Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

_______________Milli Kitabxana________________
Aldı Aşıx Ələsgər:
Ələsgər badəni əlindən içdi,
Əlinin yolunda canından keçdi.
Axtarıb ummanı, lələni seçdi,
Dayazdan, dərindən bildi qıjhaqıj.
Hamıda böyük  maraq, böyük  heyrət var idi. Elə bil ki, iki böyük  nəhəng qaya
baş-başa  gəlmişdi.  Bu  qayalardan  biri  uçub  dağılmalı  idi.Camahat  hər  iki  aşığı
dönə-dönə alqışladı.
İndi  görək  Dədə Alı  öz  şəyirdini  hansı  rədifdə söz  demək  imtahanına  çəkir
tərəfindən ərz edək, siz də şad-xürrəm olun.
Aldı Aşıx Alı:
O, xabi-qəflətdə, şirin yuxuda
Bir pir gördüm, din islamın içində.
Bir qətrə nur gördüm əyləşmiş alim,
Bir sin arasında, damın içində.
Aldı Aşıx Ələsgər:
On səkkiz min aləm, yetmiş iki dil,
Ülfət qalır bir bazarın içində.
Kimi atlas geyir, tirmə qurşayır,
Kimi üryan gəzir qarın içində.
Aldı Aşıx Alı:
Eşidən alimlər, mömün olanlar,
Bizə bəxş elədi ol pərvərdigar.
Tanıyan islama mümkir olanlar,
Qapısız, bacasız damın içində.
Aldı Aşıx Ələsgər:
Qəfilsən, işindən tapmayıbsan baş,
Üz döndərər səndən qohum, yar, yoldaş.
Torpaq soyuq, bədən üryan, kəfən yaş,
Tək qalarsan dar məzarın içində.


_______________Milli Kitabxana________________
Böyükağanın  adamları pıçıldaşdılar  ki, əyə,  deyəsən Ələsgər  üstələyir,  amma
bu  bəndi  yaman  dedi  ha!  Onlar  məclisi  daha  da  qızışdırmaq  üçün əl  çalır,  hər  iki
aşığı alqışlayırdılar.
Aldı Aşıx Alı:
Bir divan əyləşib, adil, ədalət,
Oxunur şabaxda dəlili-əyyət.
Məhəmməd şəninə verir səlavət,
Gəzir bağı gülüstanın içində.
Aldı Aşıx Ələsgər:
Mən demək nə lazım, özün bilirsən,
Bir gün yaranıbsan, bir gün ölirsən.
Arsız, qəmsiz nə gününə gülürsən?
Yandırırlar səni narın içində.
Böyükağa  bərkdən  güldü,  dedi  ki,  sən  öləsən, bu  bəndə lap  kökündən  vurdu.
Əyər  bu  məclisdə Aşıx Ələsgər üstələsə atamın goru  haqqı  ona  bir  at
bağışlayacam.
Aldı Aşıx Alı:
Bir neçə təxt qoyub, nuri-Münəvvər,
Hər yana düzülüb yüz on dörd nəfər.
Hərəsində səksən, səkkiz piltə var,
Şölə verir ol məqamın içində.
Məclisində, yaşa, Aşıx Alı, yaşa! Böyükağa dedi ki, ay ustad, deyəsən şəyirdini
çətinə salıf, darıxmağa çalışırsan, ha?
Aşıx Alı gülə-gülə dedi ki, mən onu yaxşı tanıyıram, onun hünərinə, qeyrətinə
bələdəm. O, darıxan oğul döyül. Amma eşit, Ələsgər, sözümüz sözdü - ya sən, ya
mən. Ustad-şəyird bir sınaxdan çıxmalıyıq. Yoxsa, sən deyən kimi "iki qoçun başı
bir qazanda qaynamaz".


_______________Milli Kitabxana________________
Aldı Aşıx Ələsgər:
Ələsgər söyləsin sən mətləbi qan,
Belə qərar qoyub qadiri-sübhan.
Unutma ilqarı, itirmə iman,
İman durur düz ilqarın içində.
Aldı Aşıx Alı:
Çağır Şahi-Mərdan, denən, ya Əli,
Museyi-Kazımı, bir də Cəfəri.
Saxlar Alı kimi zəlil müstəri,
Qoymaz qala o zindanın içində.
Böyükağa  dedi  ki,  Aşıx  Alı,  hər  ikiniz  sağ olun,  sizin  hər  ikiniz  böyük
sənətkarsınız.  Siz  Aşıx Ələsgəri  çox bərkə-boşa  çəkdiniz.  O  da  sağ  olsun ki,  öz
sənətkarlığını sübuta yetirdi, həm də sizi kimi ustad aşıxnan ayaxlaşa bildi. İndi də
bütün məclis əhli sizdən xahiş eləyir ki, izin verəsiniz bu dəfə Aşıx Ələşgər qavağa
düşsün.  Sizin  qoyduğunuz  şərtə görə məclis  dava etsin. Allah  hansınıza  verər,
verər.
Ələsgər  razı olmasa  da,  Aşıx  Alı əl  çəkmədi,  dedi  ki,  oxu  görüm  nə üstündə
oxuyursan?
Aldı Aşıx Ələsgər:
Gözəllər sultanı, mələklər şahı,
Şahmarzülfün nə tökmüsən dal-dala?
Boyun sərf üstündə bənzər budağa,
Mürğü-ruhum uçar, qonar dal-dala.
Məclisdə Böyükağa  və onun  yaxın adamlarınnan  savayı,  heç  kəs  nə Aşıx
Alının, nə də Aşıx Ələsgərin pisikməsini istəmirdi.
Aldı Aşıx Alı:
Şahmar zülfün çin-çin edib hörəndə,
Görən deyir qoy tökülsün dal-dala.
Bu dünyada şir də yalqız qalmasın,
Qardaş gərək qoşa dursun dal-dala.


_______________Milli Kitabxana________________
Hər tərəfdən afərin sədası eşidilir, maraq daha da artırdı.
Aldı Aşıx Ələsgər:
Geydim qəm libasın yasın içində,
Gələcək nəkreyin ya sin içində.
Doxsan min kəlmədə yasin içində,
Neçə yerdə mütəsildi dal-dala?
Məclis əhli də gördü ki, Ələsgər ustadını möhkəm silkələdi. Aşıx Alı da yaman
qeyzlənmişdi.
Aldı Aşıx Alı:
Muxənnət heç baxmaz dala, qabağa,
Hərcayinı məclisindən qov, ağa!
Yaxşı köhlən cəhd eləyər qabağa,
Yaxşı igid fikir verər dal-dala.
Aldı Aşıx Ələsgər:
Dərs alanlar zikr eləyir, hər ayə,
Bayram ayı demək olmaz hər aya.
Şahlar-şahı özün yetiş haraya,
Mən yalqızam, düşmən verib dal-dala.
Böyükağa  dedi  ki, Ələsgər,  sən  niyə tək  olursan,  kim  sənə düşmən  ola  bilər?
Ayə, sən öz bacarığını, ustadına sübut eləməlisən, vəssalam.
Aldı Aşıx Alı:
Xudam səni tək yaradıb, təkbətək,
Gecə-gündüz zikr edirəm, təkbətək.
Aşıq Alı, çək döşünə təkbətək,
Müxənnətdən çək ətəyin dal-dala.
Aldı Aşıx Ələsgər:


_______________Milli Kitabxana________________
Bil, ehtiyac deyil, sənə mal indi,
Geyibsən qəddinə, sənəm, al indi.
Can alansan, canım, Sənəm, al indi,
Əzrayılın cəngəlindən daldala.
Aşıx  Alı  gördü  ki, Ələsgər  sözü  yekunlaşdırdı,  təxəllüsünü  bənddə demədi.
Dedi  ki,  ay  oğul,  mən  sözü  yekunlasdırdım  axı. Ələsgər  cavab  verdi  ki,  ustad,
mənim məqsədim məclisin sonuna qədər "dal-dala" rədifi üstündə oxumaqdır.
Aşıx Alı dedi ki, ay oğul, mən elə belə də bilirdim, daha mən pəs.
Aşıx Alı sazını ona tərəf uzadanda Ələsgər gülə-gülə dedi ki, ustad, onda icazə
ver sözümü yekunlaşdırım.
Aldı Aşıx Ələsgər:
Ələsgərəm, əldən getdi buta, yar,
Huşum çaşıb ağlım olub bu tahar.
Sinəm qoydum müjganına buta, yar,
Əsirgəmə, at oxların dal-dala!
Hamı Aşıx Ələsgəri  alqışladı.  Böyükağanın  sevinci  yerə-göyə sıgışmırdı,  ona
görə ki, artıx o məqsədinə çatmışdı.
Aşıx  Alı dedi  ki,  oğul,  mən  sənin  qüdrətinə,  dərin  zəkana  bələd  idim,  belə də
olmalıydı. Mən məğlub olsam da, icazə ver, bir təcnis deyim, sən o rədifdə təcnis
desən də olar, deməsən də.
Ələsgərin özü də bikef olmuşdu, dedi ki, buyur, ustad.
Aldı Aşıx Alı:
Xəndan, xəbisdən sevinclik yağmaz,
Hirsindən çəkilər ay damar-damar.
Qəza kəməndinə salsa yaxşını,
Qanı cövlan edər, ay damar-damar.
Ələsgər  gördü  ki,  ustadı  çox  pərişan  oluf,  odur  ki,  onun  ürəyini ələ almağa
çalışdı.
Aldı Aşıx Ələsgər:


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə