Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə84/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   80   81   82   83   84   85   86   87   ...   100

197
götürüb yazı taxtasına böyük “1” yazdı, üzünü şagirdlərə tutub: “Baxın, – dedi. – Bu,
şəxsiyyətdir. İnsanın həyatda malik olduğu ən qiymətli şeydir”. Sonra “1”-in yanına bir “0”
yazdı: “Bu isə bacarıqdır. Bacarıq və şəxsiyyət 1-i 10 edər”. Bir “0” da yazdıqdan sonra:
“Bu isə təcrübədir. Əgər 10-sunuzsa, təcrübə ilə 100 olarsınız”. Sıfırlar artdıqca növbə
qabiliyyətə, istedada, zəhmətə də çatdı.
Müəllim hər dəfə “1”-in yanına yeni bir “0” yazanda axırıncı rəqəm ... dəfə artırdı. Sonra
müəllim silgini götürüb “1”-i sildi. Yazı taxtasında yalnız bir-birinin arxasınca düzülmüş
sıfırlar qaldı. Nəhayət, müəllim son sözünü dedi: “Baxın, bu ədəddə hər sıfırın öz yeri var
idi. Ancaq “1”-i sildik və sıfırların heç bir qiyməti qalmadı. 
1. Əgər ardıcıllıqla getsən, istedad neçə olacaq?
A) 1000
B) 10000 C) 100000
2. İkinci abzasda nöqtələrin yerinə hansı söz uyğun gəlir?
____________________________________________
3. Altından xətt çəkilmiş sözdə nöqtələrin yerinə uyğun saitləri seç.
A) a, ə
B) a, a 
C) ə, a
4. Mətnin əsas ideyasını əks etdirən variantı seç.
A) Əgər şəxsiyyət olmasa, yerdə qalan digər keyfiyyətlərin heç bir əhəmiyyəti yoxdur.
B) İlk növbədə insanda istedad və qabiliyyət olmalıdır.
C) Şagirdlərin sinifdə səs salması onlarda şəxsiyyətin olmaması deməkdir.
5. “Qabiliyyət” sözünün fonetik təhlili ilə bağlı səhvi seç.
A) Səslərin sayı hərflərin sayından çoxdur.
B) İncə saitlərin sayı qalın saitlərdən çoxdur.
C) Kar samitlərin sayı cingiltili samitlərdən azdır. 
Yazı
üzrə qiymətləndirmə (ifadə)
FİL VƏ CANAVAR
Bir canavar vardı. O çox tənbəl idi, nə yuvasını təmir edir, nə də təmizləyirdi. Yuvası
çirkli və köhnə idi, az qalırdı uçub dağılsın.
Bir dəfə canavarın yuvasının yanından bir fil keçirdi. O, yuvanın damına azca to -
xundu və dam əyildi. Fil canavara dedi:
– Bağışla məni, dostum! Mən bunu bilərəkdən etmədim! İndi onu düzəldərəm!
Fil yaxşı usta idi, işdən də qorxmurdu. Çəkic, mismar götürdü və damı təmir etdi.
Dam əvvəlkindən də möhkəm oldu. Canavar isə fikirləşdi: “İşə bax! O məndən,
deyəsən, qorxdu! Əvvəl üzr istədi, sonra özü damı təmir etdi. Onu məcbur edim, mənə
təzə ev tiksin! İndi ki qorxur, demək, sözümdən çıxmayacaq!”
– Dayan! – deyə o, filə qışqırdı. – Bu nə deməkdir? Elə bilirsən yaxanı belə asanlıqla
məndən qurtaracaqsan? Evimin damını uçurtdun, yalandan mismarla bərkitdin, indi də
qaçmaq istəyirsən? Elə şey yoxdur, mənə yeni ev tik! Özü də yeyin tərpən, yoxsa dərsini
elə verərəm, adın yadından çıxar!
Bu sözləri eşidən fil cavab vermədi, xortumunu canavarın qarnına dolayıb iylənmiş
su ilə dolu çalaya atdı. Sonra canavarın yuvasının üstünə oturdu və onu əzdi. “Bu da
sənə yeni ev!” deyərək çıxıb getdi.
Canavar özünə gələndə təəccüblə dedi:
– Heç nə başa düşmürəm! Əvvəl o məndən qorxurdu, üzr istəyirdi, sonra isə belə...
Heç nə başa düşmürəm!
– Sən axmaqsan, – deyə bütün bunları görən qoca qarğa qarıldadı. – Sən, sadəcə,
qorxaqlıq və yaxşı tərbiyə arasında fərq görmürsən!
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


Şagirdlərə tapşırılır ki, mətnin məzmununu dialoqdan istifadə etmədən (təhkiyə üsulu ilə)
yazsınlar.
Dil qaydaları
üzrə qiymətləndirmə
1. “Futbol” sözünün fonetik təhlili ilə bağlı səhvi tap. 
A) İkihecalıdır.
B) Qalın, dodaqlanan saitlər işlənib.   
C) “O” səsi fərqli tələffüz olunur.
2. Sözlərdən birinin tələffüzü yazılışından fərqlənir:
A) gülümsədi
B) gülümsəyir
C) gülümsəmə
3. Hansı cümlədə mübtəda yoxdur?
A) Qardaşım kompüter mühəndisidir.
B) Yer Günəş ətrafında fırlanır.
C) Qonağı gülər üzlə qarşılayarlar.
4 və 5-ci testlər aşağıdakı şeirlə bağlıdır. 
Dili qiymətdən salar 
Ucuz söz, hiylə, böhtan.
Elə saxla dilini,
... dil səndən utansın,
... sən dilindən utan.
4. -dən şəkilçisi hansı sözdə yazıldığı kimi oxunur? 
A) qiymətdən
B) səndən
C) dilindən
5. Nöqtələrin yerinə yazılmalıdır:
A) həm
B) nə
C) gah
Dərs 88. KÖRPƏ NƏĞMƏNİN NAĞILI (4 saat)
Motivasiya
“Çiçək hədiyyə et!” metodu ilə sinifdə əlverişli mühit yaradılır. 
Müəllim şagirdlərdən birinə çiçək verir və bunu nə üçün etdiyini izah edir (şagirdə kompliment
deyir). Həmin şagird də müvafiq izahatlarla çiçəyi başqa birisinə hədiyyə edir. 
Sonda müəllim şagirdlərə aşağıdakı suallarla  müraciət edir:
– Biz bunu nə üçün edirik? Çiçəyi verəndə və qəbul edəndə hansı hisləri keçirirdiniz? Nəğmə
oxuyanda, yaxud eşidəndə hansı hisləri keçirirsiniz? Bu zaman sizdə hansı əhvali-ruhiyyə
yaranır? Çiçək və musiqi – bu iki varlığın insana göstərdiyi təsir arasında hansı oxşarlıq var?
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Mətndəki hadisələrin ardıcıllığını
müəyyən edir.
2.2.3. Verilmiş mətni genişləndirmək və
davam etdirmək məqsədi ilə yaradıcı plan
tutur.
Mətnin planına yeni başlıqlar əlavə edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərin mövzusunu və ideyasını
müəyyənləşdirir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Bəzi köməkçi nitq hissələ rinin cümlədəki
rolunu müəyyənləşdirir.
198
7
Çap üçün deyil


199
Şagirdlər öz hiss və duyğularını ifadə edirlər 
(saflıq, təmizlik, xoş duyğular)

Oxu
Dərslikdən mətn (səh. 186-188) 3 qrup tərəfindən “Ziqzaq” üsulu ilə oxunur. Ekspertlər
mətnin müvafiq hissəsini oxuduqdan sonra həmin hissəni öz qruplarında nəql edirlər. Hər bir
şagird mətnin bütün hissələri ilə tanış olduqdan sonra müəllim lövhədə mətnin planını qeyri-
ardıcıl şəkildə yazır:
1. Ceyranı ölümdən xilas edən nəğmə
2. Nəğmə Anarın axtarışında
3. 164 №-li mənzil
4. Yaşlı nəğmə ilə tanışlıq
5. Dondurmadan imtina edən Anar
6. Nəğmənin dünyaya gəlməsi
7. Pulunu itirən qız
Sonra müəllim şagirdlərə bir-bir müraciət edərək “1-ci yerdə hansı başlıq olmalıdır?”, “2-ci
yerdə hansı başlıq olmalıdır?” – ... deyə soruşur. Beləliklə, başlıqların ardıcıllığı bərpa olun -
maqla mətnin planı tutulur.
Müəllim: – Hadisələrin davamını necə görürsünüz? Bununla bağlı plana daha iki başlıq
əlavə edin.
Qruplarla iş. Şagirdlər qruplarla işləyərək mətnin davamı ilə bağlı yeni başlıqlar təklif edirlər.
Ən maraqlı başlıqlar müəyyən edildikdən sonra genişləndirilmiş mətn müvafiq qruplar
tərəfindən nəql edilir. Yaxşı olar ki, hər şagird plandakı başlığa aid bir hissəni nəql etsin.
Dərsliyin 188-ci səhifəsindəki 1-5-ci tapşırıqlar yerinə yetirilir. Tətbiqi çalışmalar üçün iş
dəftərinin 126-cı səhifəsindəki 1-3-cü tapşırıqlardan istifadə etmək olar.
1-ci tapşırıq. Nəğmə gördü ki, ovçu ceyranı öldürmək istəyir, ceyran  qorxudan tir-tir əsir.
Ceyranı xilas etmək məqsədilə  nəğmə ovçunun deyil, ceyranın qəlbinə girdi. Nəğmə xeyirxah
insanların qəlbinə girirdi, ovçu isə bu xüsusiyyətdən uzaq idi.
2-ci tapşırıq. Mətnin “Nəğmənin ceyranı ölümdən xilas etməsi”, “Nəğmənin Anarın yaşadığı
evi axtarması və onun qəlbində özünə sığınacaq tapması” hissələri  xoşbəxtlik haqqında
olduğunu sübut edir.
3-cü tapşırıq. Cavab “C” variantıdır.
4-cü tapşırıq. Mətnin ideyasını aşağıdakı şəkildə ifadə etmək olar: “Xeyirxah insanlar olan
yerdə xoşbəxtlik də olar”. 
Dil qaydaları
Mətnin sonuncu abzasında işlənmiş köməkçi nitq hissələri seçilir və onların funksiyaları
müəyyənləşdirilir.
Müəllimin nəzərinə: “Necə də” – cümlənin təsir gücünü artırır, “və” – sadə cümlələri bir-birinə
bağlayır, “isə, da” – cümlə üzvləri arasında əlaqə yaradır.
İş dəftərinin 126-cı səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilə bilər. Əlavə olaraq müəllim
mətndən bir neçə sözü (məsələn: akkord, ovçu, çörək, arıq) fonetik təhlil etməyi tapşırır.
QiymətləndirməMüşahidə, qrupların təqdimatı, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə