Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə48/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   189

təmin olundu. Xoşbəxtlikdən o zamanlar Heydər Əliyev «Qobustan» haqqında verilən 

danoslara deyil, toplunun özünə diqqət edirmiş. Bu barədə də yazıçılarımızın sonuncu 

qurultayında ətraflı danışdı.  

Sovet rejimi illərində «Qobustan»ı mənəvi repressiyalardan qoruyan partiya lideri 

Heydər Əliyev idisə, bazar iqtisadiyyatı dövründə toplumuzun maddi çətinliklərinin həll 

edilməsi  üçün  onu  dövlət  büdcəsinə  daxil  edən  də  müstəqil  Azərbaycanımızın 

prezidenti Heydər Əliyev oldu. 

Bir rejimin siyasi təzyiqlərinə, başqa dövrün iqtisadi problemlərinə üstün gələrək 

yaşayan,  xalqımızın  mədəniyyətinə,mənəviyyatına  əvvəlki  kimi  xidmət  göstərən  otuz 

yaşlı «Qobustan»ı XXI yüz ildə də beləcə maraqlı, mətin, əlvan, həmişə gənc görmək 

istəyirəm. 

   


 

 



XAQANİ, 25 

 

Yetmiş ildir ki,Azərbaycan Yazıçılar təşkilatı  Xaqani küçəsində,25 nömrəli evdə 



yerləşir.  

Xaqani küçəsi Bakının mühüm özəlliklərə  malik  küçəsidir.Məhz bu küçədə bir 

neçə Yaradıcılıq İttifaqı,bir neçə mədəniyyət ocağı fəaliyyət göstərir. 

Xaqani  küçəsinin  o  başında  -  Rəsul  Rza  və  Nigar  Rəfibəyli  küçələri  kəsişdiyi 

yerdə  məşhur  Kitab  passajı  yerləşir.Mən  bu  kitab  pasajının  üstündəki  evin  üçüncü 

mərtəbəsində, atamın mənzilində  böyümüşəm və  ilk kitabları da aşağıdakı dükandan 

almışam. 

Xaqani küçəsinin bu başından o başına gedən yol  - müyyən mənada elə mənim  

ömür yolumdur.Kitab passajından bir tin o yana Xaqani küçəsində Səməd Vurğun adına 

Rus Dram Teatrı yerləşir. Bu teatrda mənim iki pyesim tamaşaya qoyulub.Teatrla bitişik 

binada,indi  İraq  səfirliyi  olan  binada,vaxtilə  Memarlar  İttifaqı  yerləşirdi.  1967-ci  ildə 

«Qobustan»  toplusu  yaradıldı  və  mən  onun  baş  redaktoru  təyin  olundum.  Memarlar 

İttifaqı redaksiyamızı qonaqpərvərliklə qəbul etdi,işləməyimiz üçün iki otaq ayırdı. 

Bu  binayla  üzbəüz  Teatr  Xadimləri  İttifaqı  və  Aktyor  evi  yerləşir.Sonralar 

«Qobustan» redaksiyası Aktyor evinə köçdu,bir müddət sonra isə mən Teatr cəmiyyəti( 

o vaxt belə adlanırdı) sədrinin birinci müavini  seçildim. 

Xaqani  küçəsiylə  bir  tin  də  getsək  Rəssamlar  İttifaqının  qarşısına  gələcə-yik. 

Yazıçılarla  rəssamlar  arasında  sıx  dostluq  əlaqələri  var,tez-tez  bir-birimizin 

tədbirlərində  iştirak  edirik.  Eynilə  Xaqani  küçəsi  27  nömrəli  binada  yerləşən,qapı 

qonşumuz  Bəstəkarlar  İttifaqıyla  da  mehriban  münasibətlərimiz  var.  Azərbaycan 

bəstəkarlarının  bir  çox  mahnıları,opera  və  operettaları  şairlərimizin,  yazıçılarımızın 

iştirakıyla  yaranıb.  Bəstəkarlar  İttifaqına  bitişik  bina  M.F.Axundzadə  adına  Dövlət 

kitabxanasıdır.Buradakı 

zəngin  kitablıqda 

bizim 

əsərlərimiz 



da 

qorunub 


saxlanılır,oxuculara  çatdırılır.  Burada  oxucularla  görüşlərdə,ayrı-ayrı  tədbirlərdə 

yazıçılar fəal iştirak edir. 

Sözümün  canı  isə  əlbəttə  Xaqani  küçəsində  25  nömrəli  evdə  yerləşən  Yazıçılar 

Birliyidir.Bu  il  təşkilatımız  yaranmasının  75  ilini  qeyd  edir.Bu  yetmiş  beş  ilə  nəzər 




salanda  Yazıçılar  İttifaqının  tarixində  şərəfli,qürur  doğuracaq  səhifələrlə  yanaşı, 

uğursuz illərin acıları da yada düşür.Şükür ki, 37-ci ilin o amansız,qəddar toplantıları bu 

binada  keçirilməyib.Doğrudur,sonrakı  illərdə  də  burada  qalmaqallı  iclaslar  az 

olmayıb.Yadımladır,hələ  Yazıçılar  İttifaqında  işləmədiyim  vaxtlarda  buradaki  bir 

toplantıda  çıxış  edərək    demişdim  ki,  mənim  dünyada  qorxduğum  bir  yer  varsa,o  da 

Yazıçılar  İttifaqının  bu  Natəvan  klubudur.Çünki  yeniyetməlik  dövründən    burada  

keçirilən  iclaslara  gələrdim  vü  burada  KİMLƏRİN    KİMLƏR  haqqında  NƏLƏR 

dediyini yada salanda,doğrudan da vahimələnirsən. 

Amma  nə  olur  olsun,əsəb  gərginliyi  də,yersiz  didişmələr  də,  bir-birinə  atılan 

daşlar  da  zaman  keçdikcə  unudulub  gedir,  yalnız    həqiqi  ədəbi  meyyarlar  və  ədəbi 

dəyərlər  qalır.  1991-ci  ildən  etibarən  Birlik  adlanın  Yazıçılar  İttifaqının  fəaliyyətində 

hər  halda  işıqlı  cəhətlər  qaranlıq  məqamlardan  qat-qar  çoxdur.Sover  dövründə  ən 

nüfuzlu 

ictimai 


təşkilat 

kimi 


Yazıçılar 

İttifaqı 

hər 

zaman 


dilimizin,mənəviyyatımızın,milli  varlığımızın  keşiyində  durub,  xalqımızın      mühüm 

taleyüklü məsələləri meydana çıxanda ən gur  səslənən yazıçı sözü olub.1990-1991-ci 

illərdə Azadlıq meydanına gedən yollar  bir çox hallarda Yazıçılar ocağından başlanır.O 

illər  Xalq  hərəkatının  önündə  ilk  növbədə  Azərbaycan  yazıçıları  gedirdilər.Amma 

ondan  qabaqki  illərdə  də  xalqın  milli  şüurunun  yetkinləşməsində,  həqiqi  mənəvi 

dəyərləri  mənimsəməsində  şeirimizin,  nəsrimizin,  dramaturgiyamızın,  tənqidimizin 

müstəsna rolu var. Unudulmaz Öndərimiz Heydər Əliyev çıxışlarında bu cəhəti dönə-

dönə qeyd edib. 

Çox  çətin  vaxtlarda  Yazıçılar  təşkilatına  rəhbərlik  edən  insanların  xidmətlərini 

unutmaq  olmaz.Mən  onların  adlarını  hörmət  və  ehtiramla  çəkirəm:  Məmmədkazım 

Ələkbərli,Seyfulla  Şamilov,Səməd  Vurğun,Rəsul  Rza,Süleyman  Rəhimov,Mirzə 

İbrahimov,Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı… 

1987-ci  il  iyunun  18-də  Yazıçılar  İttifaqının  plenumunda  mən  təşkilatın  rəhbəri 

seçiləndən  sonra  iş  kabinetimdə    İttifaqa    müxtəlif  illərdə  rəhbərlik  etmiş  bu  doqquz 

yazıçının  portretləırini  asdım.Onların  yanında  bir  portret  də  asılıb  -  1993-cü  ildən 

Birliyin  Birinci  katibi  vəzifəsini  icra  edən,vaxtsız  itirdiyimiz  əziz  dostumuz,gözəl 

yazıçımız Yüsif Səmədoğlunun portreti. 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə