Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə44/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   189

İkinci məsələ ondan ibarətdir ki, məğlub tərəf həmişə intiqam hissi ilə yaşayır və 

bu  da  nəticəsi  tam  tərsinə  ola  biləcək  yeni  savaşın  başlanmasına  səbəb  olur.  Bununla 

bərabər,demək  lazımdır  ki,məğlubiyyət  mütləq  qisasa  gətirib  çıxarmaya  da 

bilər,qarşılıqlı anlaşma,qarşı tərəfi başa düşmək cəhdi daha vacibdir. 

Avropa xalqları son iki böyük dünya müharibəsinin faciəli təcrübəsindən keçərək 

belə  bir  qarşılıqlı  anlaşma,sülh  və  əmin-amanlıq,müəyyən  sahələrdə  sağlam  rəqabəti 

istisna  etməyən  faydalı  iqtisadi  əməkdaşlıq  şəraitində  yaşamağı  bacardılar.  Ayrı-ayrı 

istisnalar isə(yenə da Balkanları xatirlayaq) mövcud      

Ümid edirəm ki,XX1 əsrdə --yeni minillikdə Asiya və Afrika qitələrinin bir çox 

ölkələri bu nəhəng  ərazinin müxtəlif bölgələrində hələ də davam edən Üçüncü Dünya 

müharibəsinin  acı  təcrübəsindən  keçərək  Avropadakı  tolerantlı,dözümlü  birgəyaşama 

formalarını  mənimsəyəcəklər.  Və  nəyahət,dövlətlərin,irq  və    millətlərin  minillik 

ənənələrinə - müharibə ənənələrinə son qoyulacaq. 

XX əsrdə ilk dəfə kosmosa çıxan insan gələcək onilliklərdə kainatın dərinliklərinə 

daha  çox  nüfuz  edəcək,bu  isə  Yer  kürrəsi  sakinlərinin  qaçılmaz  olaraq  Qalaktikanın 

sirrləri  və  təhlükələri  qarşısında  birlik  ,həmrəylik  duyğularına,planetmizin  çeşidli 

ölkələr  koleydoskopu  kimi  deyil,vahid  ana  torpaq  kimi  dərk  olunmasına  rəvac 

verəcəkdir. Şüurlu varlığın hər hansı bir başqa formaları ilə rastlaşacağımız zaman,biz 

milli  və  irqi  mənsubiyyətimmizdən  asılı  olmayaraq  başqa  bir  sivilizasiya  qarşısında 

həmcinsliyimizi  dərk  edəcəyik,bu    da  yad  qüvvə  ilə  qarşıdurma  zamanı  hər  bir  xalqı 

birləşdirdiyi kimi,bütün  bəşəriyyəti birləşdirəcəkdir.Bütün kainatda tənhalığımız sübut 

olunarsa,bu  da  bizi  sonsuzluq  qarşısında  unikal  dünyamız  və  onun  kövrək,qısa  ömrü 

naminə aramızdakı bütün ziddiyyətləri unutmağa məcbur etməlidir. 

Bu  cümlələri  yazarkən  düşündüm  ki,oxucu  kosmosa  dair  mülahizələrimi 

Qafqazdakı  millətlərarası  problemlərin  həlli  yollarını  axtarışdan  qaçmaq  cəhdi  kimi, 

real bəlalarımızı Allahın olmasa  da, « kosmik gəlmələrin» ixtiyarına  buraxmaq istəyi 

kimi  başa  düşə  bilər.  Əslində  bu  belə  deyil.  Sadəcə  olaraq  əminəm  ki,  elmin 

tərəqqisi(bu  isə  dövrümüzdə  xeyli  dərəcədə  kosmik  kəşflərlə  bağlıdır)  dünyamızın 

sakinlərini başqa ölçülərlə yaşamağa, düşüncə tərzini dəyişməyə vadar edəcəkdir. 



Lakin  ağrılı  məsələlərin  həllində  elmdən  də  artıq  mədəniyyətə  böyük  ümidlər 

bəsləyirəm. Fantaziyam kimi qiymətləndirilsə də,mədəniyyətdən uzaq görünən bir çox 

məsələlərin  həllində  ədəbiyyatın,  incəsənətin,  bütövlükdə  mənəviyyatın  fəal  rolunu 

görürəm.  Tamamilə  əminəm  ki,  bu  istiqamətdə  ədəbiyyat,müsiqi  siyasətin, 

diplomatiyanın, hər növ silahların gördüyündən qat-qat artıq iş görə bilər. Xalqlar bir-

biri  ilə  top  atəşlərinin  dilində    danışmamalı,  bir-birinin  evinə  tanklarla  «qonaq» 

getməməli, daima partlayışlar və terror aktları qorxusu altında yaşamamalı, uşaqlıqdan 

qəddarlığa  və  zorakılığa  alışmış,nifrət  hissləri  ilə  zəhərlənmiş  nəsillər 

yetişdirilməməlidir. 

Qəddarlıq,  nifrət  və  qisasçılıq  emosional  hallardısa,axı  insana  xas  olan  başqa 

duyğular  da  var  -dinc,xoş  keçmişə  nostalji  hissləri,keçmişdəki  dostluq  ünsiyyətiylə 

bağlı  işıqlı  xatirələr,  nəhayət  birgə  yaşanmış  repressiya  illəri,  iqtisadi  çətinliklər, 

azadlıqdan  məhrumluq  və  azadlıq  həsrəti,itgilərimiz  barədə  ümimi  yaddaşımız  var 

axı… 


Sözümün  sonunda    kamançaya  qayıdaraq  nə  üçün  bu  sözü  yazımın  başlığına 

çıxardığımı izah etmək istəyirəm. 

Ədəbiyyatımızın  klassiki  Cəlil  Məmmədquluzadənin  «Kamança»  adlı  birpərdəli 

pyesi var. Əsərdə XX əsrin əvvəllərində indiki qlobal miqyasda olmasa da,baş vermiş 

erməni-azərbaycan toqquşmalarından bəhs  edilir. 

Dağlarda  silahlı  azərbaycanlılar  dəstəsi…Birdən  kimsə  bir  dağ  kəndindən 

başqasına  gedən  qoca  kişini  görür.  Sən  demə,  bu,  ətrafda  hamının  tanıdığı  gözəl 

kamança  ifaçısı  olan  bir  erməni  imiş.  Onu  tutub  gətirirlər  və  kimsə  o  saat  öldürməyi 

təklif  edir.  Azərbaycanlıları  qəddarlıqda  ittiham  etməyə  tələsməyin.  Mətndən  məlum 

olur ki,dəstədəkilərin hamısının yaxınlarını,  ailə üzvlərini,qohumlarını, dostlarını qarşı 

tərəf qətlə yetirib. Doğrudur, qoca kamançaçalanın bir günahı yoxdur,amma axı o məhv 

edilən azərbaycanlıların da heç bir təqsiri olmayıb. 

Dəstənin  başçsı,bütün  ailəsi  məhv  edilmiş  sərt    təbiətli  adam  qətl  hökmünün 

yerinə yetirilməsində xüsusiylə israr edir.  

Öldürmək  qərarı  qəbul  edilən  zaman  kiminsə  yadına  düşür  ki,həmin  qoca  çox 

gözəl kamança  çalandır.  Qoca toydan  gəldiyinə görə   kamançası  yanında imiş  və ona 




ölümündən qabaq sonuncu dəfə kamança çalmaq imkanı verilir. Ölümdən yaxa qurtara 

bilməyəcəyini başa düşən qoca xahiş edir ki,ondan sonra kamançasını oğluna versinlər. 

…Və  çalmağa  başlayır…Kamançanın  insan  naləsini  xatırladan  kədərli  səsi  boş, 

kimsəsiz  dağlara  yayılıb  amansızlaşmış  insanların  ürəklərini  lərzəyə  salır.Dəstənin 

başçısı  qocaya  əmr  edir  ki,  kamançasını  da  götürüb  rədd  olub  getsin.  Kamança 

çalındıqca ötən günlər bir-bir yadına düşürmüş. 

Zəhmli-zabitəli  dəstə  başçısı  savaşın  olmadığı  dinc  zamanları,insanların  bir-

biriylə  sevinc və kədərlərini bölüşdükləri, toylarda görüşdükləri zamanları xatırlayır,o 

zamanlar  araya  nifrətdən    hasar  çəkilməmişdi,  qan  tökülməmişdi,  qəlblərdə  intiqam 

hissi  kükrəmirdi.  Dərdin,  həsrətin  qarışığı  içində  qovrulan  dəstə  başçısı  təbiətinə  xas 

olmayan bir tərzdə- çıxıb getməsən  səni də öldürəcəm, özümü də-deyir. 

Qarabağ bəlasının qanlı təfərrüatı barədə yeni-yeni məlumatlar aldığım zamanlar 

heç vaxt ümidimi itirməmişəm ki, bir gün ermənilər də, azərbaycanlılar da kamançanın 

səsinə,  onun  kədərli  musiqisinə,fəryadına  qulaq  asacaq  və  bir-birinin  ağrı  və 

iztirablarını başa düşməyə qadir olacaqlar. 

Kamançanın  kövrək  naləsi  bir  gün  mütləq  topların,silahların  gurultusunu 

batıracaq. 

Axı hər xalqın elə bir musiqi aləti var ki,daşa dönmüş qəlbələri belə riqqətə gətirə 

bilir. Bu alət kamança da ola bilər, Çexovun «Rotşild skripkası» da… 

2001 

 

 



 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə