Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə87/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

Müəllim– Sizcə, Alış dayı Zəhməti tapacaq? Zəhmət onu bağışlayacaq?
Mətnin 4-cü hissəsi (səh.195-196) oxunur və şagirdlərin variantları ilə müqayisə olunur.
Qruplarla iş. Şagirdlər 3 qrupa bölünür. Hər qrupa şeirdən çıxarılmış bir bənd verilir. 4-cü
hissədə müəyyən bəndlər arasında müxtəlifrəngli dairələr verilmişdir. Şagirdlər bu bəndlərin
hansı dairənin yerinə uyğun olduğunu tapmalıdırlar.
Müəllimin nəzərinə:
I qrupun bəndi – mavi dairə
II qrupun bəndi – yaşıl dairə
III qrupun bəndi – narıncı dairə
Dərsliyin 196-cı səhifəsindəki 2-4-cü tapşırıqlar yerinə yetirilir.
Müəllim 3-cü tapşırığı aşağıdakı sualla müşayiət edə bilər:
– “İstəyirsən bal-çörək, al əlinə bel-kürək” atalar sözündə hansı sözü “zinət”, hansını
“zəhmət” sözü ilə əvəz etmək olar?
Müəllim– Siz Zəhmətin yerinə olsa idiniz, Alış dayını bağışlayardınızmı?
Şagirdlər öz fikirlərini söyləyir və əsaslandırırlar.
Söz ehtiyatı
Aşağıdakı misraların izahı ilə bağlı iş aparılır:
Şagirdlər tətbiqi çalışmalar üçün iş dəftərinin 130-cu səhifəsindəki 1-3-cü tapşırıqlardan
istifadə edə bilərlər. Daha sonra şagirdlər qruplara bölünür və yazdıqları tapşırıqları müzakirə
edib yekun nəticəyə gəlir və təqdim edirlər.
Hər qrupun təqdimatı zamanı digər qruplar öz qeydlərini bildirir və təqdimatı qiymətləndirirlər.
Şagirdlər iş dəftərinin 131-ci səhifəsindəki 3-cü tapşırığı yerinə yetirirməklə mətnin məzmu -
nu nu nəsrlə yazırlar.
Danışma
(qruplarla iş)
I qrup: – Zəhmət və Zinət obrazlarını insan obrazları ilə əvəz edin və oxuduğunuz əsərin
süjetinə əlavələr etməklə mətn qurub təqdim edin.
II qrup: – Mətnin giriş hissəsini aşağıdakı kimi dəyişməklə davamını təxəyyülünüzə uyğun
nəql edin: “Zəhmətə yazığı gələn Zinət təklif edir ki, yerlərini dəyişsinlər: Zinət işləsin, Zəhmət
isə dəmir sandıqda kef çəksin...”
III qrup: – Mətnin giriş hissəsini aşağıdakı kimi dəyişməklə davamını təxəyyülünüzə uyğun
nəql edin: “Zəhmətlə Zinət dalaşırlar. Onların yola getmədiyini görən Alış dayı çarıqlardan birini
qovmaq qərarına gəlir...”
Şagirdlərin təqdimatları dinlənilir. Ən orijinal və gözlənilməz sonluqlu mətnlər daha yüksək
qiymətləndirilir.
I qrup:
Mənəm səni şənləndirən,
Mənəm sənə həyat verən,
Sərvət verən, zinət verən,
Uçmağa qol-qanad verən.
II qrup:
Zəhmət sevimli həyatdır,
Sənsən mənim qəlbim, canım.
Zinət bizə qol-qanaddır,
Ey istəkli mehribanım!
III qrup:
Hər bir işə sevgi gərək,
Hey çalışır Zəhmət, Alış.
Yerin bağrını sökərək
Əkir, biçir qarış-qarış.
1. Çox axtardı, çox dolaşdı,
Gecələri etdi səhər.
2. Bilməyirsən haqqı-sayı,
Köksümdə sızlayır yaram.
3. Baxdı coşqun təbiətə,
Gördü mahtab 
(aydın
gecə)
aləm açmış.
4. Mən varlığam, sən yaraşıq,
Varlıq olur hər yerdə baş.
5. Yedi, içdi bir az müddət
Təknələrə 
(xəmir yoğur -
maq üçün iri mətbəx
əşyası)
təpik çaldı.
6. Hər gün töhmət alır eldən,
Ürəyini tənə əzir.
205
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


206
Dinləmə
Müəllim aşağıdakı mətni oxuyur.
İKİ KOTAN
Dəmirçi bir parça dəmirdən iki kotan düzəltdi. Kotanın birini əkinçi alıb apardı. O biri isə
dükanda qaldı. İki ildən sonra əkinçi onu da alıb tarlaya apardı. Kotanlar görüşdülər. Əkinçinin
əvvəl aldığı kotan gümüş kimi parlayırdı. Dükanda qalmış kotan isə paslan mışdı.
Tapşırıq: – Oxuduğunuz və dinlədiyiniz əsərlərin ideyası və əsas obrazlar arasındakı fərqli
və oxşar cəhətləri izah edin.
Dil qaydaları
Dərslikdəki  5-ci tapşırıq yerinə yetirilir. 
İş dəftərinin 131-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə sual və
tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 92. XOR (2 saat)
Motivasiya 
Müəllim dərsə musiqi dərsində keçilmiş elə bir mahnı ilə başlayır ki, həmin mahnıda həm
solo, həm də xor ifası səslənsin.
1-ci sual: – Solo ifa ilə xorun ifası arasında hansı fərqlər var?
Şagirdlər cavab variantlarını söyləyirlər. 
2-ci sual: – Solo ilə xor arasındakı fərqi çiçəklə gül dəstəsi arasındakı fərqlə müqayisə edin.
Şagirdlər öz fikirlərini söyləyir və müzakirə edirlər. 
Söz ehtiyatı
Şagirdlər “ümman” (böyük dəniz, okean), “amal” (arzu, məqsəd) sözlərinin izahını təxmin
edirlər (iş dəftərinin 132-ci səhifəsindəki 1-ci tapşırıqdan istifadə oluna bilər).
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və ya dinlədiyi əsərlə bağlı
fikirlərini müdafiə etmək üçün arqumentlər
gətirir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Öyrəndiyi yeni söz və terminlərin mənasını
təxmin edir, lüğət vasitəsilə dəqiqləşdirir.
2.1.4. Çoxmənalı sözləri omonimlərdən
fərqləndirir və nitqində istifadə edir. 
Kontekstdən çıxış edərək omonimin
mənasını izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Şeiri ifadəli və emosional şəkildə oxuyur.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Mətnin ideyasını atalar sözü ilə ifadə edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Ahəng qanununa tabeliyinə görə sözləri
fərqləndirir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissələrini digər nitq
hissələrindən fərqləndirir.
4.1.6. Cümlənin düzgün qurulmasında
baş və ikincidərəcəli üzvlərin yerini dəqiq
müəyyən edir. 
Söz sırası pozulmuş nəzm nümunəsində
mübtəda və xəbərin yerini müəyyən edir.
7
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə