Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

_______________Milli Kitabxana________________
Çox düşünmə, Aşıq Alı,
Qohum da yad kimidi,
Əmi-dayı, qardaş-bacı
Yandıran od kimidi,
Hamsı başa qaxınc olub
Quruca ad kimidi,
Nə olsun ki, ay biçarə
İstəyirsən yüz danış.
VERİR
Bu gün bir hikmət görmüşəm
Aləmə iman verir,
Yediyi təkrar yeyilir,
Hamsını tamam verir.
Özü aləmi doyurur,
Nalə çəkir acam mən,
Onun nə ki, yeməyi var,
Cəmini insan verir.
Bir başı var, bir ayağı
Qafası göydə durur.
Çəkilibdi kamanıya
Dabanı ayda durur.
Nə vaxtı var, nə vədəsi,
Hesabı sayda durur,
Hər gələndə xərac alır,
Hesabınan san verir.
Gəl, biçarə Aşıq Alı,
Qoyma ola sözün kəc,
Onun bir adəti vardır,
Gah tox olur, gah da ac.
Özü elə hökm eləyir
Hər gələndən alır bac,
Doğruluğnan hesab alır,
Düzlüyünnən nan verir.


_______________Milli Kitabxana________________
VAR
Ey dilim, qafil olma,
Bir sirri sübhan da var,
Müşkülə kömək olan
Dərdinə dərman da var,
Namərdi başa qaldıran,
Mərdi zəlil eyliyən,
Ol sərdən ayağa salan
Gərdişi-dövran da var.
Bu dünyanı viran yazır,
Bəs abadan hardadı,
Bülbülə soçu safa ol
Gülüşan hardadı
Bu dünyaya sahib olan ol
Süleyman hardadı?
Məhşərətən bir üz deyən
Hakimi-loğman da var.
Min gözün müşkül Alı
Gör hardadı şahı Nəcəf,
Ərəbi qiblə səmtinnən
Gəldi bir şeyxi-ərəb,
Əyləşdi Merac yolunda
Mustafa atdı tişa,
Həbibinən seyrə çıxan
Çox əziz mehman da var.
NƏDİ
Bar ilahim divan budu
Yetişə dada, nədi?
Müxənnət haqqı unudub
Heç salmaz yada nədi?
Girmə nadan məclisinə
Qədir bilən olmasa,


_______________Milli Kitabxana________________
Hərcayı hədyan deyər
Bəy nədi, gəda nədi?
Zatı pakı halal olan
Çaşqın olmaz xanadan,
Mətləbini tez yetirər
Yeri-göyü yaradan.
Tər gedibdi sumu salat
Əlin çəkər üqbadan,
Titriyər polu siratdan
Heç tapmaz cüda nədi?
Ey Alı, dosta yetir,
Dostdan dosta al olmaz,
Həqiqətdən dərs almıyan
Şəriətdən hal olmaz,
Şəriətdən kamil olan
Yetgin olar, kal olmaz
Gəşt eyləyər dəryalarda
Çay nədi, ada nədi?
BAX
Ey könül, qafil olma
Əliyül imrana bax,
Məhəmməd şəninə gələn
Ayeyi-Qur'ana bax.
İsmayıl getdi Minaya
Ona qurban olmağa.
Cəbrayıl bir qoç gətirdi
Sürməli qurbana bax.
Adəm ki, yedi buğdanı
Bir görün nə etdilər,
Ol xudadan əmr olundu
Sərəndibə atdılar,
Adəmnən Havva ana


_______________Milli Kitabxana________________
Bir-birini tapdılar,
Həvva doxsan oğlan doğdu,
Gərdişi-dövrana bax.
Gəl biçarə Aşıq Alı
Seç bil mövlanı tanı,
Habil vurdu, Qabil öldü
Eylədi nahaq qanı,
Haqq-taladan əmr olundu
Su götürdü dünyanı,
Ol gəmiyə nicat verən
Qadiri-sübhana bax.
YALVARIRAM
Sidqinən sığınmışam
Sübhana yalvarıram,
Məhəmmədə tabe olub
Qur'ana yalvarıram.
Məzhəbimdi Cəfər Sadiq,
Qibləmdi Kəbəm mənim,
İlqarımda çox möhkəməm,
İmama yalvarıram.
Atdı şəhadət barmağın
Zəbun etdi Xeybəri,
Çəkəndə "Allahu-Əkbər!"i
Qırdı yüz min ləşkəri,
Alimlərin ümidgahı,
Möminlərin pənahı,
Şahi-Mərdan, şiri yəzdan
Mən ona yalvarıram.


_______________Milli Kitabxana________________
Dar günümdü dada yetiş,
Ədalət şahım mənim,
Ey böyük ümidgahım,
Sənsən pənahım mənim,
İsmimdi Aşıq Alı,
Çoxdur günahım mənim,
Günahkarı sən aparma
Divana yalvarıram.
QIRMIZI
Həzrət əmir bayram günü
Geyinib don qırmızı,
İsmayıla gəldi qurban
Töküldü qan-qırmızı.
Oxudu "İsmi-əzəm"i
Bağladı zülfüqarı,
Çaldı qılıncı Əntərə,
Oldu meydan qırmızı.
Buyurun mirzələrə
Belə yazsın yazını,
Öz-özünə fikr eyləsin
Xub danışsın sözünü.
Aşıq gərək püxtə olsun
Xam bilməsin özünü,
Girsin eşqin kürəsində
Pişsin büryan qırmızı.
Deyər Aşıq Alı uçub
Bu könlümün pərgarı,
Ustada qulluq etməyən
Kim olar xiridarı.
Mənnən bəhsə duran aşıq
Gəlsin dursun üz barı,
Sərraf mənəm, istiyirəm
Ləli-mərcan qırmızı.


_______________Milli Kitabxana________________
BİZDƏDİ
Şükür olsun ol xudaya
Adil divan bizdədi,
Dini məssər yolu ərkan
İlqar, iman bizdədi.
Neyliyirəm o məzhəbi
Yoldan xarici ola
Məhəmmədə nazil olan
Ayeyi-Qur'an bizdədi.
İncil İsaya gəlibdi,
Tövrat Musaya ey dil
Qur'an Məhəmmədindi,
Sən gəl onu yəqin bil
Dörd çeşmədən ponqar axar
Həqiqətdə durar göl
Girməynən ki, qərq olarsan
Dərya, umman bizdədi.
Göylərdən dörd kalam endi,
Məhəmmədə Qur'andı,
İnşallah ki, möminləri
O dardan qurtarandı.
Gəl qəm çəkmə, Aşıq Alı,
Ağan Şahi-Mərdandı
Penci-ali Sahibzaman,
On iki imam bizdədi.
MƏRD
Məhəmmədə xaliq özü,
Göndərdi Qur'anı mərd.
Altı min altı yüz altmış ayə,
Yüz on dörd surəni mərd.
İlahidən nazil oldu,


_______________Milli Kitabxana________________
Göydən endi dörd kitab.
O, Qur'ana baş əyənlər,
Tez tapır imanı mərd.
Beş kəlməyə aşiq olan,
Sinəsi dəftər gərək,
Haqq-taalanın min bir adı,
Dillərdə əzbər gərək,
Bu aləmə zülm eyləyən,
Olmaya rəhbər gərək.
Açıb cənnət qapısını,
Göstərdi rizvanı mərd.
Gəl, biçarə Aşıx Alı,
Xəbərdar ol dünyada.
Uca könül, alçaq saxla,
Havalanma dünyada,
Haqqın min bir adını gəl,
Gündə üç yol sal yada.
Vaqif ol, haqqın yolunda,
Gəl eylə tövbəni mərd.
GƏL
Kəndinə aşığam deyən,
Aşıxsan meydana gəl
Namərd girməz bu meydana,
Mərd isən meydana gəl.
Kəndi olan kəndisini,
Öyməyi layiq döyül,
Şimdi sazın aləminə,
Bu cəngi-dövrana gəl.
Ey arifə, bir salam ver,
Soruşum halın görüm,
Həqiqət haqq aşığısan,
Söylə, kamalın görüm.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə