Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə79/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   75   76   77   78   79   80   81   82   ...   100

185
Mətnin sonunda: 
– Nə üçün qoca qüvvət və sağlamlığı ən böyük dövlət sayırdı?
Dərsliyin 174-cü səhifəsindəki tapşırıq yerinə yetirilir. Şagirdlər tapşırığa uyğun olaraq mətni
genişləndirir və dialoji mətn (ssenari) qurub təqdim edirlər. 
İş dəftərinin 119-cu səhifəsindəki tapşırıqlar yerinə yetirilə bilər.
“Əqli hücum”
.  Müəllimin tapşırığı ilə şagirdlər əsərdəki gəncin xarakterini bir sözlə
səciyyələndirməyə çalışırlar. Hərə keyfiyyət bildirən bir söz deyir. Bu proses “naşükür” sözü
səslənənə qədər davam edir. Sonrakı fəaliyyəti müəllim bu sözün izahı üzərində qurur.
Danışma
(müzakirə)
“Ən böyük dövlət nədir?” mövzusunda müzakirə keçirilir. Müəllim təklif edir ki, şagirdlər
aşağıdakı tezislərdən birini seçib müdafiə etmək üçün arqumentlər hazırlasınlar:
Yazı
Müəllim aşağıdakı cümlələri diktə edir: 
“Həyatımın ən çətin anları idi. Yoxsulluq məni sıxırdı. Ayaqyalın, başaçıq küçə ilə gedir və ta le -
yimə lənət oxuyurdum. Birdən əlil arabasında oturmuş bir dilənçi gördüm. Onun ayaqları yox idi...”
Tapşırıq: –  Mətni davam etdirin. Əsər qəhrəmanının bundan sonrakı hərəkətlərini və
düşüncələrini ən azı 5 cümlə ilə ifadə edin.
İş dəftərinin 119-cu səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqdan istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Dərs 83. BUZ (2 saat)
1. Ən böyük dövlət ağıl və bilikdir.
2. Ən böyük dövlət sağlamlıqdır.
3. Ən böyük dövlət çoxlu pul, mal və mülkdür.
4. Ən böyük dövlət dostlardır.
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə müx təlif
fikirləri ümumiləşdirməklə yekun rəy bil di rir.
Dinlədiyi və oxuduğu mətnlər arasında
ideya yaxınlığını müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.3. Verilmiş mətni genişləndirmək və da -
vam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
Mətnin planına yeni başlıqlar əlavə edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərin mövzusunu və ideyasını
müəyyənləşdirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Əsəri başqa obrazın dilindən yaradıcı
şəkildə nəql edir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Dinlədiyi mətndəki dialoji hissəni təhkiyə for   -
masında ifadə etməklə məzmununu ya zır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Deyilişi və yazılışı fərqlənən sözləri fonetik
baxımdan təhlil edir.
4.1.6. Cümlənin düzgün qurulmasında baş
və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Cümlə qurarkən cümlə üzvlərinin
ardıcıllığına riayət edir.
4.1.7. Cümlə və onun növləri ilə əlaqədar
kiçik təqdimatlar edir.
Mətndəki cümlələri növlərinə görə
fərqləndirir.
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


186
Motivasiya
(anlayışın çıxarılması)
Müəllim lövhədən plakat asır və sxemin mərkəzində sual işarəsinin yerinə müvafiq sözü
yazmağı tapşırır. 
Şagirdlər müzakirələrdən sonra sual işarəsinin yerinə “məsuliyyətli” sözünü yazırlar.
Oxu
Dərslikdə verilmiş “Buz” hekayəsi (səh. 175-176) dörd hissəyə bölünüb “Ziqzaq” üsulu ilə oxu nur.
Suallar: – Sizcə, qar topası əsərin qəhrəmanına nəyi xatırlatdı?
– Əsərin qəhrəmanı tapşırığın öhdəsindən necə gələcək?
– Buz nəyə lazım idi?
– Ana niyə oğlunu məzəmmət etdi?
– Əsərin qəhrəmanı niyə həyəcan keçirirdi?
– Mətndən hansı abzaslar ixtisar edilsə, məzmuna xələl gəlməz?
A) 1-ci və 3-cü                    B) 2-ci və 4-cü                     C) 1-ci və 5-ci
Sonra qrup nümayəndələri əsərin müvafiq hissəsini nəql edir və suallara cavab verirlər.
Dərsliyin 176-cı səhifəsindəki tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Cavab “B” variantıdır.
Dinləmə
İKİ QARDAŞ
Əkrəm böyük oğlan idi. Məktəbə getməyinə bir il qalmışdı. Ancaq bir xasiyyətindən
heç kimin xoşu gəlmirdi. Ona bir iş tapşıranda əvəzində nə isə istəyirdi. 
Bir gün Əkrəmin anası bərk xəstələnmişdi. Əkrəmi çağırıb dedi:
– Oğul, qızdırmadan dil-dodağım quruyub… Get xalangildən alma gətir.
– Heç bahar vaxtı da alma olar? – deyə o, acıqlı halda soruşdu.
Əkrəm qapını bərk çırpıb könülsüz evdən çıxdı. Həyətdə oynayan uşaqları görüb on-
lara qoşuldu.
Bir azdan Adil məktəbdən gəldi. O, ikinci sinifdə oxuyurdu. Tez çantasını yerinə qoyub
anasının yanına qaçdı.
– Anacan, necəsən? Başın ağrıyır?
– Neçə saatdır Əkrəmi xalangilə alma üçün yollamışam, hələ də xəbər yoxdur.
Adil qardaşını həyətdə görmüşdü:
Əkrəm həyətdədir, narahat olma. Alma üçün özüm gedərəm.
Adil on dəqiqəyə almaları gətirdi. Qabığını soyub dilimlədi və anasına yedizdirdi. Elə
bu vaxt Əkrəm evə qalxırdı. Pəncərədən qardaşının anasını necə yedizdirdiyini, arada
dəsmalla ağzını sildiyini görəndə evə girməyə üzü gəlmədi.
Bayram Həsənov
Tapşırıq: – Oxuduğunuz mətnlə dinləmə mətni arasındakı ideya yaxınlığını müəyyən edin.
Suallar:
1. Əkrəmin neçə yaşı olardı?
A) 4
B) 5
C) 6
Tapşırılan
işi vaxtında yerinə
yetirən
Dediyi sözə 
əməl edən
Tənqid eşitmək
istəməyən
Bu günün işini
sabaha qoymayan
Dərsə
vaxtında,
gecikmədən
gələn 
?
7
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə