Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə78/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   74   75   76   77   78   79   80   81   ...   100

7
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş dəftəri
səh.
MMV
səh.
81 Məni itirməyin
1.2.1, 2.2.1, 2.2.4, 3.1.4,
4.1.7 
2
172-173
118
183
82 Ən böyük dövlət
1.2.2, 1.2.3, 2.2.4, 3.1.4
2
174
119
184
83 Buz 
1.1.1, 2.2.1, 2.2.3,
2.2.4, 2.2.5, 3.1.3,
4.1.1, 4.1.6, 4.1.7 
2
175-176
185
84 Çinar ağacı. Xan çinar
1.2.2, 1.2.3, 2.2.1,
2.2.4, 2.2.5, 3.1.3 
4
177-178 120-121 187
85
Çiçək – yeddi 
rəng ləçək
1.2.1, 2.2.1, 2.2.3, 2.2.4,
2.2.5, 3.1.1, 3.1.4, 4.1.1,
4.1.5
4
179-183
122
190
86 Yaxşılığa əvəz
1.1.1, 1.2.2, 2.1.4,
2.2.1, 3.1.3 
2
184
123
194
87 Dəvə ilə ver
1.2.2, 2.1.2, 2.2.4,
2.2.5, 3.1.1
4
185
124-125 195
88
Körpə nəğmənin
nağılı
2.2.1, 2.2.3, 2.2.4,
4.1.5 
4
186-188
126
198
89 Lalə və Məryəm
1 . 2 . 1 ,  2 . 2 . 1 ,  2 . 2 . 4 ,
3.1.4, 4.1.1, 4.1.2 
2
189-190
127
200
90
Məftunun bağa
getməsi
2.2.1, 2.2.4, 3.1.4,
4.1.1, 4.1.5
4
191
128-129 201
91 Zəhmət və Zinət
1.2.2, 1.2.3, 2.1.2,
2.2.1, 2.2.3, 2.2.4,
2.2.5, 4.1.5, 4.1.6
4
192-196 130-131 203
92 Xor
1.2.2, 2.1.2, 2.1.4, 2.2.1,
2.2.4, 3.1.4, 4.1.1, 4.1.5,
4.1.6
2
197
132
206
93 Ümumiləşdirci təkrar
2
198
208
94
Kiçik summativ
qiymətləndirmə
2
133-135 208
Yekun
40
saat
7-ci bölmə
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


Dərs 81. MƏNİ İTİRMƏYİN (2 saat)
Motivasiya
Müəllim: – Heç belə bir ifadə eşitmisinizmi: “Vicdanının səsinə qulaq as” və ya “Vicdanı ona
əzab verir”? Bu ifadələri hansı hallarda işlədirlər?
Şagirdlər vicdan haqqında öz fikirlərini söyləyirlər. Müəllim həyatdan misallar gətirməklə
“vicdanlı olmaq”, “vicdanını itirmək” kimi ifadələri izah etməyi tapşırır.
Oxu
“Məni itirməyin” mətni (dərslik, səh. 172-173) abzaslarla oxunur. Bəzi abzaslardan sonra
müəllim şagirdlərin qavrama və mənimsəməsini yoxlamaq məqsədilə suallar verir:
1. İnsanlar fəlakətin gəlməsini nədən hiss etdilər?
2. Fəlakətin gəlişini hiss edən insanların ümid yerləri nə oldu?
3. Od və suyun birləşməsi səhnəsini təsvir edin.
4. Vicdanın gəlişi təbiətdəki varlıqlar tərəfindən necə qarşılandı?
5. Vicdan nəyi yadda saxlamağı tövsiyə etdi?
6. Su vicdana qulaq asandan sonra nə baş verdi?
7. Vicdanın sözlərindən sonra od nə etdi?
8. Üç yoldaş bir-birini itirsələr, necə tapacaqlar?
“Ağuşuna götürmək”, “əlbəyaxa olmaq”, “pənah gətirmək” ifadələri izah olunur.
Dərsliyin 173-cü səhifəsindəki tapşırıqlar yerinə yetirilir.
Şagirdlər mətni hissələrə bölüb başlıqlar verirlər. Daha sonra cütlərə bölünərək mətni nəql
edirlər:
Mətnlə bağlı tətbiqi çalışmalar üçün iş dəftərinin 118-ci səhifəsindəki tapşırıqlardan istifadə
oluna bilər.
Dinləmə
VİCDAN
Yasəmən riyaziyyatdan dərsini hazırlamadığına görə qərara aldı ki, məktəbə getməsin.
Amma dərs vaxtı onu kəndin küçələrində görməsinlər deyə yaxınlıqdakı çay kənarına
getdi. Çantasını və anasının bişirdiyi toyuq budu ilə çörək olan bağlamanı bir kolun dibinə
qoydu. Çayın kənarı ilə gəzib moruq yığmağa başladı. Birdən moruq kolunun kölgəliyində
oturmuş ba laca bir oğlanla qarşılaşdı. Balaca ona mehriban, sadəlövh nəzərlərlə baxırdı.
Oğlanın əlində əlifba kitabını görən Yasəmən məsələnin nə yerdə olduğunu başa
düşdü və onunla zarafat etmək istədi.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu ha -
disələr haqqında kiçik təqdimatlar edir. 
Dinlədiyi əsərdəki obraz və hadisələr haq -
qında fikirləri ümumiləşdirərək yekun nəticə -
yə gəlir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərin ideyasını müəyyənləşdirir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır.
Oxuduğu və dinlədiyi əsərin ideyası ilə
bağlı inşa yazır. 
4.1.7. Cümlə və onun növləri ilə əlaqədar
kiçik təqdimatlar edir.
Mətndəki cümlələri növlərinə görə
fərqləndirir.
1-ci cüt: – Göylərdən su ilə gələn bəla
2-ci cüt: – Göylərdən od ilə gələn bəla
3-cü cüt: – Vicdanın müraciəti
4-cü cüt: – Suyun ram edilməsi
5-ci cüt: – Odun ram edilməsi
6-cı cüt: Üç yoldaş
183
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


– Aha, dərsə getməmisən?! – o çox ciddi görkəm alıb dedi. – Bir tikə boyunla indidən
valideynlərini də, məktəbi də aldadırsan?!
– Yox! – deyə balaca təəccüblə cavab verdi. – Mən dərsə gedirdim. Amma buralarda
yekə bir it gəzir. O hürdü, mən də qaçıb gizlənmək istəyəndə yolu azdım.
Bu balaca oğlan elə gülməli və sadəlövh görünürdü ki, Yasəmən ona kömək etməyə
bilməzdi. Uşağın əlindən tutub kəndə tərəf apardı və evlərinə yola saldı.
Yasəmənin çantası və yeməyi kolun dibində qaldı. Oğlanın yanında onları götürməyə
utandı. Elə bu vaxt budaqların arasından it çıxdı, çantaya dəymədi, toyuq budunu isə yedi.
Yasəmən qayıdıb kolun altında oturdu və ağladı. Yox! Toyuq buduna görə deyil. Sadəcə,
onun başı üstündə şən quşcuğazlar çox gözəl oxuyurdu. Bir də ki... onu vicdanı incidirdi.
Danışma
(müzakirə)
Müəllim şagirdlərin diqqətini mətnin sonuncu cümləsinə yönəldir: “Sizcə, nə üçün Yasəməni
vicdanı incidirdi?” Müzakirədən sonra deyilmiş fikirlər ümumiləşdirilir. 
Yazı
“Vicdan susarsa...” mövzusunda inşa yazmaq.
Dil qaydaları
Mətnin birinci abzasında ilk və son cümlələri quruluşuna görə təhli  edin.
Müəllimin nəzərinə: Birinci cümlə ilk baxışda mürəkkəb görünsə də, həmcins xəbərli sadə
cümlədir. Son cümlə isə üç sadə cümlədən ibarət mürəkkəb cümlədir.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 82. ƏN BÖYÜK DÖVLƏT (2 saat)
Motivasiya
Müəllim 3-cü sinifdə keçilmiş “Köhnə dərs” hekayəsini xatırladır. Şagirdlər Rəhman müəllimlə
Sadiqin dialoqunu yada salır və əsərin ideyasını müəyyən edirlər. 
(Əgər insan sağlamdırsa,
onun kasıblıqdan şikayət etməyə haqqı yoxdur) 
Oxu
(rollu oyun)
“Ən böyük dövlət” mətni (dərslik, səh. 174) fasilələrlə oxunur. Müəllim fasilələrdə suallarla
şagirdlərə müraciət edir.
İkinci abzasdan sonra: 
– Oğlana münasibətinizi bildirin.
“Sən ki böyük dövlət sahibisən!” cümləsindən sonra: 
– Qoca nəyi nəzərdə tuturdu?
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və dinlədiyi məlumatları həyatda
gördükləri və eşitdikləri ilə əlaqələndirərək
mühakimə xarakterli fikirlər irəli sürür.
1.2.3. Dialoji mətnlər qurur və təqdim edir. 
Oxuduğu dialoji mətni genişləndirərək
ssenari qurub təqdim edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Əsər qəhrəmanını səciyyələndirmək üçün
müvafiq keyfiyyət bildirən sözlərdən
istifadə edir. 
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır.
Verilmiş situasiyaya uyğun kiçikhəcmli
esse yazır. 
184
7
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə