Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə37/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   189

düııyada  analoqu  yoxdur.  Əvvəla,  onu  deyək  ki,  analogiya  hələ  sübut  deyil.  İkincisi, 

analoq  da  var.  Elə  BELORUS  DİLİ  iki  hissədən  birləşmiş  bir  ad  deyilmi?  RETO-

ROMAN  DİLİ  var,  QARACAY-BAL  KAR  DİLİ  var.  Ən  bariz  oxşar  nümunə  isə  - 

KRIM-  TATAR  dilidir.  Məlumdur  ki,  ikisi  də  türk  sistemli  dil  olsa  da,  biçarə  Krım 

tatarlarınm dili Qazan tatarlarmm dilindən fərqlidir. Odur ki, Tatarıstan Respublikasmm 

dili yalnız "TATAR DİLİ" adlandırıldığı halda, Krım tatarlarmm dilinə vətənlərinin adı 

da əlavə olunur. 

Bütün bunları nəzərə alaraq, yəni həm tarixilik prinsipini, elmi dəqiqliyi, həm də 

günün  reallığmı  əsas  götürərək  dilimizin  adınm  iki  tərkib  hissədən  ibarət 

müəyyənləşməsini vacib bilirik. Dilimizin admda həm Azərbaycan, həm türk sözünün 

saxlanmasmı israrla təkid edirik. Yəni: DÖYLƏT DİLİMİZ - AZƏRBAYCAN TÜRK 

DİLİDİR. 

Dərslərimiz  və  dərslıklərimız  -  AZƏRBAYCAN  TÜRK  DİLİ  dərsi, 

AZƏRBAYCAN TÜRK DİLİ dərsliyidir. 

Əlbəttə,  rəsmi  sənədlərdən  başqa  gündəlik  mətbuatda,  televiziya  və  radioda 

"AZƏRBAYCAN  TÜRKCƏSİ",  "AZƏRİ  TÜRKCƏSİ",  "AZƏRİ  TÜRK  DİLİ" 

istilahları  da  işlənə  bilər.  Bəlkə  hələlik  bu  adı  rəsmiləşdirənə,  qanun  mövqeyinə 

gətirənəcən (yuxarıda yazdığımız kimi tələsmək lazım deyil, bəlkə heç vaxtı da deyil bu 

məsələnin)  bu  tərkiblərin  işlənməsinə  yol  vermək  lazımdır.  Hansı  daha  artıq  dilə  və 

qulağa  yatarsa,  daha  çox  vətəndaşlıq  hüququ  qazanarsa,  gələcəkdə  onu  da 

qərarlaşdırmaq olar. Hər halda, son qərarı verməyə tələsməyək ki, bir neçə ildən sonra 

yenə fikrimizi dəyişməli olmayaq. 

Hörmətli  millət  vəkilləri,  Məclis  üzvləri,  Sizm  diqqətinizi  bu  mülahizələrə 

çəkmək istəyirəm. Rəyimi nəzərə almasanız belə. 



 ("'Günay" qəzeti, 10 iyun 1995-ci il) 

 

 

 

 

 


 

 

FƏRƏH, ÜMİD, FACİƏ 

 

(Birinci Türkoloji Qurultay haqqında düşüncələr) 



 

80  il  bundan  qabaq  Bakıda  mühüm  hadisə  baş  verdi.İndi  Milli    Elmlər 

Akademiyası  yerləşən    «İsmailiyyə»  binasında  fevralın  26-dan  martın  5-nə  qədər 

birinci(və nə yazıq ki bu günə qədər sonuncu) türkoloji Qurultay keçirildi. 

Qurultayın elə o vaxt rus dilində nəşr olunmuş stenoqrammasıyla tanış olanda və 

bütün  sonrakı  hadisələri  göz  önünə  gətirəndə  ən  çox  bu  üç  söz  xəyalımda  canlandı: 

Fərəh.Ümid.Faciə 

Hətta  quru  stenorqam  hesabatından  aydın  görünür  ki,    iştirakçılar  Qurultayı  

böyük  FƏRƏH  hissiylə  keçiriblər.  Mübahisə  də  ediblər,bir-birləriylə  razılaşmayıblar 

da,amma bütün çıxışlarda türk xalqlarının misilsiz mənəvi və mədəni intibahına böyük 

ÜMİD  səslənir.Və  qurultaydan  sonra  keçən  müsibətli  illəri,həm  ayrı-ayrı    qürültay 

iştirakçılarının,həm də bütün türk  xalqlarının başına gələn bəlaları yada salanda FAÇİƏ 

sözü meydana çıxır. 

Sonrakı  acı  nəticələrindən  asılı  olmayaraq  bu  günkü  təbirlə  Türk  dünyası 

adlandırdığımız  çeşidli  xalqların  həyatında  bu  görünməmiş  unikal  hadisə 

idi.Doğrudur,hələ  çar    dövründə  Rusiyanın  əsasən  türk  xalqlarından  ibarət  olan 

müsəlmanlarının  bir  neçə  qurultayı  keçirilmişdi.Bu  qurultaylara  Krım  tatarlarının  və 

Azərbaycanın  görkəmli  ictimai  və  siyasi  xadimləri  -  İsmayıl  bəy  Qasparalı    və 

Əlimərdan  bəy  Topçubaşı    rəhbərlik  etmişdilər.  Azərbaycanda  sovet  hakimiyyəti 

qurulandan sonra 21-ci ildə Bakıda şərq xalqlarının qurultayı  çağrılmışdı.Amma 26-cı 

ilin  ilk  Türkoloci  qurultayı  bu  toplantılardan  xeyli  fərqlənirdi.  Əgər  Çar  Rusiyasında 

müsəlmanların  qurultayı  qeyri  leqal    şəraitdə,bir  dəfə  hətta  gəmi  göyərtəsində 

keçirilmişdisə,  Türkoloji  Qurultay  hökümətin  dəstəyi  və  himayəsiylə  təşkil 

olunmuşdu,onu 

Azərbaycan 

Parlamentinin 

sədri 

Səmədağa 



Ağamalıoğlu 

açmış,Zakfederasiya  MİK  sədrlərindən  biri  -  Qəzənfər  Musabəyov  təbrik  nitqi 

söyləmişdi,orda  yüksək  rütbəli  partiya  va  dövlət  məmurları  iştirak  edirdi.Qurultayın 



işində  bütün  türk  xalqlarının  nümayəndələri  -  alimlər,  müəllimlər,  yazıçılar,  mətbuat 

işçiləriylə  bərabər  İrandan,  Rusiyadan,  Avropadan,Gürcüstan  və  Ermənstandan 

görkəmli  türkoloqlar,  şərqşunaslar,o  cümlədən  Bartold,  Oldenburq,  Krımski,  Malov, 

Millər,  Şeirba,  Samoyloviç,  Tomaşevski,  Yakovlev,  Carikov,  alman  Mentsel,  macar 

Meseroş və başqaları məruzələr, çıxışlar ediblər. Qurultayda Türkiyəyə mühacirətindən 

sonra  ilk  dəfə  Azərbaycana  gələn  böyük  alim,  naşir,  yazar  Əlibəy  Hüseynzadə    də 

iştirak edirdi. 

Şərq  xalqlarının  birinci    qurultayında    əsasən  inqilabi    ritorika  hakimdisə  ən 

mötəbər  alimlərin  iştirak  etdiyi  və  məruzələrlə  çıxış  etdiyi  Türkoloji  qurultay  elmi, 

nəzəri səviyyəsiylə, qaldırılan problemlərin konkretliyi və qarşıya qoyulan məqsədlərin 

reallığı ilə seçilirdi.Nəhayət adlarını çəkdiyimiz toplantılardan Türkoloji qurultayın əsas 

fərqi ondan ibarətdi ki,bu yığıncaq uzün əsrlərdən bəri ilk dəfə  məhz Türk xalqlarının 

taleləriylə  bağlıydı,onların  tarix,  dil,  ədəbiyyat,  iqtisadiyyət  məsələlərini  müzakirə 

edirdi.  Beləliklə  bu  qurultayı  yalnız  ilk  Türkoloji  qurultay  deyil,  İLK  TÜRK 

QURULTAYI  da adlandırmaq olardı. 

Məşhur  Türkiyə  alimi  M.F.Köprülü  «Türk  xalqlarının  ədəbi  dilininin 

inkişafı»,görkəmli  dilçi  -alim  B.Çobanzadə  «Türk  ləhcələrinin  yaxın  qohumluğu» 

mövzusudha  məruzələr  etdilər.Bundan  başqa    tarix,  ədəbiyyat,  dilçilik,  etnoqrafiya, 

türklojinin  keçmişi  və  hazırki  vəziyyəti,orfoqrafiyanın-əsas  prinsipləri  və  sairə 

məsələlər barədə məruzələr səsləndi. 

Çap  olunmuş  stenoqramla  tanış  olanda  aydın  görünür  ki,    çox-problemlər 

müzakirə  edilib,amma  diskussiyaların  mərkəzində  dayanan  və  həll  olunan  ən  əsas 

məsələ  əlifba  məsələsidir.Latın  ya  ərəb  əlifbası?  Daha  doğrusu  islah  olunmuş  ərəb 

əlifbasındanmı istifadə etmək yaxud yeni latın əlifbasına keçmək?    

Qaldırılan  məsələlər,söylənilən  fikirlər,qarşılaşan,toqquşan  müddəa  və  əks 

müddəalar  yalnız  o  gün  üçün  deyil,bu  günümsüz    üçün  də  o  qədər    önəmlidir  ki,  bü 

məsələlər haqqında daha ətraflı düşünmək və danışmaq ehtiyacı duyursan.  

Ərəb  əlifbasının  çətinliklərini  bilənlər  bilir.Bu  əlifba  ərəb  dilinə  uyğun  olaraq 

yaradılıb  və  mütəxəssis  ərəbşünasların  rəyincə  məhz  bu  dilin  özəlliklərini  çox  kamil 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə