80
Dövlət arxivində “Məqalələr” bölməsində saxlanan
həmin yazı onun kafedra müdiri kimi antik ədəbiyyat
sahəsində yazdığı ilk qələm təcrübəsidir.
Demək lazımdır ki, məqalənin (şərti olaraq yazını
belə adlandıracağıq) səviyyəsi həmin dövrün özü üçün
belə çox aşağıdır. Burada demək olar hər cümlədə irili-
xırdalı bir çox qüsurlar var. Təsadüfi deyil ki, 1958-ci il
dərsliyinə bu yazının heç bir hissəsi daxil olmamışdır.
Lakin həmin dövrdə universitetdə antik ədəbiyyatdan
keçilən dərslərin səviyyəsinə bələd olmaq baxımından
məqalənin bəzi yerlərini nəzərdən keçirmək zəruridir.
İlk növbədə məqalənin adı diqqəti çəkir. Biz “yunan
ipisləri” ifadəsinin nə demək olduğunu söyləməyə çətin-
lik çəkirik. Belə sözə (“ipislər”) klassik filologiya sahəsin-
də yazılmış heç bir məqalədə bu vaxtadək rast gəlməmi-
şik. Sözün yeganə izahı odur ki, müəllif “yunan eposları”
yazmaq istəyib, səhvən “yunan ipisləri” gedib. Lakin mə-
qalədə bu səhv ifadə bir dəfə yox, dəfələrlə işlədilmişdir,
odur ki, onun adi “səhv” olmasına şübhə yaranır.
Məqalədə Homerə, Hesioda, yunan lirikasına, drama-
turgiyasına (faciə və komediya), Aristotel və onun poeti-
kasına, Ellinizm dövrü ədəbiyyatına, Roma ədəbiyyatına
xüsusi bəhslər ayrılsa da, heç bir bəhsi uğurlu hesab
etmək olmaz. Maraqlıdır ki, məqalənin həm nəzəri
hissələrində, həm də ədəbiyyat nümunələrinin məzmunu
danışılarkən buraxılan nöqsanlar saysız-hesabsızdır.
Məsələn, “İlliada”nın məzmunu verilərkən belə bir yerə
rast gəlirik: “Aqamemnon müharibəyə gəldiyi zaman özü
81
ilə Xrizin qızı Xrizeidanı gətirmişdi”. Poemada isə
Xriseida axeylilər tərəfindən Troya ətrafı ərazilər işğal
edilərkən ələ keçirilmişdi. Belə misallar olduqca çoxdur
və elə təəssürat yaranır ki, müəllif antik ədəbiyyat
nümunələrinin özünü oxumamış, onlarla hansısa başqa
mənbələrdən tanış olmuşdur.
Məqalənin başlıca nöqsanlarından biri müəllifin
qədim yunan miflərinə və oradakı obrazlara sinfi nöq-
teyi-nəzərdən yanaşmasıdır. Bu cəhət Homer və Hesiod
yaradıcılıqlarına həsr olunmuş hissələrdə özünü daha
aydın göstərir:
1. ”Əvvəla Homer bir aristokrat yazıçı və kütlələrə
yuxarıdan aşağı aristokrat görüşü ilə baxır, əsərində
onları kütlə halında vermişdir. Onların... Axilles kimi
obrazlarını yaratmamışdır”. Müəllif Tersit obrazından da
məhz Homer eposundakı sinfiliyi qabarıq göstərmək
üçün istifadə edir onu xalq kütlələrinin təmsilçisi kimi
verməyə çalışır.
2. ”...Yazıçı...onu (Tersiti – E.K.) hər cəhətdən gülünc
göstərməyə çalışmışdır...Xaricini onun gülünc göstərmək
istəmiş isə batinən belə çıxmamış, çünki onun danışığı
bir bomba kimi partlayır. O devrin ən inqilabi fikirlərini
deyir”.
3. ”Demək əsərin içərisində sinfi ziddiyyət açıq şəkil-
də özünü göstərir. Bir tərəfdən aristokratiya nümayən-
dələri, onların tələbləri, onların arzuları, onların hərəkət-
ləri. istəkləri, ikinci tərəfdən kütlə və kütlənin qarşısında
Terzit, onun görüşləri, onun nitqləri. bu ziddiyyət sinfi
82
ziddiyyət idi. Yazıçı bu ziddiyyəti göstərdiyi zaman öz
cəbhəsini təyin etmiş, onun cəbhəsi aristokratiya cəbhə-
sidir və bu cəbhədən də o, başqa siyası, iqtisadi və milli
ideyaları irəli atmışdır”.
Göründüyü kimi, burada “İlliada”ya və ümumiyyətlə
Homer yaradıcılığına xas olmayan xüsusiyyətlərdən da-
nışılır. Antik ədəbiyyatın belə bir yanlış təhlilini həmin
dövrün, zamanın (repressiya illəri) ictimai-siyasi vəziy-
yəti ilə əlaqələndirmək fikrimizcə düzgün olmazdı. Belə
ki, 1938-ci ildə işıq üzü görmüş Ə. Ağayevin “Dərsliyin-
də” bu məqamlar heç də qabardılmamışdı. Ə. Sultanlı isə
məqaləsində hər bir qədim yunan ədibinin yaradıcılığını
nəzərdən keçirərkən, ilk növbədə, onun sinfi vəziyyəti
ilə, əsərlərinin sinfi təmayülü ilə maraqlanır, bu mənada
istifadə oluna biləcək hər hansı fikri xüsusi şəkildə qa-
bardır. Bunu biz Hesiod, yunan faciənəvisləri və
Aristofan yaradıcılığına həsr olunmuş hissəllərdə də mü-
şahidə edirik.
4. ”Əgər Homer bir aristokrat yazıçı kimi vaxtını
saraylarda keçirmiş isə, təntənə və hikmətlə həyat
içərisində yaşayaraq öz qəhrəmanlıq dastanlarını saray-
larda yazmış isə əksinə olaraq Hesiod bilavasitə zəh-
mətçi olmuş, bilavasitə əməkçi olmuş, bilavasitə köləliyi
o öz həyatında sezmiş, təcrübə etmiş və kənddən-kəndə
gəzdiyi zaman ağır ehtiyaclar içərisində qaldığı zaman o
şeirlərini yazmışdır”. Burada da antik müəlliflərə sinfi
yanaşmanın tipik nümunəsi müşahidə olunur. Təkcə onu
demək kifayətdir ki, Homerin “saray şairi” olması haq-
83
qında heç bir ciddi mənbədə məlumat yoxdur. “Homer
sualı”nı tədqiq edən alimlər onun “aed”, yoxsa “rapsod”
olması haqqında bir sıra ehtimallar irəli sürsələr də,
onlardan heç biri Homeri “saray şairi” hesab etməmişdir.
Bundan əlavə, məlumdur ki, Homer ibtidai-icma quru-
luşunun quldarlıq quruluşuna keçidi dövründə yaşayıb-
yaratmışdır. Həmin dövrdə isə Yunanıstanda bizim
bildiyimiz mənada nə saraylar, nə də saray şairləri möv-
cud olmuşdur.
Məqalədə tarixi-xronoloji səhvlərə də rast gəlmək
mümkündür. Eyni zamanda, müəllif antik ədəbiyyatın
yarandığı dövrü adlandırarkən istifadə etdiyi termino-
logiya da böyük mübahisələr doğurur. Məs., “Yunan
ədəbiyyatının ilk yadigarları Yunan cəmiyyətinin cinsi
cəmiyyət formasiyasını devirib keçdiyi bir etapda yara-
dılmışdır. Artıq II əsr qəbləlmiladdan etibarən biz yunan
cəmiyyətində köləlik formasiyasının nazirlərinə rast
gəlirik”. Burada hələ 1930-40-cı illərdə geniş istifadə
olunan “ibtidai-icma quruluşu”, yaxud “qəbilə quruluşu”
anlayışları yerinə “cinsi cəmiyyət” anlayışından istifa-
dənin səbəbləri aydın deyil və bu əvəzlənməni doğru
hesab etmək olmaz, onlar heç də eynimənalı anlayışlar
deyil. Bununla yanaşı, məlumdur ki, antik yunanlarda
köləliyin izlərinə e.ə. II əsrdə deyil, ondan çox əvvəlki
dövrdə - e.ə. VIII-VII əsrlərdə rast gəlmək mümkündür.
Başqa sözlə, antik Yunanıstanda köləliyin təşəkkül tarixi
də yazıda səhv göstərilmişdir.
Dostları ilə paylaş: |