45
du. Belə vəziyyət şərq xalqlarının mədəni səviyyəsinə də
öz təsirini göstərməyə bilməzdi. Yeni meydana gəlmiş
müstəqil feodal dövlətlərin başı ilk növbədə təhlükəsizlik
məsələlərinə qarışdığından, incəsənət və ədəbiyyat ikinci
plana keçmişdi. Bununla belə, regionda yerləşən xalqla-
rın ötən əsrlərdə - “islamın qızıl dövrü”ndə yaratdığı elmi
və ədəbi potensial o qədər böyük idi ki, ictimai-siyasi və-
ziyyətin ağır olduğu şəraitdə belə mədəni həyatı kifayət
qədər yüksək səviyyədə saxlamağa imkan verirdi.
Elə bu-
na görədir ki, Xilafətə daxil olan dövlətlər arasında siyasi
bağların zəifləməsinə, qanlı müharibələrə baxmayaraq,
mədəni əlaqələr öz axarı ilə davam edirdi. Xilafətin par-
laq dövründən yadigar qalmış vahid təhsil sistemi, böyük
təhsil ocaqları, mədrəsələr şəbəkəsi hələ də yüksək dərə-
cəli elmi kadrlar yetişdirməkdə idilər. Hökmdarların başı
qanlı savaşlardan ayılan kimi elm, təhsil, ədəbiyyat sahə-
lərinə diqqət yetirir, öz maddi yardımlarını əsirgəmirdi-
lər. 1067-ci ildə Səlcuq sultanı Alparslanın və Məlikşahın
vəziri Nizamülmülkün təşəbbüsü və fəal iştirakı ilə Bağ-
dadda açılmış böyük təhsil ocağı – Nizamiyyə mədrəsəsi
buna parlaq nümunədir. Universitet səviyyəli bu təhsil
ocağında Azərbaycan alimləri də dərs demiş, Azərbay-
candan gələn tələbələr oxumuşlar. Şərqin belə mədəniy-
yət və elm mərkəzlərində oxuyub dərs deyən, sonralar
həm də orada yaşayan Azərbaycan alimləri tək Azərbay-
canı deyil, bütün Yaxın və Orta Şərq elmini məşğul edən
problemlərlə tanış olur, həmin məsələlərin həllinə öz
töhfələrini verirdilər. Bununla onlar təbii olaraq