Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə85/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   81   82   83   84   85   86   87   88   ...   100

Dərs 89. LALƏ VƏ MƏRYƏM (2 saat)
Motivasiya
Müəllim şagirdlərə belə bir əhvalat danışır: – Qonşunun pişiyi hər gün  Dilarəni görən kimi
onun yanına qaçır və qarşısında quyruğunu bulayır. Şəbnəmi görəndə isə ondan uzaq durmağa
çalışır, hətta qaçıb gizlənir. Sizcə, bu niyə belədir?
Şagirdlərin cavabları içərisində “Dilarə pişiyə tez-tez yemək verir, onu əzizləyir, sığallayır.
Şəbnəm isə pişiyi görəndə kobud rəftar edir” kimi cavablar səslənə bilər. 
Oxu
(rollu oyun) 
Dərslikdən “Lalə və Məryəm” mətninin (səh. 189-190) iki abzası səssiz oxunur. Mətnin
davamı 3 şagird (Lalə, Məryəm, ana) tərəfindən səhnələşdirilir. Mətnin sonuncu abzasları başqa
bir şagird tərəfindən oxunur.
Şagirdlər mətnlə tanış olduqdan sonra müəllim sinfə müraciət edir: – Lalənin heyvanlara
münasibəti dəyişdi. Bəs sizin heyvanlara münasibətiniz dəyişdimi? (Sinifdə elə şagirdlər ola
bilər ki, onlar da heyvanlarla Lalə kimi çox kobud rəftar edirlər. Bu şagirdlərin fikirlərini dinləmək
daha maraqlı olardı.) 
Dərsliyin 190-cı səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. İş dəftərinin 127-ci
səhifəsindəki 1-ci tapşırıqdan da istifadə oluna bilər.
Cütlərlə iş. Müəllim hər cütə üzərində ev heyvanlarının (və ya əhliləşdirilmiş çöl hey van ları -
nın) şəkli təsvir olunmuş kartlar paylayır. Cütlər onlara təqdim olunmuş kartdakı heyvana aid
xüsusi ad fikirləşməli, ona necə qayğı göstərdikləri haqqında təqdimat etməlidir. 
Yazı
Müəllim şagirdlərə belə bir tapşırıq verir: – Lalənin gördüyü yuxuları (heyvanları incitdiyi vaxt
və onlarla dost olduqdan sonra) təsvir edin. İş dəftərinin 127-ci səhifəsindəki 2-ci tapşırıqdan
istifadə etmək olar. Əsərin ruhuna  uyğun gələn və ideyanın daha geniş açılmasına xidmət edən
maraqlı məqamlar müəllim və şagirdlər tərəfindən təqdir olunur. Bu prosesdə daha zəngin
təxəyyülə malik şagirdlər aşkarlanır.
Dil qaydaları 
3-cü tapşırıq yerinə yetirilir. 
(Cavab: Məryəm, Toplan, Məstan. “Lalə” sözü mətndə xüsusi
isim kimi işlənsə də, gül adı bildirdikdə kiçik hərflə yazılır)
“Yadda saxla!” rubrikasındakı nəzəri məlumat oxunur. Dərsliyin 190-cı səhifəsindəki 4-5-ci
tapşırıqlar yerinə yetirilir.
5-ci tapşırıq. 1 – B, 2 – C, 3 – A
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Kompozisiyalı şəkil əsasında mətn qurub
danışır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərdəki obrazlar barədə fikir
yürüdür.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır.
Verilmiş situasiyaya uyğun kiçikhəcmli
esse yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Fonetik təhlil zamanı bəzi şəkilçilərin
deyilişi ilə yazılışını fərqləndirir.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qaydalardan məqamına uyğun  istifadə  edir.
Mətndə yerindən asılı olmayaraq böyük
hərflə yazılan sözləri müəyyən edir.
200
7
Çap üçün deyil


İş dəftərinin 127-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 90. MƏFTUNUN BAĞA GETMƏSİ (4 saat)
Motivasiya
Müəllim aşağıdakı şeiri oxuyur:
MƏN DƏ, MƏN DƏ
“Marığa durmaq” (pusmaq, güdmək) sözünün mənası izah olunduqdan sonra sual verilir: 
– Yavər haqqında nə deyə bilərsiniz?
Şagirdlər cavab variantlarını söyləyirlər.
Oxu
(rollu oyun)
Dərslikdəki şeirin rollarla oxunması üçün 2 şagird seçilir. Müəllim şagirdlərin hər obraza
uyğun jest  və mimikalardan düzgün istifadə etməsinə xüsusi diqqət yetirir. 
Dərsliyin 191-ci səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. İş dəftərinin 128-ci səhifə sin -
dəki tapşırıqlar yerinə yetirilə bilər.
Dil qaydaları
Dərslikdəki 1-ci tapşırıq yerinə yetirildikdən sonra müəllim əlavə tapşırıqlar verir:
1. Şeirdə adları çəkilən meyvələrin adlarını aşağıdakı cədvəl üzrə qruplaşdırıb yazın. Daha
hansı meyvələri bu sıralara əlavə edə bilərsiniz? 
2. Şeirdə rast gəldiyiniz şəxs əvəzliklərini sadalayın. 
3. “Bəs bizə nə verirsən?” cümləsi ilə bağlı doğru və ya yanlış cavabları müəyyənləşdir.
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Əsərdəki obrazları səciyyələndirmək üçün
müvafiq keyfiyyət bildirən sözlər seçir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır.
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Ahəng qanununa tabeliyinə görə sözləri
fərqləndirir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
Balaca Yavər  
Gündə-gündə   
Nə desən, deyər: 
“Mən də, mən də”.   
– Çıxaq eşiyə.      
– Mən də, mən də.      
– Gedək meşəyə.
– Mən də, mən də.  
– Marığa duraq. 
– Mən də, mən də.                   
– Bir qarğa vuraq.
– Mən də, mən də.
– Başını kəsim.
– Mən də, mən də.
– Çaqqallar yesin.
– Mən də, mən də.
Ay səni, Yavər,
Düşünsən əgər,
Bu cür deməzsən,
Qarğa yeməzsən.
Adları ahəng qanununa 
tabe olan meyvə adları
Adları ahəng qanununa 
tabe olmayan meyvə adları
201
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə