Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə39/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   189

latınlaşmanın .gələcək təhlükəsini dürüst hiss edərək: «bunun nəticəsində türk xalqları 

çox kiçik qruplara parçalana bilər» - deyirdi. 

İkinci qrupa - «latınçılara» Azərbaycanın çıxış edən bütün nümayəndələri, eləcə 

də Şimali Qafqazın,Dağıstanın türk xalqlarının, Krım tatarlarının nümayənləri daxil idi. 

Məsələ onda idi ki, hər iki qrupun  təmsil etdiyi yerlərdə artıq bu proses -iki istiqamətdə 

başlamışdı. 22-ci ildən etibarən Azərbaycanın, bir qədər sonra Şimali Qafqazın, Krımın 

bəzi  qəzetləri  artıq  latın  əlifbasıyla  nəşr  edilirdi.  (Məsələn,  Azərbaycanda  «Yeni  yol» 

qəzeti). Qazan tatarları və  qazaxlar isə ərəb əlifbasınıda müəyyən islahatlar apararaq bu 

yeniləşdirilmiş  hürufatdan  istifadə  edirdilər.  Maraqlıdır  ki,hər  iki  tərəf  qarşı  tərəfi 

mühafizəkarlıqda  ittiham  edirdi.Tatarları,qazaxları  ona  görə  ki,  ərəb  əlifbasından  əl 

çəkmək  istəmirlər,Azərbaycan  ,Şimali  Qafqaz,Krım  türklərini  ona  görə  ki,  ərəb 

əlifbasında hər hansı islahatdan, yeniləşmədən imtina edirlər. 

Əhməd Baytursun deyirdi: Azərbayanlıları və osmanlıları götürək -- indiyə qədər 

yazılarında  ənənəvilik,tarixilik  prinsipinə  riayət  edirlər,nəyisə  dəyişməyi  küfr 

sayırlar.Belə münasibət düz deyil.Bununla bərabər başqalarını mühafizəkarlıqda ittiham 

edirlər.Bunu burda deməliyəm,çünki çoxları elə hesab edir ki,əgər biz ərəb əlifbasından 

yapışmışıqsa deməli mühafizəkar elementlərik. 

Azərbaycan  nümayəndələrinə  eyni  ittihamı  daha  kəsgin  şəkildə  Qəlimcan  Şərəf 

də  verir:  «Azərbaycanlılar  SSRİ-nin  türk  xalqları  arasında  ərəb  əlifbası  əsasında 

orfoqrafiya  islahatı  sahəsində  demək  olar  ki,  hərəkətsiz  qalan,yəni  ayrı  sözlə  desək 

mühafizəkar  mövqedə  dayanan  yeganə  xalqdır,  amma  bu  o  demək  deyil  ki,  günahkar 

ərəb şriftidir, əgər onlar əlifbada islahat aparmaq istəmirlərsə bu əlifbanın təqsiri deyil. 

«Latınçıların» əks-müddəaları isə ondan ibarət idi ki, ərəb əlifbası xalqlarımızın 

mədəni inkişafına, elmi tərəqqisinə əngəldir, təhsili, savadlanmanı yubadır,həm də türk 

dillərinin xüsusiyyətlərinə uyğun gəlmir. Qaraçay alimi Umar Əliyev də bu mövqedən 

çıxış edirdi. (Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, repressiya qurbanı olmuş Umar 

Əliyev  Azərbaycan  nəsri  haqqında  dəyərli  kitab  yazmış  Moskva  ədəbiyyatşünası 

Svetlana  Əliyevaının  atasıdır.Svetlana  da  ailəsi  ilə  bərabər  sürgün  həyatı  yaşamışdır. 

Onun  Stalin  dövründə  dədə  -baba  yurdlarından  didərgin  salınmış  xalqların  müsibəti 

haqqında sənədlərə,faktlaraəsaslanan üç cildlik  qiymətli kitabı var) 




Umar Əliyev deyir ki,ərəbcə  Qəzənfər(şir) sözünü yazın, - beş samitdən ibarətdir 

Q Z N F R.Ərəb olmayan bu sözü necə düzgün oxuya bilər? 

Elmi  mülahizələr  bəzən  məzəli  dəlillərlə  də  əsaslandırılırdı.  «İslahatçılar» 

deyirdilər ki solaxaylardan başqa hamı sağ əlini işlədir,sağ əllə yazır,ona görə də sağdan 

sola  yazılan  ərəb  əlifbası  əlin  fiziki  hərəkətinə  daha  münasibdir.  «Latınçılar»  cavab 

verirdiləfr  ki,ərəb  əlifbasıyla  sağdan  sola  yazanda  yenə  də  nöqtələri  düzmək  üçün 

soldan sağa qayıtmalı olursan. 

«Latınçılar»  iddia  edirdilər  ki,not  sistemi  soldan  sağadır,buna  görə  də,opera 

ariyalarının,mahnıların  mətnlərinin  notların  altında  yazılması  qeyri-mümkündür.  

«İslahatçılar»  rişqəndlə  sual  edirdilər:indi  türk  xalqlarının  arasında  notla 

ariyalar,romanslar oxuyanar əhalinin neçə faizini təşkil edir? 

 «Latınçılar»  bu  kinayəni  belə  cavablandırırdılar:Bəs  on  il  sonra?Gələcəyi  də 

düşünmək lazımdır. 

«İslahatçılar»: latın əlifbasıyla mütaliə edərkən göz daha tez yorulur  -deyirdilər, 

«latınçılar»  sual  verirdilər:əgər  siz  məsələn  16474  rəqəmini  yazmalı  olsanız  ərəb 

əlifbasına görə sağdan sola bunu necə yazacaqsınız? 

Ə.Baytursun  iddia  edirdi:  Heç  kəs  sübut  eləməyib  ki,latın  əlifbasının    hansı 

üstünlüyü  var.Biz,qazaxlar,indi  ən  ideal  yazıya  malikik(salonda  gülüş).  «latınçıların» 

danışdıqları  «nağılları» biz 13 il əvvəl eşitmişik.On üç il əvvəl bizim heç nəyimiz yox 

idi,indi öz əlifbamız var.Ayrı heç nə deməyəcəm.Sizə görə öz yazımızı dəyişməyəcəyik 

(alqışlar və gülüş) 

Dağıstan nümayəndəsi qumık Cəlaləddin Korkmazov (repressiya  qurbanı) deyir: 

Tatarstan və Qazaxstanlı yoldaşlardan xırda burjua qoxusu gəlir. Tatarlar latın əlifbasına 

etiraz  eləyərək  öz  500  illik  mədəniyyətlərinə  isnad  edirlər.Amma  unudurlar  ki,bu 

mədəniyyət dini-feodal -burjua xarakterli idi.Yoldaş Baytursun isə sadəlöhflüklə cəmisi 

on  üç  ilin  sınağından  çıxmış  öz  ideal  əlifbasıyla  fəxr  edir.  Bu  məsələdə  belə  mövqe 

tutmaq - tarixə qarşı getmək deməkdir. 

 «İslahatçılar»  haqlı  olaraq  deyirdilər  ki,yaponlar  kimi  texniki  tərəqqiyə  meylli 

xalq özlərinin  mürəkkəb  heroqliflərindən imtina  etmir.Belə  cavab  alırdılar ki,elə  buna 



görə  də  yaponlar gözlərini  xarab  edirlər,dünyada  faiz hesabı  ən  çox  eynək  taxan  xalq 

yaponlardır. 

Tatarlar  deyirdilər  ki,bizim  azı  600  illik  yazı  tariximiz  var,ədəbiyyatımız  ərəb 

əlifbasıyla  yaradılıb,biz  bu  sərvətdən  imtina  edə  bilmərik.Azərbaycanlılar  cavab 

verirdlilər ki,bizim ədəbiyyatımız da beləcə qədimdir,amma Sultan Məcid Əfəndiyevin 

göstərdiyi  kimi  Yaxın  Şərqdə  --  İranda,Əfqanıstanda  və  başqa  ölkələrdə  indiyəcən 

yazılmış  kitabların  hamısını  yeni  əlifbay1a  nəşr  etmək  üçün  bir  zirehli  gəminin 

düzəldilməsinə  çəkilən  xərc  qədər  vəsait  tələb  olunur.S.M.Əfəndiyev  onu  da 

vurğulayırdı  ki,latın  əlifbasının  işlədilməsi  ərəb  əlifbasının  qadağan  etmək  deyil.Ərəb 

əlifbasından da gərəkli məqsədlər üçün istifadə etmək olar. 

Yazıq  Sultan  Məcid  26-cı  ildə  nə  bileydi  ki,10-11  ildən  sonra  evində  ərəb 

əlifbasıyla  nəşr  olunan  hər  hansı  kitab(istər  lap  Marksın  əsərləri  olsun)tapılan  adamı 

cəsus  və  xalq  düşməni  elan  edəcəklər  və  NKVD  zirzəmilərində  lap  elə  onun  özünü  - 

qocaman  bolşevik  S.M.Əfəndiyevi  «prezident»  deyə  lağa  qoyaraq  rezin  dəyənəklərlə 

döyəcəklər. 

Gətirdiyim  sitatlardan  da  göründüyü  kimi  26-cı  ilin  elmi,  ictimai  mübahisələri 

hələ  sırf  siyasi  xarakter  almamışdı,nadir  istisnalarla  heç  kəs  heç  kəsə  siyasi 

damğa,yarlıq vurmurdu.Əgər damğa,yarlık ehtimalı yardısa,bundan ən çox rus alimləri 

qorxub  çəkinirdi.Qorxurdular  ki,onları  şovinist  və  rusifikator  sayarlar,bu  da  o  dövrün 

ab-havasını  duymaq  üçün  çox  önəmlidir.Qurultaydan  bir  epizodu,bir  mükaliməni  

gətirmək  istəyirəm,çünki  bu  həm    dediyim  ab-havanı  hiss  etmək  cəhətdən,həm  də 

hadisələrin sonrakı inkişafı,istiqaməti baxımından maraqlıdır. 

Sonadək  inadla  öz  mövqeyində  dayanan  Qəlimcan  Şərəf:Burda  professorlar 

Jarikov və Yakovlev latın əlifbasının qəbül olunmasını müdafiə edirlər -deyir və əlavə 

edir-  Bu  yoldaşların  «Novıy  Vostok»  və  ya  «V  borğbe  za  Novıy  Törkskiy  alfavit» 

məcmuəsində  çap  olunmuş  məqalələrinə  müraciət  edək.Orda  oxuyuruq:    «rus 

əlifbasının elə üstünlükləri var ki,bu latın əlifbasında yoxdur».Belə çıxır ki,bu adamlar 

bir  şey  düşünür,bizə  isə  müvəqqəti  olaraq  başqa  fikir  soxuşdururlar  ki,ərəb  əlifbasını 

dağıtsınlar.İzn  verin  professor  Jarikovun  bəyanətlərinin  səmimiyyətinə  şübhə 

edim.Burda  professsor  Yakovlev,professor  Jarikovun  və  bu  mövedə  dayanan 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə