102
1. ”Kitabi-Dədə Qorqud” və qədim yunan eposlarının
meydana gəlməsində, dastan şəklində formalaşmasında
müşahidə olunan oxşarlıq və fərqlər;
2. qədim dastanlarda (burada və sonra Azərbaycanın
“Kitabi-Dədə Qorqud”u və yunanların “İlliada” və
“Odisseya”sı nəzərdə tutulur) meydana çıxan zaman
ziddiyyətlər, anaxronizmlər;
3. qədim dastanlarda eyni hissələrin müxtəlif yer-
lərdə təkrarlanması, qəhrəmanların müəyyən sabitləş-
miş təşbehlər qazanması;
4. qədim dastanlarda müşahidə olunan səyyar
mövzuların izahı ilə bağlı aparılan
müqayisələr;
5. yuxarıda qeyd edilən səyyar mövzuların izahı
zamanı meydana çıxan əsas obraz müqayisələri. Odissey-
Bamsı Beyrək obrazlarının
müqayisəli təhlili;
6. Dəli Domrul-Admet obrazlarının müqayisəli təhlili;
7. Təpəgöz-Polifem və Basat-Odissey obrazlarının
müqayisəli təhlili;
8. qədim dastanlarda qəhrəmanlar silsiləsinin mü-
qayisəsi;
9. qədim dastan müəlliflərinin mənfi və müsbət
qəhrəmanlara yanaşma tərzinin
müqayisəsi;
10. qədim dastanlarda ailə-nikah məsələlərinin,
qadınlara münasibətin müqayisəsi;
11. qədim dastanlarda xalq ozanlarına münasibətin
müqayisəli təhlili;
12. milli adət-ənənələrin, toy və yas mərasimlərinin
qədim dastanlarda təsvirinin müqayisəli təhlili.
103
Maraqlıdır ki, müəllif müqayisə apararkən, qədim yu-
nan eposlarının əlamətlərindən çıxış edir, həmin əlamət-
ləri Azərbaycan dastanında tapmağa çalışır. Məs., qədim
dastanların meydana gəlmə və təşəkkül yollarını müqa-
yisə edərkən, Ə. Sultanlı yunan eposunda olduğu kimi,
“Kitabi-Dədə Qorqud”un da təşəkkülündə aed (Dədə
Qorqud) və rapsod (sonradan dastanın boylarını danışan
aşıqlar) mərhələlərindən keçməsini göstərir. Fikrimizcə,
belə fikir mübahisəlidir. Dastanın bir yaradıcı şəxs – Də-
də Qorqudun özü tərəfindən yaradılması
və sonralar rap-
sodik mərhələdən, yəni aşıqların ifaçılığı mərhələsindən
keçməsi haqqında qəti fikir söyləmək, bizcə, mümkün
deyil. Belə ki, Dədə Qorqudun şəxsiyyəti, dastan müəllif-
liyinin həqiqətən onun özünə məxsusluğu haqqında hələ
ki bütün məqamlara açıqlıq gətirilməmişdir. Ümumiyyət-
lə, “Kitabi-Dədə Qorqud”un formalaşma tarixini nəzər-
dən keçirərkən, müəllif çox zaman dolaşıqlığa yol verir,
iki müxtəlif nəzəriyyələri bir-birilə qarışdırır. Öncə o, ya-
zır: “Dastanın məzmunu, əks etdirdiyi ictimai şərait və
bir sıra şəkli xüsusiyyətləri göstərir ki, onun əsl bədii nü-
vəsi və ilk yaranma tarixi ərəb istilasından çox-çox qabaq
başlamış, bədii şəkildə formalaşması isə həmin keçid
dövrünə təsadüf etmişdir”. Bu mülahizə “Homer sua-
lı”nda meydana çıxan “ilk nüvə nəzəriyyəsi”nin Azərbay-
can variantıdır. Lakin sonra müəllif yazır: “Boyların bir-
birindən ayrı olaraq yarandıqları da göz qabağındadır.
Boylar arasında tam bir hərəkət vəhdəti yoxdur. Hər boy
bir qəbilə başçısının və ya gənc qəhrəmanın fəaliyyətinə,