə Zəhmətin səyahət etmək arzusu ilə bağlı heç nə deyilmir. Ona görə də ən
səhv cavab “C” ola bilər.
Müəllim: – Bəs hansı cavabı ən düzgün cavab hesab edirsiniz?
Çox güman ki, şagirdlər “B” variantını seçəcəklər.
Müəllim: – Gəlin ən səhv cavabı başqası ilə əvəz edək:
C) Zinətə paxıllıq edirdi.
Eyni qaydada ən səhv cavab (“A” variantı) və ən doğru cavab (“C” variantı) seçilir.
Müəllimin nəzərinə: Şeirdə Zəhmətin çox işləməsi haqqında misralar var, lakin onun işdən
bezməsi haqqında heç nə deyilmir. Ona görə də ən səhv cavab “A” ola bilər. “Toz-tor-
paqda yatan Zəhmət baxdı ona yana-yana” misraları isə düzgün cavabın (“C”) seçimi
üçün əsas ola bilər. 
Müəllim: – Gəlin yenə də ən səhv cavabı başqası ilə əvəz edək.
Bu dəfə doğru cavabı şagirdlər deyə bilərlər və ya müəllim yaza bilər:
A) özünə qarşı haqsızlığa dözmədi.
Yenə də ən səhv cavab (“B” variantı) və ən doğru cavab (“A” variantı) seçilir.
Müəllim bildirir ki, bəzən test suallarında bir az doğru, daha doğru, tamamilə doğru cavab
variantları olur. Bu cür suallara düzgün cavab vermək üçün çox diqqətli olmaq lazımdır.
Proqnozlaşdırma.
Müəllim: – Sizcə, Zəhmət çıxıb getdikdən sonra Alış kişi ilə Zinətin taleyi necə olacaq?
Şagirdlər bu suala cavab vermək üçün mətnin davamı ilə bağlı öz variantlarını təqdim edirlər.
Mətnin 3-cü hissəsi (səh.194-195) oxunur və şagirdlərin variantları ilə müqayisə olunur.
Şagirdlər bu hissəni nəsrə çevirib nəql edirlər.
7
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə