Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə45/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   189

ÖMRÜMÜN «QOBUSTAN» İLLƏRİ 

 

 «Qobustan» - mənim gəncliyimdir, bizim nəslin gəncliyidir. Düz otuz il bundan 

əvvəl  -  1968-ci  ilin  payızında  bu  toplunun  baş  redaktoru  təyin  olunanda  otuz 

yaşındaydım və yeddi nəfərdən ibarət olan redaksiyamızın əməkdaşları (məsul katib, iki 

şöbə  müdiri,  rəssam,  texniki  redaktor,  makinaçı)  -  hamısı  məndən  cavan  idilər. 

Müəlliflərimizin də böyük qismi gənclər idi.  

«Qobustan»  ədəbiyyatımızda,  sənətimizdə  «60-cılar»  adlanan  və  mədəniyyət 

tariximizdə  silinməz  izlər  salan  bir  nəslin  səsi  idi,  onun  ruhunun,  dünyagörüşünün  və 

dünyaduyumunun, düşüncələrinin, estetik  zövq və meyarlarının ifadəsi idi. O nəslin, o 

dövrün  ümidlərini  və  fərəhlərini,  aldanışlarını  və  xəyal  qırıqlığını  yaşayır  və  öz 

səhifələrində əks etdirirdi.  

Toplu  ilk  nömrəsindən  oxucuların  marağını  və  sevgisini,  bədxahların  

qısqanclığını  və  kinini  qazandı.  (Təbii  ki,  bu  sonuncular  da  oxucular  idi,  oxuyurdular 

«Qobustan»ı, amma pis gözlə, qurdalayıb bir şey tapmaq məqsədiylə oxuyurdular). Hər 

halda  topluya  biganə  qalanlar  yoxdu.  Məlumat  alırdıq  ki,  bəzən  toplunu  köşklərdə 

piştaxtanın altından artıq qiymətə satırlar.  

Bu  oxucu  marağının  səbəbi  nəydi?  Materialların  oxunaqlı  şəkildə,  o  vaxtlar 

yalnız  «Qobustan»a  məxsus  bir  dillə  və  üslubla,  çeşidli  formalar,  biçimlər,  rubrikalar 

şəklində təqdim olunması, rəngli şəkillərin və kağızın yüksək keyfiyyətli olması diqqəti 

çəkirdisə, bu işin yanız zahiri cəhəti idi. Daha vacib, daha önəmli məsələ topluda gedən 

yazıların  məzmunu  və  daha  geniş  anlamda  «Qobustan»ın  ümumi  ruhu,  məramı, 

mövqeyi idi.  

«Qobustan»  incəsənət  toplusu  dərc  etdiyi  müxtəlif  səpgili  yazılarla  göstərmək 

istəyirdi  ki,  ən  yeni,  mütərəqqi,  irəlici  sənət  yönlərinin,  təmayüllərinin  təbliği, 

dəstəklənməsi heç  də  keçmiş  irsimizdən  qopmaq,  köklərimizi  danmaq,  onlara  etinasız 

yanaşmaq  deyil.  «Qobustan»  öz  yazılarıyla  sübut  edirdi  ki,  xalqımızın  neçə  min  illik 

mədəni  sərvətinə  ehtiram,  milli  yaradıcılıq  ənənələrinə  diqqət  və  sayğı  heç  də 

inkişafımızın qarşısını almamalıdır, yeni axtarışlara, eksperimentçiliyə, çağdaş dünyayla 




ayaqlaşmağa  əngəl  törətməməlidir.  «Qobustan»  həm  Keçmişimizə  sadiq  idi,  həm  də 

Gələcəyimizə.  

Toplu  Azərbaycan  incəsənətinin  bütün  sahələrini  işıqlandırırdı,  amma  eyni 

zamanda onun qapıları bütün dünyanın- Qərbin də, Şərqin də, Şimalın da, Cənubun da 

sənət xəzinəsinə açıq idi. İlk nömrəmizin üz qabığında Qobustan qaya rəsmlərinin şəkli 

verilmişdi,  sonrakı  saylarımızı  Orta  əsr Azərbaycan  miniatürləri,  xalçalarımız,  «Molla 

Nəsrəddin»  karikatürləri,  Səttar  Bəhlulzadənin,  Cavad  Mircavadovun,  Mikayıl 

Abdullayevin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Rasim Babayevin tablolarıyla 

bərabər, Orta əsr İtaliya İntibah rəssamlarının, fransız impressionistlərinin, Behzadın və 

Matissin şəkilləri, yapon qravürləri və Pikassonun qrafik «Göyərçini» bəzəyirdi.  

«Qobustan» dünyaya açılan Azərbaycan pəncərəsiydi. Əbubəkr Əcəmi Naxçıvani 

və Sultan Məhəmməd, Üzeyir Hacıbəyov və Bülbül, Abbas Mirzə Şərifzadə və Fatma 

Muxtarova,  Rəşid  Behbudov  və  Niyazi  «Qobustan»  səhifələrində  Çarli  Çaplin  və 

Rabindranat  Taqorla,  Şostakoviç  və  Karbüzye  ilə,  Fellini  və  Meyerholdla,  Brext  və 

Kurasavayla,  Mey  Lan  Fan  və  Salvador  Daliylə,  Qarsia  Lorka  və  Dieqo  Rivyeroyla, 

Çurlenis və Pirosmaniylə görüşürdülər. «Qobustan»ının birləşmiş (iki nömrə bir sayda) 

özəl  nömrələri  XX  əsr  dünya  sənətinə,  Asiya  və  Afrika  ölkələrinin  mədəni  irsinə, 

keçmiş SSRİ xalqlarının bədii yaradıcılığına həsr olunurdu. 

O dövrün məhdud ideoloji çərçivələri içində «Qobustan» Azərbaycanda, bəlkə də 

bütün Sovet İttifaqında Türkiyənin keçmiş və müasir sənəti haqqında ən çox materiallar 

verən bir nəşr idi. Türkiyədən başqa ümumən Türk dünyasının sənət sərvətləri haqqında 

yazılar, şəkillər dərc edilirdi. Əlbəttə, o vaxtlar «Türk dünyası» ifadəsi işlənə bilməzdi, 

amma  Qazax  rəssamı,  Özbəkistanın  memarlıq  abidələri,  Qırğız  kinosu,  Türkmənistan 

xalçaları,  Tatar  musiqisi,  Tuva  heykəlləri,  haqqında  türlü  materiallar  bütün  Türk 

dünyasının  keçmiş  və  çağdaş  sənətini  ehtiva  edirdi.  «Qobustan»a  verilən  pantürkizm, 

türkçülük «ittihamlarının» bir səbəbi də məhz bu idi. 

Toplumuz  heç  vaxt  Güney  Azərbaycan  mövzusunu  da  unutmurdu.  Cənubi 

Azərbaycanın  memarlıq  abidələri,  xalq  yaradıcılığı,  xalça  örnəkləri,  müğənniləri, 

ifaçıları, rəssamları haqqında materiallar toplunun demək olar ki, bütün saylarında yer 

alıb. Bir nömrəmiz isə Güney və Qüzey Azərbaycan sənətinin paralel şəkildə təqdiminə 




həsr  edilib.  Yəni  hər  səhifənin  yuxarı  hissəsində  Şimali,  aşağı  hissəsində  Cənubi 

Azərbaycan  sənətinə  aid  yazılar,  şəkillər  verilib  və  bu  səhifələrin  iki  hissəsini  ayıran 

nazik  xətt  Araz  çayı  kimi  keçilməz  sərhəd  deyil  -  mətnlər,  şeirlər,  rəsmlər  bir-birini 

tamamlayır,  bir-birinə  əlavələr  edir,  küll  halında  bütöv  və  bölünməz  milli 

mədəniyyətimizi nümayiş etdirir. 

«Qobustan»  daha  bir  cəhətiylə  də  oxucuların  diqqətini  çəkirdi.  Səhifələrində 

sənətin sıravi adamlarına, ya adları tamamilə unudulmuş, yaxud da müəyyən xidmətləri 

olan,  amma  yada  düşməyən  adi  sənət  işçiləriylə  söhbətlər,  onların  barəsində  yazılar 

verirdi. 

Unudulmuş,  yaxud  adları  o  dövrdə  yasaq  edilmiş  şəxslər  sırasında  Azərbaycan 

Demokratik  Respublikası  zamanı  fəaliyyət  göstərmiş  adamlar  da  vardı.  Onlar  siyasət 

adamları,  deməli  Sovet  Quruluşunun  düşmənləri  sayılırdısa  da,  biz  həmin  adamların 

incəsənətlə  bağlı  fəaliyyətinə  əsaslanaraq  məlumat  xarakterli  yazılar  verirdik.  Bu 

rubrikanın yaranmasında həmin yazıların daimi müəllifi, memar və araşdırıcı Mövsüm 

Əliyevin  xidmətini  qeyd  etməyə  bilmərəm.  «Qobustan»da  yazıları  dərc  edilmiş 

müəlliflər  sırasında  mədəniyyət  tariximizin  tanınmış  simaları  var:  Qara  Qarayev  və 

Fikrət  Əmirov,  xalçaçı  Lətif  Kərimov,  teatrşünas  Cəfər  Cəfərov,  memarlıq  tarixçisi 

Əbdülvahab  Salamzadə,  sənətşünas  Kərim  Kərimov,  alim-geoloq  Xudu  Məmmədov, 

filosof Cahangir Əfəndiyev… 

Rəssam Elçin, sənətşünas Rasim Əfəndi, memarlıq tarixçiləri Cəfər Qiyasi, Şamil 

Fətullayev,  yazıçı-publisistlər  Rafael  Hüseynov,  Vaqif  Əlixanlı,  filosof  Rəhman 

Bədəlov toplunun fəal müəlliflərindən idilər.  

 «Qobustan»da ilk gündən və bir qədər sonradan fəaliyyət göstərən əməkdaşları - 

mərhum  Vidadi  Paşayevi,  itkin  düşmüş  Yusif  Əliyevi  bu  gün  İstanbulda  olan,  türk 

mətbuatında  «Qobustan»  ruhunu  yaşadan  Tofiq  Abdin  Məhərrəmoğlunu,  indi  «Oğuz 

eli»  qəzetini  redaktə  edən  Azər  Abdullanı,  məsul  katib  Sərvər  Məmmədzadəni, 

toplunun rəssamları Ramiz Yanbulatovu və Qəyyuru, fotoqraf Tofiq Xanməmmədovu, 

Esmira xanımı, makinaçı Mayanı minnətdarlıqla anır, birlikdə çalışdığımız günləri xoş 

hisslərlə xatırlayır, ölənlərə rəhmət deyir, qalanlara uzun ömür diləyirəm. 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə