Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə82/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   78   79   80   81   82   83   84   85   ...   100

heç batmır. Buna isə qütb gündüzü deyirlər. Şimal coğrafi qütbündə orta temperatur göstəricisi
qışda -40°, yayda isə təqribən 0° olur. 
Cənub coğrafi qütbü isə Yer oxunun Cənub yarımkürəsindən keçdiyi nöqtədir. Cənub qütbü
Antarktida materikindədir və ona birinci olaraq R.Amundsen çatmışdır.
Mətni dinlədikdən sonra şagirdlər BİBÖ cədvəlinin 3-cü sütununda qeydlər aparırlar.
Tapşırıq: – Siz artıq bilirsiniz ki, Jenyanın çiçəyində cəmi bir ləçək qaldı. Görəsən, o, sonuncu
ləçəyi necə istifadə edəcək? Mətni davam etdirin.
Şagirdlər oxuduqları hissələrin və mətnin davamının geniş planını tuturlar. Planlar təqdim
olunur.
Dil qaydaları
“Auksion” (cütlərlə iş). Şagirdlər cütlərə bölünürlər. Cütlər nömrələnir. Müəllim lövhədə
cədvəl çəkir.
Müəllim bildirir ki, indi mətndə işlənmiş bir neçə sözü növbə ilə səsləndirəcək. Cütlər bu
sözlərin fonetik təhlili ilə bağlı fikirlər söyləməlidir. Hər bir söz haqqında söylənilən fikir 1 balla,
sonuncu fikir isə 3 balla qiymətləndiriləcək. 
Müəllim aşağıdakı sözləri növbə ilə səsləndirir:
bağça, lövhə, nəzakət, təşəkkür, güldan, oğlanlar, oyuncaq, təsəvvür
Müəllim nəzarət edir ki, şagirdlər aşağıdakı göstəricilər üzrə sözləri təhlil etsinlər:
– Söz neçə səsdən ibarətdir?
Səslərdən neçəsi sait, neçəsi samitdir?
– Sözdəki sait və samit səslərin növləri
– Sözün səs və hərf tərkibi eynidir/eyni deyil?
– Səslərin sayı hərflərin sayından çoxdur/azdır/eynidir?
– Söz ahəng qanununa tabedir/tabe deyil?
Mətnin davamını oxutdurmaq məqsədilə keçən dərsdə mətnin davamı ilə bağlı şagirdlərin
variantlarından orijinal mətnə ən yaxın olanı seçilir və müzakirə olunur.
Sual: – İnsanın əlində olan qeyri-adi imkanlardan yalnız özü üçün istifadə etməsi düz -
gündürmü? Mətnin birinci və ikinci hissələrində Jenyanın çiçəkdən istədiklərini necə qiymət -
ləndirirsiniz?
Oxu
Mətnin 3-cü hissəsi oxunur. 
Dərsliyin 183-cü səhifəsindəki tapşırıqlar yerinə yetirilir. Eləcə də iş dəftərinin 122-ci
səhifəsindəki 1-2-ci tapşırıqlardan istifadə etmək olar.
Keçən dərsdə tərtib edilmiş “Jenyanın xarakteri” cədvəlinin 3-cü sətri doldurulur.
Mətnin planı tutulur. Əvvəlcə müəllim mətnin hər bir hissəsinə başlıq verməyi tapşırır. Daha
sonra müəllim mətni yeddi hissəyə bölüb hissələri aşağıdakı kimi adlandırır: 
1. Jenya, it və  bubliklər.
2. Xeyirxah qarı.
3. Sarı və qırmızı ləçəklər Jenyanın arzularını həyata keçirdi.
4. Şimal qütbünə getmək Jenya üçün problem deyil.
5. Jenyaya çoxlu oyuncaq lazım deyil.
6. Son ləçək Jenyanı düşünməyə vadar etdi.
7. Mavi ləçək – Jenya xoşbəxtdir.
Müəllim təklif edir ki, şagirdlər cütlərə bölünərək həmin hissələrə fərqli başlıqlar düşünsünlər.
Cüt №
Ballar
Cüt №
Ballar
Cüt №
Ballar
Cüt №
Ballar
1
4
7
10
2
5
8
11
3
6
9
12
192
7
Çap üçün deyil


Ən maraqlı və orijinal başlıqlar səsvermə yolu ilə seçilir və lövhədə yazılır. Daha sonra hər
başlığa görə mətnin məzmunu genişləndirilmiş formada (yeni kiçik süjet xətləri əlavə etməklə)
nəql olunur (hər şagird bir hissəni nəql etməklə).
Danışma
Müəllim iri kağız vərəqində səsvermə üçün 7 arzu bildirən cümlələr yazır və onları nömrələyir. 
Şagirdlərə bildirilir ki, onlar bu siyahıya daha 7 arzu əlavə edə bilərlər. Bunun üçün hər bir
şagirdin bildirdiyi arzunu ən azı üç başqa şagird dəstəkləməlidir.
Beləliklə, siyahıya yeni arzular əlavə olunur. Siyahı tamamlandıqdan sonra arzular səsə
qoyulur. Şagirdlərə bildirilir ki, hər biri ən çoxu 3 arzuya səs verə bilər. Səslər hesablanır və ən
çox səs toplamış 3 arzu müəyyən olunur.
Səsvermənin nəticələri daha əyani olsun deyə rəngli diaqram şəklində də göstərilə bilər.
Müzakirə. Şagirdlər “Düzmü seçim etdik?” sualına cavab vermək üçün müzakirə keçirirlər.
Əgər birinci üçlükdə daha “eqoist” arzular (məsələn, 1, 2, 5, 7) yer alıbsa, bu, Jenyanın birinci
altı arzusu ilə müqayisə olunur. Digər arzuların seçimi əsaslandırılır.
Yazı
8-ci tapşırıq. Cavab “B” variantıdır.
Yuxarıdakı tapşırıq yerinə yetirildikdən sonra “Qoşa nöqtə. Tire” haqqında verilən məlumat
oxunur və mənimsədilir.
9-10-cu tapşırıqlar yerinə yetirilir.
“Əgər Jenyanın çiçəyindən bir ləçək məndə olsaydı...” mövzusunda esse yazılır. 
İş dəftərinin 122-ci səhifəsindəki 3-cü tapşırıq yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.

Arzu
Səs 
sayı
Sehrli çubuğum olsa idi...
1 çoxlu pulumun olmasını istərdim.
2 dərslərimə hazırlaşmadan hər şeyi bilmək  istərdim.
3 əlil uşaqların hamısını sağaldardım.
4 valideynlərimə uzun ömür arzulayardım.
5 yeni kompüter və oyun proqramları istəyərdim.
6 işğal olunmuş torpaqların geri qaytarılmasını istərdim.
7 dərs günlərinin həftədə 3 gün olmasını istərdim.
8
9
10
11
12
13
14
193
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


194
Dərs 86. YAXŞILIĞA ƏVƏZ (2 saat) 
Motivasiya
Müəllim: – Atalar sözünü izah edin: “Yaxşılıq edib bir şey umursansa, eləməsən yaxşıdır”. 
Şagirdlər həyatdan misallar gətirməklə atalar sözünü izah edirlər.
Oxu
(rollu oyun)
“Yaxşılığa əvəz” şeiri (dərslik, səh. 184) 3 nəfər (aparıcı, dovşan və dələ) tərəfindən rollarla
səsləndirilir. Müəllim hər obrazın nitqini onun xarakterinə uyğun səsləndirməyi tapşırır. Dovşanın
sözlərini səsləndirən şagird öz rolunu şən əhvali-ruhiyyə ilə, oynaq tərzdə, dələnin sözlərini
səsləndirən şagird isə ciddi və nəsihətamiz şəkildə ifa etməlidir.  
Suallar:
– Dovşanın əhvalını göstərən misraları oxuyun.
– Nə üçün dovşan özünün çəpgöz olmasına inanmamağa çağırır?
– Dovşanın kök haqqında dediklərinə nə əlavə edə bilərsiniz?
– Şeirdə dovşan nələri sevdiyini söyləyir?
– Dovşanı qabaqda hansı təhlükə gözləyirdi?
– Dovşan dələyə minnətdarlığını necə bildirdi?
– Nə üçün dələ yaxşılığın əvəzini istəmədi?
Söz ehtiyatı
Dərsliyin 184-cü səhifəsindəki tapşırıq yerinə yetirilir. Eləcə də iş dəftərinin 123-cü
səhifəsindəki 1-2-ci tapşırıqlardan istifadə etmək olar.
Danışma
(debat)
I qrup: – Hər bir insan istəyər ki, onun yaxşılığını qiymətləndirsinlər.
II qrup: – Yaxşılığın əvəzində yaxşılıq və ya tərif gözləmək insana yaraşmaz.
Dinləmə
TƏMƏNNASIZ YAXŞILIQ
Qoca bir əkinçi tarlada işləyən zaman gördü ki, bir quzğun caynağına aldığı hacıleyləyi
yuxarıdan buraxıb daşa çırpdı. Quzğun leyləyin üstünə bir də şığımaq istədi. Ancaq ona
qədər qoca özünü hacıleyləyə çatdırdı. Quzğun qocanı görüb havada bir neçə dövrə
vurdu və uçub getdi. Qoca baxdı ki, leyləyin qanadı və qıçı qırılıb. Axşam evə dönəndə
hacıleyləyi də özü ilə gətirdi. Bir müddət onu müalicə etdi. Hacıleyləyin qanadı və qıçı
sapsağlam oldu. Qoca əkinçi buna çox sevindi. O, hacıleyləyi gətirib çölə buraxdı. 
Aradan  xeyli keçdi. Qoca əkinçi şuma toxum səpirdi. Bir də gördü ki, budur ha,
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə
müxtəlif fikirləri ümumiləşdirməklə yekun
rəy bildirir.
Dinlədiyi əsərdəki obraz və hadisələr
haqqında müxtəlif fikirləri ümumiləşdirərək
yekun nəticəyə gəlir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə
fikirlərini əsaslandırır.
2.1.4. Çoxmənalı sözləri omonimlərdən
fərqləndirir və nitqində istifadə edir. 
Kontekstə görə omonim və çoxmənalı
sözlərin mənalarını fərqləndirir və
yaxınmənalı sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Obrazların nitqini onların xarakterinə
uyğun səsləndirməklə şeiri ifadəli oxuyur. 
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Plan qurmaqla dinlədiyi mətnin
məzmununu yazır.
7
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə