64
şairləri hər hansı mövzuda yazdıqları əsərləri əvvəlcə
Allaha, peyğəmbərə münacatla başladıqları kimi, bu
dövrün alimləri də öz tədqiqatlarını K. Marksın, F.
Engelsin, V. Leninin mövzuya aid fikirlərini sitat gətir-
məklə başlayır, klassik ədiblərimizin nət və münacatları
bir-birinə necə bənzəyirdilərsə, marksizm filosoflarına
həsr olunmuş bu hissələr də bir-birinə eləcə bənzə-
yirdilər. Burada, adətən, Marksın yunan mifologiyası
haqqında fikirləri verilir, onun mifologiya tərifi, ayrı-ayrı
yunan şairləri və dramaturqları haqqında düşüncələri
qeyd olunurdu.
Ə. Ağayevin jurnal məqaləsində bu ənənəvi giriş
hissəsindən sonra bilavasitə Homer yaradıcılığı haqqın-
da məlumat gəlir ki, bu da müəllifin 1938-ci il dərsliyin-
dəki Homerə aid yazının demək olar təkrarıdır. Burada
“Homer sualı”na aid klassik filologiyada mövcud olan
nəzəriyyələr göstərilir və sonra müəllif ona dair öz
fikrini bildirir. Müəllif Homer poemalarının kollektiv
yaradıcılıq məhsulu olması fikrindədir. Məqalənin ən
maraq doğuran yeri isə “İlliada” ilə “Odisseya” arasındakı
fərqlərin göstərildiyi hissədir. Həmin yer fikrimizcə
burada bütövlükdə göstərilmməyə layiqdir: “İlliada”
müharibələr, “Odisseya” isə sülh eposudur, “İlliada”
böyük hərəkət və yürüşlərin, “Odisseya” isə səbr və sə-
batlığın təsvirini verir, “İlliada” tragediyalar, “Odisseya”
imtahanlar eposudur”
21
. Yığcam, lakin dəqiq təsbitlərdir.
21
“Revolyusiya və kultura” (jurn.). 1941., 2-ci sayı.
65
Məqalə “İlliada” poemasının qısa məzmununu verməklə
başa çatır. Eyni strukturu “Revolyusiya və kultura”
jurnalının 1941-ci il 3-cü nömrəsində gedən “Yunanıstan
ədəbiyyatında lirika” məqaləsində də görmək olar.
Burada da əvvəlcə qədim yunan lirikasının meydana
gəldiyi dövr (VII-VI əsrlər göstərilmişdir) haqqında,
qəbilə quruluşunun dağılması ilə əlaqədar yeni sinifli
cəmiyyətin lirika üçün münbit şərait yaratması haqqında
qısaca icmal verilir. Sonra hər bir yunan liriki haqqında
(Arxilox, Tirtey, Alkey, Sapfo, Anakreont) ayrıca qısa
məlumat verilir və onların yaradıcılıqlarından parçalar
(M. Rzaquluzadənin tərcüməsində) təqdim edilir.
Göründüyü kimi, hər iki məqalə tanışlıq xarakteri
daşıyır. Burada müəllif qarşısına müəyyən məsələni
tədqiq etmək, onu hərtərəfli öyrənmək məqsədi qoymur,
yalnız nəzərdən keçirdiyi mövzu haqqında ümumi
məlumatlar verir. Hətta verilən məlumatların özləri belə
bəzən həqiqətə uyğun gəlmir. Məs., alim Arxiloxun,
Sapfonun, Anakreontun yaradıcılıqları haqqında danı-
şarkən, onların “epikurizmi”ni vurğulayır. Halbuki,
yunan lirikləri ilə Epikür arasında ən azı 2 əsrlik zaman
kəsiyi mövcuddur. Məlumdur ki, antik lirik şairlərin
yaradıcılığına o dövrün ən geniş yayılmış fəlsəfə məktəb-
lərindən sofistikanın və sokratsayağı azadfikirliyin
müəyyən təsiri olmuşdur.
Ə. Ağayevin antik ədəbiyyatla məşğul olmaqda ikinci
məqsədi yuxarıda göstərdiyimiz kimi, ali məktəblərin
filologiya fakültəsi tələbələrini müəyyən dərs vəsaiti ilə
66
təmin etmək idi. O dövr Azərbaycanda bu sahəyə aid
dərslik yaratmağa böyük ehtiyac vardı. Bütün İttifaq
respublikalarında filologiya fakültələrdə keçilən “Antik
ədəbiyyat” kursu üçün həmin respublika əhalisinin yerli
dilində dərslik yaratmaq zəruri idi və bu cür dərsliklər
hər yerdə yaranırdı. Böyük ehtimalla bu işin özü də
mərkəzin tapşırığı əsasında görülürdü. Azərbaycanda bu
cür dərsliyi yaratmaq işini Ə. Ağayev öz üzərinə
götürmüşdü. 1938-ci ildə “Yunan ədəbiyyatı tarixi oçerk-
ləri” adı ilə çap olunan dərslik (redaktor Cəfərov) Azər-
baycan dilində antik ədəbiyyata aid ilk dərslik idi. O,
bütün antik ədəbiyyat kursunu əhatə etmir, yalnız
Homer yaradıcılığından Aristotelə qədər keçən dövr
haqqında, bu dövr ərzində fəaliyyət göstərən ən görkəm-
li ədiblər haqqında qısa icmal məlumatlar verilirdi. Lakin
kitabın sonunda verilmiş qeyddən (“Birinci hissənin
sonu”) aydın olur ki, dərsliyin davamını nəşr etmək
nəzərdə tutulurdu.
Antik ədəbiyyata aid Azərbaycan dilində yazılmış ilk
dərslik aşağıdakı bölmələrdən ibarətdir: 1) Antik
cəmiyyət haqqında marksist anlayışı; 2) Marksizm
klassikləri antik cəmiyyət və antik sənəti haqqında; 3)
Yunan ədəbiyyatı, Homer; 4) Homerdən sonra yunan
ədəbiyyatı və Hesiod; 5) Lirika; 6) Dramaturgiya; 7)
Esxil; 8) Sofokl; 9) Evripid; 10) Yunan komediyası və
Aristofan; 11) Yunan fəlsəfəsi və Aristotel; 12) Ədəbiyyat
siyahısı. Adı göstərilən bölmələrin keyfiyyətinə gəldikdə
isə Ə. Ağayevin məqalələri üçün dediyimiz sözləri kiçik
67
dəyişikliklərlə onlara da şamil etmək mümkündür. Biz
burada dərsliyin yalnız diqqətəlayiq, eyni zamanda
mübahisə doğuran hissəllərini göstərməyə çalışacağıq.
Dərsliyin girişi kimi marksizm klassiklərinin antik
ədəbiyyat haqqında söylədiyi fikirlər gətirildikdən sonra
müəllif bilavasitə yunan ədəbiyyatına keçir və onun tari-
xi dövrləşməsini verir. Dövrləşmə yalnız antik ədəbiyyatı
deyil, sonrakı yunan ədəbiyyatını da (müasir zamanlara
qədər) əhatə edir və 3 dövrə ayrılır: 1) Qədim dövr ədə-
biyyatı; 2) Orta və ya Bizans dövr ədəbiyyatı; 3) XV əsrin
ortalarından sonrakı Yeni dövr ədəbiyyatı. Burada veri-
lən II və III dövrlər antik ədəbiyyat kursuna aid olmadığı-
na görə, bütün yunan ədəbiyyatını bu cür dövrləşdirmə-
yə ehtiyac yox idi (burada yəqin ki, müəllifin istifadə et-
diyi mənbələr öz təsirini göstərmişdi). Həmin hissədən
sonra I dövr xüsusi alınaraq, bir neçə mərhələyə bölünür
ki, antik ədəbiyyatın həqiqi dövrləşməsi məhz bu hissə
sayılmalıdır. Müəllif “Qədim dövr” (bu dövr eyni zaman-
da “klassik dövr” kimi də adlandırılır) yunan ədəbiyyatı-
nı 3 mərhələyə ayırır: “İlk dövr, Attika dövrü və İntihat
dövrü”. Ilk dövr Homer yaradıcılığından başlayaraq, e.ə.
475-ci ilə qədər keçən zaman kəsiyini, Attika dövrü e.ə.
475-300-cü illəri, “İntihat dövrü” isə e.ə. 300-cü ildən b.e.
529-cu ilinə qədər keçən müddəti əhatə edir. Sonuncu
dövrün özü də iki hissəyə - “Aleksandr mərhələsi”nə (e.ə.
300-cü ildən e.ə. 146-cı ilə qədər) və “Yunan-Roma mər-
hələsi”nə (mötərizədə bu mərhələ “Ellinizm” adlandırı-
lır) ayrılır.
Dostları ilə paylaş: |