Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə92/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

314 
zamanı    o,  orta  məktəbdəki təhsil illəri barədə  yaddaşında 
yığılıb  qalmış  saysız  xatirələrin bir neçəsini  söyləməyə 
başladı:  “Sizdən  nə  gizlədim,  özümüz  artıq  qocalmışıq,  lakin 
xatir
ələrimiz isə hələ  də cavan qalıb. Yaddaşdan  silinmək nə 
olduğunu bilmirlər. Elə bil yaddaşımıza əbədi həkk olunublar. 
Orta m
əktəbdə  bizə  Azad  İbrahimov-riyaziyyatdan, Həsən 
Mustafayev kimya-  biologiyadan, O
sman  Paşayev-tarixdən, 
Nüsr
əddin Səmədov-fizikadan, Fəzilə  Ağarzayeva  ingilis 
dilind
ən, Teymur Muradov və Nadir Fazilov Azərbaycan dili 
v
ə ədəbiyyatdan, Sabir Kərimov isə bədən tərbiyəsindən dərs 
deyirdi.  Burada  adı  çəkilən və  çəkilməyən müəllimlərimizin 
h
amı    çox  səmimi və  mehriban  insanlar  idi.  Allah  dünyasını 
d
əyişənlərə qəni- qəni rəhmət eləsin! 
M
ənimlə  bir sinifdə  oxuyan  şagirdlər də  çox nəzakətli
bilikli v
ə ağıllı  uşaqlar idi. Məktəbi bitirdikdən sonra onların  
çoxusu ali m
əktəbləri  uğurla  başa  vuraraq həyatda öz layiqli 
yerl
ərini tutublar. Məzun  yoldaşlarımdan  Arif  Allahverdiyev 
rayonun r
əhbər  partiya və  sovet  işçisi  oldu.  Fizuli  Ağayev  
Neft  Şirkətində  məsul  işə  keçdi. Rafiq Məcidov Azərbaycan 
Respublikası  Kənd Təsərrüfatı  Nazirliyində  yüksək vəzifə 
tutdu. 
Tofiq Ələsgərov  həkim, İbrahim Məcidov isə müəllim  
kimi uzun müdd
ət xalqımıza xidmət göstərdi. 
Qırx    iki  il  ümumi  pedaqoji  stajım  var.  Geriyə  baxanda  
çox igidl
ərin ömrü qədər  olan  bu    qırx  ilin  nəticəsini  təhlil 
ed
əndə  baxıb  görürəm ki, ömrü  boş  yerə  sərf eləməmişəm. 
H
əmin məzunların  arasında  Mehman  İsmayılov  və  Nigar 
Mirz
əyeva  kimi  riyaziyyatçı,  İsif  Bədəlov  kimi  inşaatçı, 
Seyidquluyeva Zenfira v
ə  Ağacanova  Validə  kimi dil 

əllimləri  yetişib”.  
D
ərs dediyim məzunlar yüzlərlədir. Çoxu da  ali və  orta 
ixtisas m
əktəblətini bitirərək həyatda  öz  sevdiyi  peşə  yolunu 
seçibl
ər. Şərt təkcə ali və orta ixtisas təhsili haqqında diplom 
almaqda deyil. T
əki məzunlarımız seçdikləri sənət və peşədən 


315 
aslı  olmayaraq  həyatda  əsl  insan  kimi  yetişsinlər, Xalqa, 
V
ətənə, ata-anaya dəyərli və  layiqli övlad olsunlar. Həmişə 
m
əktəbimizin  şərəfini  qorumaqla  yanaşı  müəllimlərimizi, o 
cüml
ədən bütün kənd sakinlərinin adını uca tutsunlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                
 
 


316 
OKTAY  
PAŞAYEV 
 
Oktay  Osman  oğlu  Paşayev 
1963-cü ild
ə Şabran (keçmiş Dəvəçi) 
rayonunun  Aşağı  Gəndon kəndində 
ziyalı ailəsində dünyaya gəlib. 
Atası  Osman Nəriman  oğlu 
Paşayev  1935-ci  ilin  avqust  ayında  
Şabran  (keçmiş  Dəvəçi) rayonunun 
Q
ələgah kəndində  ziyalı  ailəsində 
anadan olub. Uzun müdd
ət  Gəndov 
k
ənd orta məktəbində  müəllim və 
direktor v
əzifəsində  çalışıb.  Dəvəçi 
rayon Kino birliyind
ə  müdir olub. Sonralar 1989-cu ildən 
2008-ci il
ə kimi yenə  əvvəlki işlədiyi məktəbin ən fəal tarix 

əllimi kimi fəaliyyət göstərib. Azərbaycan Müəllimlərinin 
V  qurultayında  nümayəndə  kimi  iştirak  edib.  “Əmək 
igidliyin
ə  görə”  və  “Əmək  veteranı”  medalları  ilə  təltif 
edilib. G
əndov kəndinin  ən fəal  ziyalı  və  təşkilatçı  ağsaq-
qal
larından biridir. 
O.  Paşayev  1969-cu ildə  Gəndov kənd orta məktəbin I 
sinfin
ə  daxil  olub.  İlk  gündən özünü məktəbdə  çalışqan  və 
bilikli bir şagird kimi göstərib. İlk təhsil illərində dərs əlaçısı 
olmaqla  yanaşı  məktəbin ictimai həyatında  da  yüksək fəallıq 
nümayiş etdirib. Rayon mərkəzində keçirilən fənn olimpiada-
larında, eləcə də idman yarışlarında yaxından iştirak edib. Bu 
t
ədbirlərdə  yer tutan Oktay müxtəlif mükafat və  fəxri 
f
ərmanlar alıb. 
G
əndov kənd orta məktəbində  təhsil  almaqla  yanaşı   
O.Paşayev Dəvəçi şəhər 7-illik musiqi məktəbində  pianino ix-
ti
sası  üzrə  təhsil alıb,  orada dərs  əlaçısı  kimi  yüksək  adı 
qazanmaq şərəfinə nail olub.  1979-cu ildə  o, Bakı şəhərində  
respublika üzr
ə keçirilən musiqi məktəblərinin olimpiada-


317 
sında  iştirak  edib və  I  yeri  tutub.  16  yaşlı  Oktayın  bu 
nailiyy
əti fəxri fərmana layiq görülüb.  
1980-
cı  ildə  O.Paşayev  əla təhsil nəticələri ilə  Gəndov 
k
ənd orta məktəbini bitirib. Sənədlərini    M.F.Axundov  adına  
Rus-dili v
ə ədəbiyyatı İnstitutuna verib. Eksperiment yolu ilə 
rus dili yazıdan “4”, şifahidən isə “5” qiymət alıb. Doqquz bal 
sistemi il
ə müsabiqədə iştirak edərək   qalib gəlib və instituta 
q
əbil olub.  
 O,  ali m
əktəbdə təhsil almaqla  yanaşı, ictimai işlərdə və 
müxt
əlif tədbirlərin keçirilməsində də bir təşkilatçı tələbə kimi 
f
əallıq göstərib. Xüsusilə institutun xalq çalğı alətləri ansamb-
lında ən yaxşı pianino və qarmon ifaçısı kimi tanınıb. Dəfələr-
l
ə  institutun rəhbərliyi tərəfindən fəxri fərmana layiq görülüb. 
1984-cü ild
ə O.Paşayev məktəbi bitirərək ali təhsil haqqın-
da  diplom  alıb.  Təyinat vərəqəsi  ilə  rayon Xalq Maarif 
Şöbəsinin sərəncamına  gəlib.  RXMŞ-nin  əmrilə  keçmiş  Də-
v
əçi  rayonunun  Dağquşçu kənd orta məktəbinə rus dili müəl-
limi gönd
ərilib.  Dağlar  qoynunda  yerləşən bu kənd məktə-
bind
ə o, çox keçməyib ki, özünü yenilikçi, çalışqan və işgüzar 
bir g
ənc  müəllim kimi tanıdıb. 
 Bir müdd
ət bu məktəbdə müəllim işlədikdən sonra Oktay 
Paşayev  ailə vəziyyəti ilə əlaqədar  iş yerini rayonun Gəndov 
k
ənd orta məktəbinə dəyişib. Yeni gəldiyi tədris müəssisəsində  
rus-dili v
ə müsiqi dərslərini tədris etməyə başlayıb. 
Lakin  Oktay mü
əllimi  musiqi təhsilini artırmaq  məsələsi 
daha  çox  düşündürüb.  Ona  görə  o, imtahanları  müvəffəqiy-
y
ətlə  verərək  Soltan  Hacıbəyov  adına  Sumqayıt  şəhər orta 
ixtisas musiqi m
əktəbinə daxil olub. Bu məktəbdə qiyabi yolla 
t
əhsilini davam etdirib. Təhsil müddətini uğurla başa çatdıran 
Oktay mü
əllim əla qiymətlərlə  bu təhsil ocağını bitirərək orta 
ixtisas t
əhsili  alması barədə diplomu alıb. 
Oktay Paşayev  neçə illərdir ki,  Şabran (keçmiş Dəvəçi) 
şəhər 7-illik musiqi məktəbində qarmon ixtisası üzrə müəllim 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə