76
dəfə sistematik şəkildə yanaşan alimin – Ə. Ağayevin ya-
radıcılığını nəzərdən keçirdik. Antik ədəbiyyatla məşğul
olan alim kimi Ə. Ağayev yaradıcılığının
üçüncü istiqamə-
ti – redaktorluq fəaliyyəti idi. Belə ki, o, “Roma ədəbiyya-
tı müntəxabatı” (1959), Aristotelin “Poeziya sənəti haq-
qında” (1974) kitablarının redaktoru olmuşdur. Yaradıcı-
lığının son dövründə alim görünür ki, bu istiqamətdə fəa-
liyyətinə böyük məsuliyyət və tələbkarlıqla yanaşmışdır.
Bunu nəşr olunmuş kitabların keyfiyyət səviyyəsi sübut
edir. “Roma ədəbiyyatı müntəxabatı” öz strukturuna və
məqalələrinin məzmununa görə əvvəlki “Antik ədəbiyyat
müntəxabatı”ndan qat-qat yüksəkdə dururdu. Eyni za-
manda, A. Aslanovun Aristoteldən etdiyi tərcümə kitabı
da sırf tərcümə çərçivəsindən kənara çıxır (hər iki kitab
haqqında sonrakı fəsillərdə daha ətraflı bəhs olunacaq).
Odur ki, biz Ə. Ağayevi Azərbaycanda qərb klassik filolo-
giyasının ilk nümayəndəsi kimi nəzərdən keçirməklə ya-
naşı, qeyd etməliyik ki, bu alimin daha yüksək elmi səviy-
yəyə çatması üçün hər cür daxili intellektual potensialı
olmuşdur. Xüsusilə, 1938-ci il dərsliyinə daxil olmuş mə-
qalələr bütün ziddiyətli və mübahisəli məqamları ilə ya-
naşı, bir çox yerlərdə alimin müstəqil düşüncə qabiliyyə-
tini, dərin təfəkkürünü aşkarlayırdı. Bütün bunlara əgər
qərb klassik filologiyası sahəsində yüksək peşəkar təhsil
də əlavə olunsaydı (ilk növbədə, qədim dilləri bilmək,
orijinal mənbələrlə iş), biz Azərbaycan elmində klassik
filologiya sahəsində dünya səviyyəli filoloqun yetişməsi-
nə şahid ola bilərdik. Lakin belə təhsil həmin dövrdə tə-