Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri


 Hekayədəki hadisə ilin hansı fəslinə təsadüf edir? A) qış B) yay C) yaz 3



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə80/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   76   77   78   79   80   81   82   83   ...   100

187
2. Hekayədəki hadisə ilin hansı fəslinə təsadüf edir?
A) qış
B) yay
C) yaz
3. “Üzü gəlmədi” söz birləşməsinə yaxınmənalı ifadəni tap.
4. Bunlardan hansını dilimləmək sözü ilə işlədə bilmərik?
A) alma 
B) qarpız
C) üzüm
5. Bunlardan hansı tərgitmək sözünə yaxınmənalıdır?
A) əl çəkmək
B) baş götürmək
C) qol qoymaq
Yazı
Şagirdlər dialoqları təhkiyə üsulunda ifadə etməklə dinlədikləri mətnin qısa məzmununu
yazırlar.
Dil qaydaları
5-8-ci tapşırıqlar yerinə yetirilir.
5-ci tapşırıq. “Zəif” sözü səhv yazılıb.
Müəllimin nəzərinə: Dil qaydaları ilə bağlı 6-cı  tapşırıq yerinə yetirildikdən sonra müəllim müvafiq
qaydanı uşaqlara izah edə bilər. Bəzi ikihecalı sözlərə saitlə başlanan şəkilçi əlavə etdikdə
ikinci hecadakı sait düşür; məsələn: sinif – sinfə, beyin – beynim. Bundan sonra əlavə
tapşırıqlar vermək olar. Aşağıdakı sözlərə saitlə başlayan şəkilçi əlavə edib yazın: şəkil, nəsil.
 7-ci tapşırıq. Çox maraqlı oyun gedirdi (oyun – mübtəda, gedirdi – xəbər). Mən buzu  yolun
bir tərəfinə qoyub uşaqlara qoşuldum (mən – mübtəda, qoşuldum – xəbər). 
8-ci tapşırıq. Mən bu qorxunc fikirdən uzaqlaşmaq istədim.
Müəllim aşağıdakı sualı verə bilər:
– Mübtədanın “mən” olduğunu hansı sözlə müəyyənləşdirdiniz?  
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 84. ÇİNAR AĞACI. XAN ÇİNAR (4 saat)
Motivasiya
Müəllim: – Hansı ağacları tanıyırsınız? (Şagirdlər ağac adlarını sadalayırlar)
– Çinar ağacı haqqında nə bilirsiniz?
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və ya dinlədiyi mətnin ideyası ilə
bağlı mühakimə xarakterli fikirlər irəli sürür.
1.2.3. Dialoji mətnlər qurur və təqdim edir. 
Oxuduğu və dinlədiyi mətni ümumiləşdirərək
mətn qurur və təqdim edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu mətnlərdəki obrazları müqayisə
edir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Mətndəki müəyyən epizodları
genişləndirməklə nəql edir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Dinlədiyi şeiri nəsrə çevirib yazır.  
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


188
Çinar ağacının hündür, böyük çətirli və uzunömürlü olduğu, 1000 ildən çox yaşadığı bildirilir.
Şəki xanlarının sarayını görən şagirdlər varsa, sarayın qarşısındakı çinar ağacından danışılır.
Çinarın şəkli göstərilir. Bu çinarın 1530-cu ildə əkildiyi şagirdlərə çatdırılır. Bildirilir ki, onun
hündürlüyü 30 metrdən, gövdəsinin diametri 7 metrdən çoxdur. Onun əzəmətindən, ətrafa kölgə
salmasından danışılır.
Sual: – Bədii ədəbiyyatda müsbət qəhrəmanların hansı əlamətləri çinara bənzədilir?
(əzəmət, vüqar, əyilməzlik, uca qamət)
Oxu 
1-ci addım. Şagirdlər cütlərə bölünürlər. Hər cütdəki şagirdlərdən biri “Çinar ağacı” (dərslik,
səh. 177-178), digəri “Xan çinar” (dərslik, səh. 178) mətnini səssiz oxuyur. 
2-ci addım. Birincilərdən bir şagird mətni nəql edir, digərləri nəql zamanı buraxılmış vacib
məqamları xatırlatmaqla mətni tamamlayırlar.
3-cü addım. Şagirdlər iş dəftərinin 120-ci səhifəsindəki tapşırıqdan istifadə edə bilərlər.
4-cü addım. “Xan çinar” mətnini oxuyanlar arasında ifadəli oxu üzrə müsabiqə keçirilir.
5-ci addım. Lövhədə Venn diaqramı çəkilir. Dərsliyin 178-ci səhifəsindəki 1-ci tapşırıq yerinə
yetirilir.
6-cı addım. Dərsliyin 178-ci səhifəsindəki 2-3-cü tapşırıqlar yerinə yetirilir.
1-ci çinar (“Çinar ağacı”)                      2-ci çinar (“Xan çinar”)
Şagirdlər oxuduqları mətnlərdəki çinar obrazlarını müqayisə edirlər. Müəllim şagirdlərin
diqqətini hər iki mətnin son cümləsinə yönəldir:
1-ci mətn: – Gördünüz?! Külək mənə heç nə eləyə bilmədi.
2-ci mətn: – Mən kökümlə bu torpağa bağlıyam.
Müəllimin nəzərinə: Müzakirə nəticəsində şagirdlər belə bir nəticəyə gəlirlər: “Hər iki çinar
məğrurdur, hər ikisi boyu, qaməti ilə fəxr edir. Lakin birinci çinar bununla lovğalanır, ikinci
çinar isə buna görə torpağa təşəkkür edir”. 
Dinləmə
KUDU VƏ ÇİNAR
Suallar: – “Kudu” sözünü hansı sözlə əvəz etmək olar? (qabaq)
– Bu şeirdəki kudu obrazını hansı çinar obrazı ilə müqayisə etmək olar?
Yazı
– Şeiri nəsrə çevirib yazın.
Danışma
(qruplarla iş)
I qrup: – “Çinar ağacı” mətnindəki obrazları insan obrazları ilə əvəz etməklə mətn qurub
təqdim edin.
Sizə deyim qəribə bir hekayət,
Ağıllılar ondan alsınlar ibrət.
Kudu dəni düşdü çinar altına,
Qorxutmadı onu yağış, qasırğa.
Qucaqlayıb çinarı tez boy atdı,
Çinardan da yuxarı baş ucaltdı.
Bilmədi ki, çinarın sayəsində 
Yer tutmuşdur səmanın sayəsində. 
(kölgəsində)
Tənə edib dedi: – Bəh, bəh, ey çinar!
Bu bağda sən görmüsən bir çox bahar.
Bir mənə bax, azca zaman içində
Qoydum geri səni dövran içində.
Bir neçə il qucaqlaşsaq belə biz,
Heç kim mənə çata bilməz, şübhəsiz.
Oynaq olar mənə yüksək fələklər,
Meyvə dərər budağımdan mələklər.
Çinar gülüb dedi: – Öyünmə sən də,
Hünər məlum olar xəzan əsəndə.
Abbasqulu ağa Bakıxanov
7
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə