Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

_______________Milli Kitabxana________________
Aldı Aşıx Ələsgər:
Arif olan bir od düşüb canıma,
Əridib döndərir a yağa məni.
Aşıq deyər, ay ağa,
Yetiş dada, ay ağa,
İllər xəstəsi canım,
Yar gəldi, qalx ayağa,
Ağa olan, qulun salmaz nəzərdən,
Salma nəzərindən, ay ağa, məni.
Kamil ovçu, ovun görcək, sin, ayə.
Oxu dərsin əzəl başdan "sin", ayə.
Aşıq deyər sin ayə,
Tər damlaya sin ayə.
Xəstənin gözü düşmüş,
Yetgin nar, tər sinəyə.
Ömür azaldı, vədə yetdi sin ayə,
Bir gün də bükərlər, ay ağa məni.
Mənim yarım yaşıl geyib inci, dür,
Gümüş kəmər incə beli incidir.
Aşıq deyər incidir,
İnci, mərcan, inci dür,
Yaman övlad, pis qonşu
Qohum-qardaş incidir.
Xəstə düşdüm, bu dərd məni incidir,
Tut dəstimdən, qaldır ayağa məni.
Ələsgərəm, dada gəldi, budu yar,
Bayquşların məskənidi, bu diyar.
Aşıq deyər budu, yar,
Gül bəsləyən, bu diyar.
Canım sadağa verrəm,
Qəbuldursa, budu, yar.
Al xancalı, bağrım başın buda, yar.
El içində salma ayağa məni.


_______________Milli Kitabxana________________
Aşıx Ələsgər sözünü tamam edəndən sonra, sazını köynəyə qoymaq istəyəndə,
Aşıx  Alı  dedi  ki, Ələsgər,  mənim  sözüm  sözdü,  biz  bu  gün  hesabı  çürütməliyik.
Özü  də qıfılbənd,  tapmaca  kimi  şeydi,  biz  məclisdə bədahətən  söz  demək
bacarığını yoxlamalıyıq. İndi mən hansı vəzndə, hansı rədifdə oxuyuramsa, sən də
həmin vəzndə, həmin rədifdə cavab verməlisən, razısanmı?
Ələsgər cavab verdi, yox, ustad, mən qavaxlaşmaq istəmirəm.
Böyükağanın adamları hər iki aşığı daha da qızışdırmağa çalışdılar. Böyükağa
dedi ki, aşıq Ələsgər, ə, yumurta ha döyülsən, sınasan, niyə qorxursan? Bir özünü
sına görək.
Aşıq  Alı  sazı  zilə çəkib, Ələsgəri  həvəsə gətirməyə can  atırdı.  Aldı  aşıq  Alı
görək  şəyirdi Ələsgərə cığalı  təcnislə öz  fikrini  necə bildirir,  tərəfindən ərz  edək,
Siz də şad olun.
Aldı Aşıx Alı:
Kişi odu, öz dostuna dost ola,
Düşməniylə düşmən ola başa-baş.
Aşıq deyər başa-baş,
Oxu dərsin başa-baş.
Bəd əsildən qaç qurtar,
Ayaq götür başa-baş.
Can deyənə, can deyərəm mərdana,
Baş qıyana, baş qıyaram baş-başa.
Hamı  heyrətlə göz  dikib, Ələsgərdən  cavab  gözləyirdi.  Naəlac  qalan Ələsgər
sazın zilini  zil,  bəmini  bəm  eliyərək  meydana  girdi.  İndi  görək  ayaqlı,  cığalı
təcnisdə,  eyni  rədifdə ustadına  necə cavab  verir,  tərəfindən ərz  edək,  Siz  də
xoşbəxt olun.
Aldı Aşıx Ələsgər:
A bimürvət, həsrətini çəkməkdən,
İllərə tən xəstə düşdüm başa-baş.
Mən aşığam başa-baş,
Oxu dərsin başa-baş.
Eşqindən səməndərəm,
Oda yandım başa-baş.


_______________Milli Kitabxana________________
Can deyənə can deyinən mərdanə,
Baş qoyanın qoy yolunda başa-baş.
Məclisi daha da qızışdırmaq üçün əl çalıb
Ələsgəri coşdurmaq istəyirdilər.
Aldı Aşıx Alı:
Fələyin kəməndi möhkəm qalandı,
Bimürvətsən, dost, ürəyin qalandı.
Mən aşığam qala-qala,
Yapışıb qala-qala.
Cavan ömrüm çürüdü,
Qürbətdə qala-qala.
Suleyman mülkündə kimlər qalandı,
İllərə tən üzü gülsün başa-baş.
Məclis  get-gedə şirinləşir,  canlanırdı.  İki  nəhəng  sənətkar  üz-üzə gəlmişdi,  kimin
məğlub olmagı kimin qalib gəlməsi səbirsizliklə gözlənirdi.
Aldı Aşıx Ələsgər:
Səndən ayrı mən geymənəm, al, inci,
Geyinibsən, yar, qəddinə al inci.
Mən aşığam al, inci,
Gey qəddinə al, inci.
Dosta xəyanət olmaz,
Qurma mənə, al, inci.
Bir canım var alacaqsan, al İnci
Qoy kəsilsin qilü-qalın başa-baş.
Aldı Aşıx Alı:
Aşıx Alı hazır dərdə davadı,
Bir dərdim var, hazır dərdə davadı.
Mən aşıx dava gəzər,
Dərdlilər dava gəzər.


_______________Milli Kitabxana________________
Əsil olan nan verər,
Bedəsil dava gəzər.
Davaçısan bu meydanda davadı,
İrəli gəl, kəllə vuraq başa-baş.
Aşıx Ələsgər  başa  düşdü  ki,  ustadı  dediyindən əl  çəkən  döyül.  Öz-özünə
fikirləşdi  ki,  bəlkə onu  yolundan  azdıran  var.  Hər  halda  o,  mənim  hörmətli
ustadımdı, ona qarşı yumuşaxlıx lazımdı.
Aldı Aşıx Ələsgər:
Ələsgərəm, dərdim budu, ay ağa,
Çeşmim yaşı leysan kimi a yağa.
Mən aşığam, ay ağa,
Piltə yanar a yağa.
Mərd sözün üzə söylər,
Heç yapışmaz ayağa.
Gah bas olan, gah da düşər ayağa,
Kimsə varmaz bu fələknən başa-baş.
Böyükaga ayağa  qalxıb  gülə-gülə dedi  ki,  doğrudan  da Ələsgərsən ki,
Ələsgərsən, gərək ustadından geri qalmayasan. Hər ikinizə afərin. Alı dedi ki, oğul,
Ələsgər,  sözümüz  sözdü,  halal  olsun,  yaxşı  gəlirsən,  indi  səni  dini  təriqətnən  də
yoxlayacam. Həmin söz rədifinə özünü hazırla.
Böyükağanın  adamları da  xısın-xısın  danışırdılar  ki,  Alı  da  Alıdı,  ha,  yaman
qeyizlənif, deyəsən Ələsgəri çətinə salacax.
Aldı Aşıx Alı:
Məhəmməd Mehraca qədəm basanda,
Səsləndi guşələri, gəldi qıjhaqıj.
Cəbrayıl vah gəldi, ərşi-əladan,
Açıldı şahpəri, gəldi qıjhaqıj.
Aşıx  Alı da,  bütün  məclis əhli  də belə fikirləşirdilər  ki, Ələsgər  cavab  deyə
bilməyəjək.


_______________Milli Kitabxana________________
Aldı Aşıx Ələsgər:
Əli Düldülünü gətirdi ərşdən,
Əlində Zülfüqar gəldi qıjhaqıj.
Tifil ikən qılınc çaldı Əntərə,
Endirdi zərbəsin, böldü qıjhaqıj.
Hər  tərəfdən  yaşa, Ələsgər  yaşa!  Aşıx  Alı  kimi  nəhəng  ustadın  qabağında  belə
dayandığına görə, Göyçə mahalının o çörəyi, suyu sənə halal olsun!
Aldı Aşıx Alı:
Ağam Zülfüqarı çəkdi qınından,
Zülfüqar, boyandı kafir qanından.
Kafir heç dönmədi öz ilqarından,
Əlində şəmşiri gəldi qıjhaqıj.
Aldı Aşıx Ələsgər:
Məhəmməd tacını verdi Əliyə
Şahid olub getdi, ərşi-əlayə.
Şükür olsun dedi haqqı-mövlayə,
Ərşi-səmavatdan güldü qıjhaqıj.
Aşıx  Alı Ələsgərin  qabiliyyətinə əvvəlcədən  də bələd  idi,  ancax  indi  birə on  qat  onun
gözündə ucaldı, ürəyində ona afərin dedi.
Aldı Aşıx Alı:
Aşıx Alı deyər zəhərlə bişdi,
Kəsilib qismətim, qürbətə keçdi.
O, məhşərin günü yadıma düşdü,
Didəmin selləri gətdi qıjhaqıj.
Böyükağa  xısın-xısın gülərək  dedi  ki,  ayə,  deyəsən  ustad  yavaş-yavaş  yumşalır,
qorxusundan kövrəlib. Bərkdən qışqırdı ki, başına dönüm Ələsgər, möhkəm dur!


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə