Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə81/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   77   78   79   80   81   82   83   84   ...   100

II qrup: – “Xan çinar” mətnindəki obrazları insan obrazları ilə əvəz etməklə mətn qurub
təqdim edin.
III qrup: – “Kudu və çinar” mətnindəki obrazları insan obrazları ilə əvəz etməklə mətn qurub
təqdim edin.
Müəllim hər üç qrupa tapşırır ki, qurduqları yeni mətnin ideyası oxuduqları və ya dinlədikləri
müvafiq mətnin ideyası ilə eyni olmalıdır.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı əsasında təlim
məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 121-ci səhifəsində də verilmişdir.) 
DAYAQ OLSA
1. Mavi boşluqların yerinə uyğun sözləri seç.
A) 1 – düz düzə 
2 – söz sözə 
3 – diz dizə
B) 1 – söz sözə   
2 – düz düzə 
3 – diz dizə 
C) 1 – diz dizə 
2 – düz düzə 
3 – söz sözə
2. “Dağ” sözü hansı cümlədə mətndəki mənasında işlənib?
A) Vətənimiz Qafqaz dağları ilə əhatə olunub.
B) Qız yağı dağ eləyib tavanı kənara qoydu.
C) Vətən həsrəti onun ürəyinə dağ çəkmişdi.
3. Hansı sözdə şəkilçi sözün kökündən əvvəl gəlir?
A) namərd
B) dayaq C) vüqarlı
4. Şeirin məzmununa uyğun atalar sözünü seç.
A) Od olmayan yerdən tüstü çıxmaz.
B) Dağ nə qədər uca olsa, el üstündən yol salar.
C) El bir olsa, dağ oynadar yerindən.
Yazı
üzrə qiymətləndirmə (imla)
BALIQQULAĞI 
(116 söz)
Nazilə yuxudan təzəcə oyanmışdı ki, anası ona şad xəbər verdi: onlar bu gün atası ilə
birlikdə dəniz sahilinə gedəcəklər. Yay tətilinin ilk günlərindən bu arzu ilə yaşayan
Nazilənin gözləri güldü.
Atası Naziləni sahilboyu gəzdirdi. Nazilə xeyli rəngli, irili-xırdalı balıqqulağı topladı.
Gəzintidən sonra onlar maşına tərəf yollandılar. Qızın əlində çoxlu balıqqulağı görən atası
bunları nə edəcəyini soruşdu. Nazilədən səs çıxmadı.
Aradan xeyli keçmişdi. Bir səhər Nazilə sevincək yuxudan oyandı. Axı həmin gün
anasının ad günü idi. Axşamdan atası onunla alacaqları hədiyyə haqqında danışsa da,
bir qərara gələ bilməmişdilər. 
Qara ağdan seçilər,
Göz gözə dayaq olsa.
Ocaq sönməz dünyada,
Köz közə dayaq olsa.
Dünya firavan yaşar,
Həyat çağlayar, daşar.
Bülbüllər nəğmə qoşar,
d dayaq olsa.
Hər təpədən dağ olmaz,
Vüqarlı dağ dağılmaz.
Əyri artıb ağarmaz,
d dayaq olsa.
Namərd mərdə ad qoyar,
Naşını nadan duyar.
Dağı dağ üstə qoyar,
d dayaq olsa.
Əvəz Mahmud Lələdağ
2
3
1
189
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


190
Bir azdan Nazilə səliqə ilə bükülmüş hədiyyəsini anasına təqdim etdi. Ana sevincək
hədiyyəni açdı. Bu, rəngli balıqqulağılardan hazırlanmış gözəl bir gül rəsmi idi.
Ata və ana fərəhlə Naziləyə baxdılar.
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Mürəkkəb cümlələrdən birində bir mübtəda var:
A) Hələ qar əriməmişdi, ancaq novruzgülü çiçəkləmişdi.
B) Zəng çalındı, işıqlar söndü, tamaşa başlandı.
C) Xəbər verdilər ki, axşam şiddətli külək əsəcək.
2. Hansı cümlədə nöqtələrin yerinə “ki” bağlayıcısı yazmaq lazımdır?
A) Uşaqlar çalışdılar …  məktəbimiz yarışda birincilik qazansın.
B) Bağın ətrafına çəpər çəkmək lazım idi … mal-qara körpə ağacları yeyirdi.
C) Musiqi çalındı … rəqqasələr səhnəyə çıxdılar.
3. Sözlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda k-y əvəzlənməsi baş vermir:
A) külək
B) lək
C) bilik
4. Cümlələrin birində “oğul” sözünün yazılışı səhvdir:
A) Onun oğulu çox ağıllı idi.
B) Oğlum məni sevindirdi.
C) Oğlunuz sizi gözləyir.
5. Hansı şəkilçini “sinif” sözünə artırsaq, ikinci hecada səs düşümü baş verər?
A) -də
B) -lər
C) -imiz
Dərs 85. ÇİÇƏK – YEDDİ RƏNG LƏÇƏK (4 saat)
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Oxuduğu kitab haqqında təəssüratlarını
bölüşür.
Verilmiş qrafik informasiyanı (barqrafı,
diaqramı) şifahi şəkildə şərh edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.3. Verilmiş mətni genişləndirmək və da -
vam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
Təxəyyülünə uyğun davam etdirdiyi
mətnin planını tutur. 
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Əsər qəhrəmanının hərəkətlərinə
münasibət bildirərək onun xarakteri
haqqında fikir söyləyir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu əsərin məzmununa yeni süjet
xətti və obrazlar əlavə etməklə mətni
genişləndirir və nəql edir.
3.1.1. Hüsnxət normalarına riayət etməklə
sürətlə yazır.
Mətni müəyyən edilmiş vaxt ərzində hüsnxət
və orfoqrafiya normalarına uyğun yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Verilmiş sözlərin fonetik təhlili ilə bağlı
fikirlər söyləyir. 
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissəsinin yerini
müəyyən edir.
7
Çap üçün deyil


Motivasiya
Müəllim: – Arzularınızı yerinə yetirə bilən sehrli çubuğunuz olsa idi, nə edərdiniz? 
Şagirdlər cavab variantlarını söyləyirlər. 
Oxu 
Şəkillər üzrə proqnozlaşdırma. Müəllim dərsliyin 179-182-ci səhifələrində “Çiçək – yeddi
rəng ləçək” mətninə çəkilmiş illüstrasiyaları nəzərdən keçirməyi tapşırır. 
Sual: – Şəkillərə əsasən bu mətndə nədən danışıldığını deyə bilərsinizmi?
Bir neçə şagirdin variantları dinlənilir və müzakirə olunur.
Mətnin 1-ci hissəsi (səh. 179-180) oxunur. 
Müəllim lövhədən belə bir cədvəl çəkilmiş plakat asır:
Müəllimin nəzərinə: Bu cədvəl mətnlə iş bitənədək (2 dərs – 4 saat müddətində) lövhədə qalır.
Sual: – Oxuduğunuz hissəyə əsasən Jenya haqqında nə deyə bilərsiniz? (səh. 180, tap. 2)
Cavab: – Jenya diqqətsiz və ehtiyatsız qızdır. 
Əsaslandırma: – İtin bublikləri necə yediyini hiss etmədi, güldanı əlindən yerə saldı.
Cədvəlin müvafiq xanaları doldurulur.
Mətnin 2-ci hissəsi (səh. 180-181) oxunur.
Sual: – 2-ci hissəyə əsasən Jenya haqqında nə deyə bilərsiniz?
Cavab: – Jenya inadkardır, bir qədər paxıldır, düşünmədən hərəkət edəndir.
Əsaslandırma: – Mübahisə edib öz istəyinə çatmaq üçün hər şeyə əl atır, qızların
oyuncaqlarını görüb paxıllıq edir, 4 qiymətli ləçəyi 2 arzuya və bu arzulardan imtinaya sərf edir.
Cədvəlin müvafiq xanaları doldurulur.
Dərsliyin 181-ci səhifəsindəki 3-4-cü tapşırıqlar yerinə yetirilir. 3-cü tapşırığı yerinə yetirmək
üçün müəllim BİBÖ cədvəlindən və qlobusdan istifadə edir.
Müəllimin nəzərinə: Şimal qütbü haqqında şagirdlər 3-cü sinifdə “Həyat bilgisi” fənnindən
tanışdırlar. 
Cədvəlin birinci iki sütunu doldurulduqdan sonra müəllim qlobusun ortasından keçən dəmir
oxu göstərib “Yerin oxu” dedikdə məhz bu oxun nəzərdə tutulduğunu bildirir və aşağıdakı mətni
oxuyur.
Dinləmə
QÜTBLƏR
Yerin iki coğrafi qütbü var: Şimal və Cənub. Bütün səma cisimləri kimi Yer də öz oxu ətrafında
fırlanır. Bu zaman qütb nöqtələri istisna olmaqla Yerin bütün nöqtələri fırlanaraq dairə cızır.
Nəticədə gecə-gündüz yaranır. 
Dünyanın istənilən nöqtəsində dayanıb kompasa baxsanız, onun əqrəbi şimala yönəlmiş
olacaq. Əgər həmin istiqamətdə dayanmadan getsəniz, sonda Şimal qütbünə çatacaqsınız.
Şimal qütbü Yer oxunun Şimal yarımkürəsindən keçdiyi nöqtədir 
(müəllim qlobusda nümayiş
etdirir)
Bu nöqtə Şimal Buzlu okeanının ortasında yerləşir. Orada quru sahəsi yoxdur. İlboyu
Şimal qütbündə çoxillik qalın buz qatı olur.  Şimal qütbündə vaxt gecə və gündüzə bölünmür.
Burada günəş ilin bir yarısı heç görünmür. Buna qütb gecəsi deyirlər. İlin digər yarısında isə
Hissələr
Jenyanın xarakteri
Əsaslandırma
1-ci hissə
2-ci hissə
3-cü hissə
ŞİMAL QÜTBÜ HAQQINDA
BİLİRİK
İSTƏYİRİK BİLƏK
ÖYRƏNDİK
191
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə