_______________Milli Kitabxana________________
İncil, Zəbur, Tövrat, Qur'an
Göstər kitabın görüm.
Dostum, əgər bütpərəstsən,
Bu narı-neyrana gəl.
Mən Alıyam tamam leyli-
Nəhar söylərəm mədhi,
Mərifəti, şəriəti,
İnnəqan haq, təriqəti,
İsayısan "İncil"i sev,
Musayisan "Tövrat"ı.
Gər Məhəmməd ümmətisən,
Boyun əy, "Qur'an"a gəl.
_______________Milli Kitabxana________________
QƏZƏL
1
Yeri-göyü xəlq eyləyən, bu məvhu məvaya gəl,
Haqqınan-nahaq arası düşübdü davaya, gəl.
Aman vermir dostlar bu gün, düşmüşəm qəm behrinə
Şərəfyabam bu sənətdən əzəlindən çayə gəl.
Eşq belə bir bəladı, cümlə ona mübtəla,
Nə Məcnuna tənə eylə, gülməz Züleyxaya gəl.
Könül sevən gözəl olur, babalardan qalan söz,
Çatmaq üçün öz yarına, imkan ver Leylaya gəl.
Bir sevgi də bu aləmdi, hamı aşiq dünyaya,
Günüz şəmsi ziyarət et, gecələr də ayə gəl.
Könüllə mən əl çəkmərəm, bu dünyadan agahdı,
Əzrail gürzü çalanda, bacarırsan hayə gəl.
Gözəl şaban şərəfimdi, yadımdadı pənzideh,
Nə şöhrət var gündədi, bel bağla mövlaya gəl.
Pak Qur'andan var savadım, dini dindən seçirəm,
İsbat üçün izah edim, necə çətin ayə gəl.
Hikmətlərdən pür savadam, hünərliyəm isbata,
Həm dərsindən kasadsansa, buyur təmənnaya gəl.
Xuda sənin qəlbindədi, cüda salma özündən,
Bir anın da olmaz onsuz, səbəb etmə xudaya gəl.
Alı, ümüd xudadadır gen gündə sal yadına,
Hey çağırram min bir adı, sal üstümə sayə gəl.
Aşıq Alının qələmə aldığı yeganə qəzəlini "Divanilər" bəhsində verilməsini məqsədəuyğun saydıq
(tərtibçi).
_______________Milli Kitabxana________________
_______________Milli Kitabxana________________
_______________Milli Kitabxana________________
_______________Milli Kitabxana________________
AŞIQ ALI İLƏ AŞIQ ƏLƏSGƏRİN DEYİŞMƏSİ
Gedər oldum, yar-yoldaşım sağ olsun,
Bol olsun çörəyi, aşı dünyanın.
Bundan sonra dərdləriniz durulsun,
Sürmələnsin gözü, qaşı dünyanın.
Ərənlər qoyduğu yolları seçdim,
Dolduruban, eşqin badəsin içdim.
Bir belə sövdayçın sərimnən keçdim,
Ləli-gövhər olsun daşı dünyanın.
Bağla bostan olsun çöllər, səhralar,
Bal ilə yağ olsun, yeddi dəryalar.
Meyvə versin bütün bağlar, ovalar,
İstərəm yaz olsun qışı dünyanın.
Dərdli Kərəm deyər dünya fanidi,
Neçələrin üzü üstə sürüdü.
Kimsə bilməz nə zamandan bəridi,
Heç hesaba gəlməz yaşı dünyanın.
Ustatlar ustadnaməni bir yox, iki deyər, biz də deyək iki olsun.
Arifi-müəzzəm, ey nuri-eynim,
Mənim kimi ömrü bad olan varmı?
Qohumdan, qardaşdan, dostdan, aşnadan
Xəyalı dolanıb, yad olan varmı?
Hər kəs özü mətləbini qanmayan,
Dünya cifəsinə səhl sönməyən,
Fələk əli dəyib, çərxi dönməyən,
Ləzzəti dəhanda dad olan varmı?
Dağlar qan ağlayır, düşüb borana,
Daha bundan sonra çətin yarana,
Göyçə qana batsın, qaldı virana,
Daha Ələsgər tək ad olan varmı?
_______________Milli Kitabxana________________
Mənim üçün nə ata, var, nə ana,
Arif görək bu mətləbi tez qana.
Minə qəm atina çıxaq cahana,
Görək bu dünyada şad olan varmı?
Günbəgündən bağlayıram qəm, vərəm,
Könül sakit olub, heç tapmır aram,
Nə Şirin, nə Fərhad, nə yazıq Kərəm,
Abdulla tək cismi od alan varmı?
Ustatlar ustadnaməni iki yox, üç deyər, biz də deyək üç olsun, namərdin ömrü
püç olsun.
Açma mətahını naşı tüccara,
Qiymətini bilib, xiridar olmaz.
Bədöyün qocası olsa da arıq,
Sürsən mənzil kəsər, kəmhünər olmaz.
Qaşın fırqətindən dağlar qərəli,
Üç hərifdir yerin, göyün qərəli.
Misə qalay vursən axır qaralı,
Nə lələ bənzəməz, nə gövhər olmaz.
Hüseynəm, sinəmdə haqqın baratı,
Yaxşı iyidin var sözü, söhbəti.
İyidin olmasa binadan zati,
Tanınıb, heç yerdə aşikar olmaz.
Sizə
kimdən söylüyüm, haradan söylüyüm, Göyçə
mahalının
keçən
günlərinnən, keçmiş dövranından, adları dillər əzvəri olan ustad aşıxların
kamalından, Göyçə mahalının adlı-sanlı aşıxları Dədə Alıynan, Dədə Ələsgərin
qavaxlaşmasından.
Bəli, mənim əzizlərim, tarixə yaxşı-yaxşı baxsaq, görərik ki, Göyçə mahalı
bizim ulu babamız oğuz tayfalarının doğma vətənidi. Göyçənin adı çəkiləndə saz,
söz, ustad aşıxları yada düşür.
Dədə Qorqud döyründən saza, sözə olan məhəbbət bu mahalda yaşayanların,
cavanından tutmuş qocalarına qədər hamısının qanına, iliyinə hopuf.
_______________Milli Kitabxana________________
Ulularımız yaxşı deyif: "Göyçədə yeni doğulmuş uşax, beşikdə ağlayanda
qoşma, təcnis üstündə ağlayır, səsi də saz havasına köklənmiş olur".
Saza, sözə olan bu məhəbbət Göyçə mahalında neçə-neçə ustad aşıxların
yaranmasına səvəf oluf. Belə ustad aşıxlardan indi qulluğunuzda ərz edəcəyim
Aşıx Alıynan Aşıx Ələsgərdi.
Aşıx Alı döyrünün tanınmış ustad aşığı olan Ağ Aşıxdan dərs alıf, yüksək
kamala çatmışdı. Dədə Alı addı-sannı sənətkar olannan sonra, bir çox şəyirdlər
yetişdirmişdi. O cümlədən adını fəxrlə çəkdiyimiz Dədə Ələsgər də Dədə Alının
istəkli şəyirdlərindən biri olmuş, onun sayəsində yüksək kamala çatmışdı.
Ancaq onu da deyək ki, ustaddan öyrənən şəyirdin də görək öz qabında bir şeyi
olsun. Yoxsa bir ustanın noxudnan divar suvamağına oxşayar. Ustanın divara
vurduğu noxudlar dığırlanıb yerə töküldüyü kimi, fərsiz şəyird də ustadın qiymətli
sözlərini bir qulağından alıf, o biri qulağından çölə buraxıf, küləyəcə verəcək.
Xoşbaxtlıqdan Ələsgər belə şəyirdlərdən döyüldü. Aşıx Alı şəyirdlərinin
hamısından daha çox Ələsgərin xətirini istəyər, onun kəskin hafizəsinə heyran
qalıf, şəyirdinnən fəxr edərdi. O, Ələsgərin gələcəyinə böyük ümüd gözüynən
baxırdı. Ələsgər də ustadına doğma oğul kimi yanaşar, onun hörmətini həmişə əziz
tutardı.
Bəli, əzizlərim, artıq Ələsgər də püxtələşmiş, eldə, obada ad-san qazanmış
aşıxlardan saydırdı.
İcazə verin, söhbətimizi burada yığcamlaşdırıf, əsas mətləbə keçək. Çox haxlı
və maraxlı bir suval ortalığa çıxır ki, axı nejə olur ki, belə istəkli ustadla şəyird
arasında inciklik, zidiyyət düşüf, biri-birinə meydan açıf, deyişməli olmuşlar?
Əvvəla, onu deyək ki, mərdimazarın öyü yıxılsın, bu mərdiməzarlar, xayınlar,
xəbislər olmasa, dünyada yaşamağa nə var ki, mərdiməzarlar nə ölüf, nə də öləcək,
onlar hər döyranda oluf, yaralı çivan kimi həmişə xalqa əziyyət verif, indi də
verirlər.
Əhvalat belə oluf: "Göyçə mahalının Çaxırlı kəndində Böyükağa addı, sözü
keçən, varlı adam oğluna toy eliyəsi olur. Qohumlarınnan bir nəfəri Aşıq Alının
dalınca Qızılvəng kəndinə göndərir, tapşırır ki, gedif Aşıq Alıya deyərsən ki,
Böyükağa bazar günü oğluna toy eliyəsidi, durmasın, tez bir bizə gəlsin.
Dostları ilə paylaş: |