Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə47/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   189

türkcəsindəki «yapmağa» görə ürkmək lazım deyil. Bizdə də çörəyi təndirə «yapırlar». 

Biz də «nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım» deyirik. Gizlətmirəm ki, bəzən 

Türkiyə  türkcəsindən  də  uğurlu  sözləri  alırdıq  -  məsələn  indi  hamının  işlətdiyi 

«çağdaş»,  «önəmli»,  «öncə»  kəlmələri  ilk  dəfə  «Qobustan»  səhifələrində  yer  aldı. 

Ancaq  Türkiyə  türkcəsindən  yalnız  Azərbaycan  dilinə  tam  uyğun  olan  sözləri 

götürürdük.  

 «ÇAĞ»  da  (Axşam  çağı,  bahar  çağı),  «daş»  da  «yolDAŞ,  vətənDAŞ,  sirDAŞ) 

hər bir Azəriyə aydındır. Onların məntiqi birləşməsindən əmələ gələn doğma «Çağdaş» 

sözü  nədən  ərəb  kəlməsini  -  «müasiri»  əvəz  etməsin?Amma  ayrı  fikirdə  olanlar  da 

vardı.Xalq  şairi  Nəbi  Xəzri  «Kommunist»  qəzetində  «Qobustan»ın  dilinə  irad  tutan 

məqaləsində  yazırdı  ki,  doğma  (!-A.)  «müasir»  sözümüz  ola-ola  niyə  yabançı(!-A.) 

«çağdaş» sözünü işlətməliyik?   

İşlətdiyimiz yeni sözlərin əksəriyyətini isə Azəri türkcəsinin öz daxili ehtiyatları, 

qanunları  və  məntiqi  əsasında  yaradırdıq.  «Dünyagörüşü»,  «dünyabaxışı»  işlədilirsə 

nəyə  görə  «dünyaduyumu»  işlənə  bilməz?  Mən    başa  düşürəm  ki,ağır  ərəb  sözü 

«fövqəladənin» məna tutumunu «görünməmiş», «inanılmaz» kəlmələri tamamilə ehtiva 

etmir.  Amma    fövqəladənin  yerinə  «inanılmaz»,  «görünməmiş»  işlənərsə  get-gedə  bu 

sözlərin  məna  tutumu  da  genişlənər.İndi  bu  qəbildən  olan  neçə-neçə  söz  ən  geniş 

şəkildə dilimizə daxil olmuş və tamamilə təbii səslənir. Yəqin çoxları heç fərqinə varmır 

ki, hazırda hər kəs tərəfindən çox adi bir söz kimi qavranılan «danılmaz» kəlməsini ilk 

dəfə «Qobustan»da - «inkar edilməz» tərkibinin yerinə işlətməyə başladıq. «Danılmaz» 

kəlməsində olduğu kimi başqa yeni sözləri də yaradarkən dilimizin qanunlarına riayət 

edirdik,Məsələn,mən  ağır  tələffüz  edilən  «nailiyyət»  sözünün  yerinə  «çatım»  (çatmaq 

felindən)  işlədirdim.Bu  da  dilimizin  özəlliklərinə  tamamilə  uyüğun  idi  -  xalçanı 

yatımına  görə  sığallayarlar.  «Bir  atım  barıtı  varmış»-  deyirlər.Atmaqdan  -

atım,yatmaqdan -yatım varsa,nədən çatmaqdan çatım ola bilməz?Bir dəfə balaca qızım 

Cünellə    bulvarda  gəzərkən  uşaqların  dalaşdığını  gördük.Günel:  -Onlar  nə  edir?-deyə 

soruşdu - Bir-birinə sataşırlar dedim. -Onlar sataşqandırlar? Dörd-beş yaşlı qız özü də 

bilmədən  dilimizin  qanunlarına  tam  uyuğun  olan  yeni  bir  söz  işlətmişdi.  Dalaşmaq  - 

dalaşqan, çalışmaq -çalışqan, sataşmaq - sataşqan…  



Dil  problemlərimiz  üzərində  belə  ətraflı  dayanmağımızın  səbəbi  odur  ki, 

«Qobustan»a hücumların böyük qismi məhz dil özəlliklərimizlə (özəllik sözünün özü də 

«Qobustan»dan  gəlir)  bağlı  idi.  Hələ  1969-cu  ildə  «Qobustan»ın  birinci  nömrəsi 

çıxmamışdan  toplunun  ilk  məsul  katibi,  birinci  və  ikinci  saylarımızın  yaranmasında 

qeydədəyər  xidmətləri  olmuş  mərhum  Vidadi  Paşayevin  (az  sonra  o  gənclik 

nəşriyyatına  baş  redaktor  vəzifəsinə  getdi)  «Ədəbiyyat  və  incəsənət»  qəzetində  bir 

yazısı  çıxmışdı.  Çapda  olan  ilk  nömrəmiz  haqqında  məlumat  verən  Vidadi 

toplumuzdakı  qulaq  vərdiş  etməmiş  sözlərdən  bəzilərini  də  işlətmişdi.  Bu  yazı  böyük 

qalmaqala səbəb oldu.  

Əlbəttə, «Qobustan»a hücumlar yalnız onun dili ilə deyil (dili ən tez gözə çarpan 

cəhət  olsa  da)  daha  çox  məzmunuyla  bağlı  idi.  O  vaxt  Nəriman  Nərimanov  haqqında 

film çəkilirdi və filmin ssenari müəllifi, görkəmli nasirimiz İsa Hüseynov «Qobustan»a 

verdiyi müsahibəsində gənclərimizi «nərimanlaşmağa» çağırırdı.  

Buna  görə  nə  mərəkə  qopdu,  İlahi?  «Necə  yəni  «nərimanlaşmaq»?  Bəs  Lenin, 

partiya? Məsələ yoğunuyub Sov. İKP MK katibi Kapitonova qədər çıxmışdı. İş ondadır 

ki, o vaxt SSRİ ərazisində nəşr olunan hər bir dövri mətbuat orqanı, istisnasız, Sov. İKP 

MK-da təsdiq olunmalıidi.»Qobustan» isə bu reestrdə yoxdu, rəsmi təsdiq olunmamışdı, 

almanax  kimi  (yəni  kitab  statusunda)  nəşr  olunurdu.  Halbuki  kitabın  (ya  almanaxın) 

daimi  ştatlı  işçiləri  ola  bilməz.  Odur  ki,  «Qobustan»  haqqında  verilən  siyasi  danoslar 

Moskvaya ümumən bu nəşr haqqında Bakı qarşısında məsələ qaldırmağa imkan verirdi. 

Gizli danoslara mətbuat səhifələrindəki böhtan və bədxahlıqla dopdolu yazılar da əlavə 

olunurdu.  Həm  də  bu  yazıların  məhz  Azərbaycan  KP  MK  orqanları  «Kommunist» 

qəzeti,  «Azərbaycan  kommunisti»  jurnalı,  «Kirpi»  jurnalında  dərc  edilməsi 

«Qobustan»a  qarşı  Partiyanın  mövqeyi  kimi  qavranılırdı.  Odur  ki,  ayıq-sayıq  Qlavlit 

«Qobustan»ın  hər  nömrəsinə  zərrəbinlə  baxırdı,  ən  aşağı  vəzifəli  senzorda  «ilişən» 

material daha yuxarı vəzifəli məmurlara, oradan Mərkəzi Komitəyə ötürülürdü və son 

nəticədə  ideoloji  katibə  çatdırılırdı.  İdeoloji  katib  isə  artıq  Cəfər  Cəfərov  deyildi  və 

onun  yerini  tutmuş  adam  əvvəlcədən  «Qobustan»a  şübhəylə  yanaşmağa  başladı  və 

sonacan  (işdən  çıxarılanacan)  şübhəli  qaldı.  Hələ  onu  demirəm  ki,  Qlavlitin  çıxardığı 

hər material DTK-ya da göndərilirmiş. (Bu yalnız indiki zamanlarda, keçmiş DTK-nın 




sabiq  əməkdaşlarının  mətbu  yazılarından  bilindi).  DTK  «Qobustan»  işçilərini  ayrı-

ayrılıqda çağırır, əməkdaşlıq etməyi təklif edir, redaksiyada nələr olduğu, nə söhbətlər 

aparıldığı,  kimlərin  gəlib  getdiyi,  Anarın  kimlərlə  oturub  durduğu  haqqında  məlumat 

almaq  istəyirmişlər.  Bu  da  mənə  qarşı  namərdlik  etməyən  iş  yoldaşlarımın  indiki 

etiraflarından  məlum  oldu.  Əlbəttə,  mən  o  zamanlar  da  «Qobustan»a  hücumların 

pərdəarxası  qaynaqları  olduğunu  güman  edirdim,  ancaq  bunların  faktik  təsdiqi  Sovet 

İttifaqının da, onun nəzarət və cəza orqanlarının da dağıldığından sonra bütün aşkarlığı 

ilə  meydana  çıxdı.  Və  bir  sıra  çıxışlarında,  o  cümlədən  Azərbaycan  yazıçılarının  X 

qurultayındakı parlaq nitqində hörmətli Prezidentimiz Heydər Əliyev bu məsələyə tam 

aydınlıq  gətirdi.  Prezident  həm  «Qobustan»ın  milli  şüurumuzun  oyanışında 

xidmətlərindən,  həm  də  o  illərdə  toplu  haqqında  necə  pis,  mənfi  fikirlər  təlqin  etmək 

təşəbbüsləri  barəsində  tam  səmimiyyətlə  söz  açdı.  Mən  o  vaxtlar  da  güman  edirdim, 

indi  isə  dəqiq  bilirəm  ki,  «Qobustan»ın  bağlanması  üçün  Azərbaycanın  rəhbərliyinə 

həm  Moskvadan,  həm  də  öz  içimizdən  nə  qədər  təzyiqlər  edilib.  «Qobustan»ın  bir 

nömrəsində  Qubad  Qasımovun  Üzeyir  Hacıbəyli  haqqında  xatirələrini  vermək 

istəyirdik.  Yazının  bir  yerində  Üzeyir  bəyin  də  iştirak  etdiyi  qonaqlığın  iştirakçıları 

sırasında Əlibəy Hüseynzadənin də adı çəkilmişdi və yalnız buna görə materialın dərc 

olunmasına icazə verilmədi. Mənə: «Qobustan»da yenə pantürkstlərin təbliğiylə məşğul 

olursunuz»  -  ittihamı  verildi.  Belə  ittihamlarla  toplunu  bağlamaq  da,  redaktorunu 

cəzalandırmaq da çox asan məsələ idi.  

Ancaq  «Qobustan»ı da, onun  redaktorunu  da  çox  bəlalardan, o  cümlədən öz əli 

altında işləyən partiya məmurlarından qoruyan MK-nın birinci katibi Heydər Əliyev idi.  

Millətçilikdə,  türkçülükdə,  pantürkizmdə  ittiham  edilmək  ciddi  və  təhlükəli 

məsələ  idisə  bu  sayaq  ittiham  olunanların  partiya  lideri  tərəfindən  cəzalandırılmaması 

onun  özü  üçün  daha  artıq  təhlükə  və  risq  idi.  O  vaxtkı  çıxışlarının  birində  Heydər 

Əliyev «Qobustan»ı tənqid etmişdi, amma mənim üçün o vaxt da aydın idi, indi açılmış 

yeni faktların işığında daha da aydındır ki, bu qoruyucu tənqid idi. «Qobustan»ı nəinki 

saxlamağa,  hətta  möhkəmləndirməyə  yönəlmiş  tənqid  idi.  Doğrudan  da  bu  çıxışdan 

dərhal  sonra  «Qobustan»  Mədəniyyət  Nazirliyinin  orqanı  kimi  təsdiq  olundu, 

redaksiyaya Aktyor evində yer və əlavə ştatlar verildi, toplunun vaxtı-vaxtında çıxması 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə