Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


YARADICI TƏŞKİLATLARIN  MÜRACİƏTİ



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə32/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   189

YARADICI TƏŞKİLATLARIN  MÜRACİƏTİ 

Son  vaxtlar  respublika  mətbuatı  səhifələrində  Azərbaycan  ziyvalılarına  qarşı 

yönəldilən böhtan, şayiə, dedi-qodu,təhqir xarakterli yazılar dərc edilir. Bəzi qəzetlərin 

yazılarını  nəzərdən  keçirsək,belə  bir  qənaətə  gəlmək  olar  ki,  başa  çatmaqda  olan  əsr 

ərzində  ölkəmmizdə  heç  bir  yaxşı  şey  baş  verməyib.  Tariximiz  saxtalaşdırılır,  faktlar 

olduğu kimi təqdim edilmir, Azərbaycanın mədəniyyət xadimlərinə ləkə vurulur. 

Təəssüf doğuran odur ki, bütün bunlarla heç bir mənəvi haqları çatmayan şəxslər 

məşğul olur. 

Təəssüf  doğuran  daha  bir  fakt  da  odur  ki,belə  təhqir  xarakterli  yazılar  yalnız 

Azərbaycanın  fəaliyyətidə  olan  sənətkarlarına  deyil,  çoxdan  bəri    dünyasını  dəyişmiş 

mədəniyyət xadimlərinə də şamil edilir.İftiraçılar üçün müqəddəs heç bir şey qalmamış, 

onlar  Cəlil  Məmmədquluzadə,Yzeyir  Hacıbəyov,  Səməd  Vurğun,  Rəsul  Rza,  Mirzə 

İbrahimov,  Qara  Qarayev  kimi  şəxsiyyətlərə  də  qara  yaxırlar.  Növbəti  uydurmalar  və 

böhtanlar  yağışı,deyəsən,  bütün  Azərbaycan  ziyalı  nəslini  əhatə  etməkdədir. 

Mədəniyyətimizin  fəxri  olan  sələflərimiz  təhqir  olunursa,bizim  susmağa  heç  bir 

haqqıms  yoxdur. 

Xalqımız tarixinin çətin anlarını yaşayır. Torpaqlarımızın 20 faizi zəbt edilmiş,bir 

milyon  qaçqın,sosial  bərabərsizdik,  iqtisadi  çətinliklər,  Qarabağın  və  ona  yaxın 

torpaqların  itgisi…  Belə  bir  şəraitdə  xalqı  parçalamaq,Azərbaycan  ziyalılarını  xalqa 

qarşı  qoymaq  cəhdi  çox  təhlükəlidir.    Öz  tarixi  dəyərlərini  mədəniyyətinin  ən  parlaq 

səhifələrini qaralamış  xalq artıq mənəvi orientirini itirmiş kütləyə çevrilir. 

Biz  qəzet  və  jurnal  redaksiyalarını,mədəniyyət  xadimlərimizi  ləkələyən 

yazalardan imtina etməyə çağırırıq. 

Sensasiya 

xətrinə,bizlərdən 

alının 


müsahibələrdə 

faktların 

saxtalaşdıran,sözlərimizin,fikirlərimizin təhrif edən, adlarısmızdın öz nəşrlərinin böyük 

tirajlarla çıxması naminə istifadə edən bədxah jurnalistlərdən uzaq olmağa çağırırıq. 

Eyni  zamanda  biz  jurnalistlərə  qarşı  hər  hansı  zorakılığı  qəti  şəkilə  pisləyir, 

jurnalistləri döyənlərin qanunla cəzalandırılmasını tələb edirik. 

Əziz həmkarlar! Öz yaradıcılığınızı faydalı işlərə yönəldin və yadda saxlayın ki, 

biz əhli qələmlər başqalarına nümunə olmalıyıq. 




Bütün  dost  və  həmkarlarımızı,əsassız  şayiə  və  dedi-qodu  xarakterli,təhqiramiz 

materialların çapına davam edən,mədəniyyət xadimlərinə qarşı nifrət və düşmənçmilik 

toxumları səpən nəşrləri boykot etməyə  çağırırıq. 

  

Azərbaycan Yazıçılar Birliyi adından  



Anar, Fikrət Qoca, Çingiz Abdullyev, Arif Əmrahoğlu 

 

Bəstəkarlar İttifaqı adından  



Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Zöhrabov  

 

Rəssamlar İttifaqı adından  



Fərhad Xəlilov  

 

Teatr Xadimləri adından  



Həsən Turabov, Azərpaşa Nemətov, Kamal Aslanov 

 

Kinematoqrafçılar İttifaqı adından  



Rüstəm İbrahimbəyov, Rasim Balayev, Cəmil Fərəcov 

 

Musiqi Xadimləri İttifaqı adından  



Fərhad Bədəlbəyli 

BU GÜN HƏLƏ GEC DEYİL 

 

Azərbaycan Respublikasının Prezdenti Əbülfəz Elçibəyə, Ali Sovetin sədri Heydər 



Əliyevə,  Azərbaycanın  Milli  qəhrəmanı  Surət  Hüseynova,  AMİP-in  sədri  Etibar 

Məmmədova, Xalq Cəbhəsinin rəhbərliyinə! 

Əziz qardaşlarım,əziz qandaşlarım! 

Bu  müraciəti  Yazıçılar  Birliyi  adından  deyil,ancaq  öz  adımdan  edirəm,çünki 

müxtəlif  və  bəzən  fərqli  fikirləri  birləşdirib  vahid  bir  rəy  kimi  qələmə  vermək  də 




keçmişdən qalmış qəlp miraslardandır. Amma güman edirəm ki, bu müraciətə çoxları da 

qoşulacaq. 

Dörd  ay  Türkiyədə  məzuniyyətdə  olub  Vətənimizin  bu  ən  çətin  anında  Bakıya 

dönərkən  xalqımızın  başının  üstünü  almış  ölümcül  təhlükəni  bütün  dəhşətiylə  daha 

aydın  görürəm.  Yer  üzündə  tək  və  yeganə  Vətənimiz  Azərbaycan  öz  tarixinin  ən 

amansız  sınağı  qarşısındadır,parçalanmaq,qardaş  qanına  qəltan  olmaq,  daxili 

çəkişmələrdən,vətəndaş  müharibəsindən  zəif  düşüb  düşmən  qarşısında  gücsüz  qalmaq 

qorxusuyla  üz-üzə  durub.  Azərbaycanın  bölgə-bölgə  parçalanması,  ölkəmizin 

Livana,Bakımızın  Beyruta  çevrilməsi  haqqında  qəddar  düşmən  niyyətlərinin 

gerçəkləşməsinə bir addım, bircə addım qalır.  

Bu son beş-altı ildə - Qarabağ məsələsi ortalığa atıldığı 87-ci ilin noyabrından bu 

günəcən  mən  öz  adımdan,  Yazıçılar  Birliyi  adından,ya  həmfikir  olduğum  ziyalılarla 

birgə müəyyən təkliflər,mülahizələr irəli sürürdüksə də  eşidən olmurdu. Nə əvvəlki, nə 

indiki  iqtidar  bu  fikirləri  heç  olmasa  müzakirə  belə  etmək  istəmədi.  Təbii  ki,özümü 

hamıdan  ağıllı  saymıram,böyük  siyasət  bilicisi  kimi  də  qələmə  vermək  istəmirəm. 

Ancaq  Azərbaycanın  uzaq,  yaxın  tarixini  az-çox  bilən,bundan  nəticələr 

çıxaran,qonşumuz olan ölkələrin ictimai-siyasi fikrini, ab-havasını mütəmadiən izləyən 

adam  kimi  bizi  gözləyə  biləcək  təhlükələri  nəzərə  almağa  çağırırdım.  Müxtəlif 

çıxışlarım, qəzetərdə yazılarım yəqin ki, yaddaşı olanların yadındadır. Nə yazıq ki, hər 

bir  iqtidar  yalnız  eşitmək  istəbiyini,  yəni  ona  xoşgələni  eşitmək  istəyir.  Amma  indi 

giley-güzar  vaxtı  deyil.  Düşdüyümüz  bu  ağır  sınaq  məqamında  bizə  birlik  və  barışıq 

gərəkdir.  Nüfuzu  və  real  gücü  olan  bütün  siyasi  xadimləri  əqilə,  görüş  fərqlərindən, 

şəxsi münasibətlərindən, incikliklərindən, umu-küsülərindən yüksək durmağa çağırıram. 

Bu  gün  meydana  elə  böyük  şeylər  qoyulub  ki,məsuliyyətsiz  bir  addım  belə  atmağa 

haqqımız yoxdur. Hər şeyi itirə bilərik və heç kəs, heç nə qazanmaz.Qoy hamı bilsin ki, 

biz  tayfa  deyil,  xalqıq.  Vətənimizin  bütövlüyü,  toxunulmazlığı,dövlət  sərhədlərimizin 

bərpası  təmin  olunandan  sonra  və  vəziyyətin  sabitləşməsindən  sonra  bütün  siyasi  və 

şəxsi münasibətlər tənzimlənə bilər. Bu gün silahları bir-birimizə qarşı deyil, təcavüzkar 

düşmənə qarşı çevirməliyik.  



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə