Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə83/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   79   80   81   82   83   84   85   86   ...   100

hacıleylək gəldi, onun başı üstündə çırpınıb qanad çaldı. Axırda da ağzından yerə bir
neçə toxum salıb getdi. Qoca bildi ki, bu, xeyirliyədir. Toxumları səliqə ilə torpağa basdırdı.
Vaxt-vədə gəlib çatdı. Bu toxumdan iri qarpızlar əmələ gəldi. Qoca qarpızlardan birini
kəsdi. Baxdı ki, içindən qızıl tökülür. Sevincək qarpızları yığıb evə apardı. 
Bu xəbər ölkənin padşahına çatdı. Hökmdar əkinçini hüzuruna çağırdı. Ondan bu
məsələnin sirrini soruşdu.
Qoca əkinçi çarəsiz qalıb hacıleylək əhvalatını danışdı.
Şah əmr edib dedi:
– Sənə üç gün möhlət verirəm, hər necə olur-olsun, həmin hacıleyləyi mənə gətirərsən.
Ağır cəzadan qorxan qoca əkinçi tor düzəltdi, tələ qurdu, çox çətinliklə hacıleyləyi tutub
şaha gətirdi. Şah əmr elədi ki, hacıleyləyin qanadının birini və bir qıçını sındırsınlar. Sonra
şah quşa xüsusi bir yer ayırdı. Onu böyük bir qayğı ilə sağaltmağa başladı. Quşu
sağaltdıqdan sonra onu öz əlləri üstə alıb havaya uçurdu. Hacıleylək bir an içərisində uçub
görünməz oldu, çox-çox uzaqlara uçdu.  Şah hər gün pəncərənin qabağında durub quşun
yolunu gözləyirdi. Quş, həqiqətən, bir səhər geri qayıtdı və ağzında bir neçə toxum gətirdi.
Şahın adamları quşun güllü bağçaya atdığı toxumları bir-bir yerdən yığdılar. Şahın
əmri ilə bağçanı tərtəmiz etdilər. Qızılgül kollarını çıxarıb bir kənara atdılar. Əvəzində
torpağa quşun gətirdiyi toxumları əkdilər. Bir neçə gündən sonra bağçanı qaratikan kolu
ağzına  götürdü. Qaratikanı nə qədər qoparıb atdılar, kökünü kəsə bilmədilər. 
Şah elə bildi ki, qoca əkinçi onu aldadıb, başqa hacıleyləyi gətirib. İstədi onu çağırıb
boynunu vurdursun. Bu vaxt şahın müdrik vəziri ona dedi:
– Şahım sağ olsun. Qocanın burada günahı yoxdur. Quş elə həmin quşdur. Amma
qoca əkinçinin ona etdiyi yaxşılıq təmənnasız, səninki isə təmənnalı yaxşılıq idi. Bunu
bilən quş hər kəsə öz payını çatdırıb.
Müəllim suallar verməklə dinləmə mətninin şagirdlər tərəfindən nə dərəcədə qavranıldığını
yoxlayır. Şagirdlərin hekayədəki obrazlar haqqında fikirləri ümumiləşdirilir.
Yazı
Dinlənilmiş mətnin planı tərtib edilir və şagirdlər plan əsasında mətnin məzmununu yazırlar.
İş dəftərinin 123-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə etmək olar.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Dərs 87. DƏVƏ İLƏ VER (4 saat)
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və ya dinlədiyi əsərlə bağlı
fikirlərini müdafiə etmək üçün arqumentlər
gətirir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Öyrəndiyi yeni söz və terminlərin mənasını
təxmin edir, lüğət vasitəsilə dəqiqləşdirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Obrazın xarakterindəki əsas cəhəti
müəyyən edir. 
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu əsərin məntiqi sonluğunu
düşünüb təqdim edir.
3.1.1. Hüsnxət normalarına riayət etməklə
sürətlə yazır.
Mətni müəyyən edilmiş vaxt ərzində hüsnxət
və orfoqrafiya normalarına uyğun yazır.
195
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


Motivasiya
Müəllim: – “Əl tutmaq Əlidən qalıb” ifadəsini eşitmisiniz? 
– Bu ifadənin mənasını izah edin. 
– Bu ifadədə “Əli” dedikdə kim nəzərdə tutulur?
– Həzrət Əli haqqında nə bilirsiniz?
Şagirdlərin cavabları dinlənildikdən sonra müəllim aşağıdakı məlumatları şagirdlərə çatdırır:
Həzrət Əli Məhəmməd peyğəmbərin əmisi oğlu və onun ən yaxın sirdaşı olmuşdur. İslamı
qəbul etmiş ilk şəxslərdən biri olan Əli eyni zamanda peyğəmbərimizin qızı Həzrət Fatimənin
həyat yoldaşı olmuşdur. Onun iki oğlu – Həsən və Hüseyn islam dəyərləri uğrunda şəhid olmuş
və islam tarixində şəhidlik təcəssümü kimi qalmışdır. Hər il müsəlman təqvimi ilə məhərrəm
ayında onların şəhidliyi yad edilir. 
İslam aləmində Həzrət Əli qəhrəmanlıq, ədalət, səxavət, elm, bilik simvolu kimi qəbul edilir.
Məhəmməd peyğəmbər özü demişdir: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır”. Həzrət
Əlinin qeyri-adi keyfiyyətləri haqqında bir çox rəvayətlər var. Onlardan biri haqqında biz bu
dərsdə oxuyacağıq.
Oxu
Dərslikdən “Dəvə ilə ver” mətni (səh. 185) oxunur. Həzrət Əli obrazı təhlil olunur. Həmin
səhifədəki sual cavablandırılır 
(“Fikirləşdim ki, belə desəm, məni də dəvə ilə birlikdə yoxsula
verər”). 
Söz ehtiyatı
Mətndə işlənmiş noxta
(ev heyvanlarının boynuna salınan kəndir, ip və ya qayış)
, çuval
(böyük kisə)
riza
(razılıq, məmnunluq)
sözləri əvvəlcə şagirdlərin təxmininə görə, sonra isə
lüğətə görə izah olunur. 
Dinləmə
Bir küçədə məşhur bir milyonçu yaşayırdı. O, saysız-hesabsız var-dövlətindən kasıb
uşaqların müalicəsi üçün hər il müəyyən məbləğdə pul ayırırdı. 
Həmin küçədə yaşayan kasıb ailə isə yetim bir uşağı himayəsinə götürməyi qərara
aldı. Qarı dedi: 
– Biz son qəpik-quruşumuzu bu uşağa xərcləməli olacağıq. Şorbaya tökmək üçün duz
almağa belə pulumuz qalmayacaq. 
– Eybi yox, – deyə qoca cavab verdi. – Duzsuz yeyərik.
Sual: – Sizcə, kim daha səxavətlidir? Fikrinizi izah edin.
Danışma
(debat)
– Səxavətli olmaq üçün mütləq imkanlı (varlı) olmaq lazımdır.
– Səxavətli olmaq üçün imkanlı (varlı) olmaq heç də vacib deyil.
Yazı
Mətnin dialoq hissəsi dəftərə köçürülür, durğu işarələrinin düzgün işlənməsinə xüsusi diqqət
yetirilir.
İş dəftərinin 124-cü səhifəsindəki tapşırıqlardan istifadə etmək olar.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir. 
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 125-ci səhifəsində də verilmişdir.)  
ŞƏXSİYYƏT
Şagirdlər müəllimlərini gözləyirdilər. Sinif hay-küydən lərzəyə gəlirdi. Bir azdan müəllim
gəldi. Şagirdləri sərt baxışlarla süzdükdən sonra masanın arxasına keçdi. T...b...şiri
196
7
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə