Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə29/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   189

Azərbaycan  Yazıçılar  Birliyinin  katibilyi  hörmətli  siyasi  xadimlərmizə,rəsmi 

dövlət,hökumət  dairələrinə,  müxalifət  rəhbərlərinə,millət  vəkillərinə,  müxtəlif 

partiyaların liderlərinə müraciət edir. Səsimizi eşidin. 

Qarabağ hadisələri başlanandan bəri beş il ərzində Yazıçılar təşkilatı tariximizin 

ən  mühüm,ən  faciəli  günlərində  öz sözünü  demiş,  istər öz  xalqımızın,istərsə də  başqa 

xalqların,ölkələrin  yazıçılarına,  mətbuat  orqanlarına,  ictimaiyyətinə  müraciətlər  qəbul 

etmişdir. 

Dəfələrlə dediyimizi bir daha təkrar etmək istəyirik: 

Bir-birimizlə  haqq-hesab  çəkmək,bir-birimizi  hörmətdən  salmaq,bir-birimizi 

bacardıqca  ağır  vurmaq  vaxtı  deyil.  Bir-birimizi  mənəvi,bəzən  də  hətta  fiziki  şəkildə 

qırsaq,şikəst  etsək,  daha  bizə  düşmən  nə  lazım?  Böyük  Sabir  demişkən:  «Öz 

qövmümüzün  başına  əngəl-kələfiz  biz».  Və  yenə  də  Sabir  demişkən:  «Qırdıqca 

yorulduq  və  yorulduqca  qırılıdıq».  Romantik  siyasətin,ancaq  haya-küyə  arxalanan, 

ancaq çılğın hisslərin,qaynar emosiyaların əsasında müəyyənləşən siyasətin vaxtı deyil. 

Ayıq və oyaq siyasət,imkanlarımızı və real gerçəkliyi nəzərə alan siyasət aparmalıyıq. 

Bəlkə, heç kəsin yaşıçılar qədər senzuradan başı bəla çəkməyib.Bəlkə yazıçılardan artıq 

demokratiya  arzusunda  olan  az  adam  tapılar.  Amma  demokratiyaya  nə  qədər  sadiq 

olsaq  da,  hər  hansı  siyasi  gedişin,hərəkətin  kütləvi  müzakirə  olunmasının,  qiymətlən-

dirilməsinin,başı  çıxanın  da,çıxmayanın  da  qəti  siyasi  hökmlər  verməsinin,olan-qalan 

niyyətlərimizi,bəzən  hətta  sirrlərimizi  elliklə  araşdırılmasının,  təhlil  olunmasının 

əleyhinəyik. Ən demokratik quruluşlarlda belə müharibə dövrünun, müharibə şəraitinin 

öz  xüsusiyyətləri  və  müəyyən  məhdudiyyətləri  var.  Düşmənlə  ölüm-dirim  mübarizəsi 

gedərkən tənqidin, təzyiqin sərhədləri  olmalıdır. Xalqımızın bu bəladan qurtulub azad, 

müstəqil,  demokartik  şəraitdə  yaşayacağına  inanırıqsa  siyasi  toqquşmaların  da  o  vaxt 

təbii və yerli-yerində olacağına əminik.Normal siyasi həyat üçün normal şərait lazımdır. 

İndi biz qeyri-normal bir şəraitdə, ağır iqtisadi, hərbi, siyasi böhran içində yaşayırıq. Bu 

dövrü ağılla,tədbirlə, mübarizəni udaraq,çətinlikləri dəf edərək keçməliyik. 

Bizcə,  indi  Ali  Sovetin,Milli  şuranın  qanunverici  orqan  olaraq  iş  sisteminri 

saxlamaq,  Nazirlər  Şurasının  icra  orqanı  kimi  fəaliyyəitini  davam  etdirməklə  bərabər, 

təcili surətdə müharibə dövrünün muvəqqəti ali orqanını, tam səlahiyyətli fövqəladə bir 




orqanı  -  AZƏRBAYCAN  RESPUBLİKASININ  BEŞ  NƏFƏRDƏN  İBARƏT  MİLLİ 

XİLAS  KOMİTƏSİNİ  YARATMAQ  LAZIMDIR.  Biz  bu  bəradə  sürülən  təkliflərə 

tərəfdar  çıxırıq.  Vətənimizi  bu  böhrandan  çıxarmaq  üçün  bütün  məsuliyyəti  həmin 

Komitənin  öhdəsinə  vermək  lazımdır.  BİZCƏ  BU  BEŞ  NƏFƏRLİK  KOMİTƏYƏ 

AZƏRBAYCAN  RESPUBLİKASI  ALİ  SOVETİNİN  SƏDRİ,  RESPUBLİKANIN 

BAŞ  NAZİRİ,  NAXÇIVAN  MUXTAR  RESPUBLİKASININ  ALİ  MƏCLİSİNİN 

SƏDRİ  (Heydər  Əliyev  nəzərldə  tutulur-tərtibçilər)  VƏ  İKİ  NƏFƏR  XALQ 

CƏBHƏSİNİN, DİGƏR MÜXALİFƏT NÜMAYƏNDƏSİ DAXİL OLMALIDIR

4

  

Gərək  bu  orqanın  fikri-zikri  daxili  müunaqişələrə  yayınmasın,ancaq  Qarabağ 



problemini  həll  etmək,  vətənmimizin  ərazi  bütövlüyü,sərhədlərimizin  toxunulmazlığı, 

əhalimizin  müdafiəsi  yolunla  bütün  səylərini,imkanlarını  cəmləşdirməlidir.  Bu  orqana 

Ali  Sovet  ya  Milli  şura  muəyyən  bir  möhlət,  -  həm  də  qısa  bir  möhlət  verməli,bu 

möhlətdə həmin orqanın sakit işləməsinə şərait yaratmalı və bu möhlətdən sonra ondan 

hesabat tələb etməlidir. Yəni böhran aradan qaldırılarsa bu elə xalqa ən yaxşı hesabat 

olar.Bütün  siyasi  qüvvələri,habelə  elmi  və  yaradıcılıq  təşkilatlarını  çağrışımıza 

qoşulmağı təklif edirik 

Təbii ki, bizim təkliflərimizlə razılaşmayanlar da tapılacaq, amma xahiş edirik ki, 

fikrimizi  təhrif  etməsinlər,  ora-bura  yozmasınlar,  açıq-aydın  ifadə  etdiyimiz 

mövqeyimizin  arxasında  nə  durduğu  barədə  cürbəcür  gumanlara  düşməsinlər. 

Sözümüzü düşündüyümüz kimi və səmimi şəkildə deyirik, Bəlkə yanılırıq. Bəlkə, kimsə 

başqa,daha  doğru-dürüst  yol  göstərəcək.  Bəlkə  bizim  fikrimizə  əlavələr,  təshihlər 

veriləcək.  Amma  nə  ediriksə  gəlin  tez  edək.  Vaxt  aman  vermir.  Uzun-uzadı 

mübahisələr,diskussiyalar  vaxtı  keçib.İş,əməl  vaxtıdır.  Bir-birindən  gürültülü 

sözlər,alovlu  şüarlar  bizi  bircə  addım  da  qabağa  aparmır.  Real  siyasi  proqqram  və  bu 

proqramı həyata keçirəcək əzmi, iradəsi, gücü olan hakimiyyət lazımdır. Bu hakimiyyət 

orqanı iqtidarı, bacarığı,nüfuzu olan bütün qüvvələri birləşdirməlidir. 

                                                 

1)

 

4



 

Bu müraciət Heydər Əliyevi hakimiyyətə gətirmək yolunda mətbuat səhifələrində 

ilk təşəbbüslərdən idi. 

 



Ayrı-seçkiliyi  başqa  zamanlara  saxlayaq.  Yeganə  amalımız  Azərbaycanımızın 

birliyidir,  -  siyasi  birliyi,mənəvi  birliyi,  məqsəd  birliyi.  Bu  məqsədə  çatandan  sonra 

siyasi  fikir  ayrılığı  və  düşüncə  müxtəliliyi,geniş  pluralizm  və  sairə  gözəl-gözəl 

anlaıyışların da öz məqamı gələcək. Bu gün isə - bir məqsəd, bir hədəf, bir yol. 

Səsimizi eşidin. 

Azərbaycan Yazıçılar Birliyinin katibliyi 



12 mart 1992 

«Ədəbiyyat  qəzeti», 20 mart 1992 

 

 




MƏDƏNİYYƏTİMİZİN TALEYİ 

TƏHLÜKƏ ALTINDADIR 

 

Xalqımız  tarixinin  ən  məsuliyyətli,  ən  mühüm  və  ən  çətin  dövrünü  yaşayır. 



Azadlıq,  milli  müstəqillik,  demokratiya  yolunda  ilk  addımlarımız,  böyük  və  kiçik 

uğurlarımız,  cəbhədən  gələn  hər  xoş  xəbər  qəlbimizi  qürur  hissiylə  doldurur.  Eyni 

zamanda  siyasi  qarşıdurma,  iqtisadi  böhran,  gün-gündən  azalmayıb  artan  çeşid-çeşid 

problemlər  bizdə  nigarançılıq,  həyəcan  və  təlaşlı  hisslər  oyadır.  Qarşımıza  çıxan  ən 

böyük sınaq torpaqlarımıza tamah salmış azğın düşmənlə Vətənimizin ərazi bütövlüyü, 

şərəfi  və  qeyrəti  naminə  aparılan  qanlı  müharibənin  ağrıları-acıları,  ölüm-itimidir. 

Xalqımızın  haqq  və  ədalət  yolunda,  milli  heysiyyəti  və  mənliyi  uğrunda  apardığı  bu 

davada ziyalı sözünün, ziyalı çağrışının öz yeri var və bu səs, bu haray şübhəsiz daha da 

gur eşidilməlidir. 

«Toplar danışanda ilham pəriləri susur» -- deyirlər. Başqa bir ifadə də var: «dava 

günündə belə ilham pəriləri susmur». 

Amma  indi  söhbət  ilham  pərilərinin  susub-susmamasımdan  deyil,  ilham 

pərilərinin yaşayıb-yaşamamasından, qalmasından, ya məhv olmasından gedir. Bu gün 

mədəniyyətimizin, 

elmimizin, 

ədəbiyyatımızın, 

incəsənətimizin 

və 


deməli 

mənəviyyatımızın, bir milləti tarixlərdə tanıdan və tarixlərdə yaşadan dəyərlərin taleyi 

təhlükə  altındadır.  Mədəniyyətimizə,  mənəviyyatımıza  qarşı  təcavüz  torpaqlarımıza 

təcavüz qədər qorxunc və təhlükəlidir. 

Çoxəsrlik  Azəri  mədəniyyəti  bu  gün  bazar  meyyarlarıyla  və  bazarı  anlayışlarla, 

bazarı zövqlərlə və bazarı səviyyəylə üz-üzə durub, bazarı əxlaqa sinə gərir. 

Xalqın  bütün  mədəni  keçmişi  bu  gün  təftiş  olunur.  Azadlığı  azğınlıq  kimi 

qavrayan  bəzi  başabəla  əhli-qələmlər  əlimizə  girəvə  düşüb  deyə  xalqın  əsrlər  boyu 

iftixar  etdiyi  şəxsiyyətlərə  çaxır  atırlar:  Kimlərə  hücum  edilmir,  kimlərin  şəxsiyyəti, 

fəaliyyəti,  tarixdə  yeri  çək-çevir  edilmir?  Babək,  Nizami,  Xətai,  Koroğlu,  Axundov, 

Sabir, Mirzə Cəlil Məmmədquluzadə, Nərimanov - dərsə pis hazırlaşmış şagirdlər kimi 

özləri özlərinə tələbkar müəllim səlahiyyəti vermiş müfəttişlər tərəfindən imtahan edilir, 

müttəhimlər kimi istintaqa çəkilirlər. Özlərini müdafiə etmək imkanından məhrum olan 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə