104
qəhrəmanlığına həsr edilmişdir. Boyların üzvi surətdə
birləşmələrinə imkan qalmamışdır. Boyların arasında bir
sıra keyfiyyət, başqa ziddiyyətlərin olması fikrimizi sü-
but edir”. Burada isə Laxmanın Homer poemaları ilə bağ-
lı irəli sürdüyü “Nəğmə nəzəriyyəsi” özünün Azərbaycan
variantında meydana çıxmışdır. Bu nəzəriyyəyə görə, qə-
dim dastanlar öncə ayrı-ayrı müstəqil qəhrəmanlıq “nəğ-
mələr”indən ibarət olmuş, tarixi inkişaf prosesində han-
sısa şəxs, yaxud şəxslər tərəfindən onlar birləşdirilmiş-
dir. Qədim dastanlarda meydana çıxan bir çox anaxro-
nizmlərin, ziddiyyətlərin səbəbi də “nəğmələr”in bu cür
mexaniki birləşdirilməsindədir. “Kitabi-Dədə Qorqud”
dastanlarının formalaşması haqqında danışarkən, Ə. Sul-
tanlının bu iki nəzəriyyədən (“ilk nüvə nəzəriyyəsi” və
“nəğmə nəzəriyyəsi”) hansı birinə üstünlük verməsi tə-
əssüf ki, aydın olmur.
“Dədə Qorqud və Yunan dastanları” tədqiqatında aş-
kar hiss olunan ikinci əlamət Ə. Sultanlının bir alim kimi
təəssübkeşliyidir. Biz bunu Beyrək-Odissey, Dəli Domrul-
Admet, Təpəgöz-Polifem və Basat-Odissey obrazlarının
müqayisəli təhlili zamanı xüsusilə aşkar hiss edirik. Belə
ki, bəzən bu təəssübkeşlik alimin obyektivliyinə müəy-
yən təsir göstərir. Məs., müəllif dastanın Dəli Domrul və
yunan mifologiyasının Admet obrazlarını müqayisə edər-
kən, onların xarakteristikalarını verir. Bu zaman Admet
əslində olduğu kimi deyil, ifrat mənfi surət kimi təqdim
olunur: “Yunan əsatirində Admet xüdbindir. O, hər şey-
dən əvvəl özünü düşünür. Onun xəyalları, əsl mənada bir
105
xüdbinin xəyallarıdır. Öz canını ona qurban verən Alkes-
ta qarşısında qəti surətdə xəcalət çəkmir. Arvadının me-
yiti başında o, göz yaşı tökərkən həm zavallı bir adama,
həm də köməksiz bir uşağa bənzəyir”. Maraqlıdır ki, “An-
tik ədəbiyyat tarixi” dərsliyində Evripid yaradıcılığı nə-
zərdən keçirilərkən, “Alkesta” faciəsinin baş qəhrəmanı
Admet daha düzgün təhlil edilir və belə mənfi çalarlar
qazanmır.
Təpəgöz-Polifem obrazlarının müqayisəsi zamanı isə
müəllifin təəssübkeşliyi Təpəgözü daha “mükəmməl” bə-
dii surət kimi təqdim etməsində üzə çıxır. Ə. Sultanlı Tə-
pəgözlə Polefemin bütün oxşar və fərqli cəhətlərini mü-
fəssəl şəkildə göstərəndən sonra (bu fərqli cəhətlərin bə-
ziləri mübahisəlidir) iki əsas nəticəyə gəlir: əvvəla, Təpə-
göz Polifemdən daha qədimdir, ikincisi isə Təpəgöz Poli-
femə nisbətən bədii cəhətdən daha dolğundur: “Dədə
Qorqud” Təpəgözü, Fon Ditsin rəyinə rəğmən, Polifemə
qəti surətdə bənzəmir. Təpəgöz tamamilə fərdi xüsusiy-
yətlərə, xüsusilə qiqloplar üçün xas olan əlamətlərə ma-
lik bir bədii surətdir... “Dədə Qorqud” Təpəgözü bədii cə-
hətdən mükəmməl, bütöv bir surətdir”. Müəllifin gəldiyi
birinci nəticəyə heç bir iradımız olmadığı halda, ikinci
nəticəsi ilə heç cür razılaşa bilmərik. Belə ki, “Odisse-
ya”dakı Polifem obrazı da özünün “fərdi xüsusiyyətləri”,
“qiqloplara xas olan əlamətləri”, “mükəmməl”liyi və “bü-
tövlüyü” ilə eyni dərəcədə fərqlənir.
Bütövlükdə götürdükdə, Ə. Sultanlının “Dədə Qorqud
və yunan dastanları” əsəri haqqında, onun uğurlu və qü-
106
surlu cəhətləri haqqında danışarkən xüsusi olaraq vurğa-
lamalıyıq ki, bu elmi tədqiqat işi 1930-60-cı illər Azər-
baycan klassik filologiyası üçün yeni, fərqli hadisədir və
gələcəkdə görüləcək işlərin düzgün istiqamətlənməsi
üçün böyük əhəmiyyətə malikdir. Bu mənada prof. Ə.
Sultanlının ümumilikdə antik ədəbiyyatın tədqiqi və təd-
risi sahəsində gördüyü işlər bütün ziddiyyətli cəhətlərinə
baxmayaraq, Azərbaycanda klassik filologiyanın bir fənn
kimi inkişafına özünün müsbət təsirini göstərmişdir.
107
III FƏSİL
1960 – 80-CI İLLƏR
§1. A. Aslanov və 1960-cı ildən sonrakı tədqiqatlar.
Azərbaycanda ana dilində antik ədəbiyyatın tədrisi
üçün XX əsrin 30-cu illərindən görülməyə başlayan işlər
60-cı illərin əvvəllərində demək olar başa çatdı. BDU-nin
filologiya fakültəsində “Antik ədəbiyyat” kursununun
tam şəkildə olmasa belə (dərsliklərin məzmunundan gə-
lən nöqsan) tələbələrə çatdırılması üçün zəruri olan dərs
vəsaitləri artıq bu illərədək işıq üzü görmüşdü. Düşün-
mək olardı ki, alimlərimiz bu nailiyyətlə kifayətlənməyə-
cək, respublikamızda qərb klassik filologiyasının səviy-
yəsini daha da inkişaf etdirməyə çalışacaqlar. Əfsuslar ol-
sun ki, hadisələr bu istiqamətdə cərəyan etmədi. Səbəb
kimi bir neçə məqamı göstərmək olar: universitetdə sa-
hənin inkişfı üçün zəruri olan struktur islahatları baş
vermədi, məs., 1919-20-ci illərdə istifadə olunan təcrü-
bədən – kənardan müəllim dəvət etmək təcrübəsindən
istifadə olunmadı; istedadlı tələbələr İttifaqın digər ali
məktəblərinə (məs., Moskvaya, Tbilisiyə) bu sahədə təh-
sillərini davam etməyə göndərilmədi və s. Nəticədə, filo-
logiyamızın bu istiqamətində 30-60-cı illərdə hiss olunan
108
canlanma klassik filologiyamızın yeni inkişafı ilə nəticə-
lənmədi. Odur ki, 1960-cı ildən sonrakı tədqiqatlar özü-
nün kəmiyyətcə azlığı, həm də sistemsizliyi ilə fərqlənir-
di. Antik ədəbiyyat yenə də filologiyanın başqa sahələri
ilə məşğul olan alimlərin həvəskar məşğuliyyət sahəsi
olaraq qalırdı. Sırf Qərb klassik filologiyasında heç olma-
sa İttifaq miqyasına çıxa biləcək bir nəfər alim belə yetiş-
mədi (qonşu respublikalardan fərqli olaraq).
60-cı illərdən sonra da Azərbaycanda antik ədəbiyya-
tın tədrisi və təbliği qayğısına əsasən 60-cı illərdən öncə
bu işlə məşğul olanlar qalırdılar. Köhnə imzalar arasında
yalnız A. Aslanovun imzası yeni idi. Ə. Sultanlının aktiv
fəaliyyəti ilə bir müddət arxa plana çəkilmiş Ə. Ağayev
yenidən antik ədəbiyyat sahəsində fəaliyyət göstərməyə
başlamışdı: 60-cı ildən sonra respublikamızda antik dün-
ya ilə bağlı olan iki hadisə - Homerin “İlliada” və “Odisse-
ya” poemalarının, həmçinin Aristotelin “Poeziya sənəti
haqqında” traktatının nəşrlərinə məhz bu görkəmli alim
redaktorluq etmişdi.
***
1974-cü ildə Aristotelin “Poetika”sı Azərbaycan
Dövlət Nəşriyyatında “Poeziya sənəti haqqında” adı ilə
işıq üzü gördü. Azərbaycan dilinə tərcümənin, kitaba
daxil edilmiş iki məqalənin və şərhlərin müəllifi Aslan
Aslanov idi.
“Aristotel və onun Poetikası” kitabda verilən birinci
məqalədir. Fikrimizcə, bu yazı Azərbaycan klassik filolo-
Dostları ilə paylaş: |