92
qədim yunan lirikasının “elegiya” və “yamb” janrlarını
adlandırmaq üçün istifadə olunmuşdur ki, bunun özü də
yanlışdır. Antik yunan poetikasının öz xüsusi termino-
logiyası vardır və klassik filoloqlar adətən bu termino-
logiyadan kənara çıxmır, onları “milliləşdirmək” cəhdləri
etmirlər.
Müntəxabata daxil edilmiş kiçik həcmli məlumatlar
haqqında ümumi fikir söyləyəcək olsaq deməliyik ki, bu
məlumat-yazıların Ə. Sultanlıya mənsubluğu şübhə do-
ğurmur. Bəzi hissələrdə İ.M. Tronskinin 1946-cı il dərsli-
yinin müəyyən təsiri hiss olunsa da (xüsusilə Aristofanın
“Quşlar” komediyası, Herodotun “Tarix” əsəri haqqında
məlumat verilərkən) belə yerlər digər hissələrlə müqayi-
sədə çox azlıq təşkil edir. Digər tərəfdən, “Müntəxabatı”n
əsas məziyyəti əslində bu qısa məlumatlarda deyil. Dərs-
lik ilk növbədə antik ədəbiyyatın bütün dövrlərinə aid ən
məşhur nümunələri ilk dəfə olaraq bir yerə topladığına
görə böyük əhəmiyyət kəsb edir və 60-cı illərdə Azərbay-
can dilində təhsil alan tələbələrdə qədim yunan ədəbiy-
yatına marağın artmasına səbəb olurdu. Bu mənada
1950-ci ildə çap olunmuş “Antik ədəbiyyatı müntəxabatı”
Azərbaycanda antik ədəbiyyatın tədrisi işinə, şübhəsiz ki,
müsbət təsirini göstərmişdir. Müntəxabat nəinki 50-60-
cı illərdə, hətta bu günün özündə də tələbələrə qədim yu-
nan ədəbiyyatı nümunələrini Azərbaycan dilində oxuma-
ğa imkan verən yeganə vəsaitdir və təkcə buna görə
onun müəllifləri ən yüksək qiymətə layiqdirlər.
93
***
Azərbaycanda 50-ci illərin sonlarında antik ədəbiy-
yatın tədrisi işini daha yüksək səviyyəyə qaldırmaq
məqsədini qarşıya qoyan iki böyük hadisə baş verdi.
1958-ci ildə “Antik ədəbiyyat tarixi” dərsliyi (redaktor C.
Cəfərov), 1959-cu ildə isə “Roma ədəbiyyatı müntəxa-
batı” (redaktor Ə. Ağayev) nəşr olunaraq tələbələrin,
həmçinin bu sahə ilə maraqlanan geniş elmi ictimaiy-
yətin ixtiyarına verildi. Hər iki dərsliyin Azərbaycanda
qərb klassik filologiyası sahəsinə marağın yüksəlməsinə
böyük təsiri olsa da, onların heç biri, əlbəttə, elmi-
tədqiqat xarakteri daşımırdı. Hər iki dərslik əsasən
filologiya fakültəsində oxuyan tələbələr üçün nəzərdə
tutulmuş, antik ədəbiyyatdan keçilən dərslərin proqra-
mına uyğun yaradılmışdı. Nəhayət, bu dərsliklərin
ümumi cəhətlərindən biri də hər iki dərsliyin tərtib-
çisinin Ə. Sultanlının olması idi. Biz təsadüfi olaraq “hər
iki dərsliyin tərtibçisi” ifadəsini işlətmədik. Belə ki,
fikrimizcə, Ə. Sultanlı “Antik ədəbiyyat tarixi” dərsliyinin
müəllifi deyil, məhz tərtibçisi adlandırılsa daha doğru
olar. Fikrimizi əyani sübut etmək üçün hər iki dərsliyi
müqayisəli təhlilə cəlb etmək zərurəti var .
Ilk növbədə qeyd etmək lazımdır ki, hər iki dərslikdə
verilən məqalələrin ümumi səviyyəsi o dövrə qədər
sovet Azərbaycanında antik ədəbiyyat sahəsində yara-
dılmış bütün yazıların səviyyəsindən dəfələrlə yüksəkdir.
Biz artıq bu dərsliklərdə əvvəlki kobud, tez-tez təkrar-
94
lanan nöqsanlara rast gəlmirik. Nöqsanlar çox azdır və
əsasən kitabın I hissəsində (“Yunan ədəbiyyatı”) müşa-
hidə olunur. Bu dərsliklərdə əvvəlki dərslik ənənəmizdə
üzə çıxan ciddi metodoloji qüsurlara da rast gəlmirik
(hərçənd, belə qüsurlar tamamilə aradan qaldırılma-
mışdır). Məs., bəhslər kifayət qədər kiçik hissələrə
bölünmüşdür (bu hissələrin adları olsaydı, daha yaxşı
olardı). Dərslikdəki bəhslərin belə kiçik hissələr şəklində
verilməsi bir tərəfdən müəllifə həmin bəhslərdə toxu-
nulan mövzunu daha dərindən işləmək imkanı yaradır,
digər tərəfdən tələbələrin həmin bəhsləri daha asan
qavramasına kömək edir.
Lakin hər iki kitabın bir mühüm cəhəti vardır ki, o
ümumikdə qeyri-peşəkar səviyyədə klassik filologiya ilə
məşğul olanlar üçün spesifik əlamətdir. Dərslikdə plagi-
at halları mövcuddur. Biz daha öncə Ə. Sultanlının “Antik
dövrdə bədiyyat və ədəbiyyatşünaslıq məsələləri” tədris
vəsaitini nəzərdən keçirərkən, bu əsərin müəllifə məx-
susluğunu şübhə altına almışdıq. Lakin əlimizdə heç bir
konkret sübut olmadığından, o zaman qəti fikir söylə-
məkdən çəkinmişdik. Hazırda nəzərdən keçirdiyimiz iki
dərsliyə gəlincə, biz bu haqda tamamilə qəti fikir söyləyə
bilərik və ümid edirik ki, fikrimiz qərəzli niyyətsiz, ob-
yektiv təhlil zamanı ortaya çıxan nəticə kimi qəbul oluna-
caq.
Qeyd etmək lazımdır ki, Ə. Sultanlının antik ədəbiy-
yata dair yazdığı elmi işlərinin sonunda ədəbiyyat siyahı-
sı nədənsə göstərilmir. Bunu bir alim kimi onun başlıca
95
nöqsanlarından biri hesab etmək olar. Bundan əlavə,
“Roma ədəbiyyatı müntəxabatı”nın “İlk söz”ünə yekun
vurarkən, Ə. Siltanlı “tərcüməçilərə və bəzi məqalələrin
müəlliflərinə” öz təşəkkürünü bildisə də, həmin müəllif-
lərin adlarını və onların konkret olaraq Müntəxabatın
hansı məqalələrini yazdıqlarını göstərmir. Yalnız dərsli-
yin “Mündəricat”ında cəmi üç yazının qarşısında A.M.
Mudrov imzası verilmişdir.
Əvvəlcə, bu hissələr haqqında. Müntəxabatda A.M.
Mudrov imzası ilə gedən ilk yazı “Respublika dövründə
Roma ədəbiyyatı”dır. Bu bəhs eyni adlı başlıqla Ə. Sultan-
lının 1958-ci il dərsliyində “Roma ədəbiyyatı” hissəsində
getmişdir. Hər iki dərslikdə verilən yaziların tamamilə
eyni olmalarını əyani şəkildə göstərmək üçün aşağıdakı
sitatları gətiririk.
Müntəxabatda: “Yunan cəmiyyəti kimi, Roma quldar-
lıq cəmiyyəti də bir sıra inkişaf mərhələri keçirmiş, lakin
Engelsin təbirincə, burada “bütün proseslər yeni yüksək
pillədə təkrar olunurdu”. Yunan cəmiyyəti üçün xarakter
olan ziddiyyətlər Roma cəmiyyəti tarixində, xüsusən Ro-
ma imperiyası dövründə ən kəskin ziddiyyətlərə keçir ki,
bu da Antik quldarlıq cəmiyyətinin məhvinə səbəb olur”
(A.M. Mudrov).
1958-ci il dərsliyində: “Yunan cəmiyyəti kimi, Roma
quldarlıq cəmiyyəti də bir sıra inkişaf mərhələri keçir-
miş, lakin Elgelsin təbirincə, “bütün prosesi daha yüksək
pillədə təkrar” etmişdir. Yunan cəmiyyəti üçün səciyyəvi
olan ziddiyyətlər, Roma cəmiyyəti tarixində, xüsusilə im-
Dostları ilə paylaş: |