Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə31/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   189

bacarığını  itirirsən  və  bütün  yarada  bilib  yaratmadıqların  tək  sənin  deyil,  milli 

mədəniyyətin kisəsindən gedir. 

Xalqımızın fəxr etdiyi nadir Xalça muzeyi sözün hərfi mənasında küçəyə atılıb, 

yaradıldığı müddətdən, yəni 60 il ərzində bir dəfə abırlı binası olmayan Teatr muzeyinin 

bu gün qısa bir müddətdə bina almağı mücdəsindən umsuq olduğundan sonra - yenə də 

binası yoxdur. 

Dövlət  nəinki  mədəniyyətə  lazımi  qayğı  göstərmir,  hətta  indiyəcən  malik 

olduğunu  da  mədəniyyət  ocaqlarının  əlindən  alır.  Dövlətin  mədəniyyətə  qayğı 

göstərməsi,  onu  maddi  iflasdan  qorumalı  olması,  bəzi  darmacal  müəlliflər  tərəfindən 

yanlış  yozulur.  Dövlətin  ədəbiyyata,  sənətə  qayğısını  -  saray  ədəbiyyatı,  saray  sənəti 

yaratmaq  cəhdi  kimi  mənalandırırlar.  Bu  kökündən  yanlışdır.  Əvvəla  onu  deyək  ki, 

Şərqdə də, Qərbdə də memarlığın, rəssamlığın, xalçaçılığın, poeziyanın, musiqinin bir 

çox şah əsərləri sarayların himayəsində yaranıb. İkincisi, indi belə bir saray da yoxdur 

axı;  plan  və  maliyyə  idarələrinin  qəpiyinəcən  sənədləşdirilmiş  vəsaitinin  zəngin  saray 

ənamlarıyla  bənzəyişi,  bəzi  indiki  bəylərin  keçmiş  bəylərə  bənzəyişi  qədərdir. 

Üçüncüsü,  məgər  dövlətin,  məsələn,  səhiyyəni,  maarifi,  idmanı  dəstəkləməsi  saray 

həkimlərini, saray müəllimlərini, saray idmançılarını şirnikdirmək üçündür? 

Mədəniyyətimiz  təhlükəylə  üz-üzədir.  Xalqa  bağlı  olmayan  ədəbiyyat,  sənət 

qeyri-mümkündür  -  bu  doğrudur.  Amma  ədəbiyyatsız,  sənətsiz,  elmsiz  bir  xalqı  da 

təsəvvür etmək mümkün deyil. 

Ötən  çətin  illərdə  yaranan  Azəri  ədəbiyyatı,  sənəti  mövcud  quruluşun,  cəmiy-

yətin, mühitin eybəcərliyinə qarşı müqavimət və etiraz simlərində köklənmişdi (təbii ki, 

söhbət həqiqi ədəbiyyatdan, sənətdən gedir, konyüktürçülər isə o dövrdə də vardı, indi 

də var). 

Bügünkü  azadlıq,  müstəqillik,  demokratiya  ideyaları  göydən  düşməyib,  bu 

zəminin  dərin  qatlarında  cücərib  boy  atıb  -  namuslu  yazıçılarımızın,  şairlərimizin, 

dramaturqlarımızın, sənətçilərimi-zin, alimlərimizin səpdiyi toxumlardan. 

İndi qarşımızda duran vacib məsələ Azərbaycanımızı dünyaya layiqincə tanıtmaq, 

bütün planetdə xalqımızın həqiqi və canlı obrazını təsdiq etməkdir. 



Bu  məqsədləri  həyata  keçirmək  üçün,  yəni  mədəniyyətimizi  qorumaq  və 

yaşatmaq üçün,  

Ədəbiyyatımızın, sənətimizin, elmimizin, tariximizin həqiqi dəyərlərinə, ayrı-ayrı 

böyük şəxsiyyətlərinin adlarına, xatirələrinə qahmar durmaq üçün

Şeirimizi, nəsrimizi, tənqidimizi, teatrımızı, kinomuzu, musiqimizi, ifaçılığımızı, 

təsviri sənətimizi, elmimizi bazar meyarlarından müdafiə etmək üçün, 

Muzeylərimizi,  tarixi  abidələrimizi  xilas  etmək  üçün,  sənətkarlarımızın,  elm 

adamlarımızın  qayğısına  qalmaq,  onlara  maddi  və  mənəvi  yardım  göstərmək,  onlara 

olan haqsız hücumlara vaxtlı-vaxtında cavab vermək üçün

Babalarımızdan  qalan  və  nəvələrimizə  ötürməli  olduğumuz  mədəniyyət  çırağını 

sönməyə qoymamaq üçün

Yaradıcı,  Elmi  və  Texniki  Ziyalılar  Müstəqil  hərəkat  -  AYDINLAR  OCAĞI 

yaratmalıdır. 

Bu Ocaq siyasi təşkilat deyil, siyasi məsələlərə qarışmır və heç bir siyasi iddiası, 

üzvlərinin  vəzifə  iddiası  yoxdur.  Lakin  yeri  gələrsə,  mənəviyyatımızın  qorunması  və 

mədəniyyətimizin  inkişafı  naminə  respublikanın  siyasi  həyatında  iştirak  etməkdən 

imtina etmirik. 

Hərəkatın  əsasını  qoyanlar  sırasında  müxtəlif  partiyalara  mənsub  ziyalılar  ola 

bilər, amma onlar bu hərəkata partiyalarının adından deyil, yalnız müstəqil fərdlər kimi, 

-  mədəni  dəyərlərimizi  qorumaq  məqsədini  güdən  bir  Ocağın  fəalları  kimi 

qoşulmalıdırlar. 

Hərəkatımıza  bundan  sonra  da  indiki,  ya  keçmişdəki  partiya  mənsubiyyətindən 

asılı olmayaraq məqsədlərimizi bölüşən hər hansı şəxs qoşula bilər. 

İlk bəyanatla çıxış edəndən sonra hərəkatın geniş Toplantısını (təsis konfransını) 

çağırmaq, orada yığcam inzibati qrup yaratmaq, nizamnaməmizi tərtib və təsdiq etmək, 

Konstitusiyamıza uyğun olaraq rəsmiyyətdən keçmək fikrindəyik. 

Azərbaycan  mədəniyyətinin  taleyinə  laqeyd  və  biganə  olmayan  hər 

vətəndaşımızdan,  ədəbiyyat,  elm,  sənət  təəssübkeşlərindən  həmrəylik,  arxadaşlıq 

gözləyirik.  Gələcəkdə imkanlarımız artdıqca - öz qəzetimizi, jurnallarımızı buraxmaq, 

nəşriyyatımızı  yaratmaq,  xarici  ölkələrlə  mədəni  əlaqələrimizi  qurmaq  istəyirik. 




Televiziya  ekranında  və  radio  efirdə  hərəkatı-mızın  çalışmalarını  işıqlandıran,  onun 

hazırladığı müstəqil proqramlara saat ayrılması məsələsini qaldıracayıq. 

Bu  bəyanatı  imzalayanların  çoxu  keçmiş  quruluşun  təsis  etdiyi  fəxri  adları 

daşıyır. Bizcə bu adların mövcud olması ziyalıları bir növ məhdudlaşdırmaq, əl-qolunu 

bağlamaq, onların arasında xəstə rəqabət yaratmaqdan başqa heç bir əhəmiyyətə malik 

deyil.  Sənətkar  özü  öz  adını  təsdiq  edibsə  -  bu  onun  ən  böyük  xoşbəxtliyidir.  Əsl 

sənətkarın əlavə rəsmi təsdiqə ehtiyacı yoxdur. Hərəkatımızın ilk addımı kimi hamımız 

daşıdığımız fəxri adlardan imtina edirik və Ali Məclisimizə müraciət edirik ki, ümumən 

fəxri adlar ləğv edilsin. 

Qayğılarımız,  təlaşlarımız  çoxdur,  amma  ümidlərimiz,  arzularımız,  xoş 

niyyətlərimiz daha çoxdur. 

Geniş  ictimaiyyətin  narahatçılığımızı  başa  düşəcəyinə,  Tarixin  isə  həyəcan 

təbilimizn doğru qiymətləndirəcəyinə əminik. 

Anarın  şərhi:  Mənim  yazdığım  bu  mətn  «Azərbaycan  elm,  ədəbiyyat  və 

mədəniyyət  xadimlərinin  Bəyanatı»  adıyla  və  26  ziyalımızın  imzasıyla  «Ədəbiyyat 

qəzeti»nin  1992-ci  il  23  oktyabr  tarixli  nömrəsində  dərc  edildi.İmza  atanların  

əksəriyyətinin  xahişiylə  fəxri  adlardan  imtina  edilməsinə  həsr  olunmuş  absaz  ixtisar 

edildi)   

 

 



 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə