47
müxtəlif elm sahələrinə aid aşağıdakı əsərlərinin adları
göstərilir: “Kitab ət-Təhsil” (“Təhsil kitabı”), “Kitab əz-
zinə fil-məntiq” (“Məntiqə dair zinət kitabı”), “Kitab fil
musiqa” (“Musiqi kitabı”), “Maudu ilm mabəd ət-təbiə”
(“Metafizika elminin mövzusu”), “Məratib əl-moucudat”
(“Mövcudatın mərtəbələri”). Bu əsərlər arasında öz
həcminə və məzmununa görə “Ət-Təhsil” traktatı xüsusi
yer tutur. Sırf fəlsəfəyə dair yazdığı əsərlərində
Bəhmənyarın fəlsəfi görüşlərinin əsas mənbəyi antik
fəlsəfə, xüsusilə Aristotel və Platon yaradıcılığı olmuşdur.
XI-XII əsrlərdə fəaliyyət göstərmiş daha bir neçə
Azərbaycan peripatetik filosofunun adları məlumdur.
Lakin onlar haqqında məlumatlar çox azdır. Onlardan
biri Şəhabəddin Marağayidir. Bu filosofun ən məşhur
əsəri olan “Əl-Cədəl” (“Dialektika”) traktatı dialektikaya
aid yazılmış ən qiymətli əsərlərdən biri hesab olunmuş
və digər alimlər tərəfindən ona şərhlər yazılmışıdır.
Mənbələrdə Əbu Səid Urməvinin “Kitab fil-ilahi” (“İlahi
haqqında kitab”), “Ər-risalə fil-məntiq” (“Məntiqə dair
traktat”), “Şərh əl-məqalət əl-ula vəs-saniyə min kitab
Uqlidis” (“Evklidin kitabında birinci və ikinci məqalənin
şərhi”) kimi əsərlərinin adları çəkilir. XII əsrdə yaşayıb-
yaratmış Abdulla Urməvi və Əbusəd Təbrizi kimi
peripatetik filosoflarımız da məlumdur.
XIII əsrdə Azərbaycanın, eləcə də bütün Yaxın və
Orta Şərqin bir neçə görkəmli peripatetik filosofu
yetişmişdir. Onlardan biri Əfzələddin Məhəmməd ibn
Namavər Xunəci (1193-1248) olmuşdur. Cənubi Azər-
48
baycanın Xunəc kəndində anadan olmasına baxmayaraq,
demək olar bütün ömrünü Misirdə keçirmiş, orada yaşa-
yıb-yaratmış, oranın ictimai həyatında iştirak etmiş, döv-
lət qulluğunda çalışmışdır. Müasirləri bu alim haqqında
bir çox xoş sözlər söyləmişlər. Xunəcinin müxtəlif elm sa-
hələrinə dair yazdığı əsərlər bu xoş sözlərin əsassız söy-
lənmədiyini sübut edir: “Əl-Mucəz fil-məntiq” (“Məntiqə
dair xülasə”), “Cüməl fil-məntiq” (“Məntiqə dair cümlə-
lər”), “Kəşf əl-əsrar ən qəvamid əl-əfkar” (“Fikirlərin qa-
ranlıq yerlərindən sirlərin kəşfi”), “Məqalə fil-hüdud vər-
rüsum” (“Təriflərə və təsvirlərə dair məqalə”), “Şərh ma-
qaləhu ər-Rəis ibn Sina fin-nabd” (“Rəis ibn Sinanın nəbz
haqqında dediklərinin şərhi”), “Ədvar əl-həmiyyət”
(“Qızdırmanın dövrləri” (“Şərh əl-Qanun” (“Qanunun şər-
hi”). Əsərlərin adlarından da görünür ki, Xunəci fəlsəfəyə
və təbabətə eyni dərəcədə ciddiyyətlə yanaşmış, hər iki
sahədə öz qələmini sınamışdır. Bu cəhət ümumiyyətlə
XII-XIII əsr şərq peripatetik filosofları üçün xarakterik
xüsusiyyətdir. Onların yaradıcılığında fəlsəfə, təbiətşü-
naslıq və dəqiq elmələr bir-birinə qovuşurdu.
XIII əsrin digər görkəmli Azərbaycan peripatetik
filosofu Siracəddin Mahmud ibn Əbubəkr Urməvidir
(1198-1282). O, Cənubi Azərbaycanın Urmiyə şəhərində
anadan olmuş, sonralar Mosula gələrək orada ali təhsil
almış, daha sonra isə Dəməşqə, ordan da Konyaya köçüb,
ömrünün sonuna qədər bu şəhərdə yaşamışdır. Alimin
gəzib dolaşdığı yerləri təsadüfi olaraq bir-bir
göstərmirik. Belə ki, həmin dövrün demək olar bütün
49
Azərbaycan peripatetikləri məhz bu yola bənzər həyat
yolu keçmişlər. Çox zaman alimləri öz vətənləri ilə
bağlayan yeganə cəhət onların Azərbaycan ərazisində
doğulmaları idi. Bütün digər filosoflarımız kimi Urməvi
də məhz ümumşərq mədəniyyətinin yetişdirməsi
sayılmalıdır. Onun ən məşhur əsəri “Mətali əl-ənvar fil-
məntiq vəl-hikmə” (“Məntiqə və fəlsəfəyə dair Nurların
doğuşları”) və “Lətaif əl-hikmə” (“Hikmət incəlikləri”)
traktatlarıdır. Bu əsərlərin hər ikisinə digər filosoflar və
eləcə də müəllifin özü müxtəlif şərhlər yazmışdır.
Yuxarıda adları çəkilən əsərlərdən savayı, Urməvinin
daha bir neçə traktatının adı məlumdur: “Bəyan əl-həqq”
(“Haqqın bəyanı”), “Mənahic” (“Metodlar”), “Risalə fi
əmsilət ət-təarud” (“Ziddiyyətlərin misallarına dair
traktat”), “Ər-Rəsail fil-ilm əl-Cədəl” (“ Dialektika elminə
dair traktatlar”), “Təhzib ən-nükət” (“Həkimanə sözlərin
islahı”), “Ət-Təhsil” (“Təhsil”), “Əl-Əsilə” (“Suallar”) və s.
§ 3. Nəsirəddin Tusi.
Orta əsrlər şərq-islam dünyasının görkəmli
mütəfəkkirlərindən biri Məhəmməd Nəsirəddin Tusi
(1201-1274) özündən sonra zəngin elmi irs qoyub
getmiş alimlərdəndir. Riyaziyyat, astronomiya, tibb,
coğrafiya, fəlsəfə, tarix, ədəbiyyat, incəsənət, ilahiyyat və
digər sahələrə aid əsərləri N. Tusini dövrünün geniş
50
ensiklopedik biliklərə sahib böyük şəxsiyyət kimi tanıdır.
Tədqiqatçı-alim H. Məmmədbəyli “Marağa rəsədxana-
sının banisi Nəsirəddin Tusi” kitabında onun 76 əsərinin
adını çəkmişdir. Z. Məmmədov isə orta əsrlər mənbə-
lərinə əsaslanaraq, onun 150-dən artıq əsəri olduğunu
bildirir
8
. Böyük alimin ən məşhur əsərləri riyaziyyat və
astronomiyaya aid “Zince Elxani” traktatı və Marağada
monqol hökmdarı Hülakü xanın maddi dəstəyi ilə
tikdirdiyi rəsədxana olmuşdur. Əminliklə demək olar ki,
Tusi bu iki işi ilə yalnız şərqdə deyil, dünya elm tarixində
adını əbədiləşdirmişdir.
N. Tusi dəqiq elmlərlə yanaşı, humanitar elmlərlə də
ciddi məşğul olmuşdur. Mənbələr onun məntiqə,
psixologiyaya, “hikmət elmləri”nə, musiqiyə aid yazdığı
əsərlərinin adlarını qoruyub saxlamışdır. Tusinin
fəlsəfəyə və etikaya dair yazdığı əsərlərini xüsusi qeyd
etmək lazımdır: “İbn Sinanın fəlsəfəsi və məntiqinə
şərhlər”, “Teologiya və metafizikaya dair risalə”, “Təcrid
əl-kəlam” (“Kəlamın təcridi”), “İsbat əl-əql” (“Əqlin
isbatı”), “Əsas əl-iqtibas” (“İqtibasın əsası”). Məhz bu
əsərlərində alim Yaxın və Orta Şərqin böyük peripatetik
filosofları İbn Sinanın, Əbu Nəsr Fərabinin layiqli
davamçısı kimi çıxış etmişdir. Tusinin bu sahəyə aid
yazdığı əsərləri sırasında “Əxlaqi-Nasiri”, şübhəsiz,
özünün xüsusi mövqeyi ilə seçilir.
8
Z.C. Məmmədov, Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir, B., 1978, səh. 87
Dostları ilə paylaş: |