Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə40/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   189

başqalarının  əsl  sifəti  açılır.Burda  əsgi  ərəb  əlifbası  üzərində  ictimai  məhkəmə 

qurulub.Biz  bilirik  ki,ictimai  məhkəmələrin  çıxardığı  hökmlər    hakimlərin  kimlərdən 

ibarət olmasından asılıdır». 

Professor Jarikov dərhal söz alıb and-aman eləyir ki,belə fikri,yəni türk xalqlarına 

əvvəlcə  latın,  sonra  rus  əlifbasını  qəbul  etdirmək  fikri  yoxdur.  «Mənə  qarşı  tətbiq 

olunun son üsul (Şərəfin ittihamı) çox dəhşətlidlir- deyir- Belə çıxır ki,bir şəxs kürsüdən 

bir  şey  deyir,mətbuatda.kitabda  başqa  şey  yazır.Gəlin  burda  Şərəf  yoldaş  etdiyi  kimi 

nəticə çıxaraq. Hansı nəticəni? Gəlin türk yoldaşlardan soruşaq:Siz rus əlifbasını qəbul 

etməyə razısınızmı? Cavab ya sükut olacaq ya da yox.Heç kəs razı olmaycaq. Belədirsə 

siz  niyə  elə  sitatlardan  istifadə  edirsiniz  ki,onlar  ancaq  polemika  üçün  yararlıdır.Mən 

buna  yaxşı  üsul  deməzdim,Əgər  yoldaş  Şərəf  məqaləmin  başqa  yerindən  sitat 

gətirsəydi,  görərdi  ki,  mən  orda  latın  əflifbasının  rus  əlifbasından  üstünlüyündən 

danışıram.İki dilemmadan real olanının üstündə dayanmaq lazımdır. Mən realistəm və 

miflə reallııq arasında reallığı seçirəm». 

Göründüyü  kimi  26-cı  ildə  türk  xalqlarının  rus  əlifbasına  keçməsini  moskvalı 

professor  qeyri  -real  mif  hesab  edir.O  məqamda  onun  səmiimiyyətinə  şübhələnməyə 

əsas yoxdur.Amma 12-13 ildən sonra bu «mif» amansız həqiqətə çevrildi. 

Professor  Yakovlev  də  özünü  «təmizə  çıxarır»:  «Yoldaş  Şərəf  elə  sübut-dəlil 

üsuluna  əl  atdı  ki,bu  üsulu  ancaq  dəlil-sübut  olmayanda  tətbiq  edirlər(gülüş).  O, 

məruzəçilərin  şəxsiyyətindən  yapışdı,baxın  nə  pis  məruzəçilərdir.  O  dedi  ki,professor 

Yakovlev  və  Jarikov  gizli  rusifikatorlardır.  Əgər  mənim  çap  olumuş  əsərlərimə 

baxsalar,o  cümlədəfn  yoldaş  Şərəf  də  baxsa,aydın  olar  ki.Şimali  Qafqazda    fəaliyyətə 

başladığımız vaxtdan  bəri biz rus əlifbasından vaz keçdik.O səbəbədən ki,bu xalqdlar 

üçün  uyğun  deyil  və  onların  milli  hissiyyatlarına  görə  qəbuledilməzdir.  Çünki  bir 

vaxtlar zorla tətbiq olunurdu» (Bu günkü Çeçenistan olaylarını xatırlasaq o  illərdə milli 

hissiyyata  bu  qədər  həssas  münasibətə  təəccüb  qalmaya  bilmirsən).  Professor  sözünü 

belə tamamlayır: «O vaxtdan biz latın əlifblası mövqeyində dayanır və ardıcıl sürətdə 

bu işi həyata keçiririk» 




Bax  belə…  Professor  Jarikovun  və  professor  Yakovlevin  taleləri  haqqında 

məlumatım  yoxdur.  Çox  güman  ki,milliyətindən  asılı  olmayaraq  Qurultay 

iştirakçılarının əksəriyyəti kimi onlar da repressiya qurbanları olublar. 

İlk  Türkoloji  Qurultayın  faciəvi  nəticələrindən  danışmaqdan  öncə  bir  məsələyə 

şəxsi münasibətimi  bildirmək istərdim. 

Məlumdur  ki,26-cı  il  qurultayının  qərarıyla  türk  xalqları  latın  əlifbasına 

keçdilər.O cümlədən Azərbaycandan da bir il əvvəl Türkiyə buna qərar verdi.Bəlkə elə 

buna  görə,  Stalinin  şeytan  beynində  SSRİ-dəki  türk  xalqlarını  Türkiyə  türklərindən 

birdəfəlik  ayırmaq  üçün  yenidən  əlifba  dəyişdirilməsi  -  indi  də    kiril-rus  əlifbasınıa 

keçmək  fikri oyandı və qısa müddətdə  həyata keçirildi. 

İndi  bu  iki  hadlisəyə  --  latına  və  kirilə  keçməyə  tarixi  perspektivdən  baxarkən 

mənə  elə  gəlir  ki,39-cu  ildə  rus  əlifbasına  keçmək  Azərbaycan  mədəniyyətinə  qarşı 

zorən,  məcbürən  törədilən  cinayət  idisə,  26-cı  ildə  latın  əlifbasına  keçmək  haqqında 

könüllü  və  səmimi  qərar  da  səhv  qərar  idi.Belə  bir  ifadə  var:bu  cinayət  deyil,bu 

cinayətdən  betərdir-səhvdir.  Doğrudan  da  elə  səhvlər,yanlış  hərəkətlər  var  ki,sonrakı 

nəticələrinə  görə  cinayətdən  pisdir.Bir  də  altını  cızıram  ki,bü  qərarı  türk  aydınlarının 

böyük əksəriyyəti özləri,kənardan təhrik,təzyiq və təsir olmadan vermişdilər.28-ci ildə 

Türkiyənin  ərəbdən  latın  əlifbasınva  keçməsi  buna  ən  yaxşı  dəlildir  -  Atatürkə  ki  

Moskva təsir göstərə bilməzdi.    

Yekəxanalıq  kimi  görünsə  belə  deməyə  bilmərəm  -Mirzə  Fətəlidən  Mustafa 

Kamala  qədər  türk  dünyasının  ən  böyük  şəxsiyyətlərinin  irəli  sürdüyü  və  həyata 

keçidikləri bu əməli -- yəni latın əfbasına keçməni mən strateci  nəticələri baxımından 

tarixi səhv hesab edirəm. 

Məsələ  ondadır  ki,yaşca  mən  onların  hamısından  böyüyəm,  yəni  təbii  ki,ömür 

möhlətim  çox  sonrakı  illərə  düşdüyü  üçün  bu  əlifba  dəyişməsinin  nəticəsini,nələrə 

gətirib  çıxardığını  onlardan  yaxşı  bilirəm.Bir  anlıq  fərz  etsək  ki,mən  26-ci  il 

qurultayının  iştirakçısıyam,  şübhəsiz  o  zaman    «latınçıların»  tərəfində  olardım,yəni  o 

dövrün  təsəvvürlərinə  görə  mütərəqqi  qüvvələri  dəstəkləyib    onların  təklifinə  səs 

verərdim.Amma  başqa  bir  möcuzəni  xəyalımızda  oyada  bilsək  ,  mən,  tariximizin  bu 



günkü təcrübəsiylə o vaxtkı Qurultayda iştirak etsəydim şübhəsiz «islahatçılara» haqq 

qazandırardım. 

Fantastik  fərziyyələrə  nə  hacət?  Olan  olub.Tarixdə  «belə  olsaydı»    yox,  «belə 

olub» anlayışı var.Amma insanın tarixi  sonrakı dövrlərin baxışıyla təhlil və təftiş etmək 

hüququ da danışlmazdır. 

Məsələ heç də hansı əlifbanın -ərəbinmi, latınınmı,kirilinmi daha üstün olmasında 

deyil.Məsələ  hətta  dilimizin  xüsusiyyətlərinə  hansının  daha  uyüğun  olmasında  da 

deyil.Ona qalsa mötəbər mütəxəsisslərin rəyincə türk dillərinə ən  uyğun  əlifba Orxon-

Yenisey yazılarıdır. 

Beləliklə,  söhbət  ərəb  əlifbasının  üstünlüyündən  yaxud  dilimizə    uyğun  olub 

olmamasından  getmir.Söhbət  ondan  gedir  ki,Tarixin  hökmüylə  bu  əlifba  bizim  

də,başqa türk xalqlarının da min ildən artıq istifadə etdiyi hurufatdır.Bütün yazılı irsimiz 

bu əlifbadadır və ondan imtina etmək keçmişlə indimiz arasında dərin uçurum yaratmaq 

deməkdi.Bu  uçurumun  üstündən  yalnız  tək-tək  mütəxəssislər    körpü  salıb  geriyə 

keçə,arxada  qalmışları  araşdıra  bilər.Mədəniyyət,ədəbiyyat    yalnız  mütəxəssislər  üçün 

yaranmır axı… 

Deməli,  əhalinin  əsas  hissəsi  öz  keçmiş  yazılı  irsindən  keçilməz  uçurumla  

aralanırdı.  Doğrudur  bu  irsin  müəyyən  hissəsi  sonrakı  əlifbalarla  nəşr  olundu,amma  

«müəyyən  hissə»  -  böyük  dəryada  damladır.Hələ  ərəb  əlifbasının  xüsusiyyətlərindən 

doğan  bir  çox  obrazların,təşbehlərin  itməsini,  xəttatlığın  sənət  növü  kimi  sıradan 

çıxmasını,hurifilik  və  başqa  fəlsəfi  təlimlərim  məğzinin  və  mənasının  anlaşılmaz 

müəmmaya  çevrilməsini  demirəm..90-cı  illərdə  latına  keçməyin  qızğğın 

tərəfdarlarından  olan  dəyərli  ziyalimız  mərhum  Tofiq  Bağırov  «Ədəbiyyat  qəzeti»ndə 

(7dekabr  1990)  çap  etdirdiyi  «İtirmirik,qazanırıq»  adlı  məqaləsində  qeyd  edirdi 

ki,ərəbdən  latına  keçməkdə  əsas  məqsəd  bizi  Qurandan,əqidəmizdən,dinimizdən 

ayırmaq,assimilyatsiyaya  uğratmaqdan  ibarət  olub.Bu  düz  sözlərə  bircə  o  əlavə 

edilməlidir ki,o vaxt bu öz xoşumuzla olub. 

Əski  əlifbanı  atmağın  başqa,məncə  daha  böyük  bəlası  türk  xalqlarının  yazılı 

mədəniyyətinin bir-birindən ayrı düşməsidir. Bu barədə 1 türkoloji qurultayda Alimcan 

İbrahimovun  təlaşlı  ehtimalı  tamamilə  özünü  doğrultdu.İsmayıl  bəy  Qaspiralının 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə